Pedaqogika. Əlizadə Nigar. Qrup 203



Yüklə 32,22 Kb.
tarix27.11.2016
ölçüsü32,22 Kb.
#299
Pedaqogika .


Əlizadə Nigar .


Qrup 203.

Milli pedaqogikada başlıca pedaqoji kateqoriyaları və onların mahiyyəti .

Plan:

  1. Kateqoriya anlayışı nə deməkdir.

  2. Milli pedaqogikanın hansı kateqoriyaları hansılardır?

  3. Pedaqoji prosesin konkret kateqoriyalara bölünməsi hansı zərurətdən yaranmışdır,

  4. Pedaqoji proses anlayışına Milli pedaqogika hansı yeniliklər gətirmişdir?

  5. Psixoloji inkişaf kateqoriyası.

  6. Tərbiyə kateqoriyası.

  7. Təlim kateqoriyası.

  8. Təhsil kateqoriyası.


İstifadə olunmuş ədəbiyyatın siyahısı:

  1. Nurəddin Kazımov “Ali məktəb pedaqogikası”, Bakı , Çaşıoğlu , 2002.

  2. Fərahim Sadıqov , “Ali məktəblər üçün dərs vəsaiti” , Bakı, Çaşıoğlu, 2009.

Kateqoriya” sözünün yunanca yozumu “mülahizə” , “ittiham” , “əlamət” mənalarındadır . Fəlsəfədə gerçəklik hadisələrinin , idrakın ümumi və mühüm xassələrini, tərəflərini , münasibətlərinin əks etdirən əsas anlayışdır . İnasan onu əhatə edən aləmi kateqoriya vasitəsilə dərk edir . Kateqoriya elmi biliyin düyün nöqtələri , insanın özünü təbiətdən ayırmasının, yəni dərk etməsinin pillələridir. Pedaqogikada da kateqoriya pedaqoji elmin ümumi və mühüm xassələrini , tərəflərini , münasibətlərini və tərkib hissələrini özündə əks etdirir . Beş başlıca kateqoriya var : pedaqoji proses, tərbiyə, təlim və psixoloji inkişaf. Bəs pedaqoji prosesin konkret kateqoriyalara bölünməsi hansı zərurətdən yaranmışdır ? Əlbəttə ki, pedaqoji prosesin kateqoriyalara bölünməsi zərurətinin yaranması amilləri çoxdur . Onların bir neçəsinə diqqət edək :

I pedaqoji prosesin kateqoriyalara bölünməsi pedaqogikanın mövzusu ilə bağlı mövcud olan bütün fikir ayrılığına son qoya bilər ;

II pedaqogikanın tədqiqat mövzusu və sahələrinin düzgün müəyyənləşdirilməsi üçün zəmin yaranar ;

III “təlim” , “tərbiyə” , “təhsil” anlayışlarının oxşar və fərqli cəhətlərinin sərhədləri düzgün müəyyənləşər və beləliklə, pedaqogikanı öyrənən gənc nəslin ayrı-ayrı dərsliklərdə ( dərs vəsaitlərində ) bu məsələrlə əlaqədar rastlaşdıqları bir-birinə daban-dabana zidd olan fikirlərin , bir-birini təkzib edən mülahizələrin , bir-birindən köklü surətdə fərqlənən tərəflərin aradan qaldırılmasına zəmin yaranmış olar .

Uzun illərdir bütün dilçilər sözə , nitq hissələrinə , cümləyə verilən təriflərdə yekdil fikrə gəlmişlər . Həmçinin , fiziklər, bioloqlar, filosoflar və başqalarından soruşsan ki, “ Bitmiş bir fikri ifadə edən sözə və ya söz birləşməsinə nə deyilir, “ Şübhəsiz , cavab verəcək ki , “Cümlə” . Kimdən soruşsalar ki, “ Şagirlərin elmi və texniki biliklər sisteminə və bunlarla əlaqədar olan zehni , əməli bacarıqlar və vərdişlər sisteminə yiyələnməsi, bu biliklər əsasında onlarda dünyagörüşünün təşəkkül etməsi “ nədir? Şübhəsiz, xeyli fikirləşməli olacaqlar . Yaxud, “ Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin məcmusu “ , “İnsanın bilik, bacarıq və vərdişlərlə silahlandırılması “ , “ Təlim prosesində şagirdlərə verilən bilik, bacarıq və vərdişlər sisteminin məcmusu “ yəqin yenə fikirləşməli olacaqlar . Dərslik və dərs vəsaitlərindən götürülmüş bu beş tərifin beşi də “


təhsil”ə verilən təriflərdir. Təlmin və tərbiyənin təriflərini müqayisəli şəkildə təhlil etdikdən sonra buna bənzər , hətta bundan da ziddiyyətli yanaşmaların şahidi oluruq .

Pedaqoji prosesin tədqiqat sahəsi , habelə pedaqogikanın mövzusu ilə bağlı fikirlər də mübahisə doğurur . Məsələn, Y.Talıbov, Ə.Ağayev, İ.İsayev , A.Eminov , H. Əlizadə , F.Sadıqov tərəfindən hazırlanmış dərs vəsaitlərinin heç birində pedaqoji prosesin mahiyyəti və məzmunu ilə bağlı fəsil və ya paraqraf yoxdur . Hətta, xarici pedaqoqlardan , Kairov , Petuxov , B.P. Esipov, T.A.İlina, Şukina , V.M.Konçaşkin , Lordkipanidze və başqa müəlliflər tərəfindən dərslik və dərs vəsaitlərində istər pedaqoji proses , istərsə də pedaqogikanın müvzusu , fikrimizi sübut etmək üçün istənilən qədər nümunələr gətirmək olar . İstər keçmiş SSRİ, istərsə də MDB və Rusiya məkanında hazırlanmış “Pedaqogika”larda pedaqogikanın mövzüsü uşaqların , yeniyetmə və gənclərin , əsasən, tərbiyəsi , bəzi hallarda isə təlim-tərbiyəsindən bəhs edən elm adlandırıldığı , pedaqogikanın tədqiqat sahəsinin, təlim, tərbiyə və tədris prosesi hesab olunduğu üçün pedaqoji prosesin mahiyyəti , məzmunu haqqında müfəssəl məlumat verilməmişdir . Pedaqoji elmin mahiyyəti , məzmunu , məqsəd və vəzifələri , onun kateqoriyaları da ilk dəfə Azərbaycan pedaqoqları tərəfindən daha dəqiq , səlist, daha zəngin elmi dəlillərlə izah edilmişdir .

Pedaqoji proses haqqında Ə.Paşayev və F.Rüstəmovun müəllif olduqları “ Pedaqogika” adlı dərs vəsaitlərində ( Bax , Çaşıoğlu, 2002, səh. 105) “Pedaqoji proses “ adlı fəslin olması təqdirəlayiq hadisədir . Müəlliflər pedaqoji prosesin mahiyyətini , məzmununu , sistemini , qanunauyğunluqlarını , mərhələlərini və texnoloji əsaslarını şərh etməklə milli pedaqogikanın yeniləşməsi, dünya standartlarına uyğunlaşdıraraq formalaşdırılması baxımından irəliyə doğru müsbət və uğurlu bir addım atmışlar . Lakin pedaqoji prosesi müəllim və şagirdin qarçılıqlı təsiri ilə məhdudlaşdıran müəlliflər “Qarşıya qoyulan məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıülı təsirinə pedaqoji proses deyilir “ deməklə bu prosesin sərhəddini düzgün müəyyənləşdirə bilməmiş və ondan bir kateqoriya kimi söhbət açməmışlar . Müstəqillik qazandığımız ilk illərdə 50-dən artıq elmi məqalələri , “Milli pedaqogika yollarında” , “Pedaqogika”, “ Ali məktəb pedaqogikası” , “ Məktəb pedaqogikası” kimi kitab və dərslikləri , “ Məktəb pedaqogikası sxemlərdə” adlı tədris vəsaiti ilə Təhsil islahatlarının gedişinə əvəzsiz xidmətlər göstərən pedaqoji elmlər doktoru , əməkdar elm xadimi , professor, Azərbaycan dillər universitetinin kafedra müdiri Nurəddin Kazımov ilk dəfə olaraq pedaqoji elmin kateqoriyalarını düzgün müəyyənləşdirməyə müyəssər olmuşdur .

Pedaqoji elmin kateqoriyalarından biri də tərbiyədir. Tərbiyə çüurlu insan cəmiyyəti yarandığı dövrdən mövcud olmuşdur . İnsan cəmiyyətinin inkişafı tarixində elə bir dövr olmamışdır ki, orada yaşlı nəslin nümayəndələri gənc nəslin tərbiyəsi qayğısına qalmasın . Lakin, müxtəlif zamanlarda , müxtəlif inkişaf mərhələlərində tərbiyənin mahiyyəti, xarakteri və uşaqlara aşılanması yolları eyni səviyyədə olmamışdır. Ən qədim zamanlarda tərbiyə işi sadə, tərbiyə məsələləri üzrə bilik , bacarıq və baxışlar məhdud olmuşdur . Zaman keçdikcə insanların biliyi və həyt təcrübəsi artır, dünyargörüşü genişlənirdi . Tərbiyə sahəsindəki təcrübə və biliklər də artır, zəngin genişlənirdi . Onun sələflərdən xələflərə vermək işi xüsusi ustalıq, qayda-qanun , adət və ənənə tələb edirdi . Bu yolla xalq pedaqogikası yaranmışdır . Professor Yusif Talıblı yazırdı ki, “Azərbaycan məktəbi və pedaqoji fikir tarixinin çox zəngin və qiymətli bir incisi xalq folklor nümunələrində irəli sürülən tərbiyə haqqında fikirlərdir . “

Bayatılarda , ağılarda , laylalarda, atalar sözlərində , tapmacalarda , istənilən sayda tərbiyəvi fikirlərdir.

Klassiklərimizin əsərlərindən istənilən qədər tərbiyə nümunələri gətirmək olar.

Bəs bu gün elmi pedaqogikada tərbiyə nəzəriyyəsinin qoyuluşu necədir?

Açığını etiraf etmək lazımdır ki, problemin elmi-pedaqoji ədəbiyyatda qoyuluşu heç də ürəkaçan deyil . Bunun üçün tərbiyəyə verilən bir neçə tərifi nəzərdən keçirmək kifayətdir .

“ Tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşdırılması prosesidir “ ( Bax Pedaqogika, Bakı, Təbib , 1994, səh. 6)

“ Tərbiyə dedikdə bu və ya digər keyfiyyəti inkişaf etdirmək , davranış təcrübəsini formalaşdırmaq üçün tərbiyəçinin tərbiyə olunana mütəşəkkil , məüsədyönlü , planlı, sistemli və fasiləsiz təsir göstərməsi başa düşülür . “ ( Bax, Pedaqogika, 2000, səh.79)

“ Tərbiyə prosesi şəxsiyyətin inkişafı və formalaşdırılması prosesidir “ ( Bax, Pedaqogika, Bakı, Çaşıoğlu, 2002, səh.312)

Görünür ki , bu müəlliflər tərbiyənin ayrı-ayrı əlamət və keyfiyyətlərinə , xüsusiyyət və komponentlərinə müxtəlif cür yanaşsalar da , onun məqsədyönlü , planlı və mütəşəkkil təsir vasitəsi olduğunu hamısı qəbul etmişdir .Bütün bu müəlliflərdən fərqli olaraq, N.M.Kazımov yazır ki : “ Tarixən də, müasir dövrdə də tərbiyə birmənalı başa

düşülməmişdir. Bəziləri pedaqogikanı tərbiyə kimi , tərbiyəni də pedaqogika kimi başa düşmüşlər. Tərbiyənin qanunauyğunluqları və pedaqogikanın qanunauyğunluqları arasında fərq qoymayanlar da var . İnsan şəxsiyyətinə tərbiyəvi təsirlərlə mühit amillərinin təsirlərini eyniləşdirənlər də az deyil. Halbuki, pedaqoji proses, o cümlədən tərbiyə obyektiv prosesdir , ayrı-ayrı şəxslərdən asılı olmur ; pedaqogika isə elmdir . İnsana mühitin və tərbiyənin təsirlərini fərqləndirmək gərəkdir . Mühitin təsiri məqsədyönlü deyil, kortəbiidir. Tərbiyənin təsiri isə, adətən, məqsədyönlü , planlı və mütəşəkkil olur. Deməli, milli pedaqogikaya görə tərbiyə kateqoriyası ilkin belə mənalandırılır: davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin adamlarda məqsədyönlü , planlı və mütəşəkkil surətdə formalaşdırılması prosesi tərbiyədir.

Bir kateqoriya kimi , tərbiyənin məqsədi məhz N.Kazımov tərəfindən daha mütəşəkkil müəyyənləşdirilmişdir. Əgər tərbiyəçi qarşısına belı məqsəd qoyarsa, o əsl Azərbaycan vətəndaşı yetirmiş olar .Tərbiyənin vəzifələri də bu məqsədə uyğun olaraq müəyyənləşdirilmişdir.

Başlıca pedaqoji kateqoriyalardan biri də təlimdir. Əsas pedaqoji anlayışlardan biri olan təlim məlum olduğu kimi ikitərəfli pedaqoji prosesdir . Başqa sözlə desək, təlim öyrədənlə öyrənənin qarşılıqlı fəaliyyətidir. Bu fəaliyyət prosesi başçada da , ümumi-ixtisas kollec və texnikumlarda da, ali məktəblərdə də, peşə öyrədilən təhsil mərkəzlərində də, hətta sirklərdə də cərəyan edir. Deməli, təlimi məktəblə məhdudlaşdırmaq düzgün sayıla biməz. Təəssüflər olsun ki, pedaqogika dərslik və dərs vəsaitlərinin böyük əksəriyyətində təlim yalnız məktəbə şamil edilir. Bu cəhətdən professor N.M.Kazımovun “Ali məktəb pedaqogikası” dərsliyində təlim üçün daha səciyyəvi olan tərifi daha önəmli hesab edirik . “ Öyrədənin məqsədyönlü və planlı rəhbərliyi altında milli və ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıqların və vərdişlərin öyrənənlər tərəfindən mütəşəkkil mənimsənilməsi və bu zaman onların tərbiyə olunmaları və inkişaf etmələri prosesi təlimdir. (N.M.Kazımov, Ali məktəb pedaqogikası, Bakı , Nicat, 1999, səh 23)

Pedaqoji elmin başlıca kateqoriyalarından biri də təhsildir. Təhsil xalq təsərrüfatının ən aparıcı sahələrindən , başqa sözlə desək , ən mühüm tərkib hissələrindən biridir. Lakin uzun illər təhsil əhalinin , adamların maariflənməsi kimi izah olunub . Keçmiş sovet məkanında dövlət idarəetmə sistemində orta təhsildə Maarif nazirliyi, peşə təhsilinin Peşə Təhsili Komitəsi , Ali və Orta İxtisas Təhsil nazirliyi rəhbərlik edirdi.



Ənənəvi pedaqogikalarda isə təhsili pedaqoji elmin tədqiqat sahələrindən biri kimi nəzərə alınmırdı . Əsasən tərbiyə pedaqoji elmin tədqiqat sahəsi sayılır, təhsil isə onun tərkibində nəzərdən keçirilirdi. A.Abbasov və H.Əlizadə tərəfindən hazırlanmış “ Pedaqogika”da oxuyuruq : “ Tərbiyə sözü son dərəcə geniş anlayışdır. Çox zaman “təhsil” və “təlim” də onun tərkibində nəzərdən keçirilir , hətta pedaqogilaya tərif verilərkən ona tərbiyə haqqında elm kimi yanaşırlar . Bu görünür, təhsil və təlim anlayışlarına nisbtən tərbiyə anlayışının daha erkən meydana gəlməsi ilə bağlıdır. İlk insanlar məhz tərbiyə edə-edə övladlarına bilik, bacarıq , vərdiş qazandırırlar. İnglis dilində “education” sözü var. O , eyni zamanda , həm tərbiyə, həm təhsil, təlim, maarif, həm də ən əsası “pedaqogika” mənasını verir .

Milli pedaqogikada təhsil kateqoriyasının bütün xüsusiyyətlərini nəzərə alaraq , təhsil anlayışına belə tərif vermək olar : Təhsil xalq təsərrüfatının tərkib hissəsi olub , müvafiq tədris müəssisələrində müəyyən müddətdə öyrənilən , tərbiyə və psixoloji inkişaf imkanlarına malik olan , təlimin həm zəruri şərti , həm də nəticəsi kimi özünü göstərən biliklərin , bacarıq və vərdişlərin məcmusudur.
Yüklə 32,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin