Marketinqdə MÖvcud olan etik məSƏLƏLƏr vüqar qardaşOV



Yüklə 43,28 Kb.
səhifə1/2
tarix07.01.2024
ölçüsü43,28 Kb.
#208157
növüXülasə
  1   2
MARKETİNQDƏ MÖVCUD OLAN ETİK MƏSƏLƏLƏR


MARKETİNQDƏ MÖVCUD OLAN ETİK MƏSƏLƏLƏR
VÜQAR QARDAŞOV
Bakı Mühəndislik Universiteti
İqtisadiyyat və İdarəetmə
vuqarqardasov98@gmail.com
BAKI, AZƏRBAYCAN
XÜLASƏ
Müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin öz məqsədlərinə çatmaq və insanlara lazımi xidmətləri düzgün şəkildə göstərə bilməsi üçün etik məsələlərə diqqətlə yanaşılmalıdır. Tədqiqat işində şirkətlərin fəaliyyəti üçün lazım olan marketinq sahəsindəki etik məsələlərdən bəhs olunmuşdur. Elmin, texnikanın inkişafı bir sıra nailiyyətlər gətirsə də, özü ilə bərabərində bir sıra problemlər də gətirmişdir. Dövrümüzdə müəssisələrin uğurlu olmamasının səbəblərindən biri kimi marketinq sisteminin düzgün qurulmaması və ya etik məsələlərə diqqətlə baxılmamasını göstərmək olar. Bu baxımdan tədqiqat işinin mövzusu hal-hazırkı müəssisələr üçün aktual olan məsələlərdən biri hesab olunur. Tədqiqat işinin məqsədi marketinq sahəsində olan etik məsələləri araşdırmaq, orada olan problemləri təhlil etməkdən ibarətdir. Tədqiqat işinin elmi yeniliyi kimi irəli sürülən təklifləri və aparılan araşdırmaları göstərmək olar. Tədqiqat işinin mövzusunun araşdırılması, günümüzdə problemə çevrilən məsələlərin təhlil olunması və təkliflərin verilməsi baxımından praktiki əhəmiyyətə malikdir. Tədqiqat işində müəssisələrin fəaliyyəti üçün lazım olan və öz dilimizdə az araşdırılan məsələlərin təhlil olunmasını üstünlük olaraq qeyd etmək olar. Tədqiqat işində marketinq sahəsində olan etik məsələlər araşdırılmış, mövcud olan problemlər ön plana çıxarılmışdır və sonda isə nəticə əldə olunmuş, təkliflər irəli sürülmüşdür.
AÇAR SÖZLƏR: Etik, marketinq, etik məsələlər
GİRİŞ
1. Tədqiqat işində marketinq sahəsində olan etik münasibətlər təhlil olunmuş və mövcud olan problemlər ön plana çıxarılmışdır. Tədqiqat işinin məqsəd və vəzifələri isə müasir dövrdə marketinq sahəsində mövcud olan etik məsələləri araşdırıb problemləri üzə çıxartmaq və onların həllinə dair təkliflər irəli sürməkdən ibarətdir. Müasir dövrdə şirkətlərin bu kimi problemlərlə üz-üzə qalması mövzunun aktual olmasına gətirib çıxarır. Bu problemlərin araşdırılıb müəyyən həll yollarının tapılması müasir dövrümüzdə həm şirkətlər, həm də istehlakçılar baxımından böyük əhəmiyyətə malikdir.
2. Şirkətlərin marketinq sistemini düzgün qurmaması həm özlərinin uğur qazanmamalarına, həm də müştərilərin məmnuniyyətsizliyinə səbəb olur. Bu baxımdan bu problemlər bu kimi mövzuların araşdırılmasını ehtiyaclı edir. Tədqiqat işində marketiqin bir sıra kanallarında baş verən qeyri-etik məsələlər ön plana çəkilmişdir və təhlil olunmuşdur.
3. Tədqiqat işində yuxarıda qeyd olunduğu kimi marketinq sahəsində olan etik məsələlərə toxunulmuş və həmin bölmələrdə marketoloqları digər satıcılara və müştərilərə etdiyi qeyri-etik davranışlar göstərilmişdir. Sonda isə bu problemlərin həlli üçün qismən də olsa, öz töhfəsini verə biləcək təkliflər göstərilmişdir.
4. Tədqiqat işinin strukturuna xülasə, açar sözlər, giriş, tədqiqat metodu, nəticə və əbədbiyyat siyahısı daxildir. Tədqiqat metodu 1 fəsildən ibarətdir. Tədqiqat işi ümumi olaraq 5 səhifədən ibarətdir.

Yüklə 43,28 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin