İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   66
Mirzacanzade Ixtisasa girish

I. Müasir mühəndisə olan tələbat
yeni profilli mütəxəssislərin hazırlanmasına başlanmışdır. Onlar 
yeni, son illərdə tətbiq edilmiş, tətbiqi riyaziyyat ixtisası üzrə 
təhsil alırlar. Çox ehtimal ki, tətbiqi riyaziyyat fakültələrində tədris 
zamanı müasir mühəndisdən tələb edilən (yuxarıda göstərilən) 
şərtlər nəzərə alınacaqdır. 
İnstitutu bitirdikdən sonra mühəndislərin riyaziyyatı 
unutmalarının əsas səbəblərindən biri xüsusi fənlərlə riyaziyyatın 
tədrisində əlaqənin olmamasıdır. Nəticə etibarı ilə bu ona gətirib 
çıxarır ki, aşağı kurslarda tələbənin qazandığı biliklərdən sonralar 
getdikcə daha az istifadə edilir. Maraqlıdır ki, xüsusi fənlərlə 
riyaziyyatı məhz sıx qarşılıqlı əlaqədə öyrənən ali məktəblərdə 
IV kurs tələbələrindən riyaziyyatdan verilən tapşırığı düzgün 
həll edənlərin sayı ikinci kurs tələbələrinin sayından daha çox 
olmuşdur. 
Riyaziyyat formalaşan gənc mütəxəssisin həyatında çox mühüm 
rol oynayıb onun hər tərəfli, mədəni ziyalı kimi yetişməsinə şərait 
yaradır. Riyaziyyatçı real aləmin qanunauyğunluqlarında gözəllik 
axtarır və incəsənətə böyük məhəbbət ilə yanaşır. Bunu daha əyani 
izah etmək məqsədilə gənc mütəxəssis üçün maraqlı olan incəsənət 
və simmetriya barədə qısa məlumat verək. 
Hələ qədim mütəfəkkirlər göstərmişlər ki, simmetriya 
təbiətin qanunauyğunluqlarının xüsusi bir növüdür. Simmetriya 
qanunlarının dərk edilməsi təbiətin öyrənilməsinə və inkişafına 
əsaslanır. Simmetriyaya təbiətə məxsus bir qanunauyğunluq kimi 
də baxmaq olar. 
Əgər hər hansı bir sistem müəyyən bir struktura malikdirsə, 
deməli həmin sistemin daxilində mütləq simmetriya elementi vardır. 
Bu fikri belə də ifadə etmək olar: – simmetriya olan yerdə struktura 
da rast gəlmək olur. Simmetriyanın dərk olunması riyaziyyat və 
incəsənətlə bağlıdır. Biz qısa qeydlərimizdə poeziyada, musiqidə 
və təsviri incəsənətdə rast gələn simmetriya haqqında danışacağıq. 
Təbiətin və incəsənətin qanunauyğun hadisələrinin və gözəlliyin 
dərk edilməsi haqqında elm olan riyaziyyat, simmetriyaya aid 
də elm yaratmışdır. Riyaziyyatçı real dünyanın dəqiq (düzgün) 
qanunlarında gözəlliyin sirrini axtararaq, bizə gözəllik haqqında 
geniş məlumat verir. Çünki gözəllik hissinin özü riyaziyyatın 
qanunauyğunluqlarına tabedir. 
Bizi əhatə edən dünyanın bir hissəsini təsvir edən rəssam onu, 
yəni təsvir etdiyi obyekti qeyri-estetik təsadüflərdən təmizləyir, 
dünyanı ona məxsus gözəllikdə və mürəkkəblikdə göstərir. Məşhur 
alim Nils Bor demişdir ki, həddindən artıq təfərrüata varmaq, ən 
kiçik detalları verməyə çalışmaq rəssamı fotoqrafa çevirir. 
İlk baxışda bir-birinə zidd görünən riyaziyyat və incəsənət heç 
də biri digərinin əksi deyildir. Leonardo da Vinçenin yaradıcılığı 
bu mənada gözəl nümunə ola bilər, məhz onun yaradıcılığında 
dünyanın bədii və elmi surətdə dərk olunmasının mümkünlüyü öz 


15
I. Müasir mühəndisə olan tələbat
parlaq ifadəsini tapmışdır. 
Gözəlliyi yalnız simmetriyada axtarmaq düz deyildir. Lakin 
gözəlliyin dərk olunması bizə incəsənət əsərlərinin gözəllik 
qanunauyğunluqlarını axtarmağın və tapmağın zəruriliyini 
göstərir. Çox vaxt bu qanunauyğunluqlar incəsənət əsərlərinin 
böyük təsir qüvvəsinə malik olmasını təmin edir. 
XII əsrdə Fransanın cənubunda saray şairləri – trubadurlar 
tərəfindən gözəl poeziya nümunələri yaranmışdır. Bu şairlər 
«böyük sekstina» adlanan şeir yazmaq qaydasından istifadə 
etmişlər. Böyük sekstina (sekstina – «altı elementdən ibarət» 
deməkdir) hərəsi altı sətirdən ibarət altı bəndli şeyrə deyilir. 
Bütün bəndlərdə eyni qafiyələr təkrar olunur. Amma hər dəfə 
həmin qafiyələrin ardıcıllığı bənddən-bəndə dəyişir. Bu dəyişmə 
ilk baxışda anlaşılmaz bir qanuna tabedir. Rus poeziyasında böyük 
sekstina özünə yer tapmamışdır. Lakin onun qanunlarını bir qədər 
pozaraq L. Mey, V. Bryusov və B. Lifşis gözəl şeirlər yaratmışlar. 
Qafiyəli olan böyük sekstina kimi yazılan əsərlər hansı qanunlara 
əsaslanır? Bunu təsəvvürümüzdə canlandırmaq üçün L. Meyin 
böyük sekstina qanunları əsasında yazdığı bir şeyrinin qafiyələrini 
belə nömrələyək. 
. . . . . . 1
. . . . . . 2
. . . . . . 3
. . . . . . 4
. . . . . . 5
. . . . . . 6
Həmin qafiyələr şeyrin sonrakı bəndlərində aşağıdakı sxem 
üzrə dəyişir: 
1 2 3 4 5 6
6 1 5 2 4 3
3 6 4 1 2 5 və s.
Bu sxemə nəzər saldıqda müxtəlif bəndlərdə sətirlərin qafiyəsinin 
təkrar olunması nəzərə çarpır. Bunu müxtəlif üsullarla əldə etmək 
mümkündür. Başqa sözlə desək, böyük sekstinanın daxilində olan 
rəqəmlərin dəyişdirilməsinin mürəkkəb sxemini altıbucaqlının 
fırlanması ilə izah etmək olar. Bu dəyişmə cəbr nöqteyi-nəzərinə 
görə eyni şeydir. Böyük sekstinanın sətirləri belə bir qanuna tabedir: 
əvvəlki bəndin birinci sətri sonrakı bəndin ikinci sətrinə keçir: ikinci 
dördüncünün, üçüncü altıncının, dördüncü beşincinin, beşinçi 
üçüncünün, altıncı birincinin yerini alır. Poeziyada simmetriyaya 
misal olaraq palindromu göstərmək olar. «Palindrom» yunan 
dilində geriyə gedən, qayıdan deməkdir. Bu şeirlər soldan sağa və 


16

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin