31 mart Azərbaycanlıların Soyqırımı günüdür



Yüklə 120,01 Kb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü120,01 Kb.
#29189

31 mart - Azərbaycanlıların Soyqırımı günüdür 

 

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik 



təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz 

qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi 

Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq 

kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış 

məskəni dağıdılıb viran edilmişdir. 

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı 

quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, 

Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq 

aktları həyata keçirmişlər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - 

qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə vəhşicəsinə 

qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət 

abidələrini, məscidləri dağıtmış və yandırmışlar. 

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 94 il 

ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin 

əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı 

və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin 

Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, 

Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin 

digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək 

dağıdıldığını sübut edir. 

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların 

soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin 

mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla 

qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon 

manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe 

yazır: «Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-

deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od 

vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin 

qundağı ilə ölüncəyə qədər döyürdülər». Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə 

parcaladılan azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnaklarının 

azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının 

son üç günündə törədilən Bakı qırğınını əks etdirir. 

1918-ci ildə ermənilər dinc əhaliyə qarşı vəhşiliklər, görünməmiş amansızlıqlar etdikləri kimi

mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan 

binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox 

qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. 

Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də 

tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. 

Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayan və bu gün 

də davam edən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti 

özünü Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə aydın şəkildə göstərir və onu deməyə 

əsas verir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın 

beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli 

olduğuna görə, tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının 

torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün 

olacaqdır. 

1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz 

qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi 

və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 


kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi, 

2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. 

Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba 

qəzasına daxil olmalı idi. Həmin dövrdə S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti 

yaratmaq üçün bütün imkanlardan istifadə edirdi. 

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilərin 

vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan məhv edilmişdir. 

Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən 

çox azəri türkü öldürülmüşdü. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba 

qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir. 

1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da 

erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər «Böyük Ermənistan» 

yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu 

məkrli planın reallaşmasına çalışırdılar. Təkcə 1918-ci ilin aprel ayının sonunda bu ərazidə 

dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı. 

1918-ci ilin yazında erməni-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 

vəhşiliklər haqda tarixi faktları kiçik bir yazıya yerləşdirmək mümkün deyil. Lakin sadalanan faktlar 

da yetərlidir ki, 1918-ci ilin mart ayında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik 

birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə 

də siyası cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir. 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi 

məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli «31 mart 

Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan 

edilmişdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət 

səviyyəsində qeyd edilir. 

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman 

gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi 

kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə cıxarmağı bacarsın. 



 

Anar ƏLİYEV 

 

Yüklə 120,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin