İXTİsasa giRİŞ


Fizika və riyaziyyat fənlərinin tələbənin elmi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə3/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   66
Mirzacanzade Ixtisasa girish

2. Fizika və riyaziyyat fənlərinin tələbənin elmi 
dünyagörüşündə rolu
Gələcək mühəndisin formalaşmasında fundamental elmlərin, 
xüsusilə fizika və riyaziyyatın əhəmiyyətindən bəhs edək. 


9
I. Müasir mühəndisə olan tələbat
Məlumdur ki, tədris prosesində keçilən bütün fənlər eyni dərəcədə 
əhəmiyyətli olub, gələcək mühəndisin ümumi və xüsusi hazırlığı 
üçün zəruridir. Bir sıra fənlərin yaxşı mənimsənilməsinin tələbənin 
fizika və riyaziyyat hazırlığından asılı olmasını nəzərə alaraq 
onların rolu barədə məlumat vermək istəyirik. 
Fizika materiyanın əsas hərəkət formalarından birini öyrənir. 
Materiya insan şüurundan asılı olmayıb ondan xaricdə mövcud olan 
obyektiv həqiqətdir (gerçəklikdir). Fizika fənnində materiyanın 
müxtəlif hərəkət formaları, onların quruluşu və başqa xassələri 
öyrənilir. 
Fizika sahəsindəki böyük kəşflər (klassik mexanika qanunları, 
enerjinin saxlanması və çevrilməsi, termodinamikanın ikinci 
qanunu, nisbilik nəzəriyyəsi, kvant mexanikası və s.) materializm 
ilə idealizmin kəskin mübarizə sahəsi olmuşdur. 
Dialektik materializm bu kəşfləri dünyanın gerçəkliyi kimi 
izah etməklə tələbənin elmi dünyagörüşünün formalaşmasına 
kömək edir. 
Fizika tədrisində tələbərin dünyagörüşünün yaranması planlı 
xarakter daşıyır və sistematik olaraq bütün kurs müddətində 
davam edir. 
Fiziki qanunlar praktiki ümumiləşmə və yoxlamalarla daha 
aydın izah olunur. Bu qanunlar fiziki hadisələr və fiziki ölçülər 
arasındakı asılılıqların obyektiv daxili əlaqəsini ifadə edir. 
Fiziki kəmiyyətlər arasındakı əlaqəni ifadə edən riyazi 
düsturların dəqiqliyi elm və texnikanın inkişaf səviyyəsinə uyğun 
olmalıdır. 
Müxtəlif misallarla göstərmək olur ki, nəzəriyyə ilə təcrübi 
nəticələr arasındakı ziddiyyətlər fizikada yeni kəşflərə təkan verir. 
Nisbilik nəzəriyyəsi, kvant mexanikası və elementar hissəciklər 
fizikasının dialektik materialistcəsinə izahının dünyagörüşünün 
formalaşmasında əhəmiyyəti böyükdür. 
Bizim dövrümüzdə elmi biliklərin inkişafı kəşflərin və onların 
tətbiq olunması vaxtının kəskin surətdə azalmasına səbəb olmuşdur. 
Bu nöqteyi-nəzərdən fizika kursunun tələbənin dünyagörüşünün 
düzgün istiqamətdə formalaşmasında rolu böyükdür. 
Fizika texniki fənlərin əsası olub, yuxarı kurslarda materiallar 
müqaviməti, elektrotexnika və başqa texniki fənlərin dərindən 
mənimsənilməsi üçün açardır. 
Xalq təsərrüfatının bütün sahələri fizika elmi ilə bu və ya digər 
formada sıx əlaqədardır. Mühəndis fizika elmini bilməlidir, onu 
təcrübədə tətbiq etməyi bacarmalıdır. 
Riyaziyyat elminin əsas vəzifələrindən biri inkişaf etmiş 
sosializm şəraitində elmi-texniki tərəqqini sürətləndirməkdir. 
Sov.İKP-nin XXVI qurultayının qərarlarında nəzəri və tətbiqi 
riyaziyyat sahəsində tədqiqatın genişləndirilməsi məsələsi qarşıya 
qoyulmuşdur. 


10
I. Müasir mühəndisə olan tələbat
Riyaziyyat elminin sürətli inkişafı mövcud olan və yeni elmi 
istiqamətlərin tərəqqisinə şərait yaradır. Bütün bunlar tələbə 
və gələcək mütəxəssislərin dünyagörüşünün formalaşmasında 
öz əksini tapmalıdır. Xüsusi bölmədə bu barədə kifayət qədər 
məlumat verildiyi üçün bu məsələnin üzərində dayanmırıq. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin