Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi



Yüklə 27.6 Kb.
Pdf просмотр
tarix28.03.2017
ölçüsü27.6 Kb.

Xocalı faciəsi - Azərbaycanın tarixində dəhşətli soyqırımı hadisəsi 

 

Tarixçi-alim Azad Rzayev: "Xocalı faciəsi ermənilərin nə  dərəcədə  vəhşi, qaniçən 

olmasını dünyaya əyani şəkildə sübut etdi" 

XX yüzildə Azərbaycan üç böyük faciə ilə üzləşib. Bunlardan birincisi 1918-20-ci illərdə 

mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin süqutudur. Məhz tarixi taleyimizə 

düşmüş dövlətçilik səviyyəsində yenidən müstəqil olmaq imkanımız davamlı  şəkildə  təsdiqini 

tapmadı. Səmədağa Ağamalıoğlular "O olmasın, bu olsun" dedilər. Bununla da soydaşlarımız 

arasında xəlqi birliyin olmadığından istifadə edən dünya bolşevizmin yurdumuzu yenidən işğal 

etməsinə etinasız qaldı. 1990-cı ilin 20 yanvarında Bakıda gözümüzün qabağında imperiya 

qoşunları dinc əhalini qırdılar. Bu, sovet totalitar rejiminin 70 il ərzində başımıza gətirdiyi 

müsibətlərin fəlakətli sonucu idi. Xocalı faciəsi "tərəqqipərəvər bəşəriyyətin" faciələrimizə 

laqeydliyinin nəticəsi kimi meydana çıxdı. Bu gün də dünya başımıza gələnlərlə bağlı çox 

hallarda susqunluq göstərir.Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı  fəlakətlərin 

hələlik sonuncusudur. Bundan sonra başımıza daha hansı fəlakətlər gələcək, bilmirik. Nə qədər 

ki, azğın ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər 

bunlardan bizə qarşı bir alət kimi məharətlə istifadə edəcəklər, erməni, eləcə  də başqa 

yağılarımız Azərbaycanı parçalamaq və qəsb etmək iddialarından əl çəkməyəcəklər. 

Son dövrlər Xocalı  fəlakətinin dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl olaraq 

göstərilən cəhdlərin sayı artır. Bəziləri fəlakətlərimizdən məhz ildönümü zamanı danışıldığını 

bildirsələr də, hər halda Azərbaycanın başına gətirilən fəlakətlər barəsində daim dünyaya səs 

salmaq gərəkdir. Görəsən, biz bunu necə edirik? Dünya bizim harayımıza necə reaksiya verir? 

 

Ermənilər dinc əhalini qanlarına qəltan ediblər 

Tarixçi-alim Azad Rzayev Xocalı faciəsinin yaranma səbəbləri, eləcə  də dünyanın 

başımıza gələn fəlakətlə bağlı reaksiyasına münasibət mövzusunda danışdı: "Əvvəla, bir 

məsələyə diqqəti çəkmək istərdim ki, hər bir xalqın tarixində faciəli hadisələr olub. Bu cür 

hadisələr müxtəlif obyektiv və subyektiv səbəblərdən baş verir. Xalqımızın tarixində son dövrlər 

baş vermiş faciələrdən biri olan Xocalı faciəsi Azərbaycanın tarixinə  dəhşətli bir soyqırımı 

hadisəsi kimi daxil olub. Bəli, zaman keçdikcə yazıçılar,  şairlər, tarixçilər, siyasətçilər bu 

mövzuya qayıdacaqlar. Bu faciəyə münasibətimiz daha da aydınlaşmalı və qətiləşməlidir. Xocalı 

faciəsi heç zaman yaddaşımızdan silinməməlidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 

ermənilər dinc əhalini - uşaqları, qocaları, qadınları qanlarına qəltan etdilər. Tarixdə heç zaman 

belə kütləvi qırğınlar dəstəklənməyib. Belə qətlləri törədənlər həmişə lənətlənib. Demək olmaz 

ki, dünya Xocalı  fəlakətindən bixəbərdir. Mərhum Çingiz Mustafayevin çəkdiyi kadrları kim 

görməyib ki? Erməni xislətinə artıq hər birimizin bələdliyimiz var. Düşünürəm ki, belə bir 

xislətə malik olan erməni Xocalı faciəsini fürsət tapan kimi mütləq törədəcəkdi və törətdi də. 

Ermənilər bu yolla xalqımızın gözünü qorxudaraq daha böyük iddialarına nail olmaq istəyirdilər. 

Xocalıda bu faciə baş verməsəydi, başqa yerdə gerçəkləşə bilərdi. Bir gecənin içərisində 613 

nəfər soydaşımızın qətlə yetirilməsi  əsil soyqırımıdır. Bu faciə zamanı 1375 nəfər  əsir düşüb, 

hələ də onlardan xəbər-ətər yoxdur. 7 ailə bütünlüklə məhv edilib. Soyqırımına bundan bariz və 

dəhşətli misalı necə  gətirmək olar? Soyqırım dinc, silahsız xalqın məhv edilməsidir. Xocalı 

faciəsi ermənilərin nə  dərəcədə  vəhşi, qaniçən olmasını dünyaya əyani  şəkildə sübut etdi. 

Günahsız insanları qıranlara "insan" deməyə adamın dili gəlmir". 

 

 

 


Tarixi həqiqətlər dünyaya çatdırılmalıdır 

Ermənilər zaman-zaman xalqımızın başına çox fəlakətlər gətiriblər. Daim türklərin qanını 

içən, xeyirxahlıq gördükləri dərəcədə  xəyanətkarcasına arxadan zərbələr endirən ermənilər 

dünyanı azdırmaq üçün artıq 100 ildir ki, qondarma "soyqırım" cəfəngiyyatını dünyanın beyninə 

yeridir, təəssüf ki, müəyyən məqamlarda bəzi ölkələri bu iddiasına inandırır. Halbuki 1915-ci 

ildə Türkiyədə "erməni genosidi" deyilən bir soyqırım olmayıb. Ermənilər özləri türkləri 

qırmışdılar. Tarixçi deyir ki, "ermənilərin iddia etdikləri "soyqırım"la bağlı heç bir sübut-dəlilləri 

yoxdur. Yəhudi tarixçiləri deyirlər: "Dünya ancaq alman faşistlərinin yəhudilərə qarşı 

soyqırımını tanıyır. Ancaq biz elə xalqıq ki, bundan şou düzəltmirik". Hər halda bu qənaət insanı 

düşünməyə vadar edir. Ermənilər isə heç nədən "soyqırım" şousu yaradır, dünya ölkələrini buna 

inandırmaq istəyirlər. Hər halda dünya ölkələrinin "erməni soyqırımı" cəfəngiyyatına uyması 

olduqca təəssüfedici bir haldır". 

Alimin fikrincə, 20 Yanvar, habelə 1918-ci il martın 31-də ermənilərin Bakıda 10 mindən 

artıq soydaşımızı  qətlə yetirməsi  əsl soyqırımdır: "Ermənilərin daim türklərə qarşı soyqırımı 

həyata keçirməsinə dair əlimizdə çoxlu faktlar var. Xocalı faciəsi ilə bağlı çəkilmiş videolentlər, 

fotoşəkillər, şahidlərin ifadələri və s. bu qəbildəndir. Biz əlimizdə olan faktları indi daha ciddi-

cəhdlə dünyaya təqdim etməliyik. Hər halda vaxtımızı itirməməliyik. Müəyyən dövrdən sonra 

Xocalının canlı şahidləri həyatda olmayacaq. Bu faciənin baş verməsində günahkar olanlar dəqiq 

bilinməlidir. Faciənin baş verməsinin obyektiv və subyektiv səbəblərini aşkarlamalıyıq. O 

dövrkü Azərbaycan iqtidarı faciənin baş verməsinin qarşısını almaq üçün tədbirlər görməliydi. 

20 Yanvar, Xocalı, eləcə də bu ərəfədə baş vermiş başqa faciəli hadisələri bir zəncirin həlqələri 

kimi qəbul etməliyik". 

Tarixən başqa xalqların üzünə qapımızı çox açmışıq. Həmişə başqalarını üzünə xoş 

baxmışıq. Bir millət üçün bu, mənfi xüsusiyyət hesab olunmasa da, hər halda dostumuzla 

düşmənimizi yaxşı tanımalıyıq. Nə qədər bu hadisələr yaddaşımızda qalacaq, başımıza gələnlər 

bizi məcbur edəcək ki, bir də belə hadisələrin baş verməsinə imkan verməyək. 20 Yanvar, 

ümumiyyətlə, Qarabağ hadisələri nədən baş verdi? Ona görə ki, tariximizi yaddan çıxardıq. 

1918-ci il martın 31-də ermənilər tərəfindən qırğına məruz qalan minlərlə soydaşımızın qətl 

edildiyi indiki Şəhidlər Xiyabanında vaxtilə Kirov adına park salınmışdı. Ermənilər özlərində 

belə şeyə qətiyyən imkan verməzdilər. Belə hadisələr daim yaddaşımızda kök salmalıdır. Əgər 

unutsaq, o zaman yeni-yeni faciələrə tuş  gələ bilərik. Yeni nəslə tariximizi olduğu kimi başa 

salmalıyıq, öyrətməliyik. Qoy bizdən sonra gələn yeni-yeni nəsillər bilsinlər ki, ermənilər 

kimdirlər. Başımıza gələn çoxsaylı  fəlakətlərdən təəssüf ki, bir millət olaraq dərs almamışıq. 

Əlbəttə, fəlakətdən də heç bir xalq sığortalanmayıb. Təəssüf ki, bu gün Türk dünyası ölkələri 

arasında birlik yoxdur. Əslində dünyada Xocalı  fəlakətinin mahiyyətcə tanınmamasının  əsas 

səbəblərindən biri türk ölkələri arasında birliyin olmamasından qaynaqlanır. 

 

Xocalı faciəsinin incəsənətdə ifadəsi 

 

20 Yanvar faciəsi ilə bağlı incəsənətin demək olar, bütün sahələrində soraqlar olduğu halda 



Xocalı mövzusunda hələ ki, daha çox publisistika sözünü deyib. Bu mövzuda radio-

telekanallarda, qəzet-jurnalllarda xeyli yazılar çap olunub. Ancaq faciənin "mövsümilikdən 

çıxması", sözün əsl mənasında faciəvilikdən birdəfəlik qurtulmağımız yönündə düşünməyimiz 

zəruridir. Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər yaradıblar. Bu 

mövzuda sərgilər təşkil edilib. Xocalı mövzusunda ən diqqətçəkən plakat tez-tez qəzet-

jurnallarda rastlaşdığımız Vaqif Ucatayın  əsəridir. Xalq artisti Mərahim Fərzəlibəyov bu 

mövzuda "Qırmızı qar" adlı film çəkib. Filmin ssenari müəllifi Ağarəhim Rəhimov, bəstəkarı 


Cavanşir Quliyevdir. Hər il müxtəlif telekanallar bu filmi nümayiş etdirirlər. Rollarda Məleykə 

Əsədova,  İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə Sadıqova və başqaları  çəkiliblər. Bu 

mövzuda "Azərbaycanfilm" tərəfindən Oruc Qurbanovun rejissorluğu ilə "Ağrı" filmi çəkilib. 

Qarabağ mövzusunda soydaşlarımızın yadında  ən yaxşı qalan "Fəryad" filmidir. Bu filmdə 

Xocalı ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır. "Qırmızı qar" filmini rejissoru deyir ki, "Ermənilər 

qaniçən olduqları dərəcədə özlərinin yazıq obrazlarını daim dünyaya təqdim ediblər. Biz isə belə 

bir faciə ilə üz-üzə qaldığımız dərəcədə  hələ  də bu barədə kifayət qədər dünyanı  xəbərdar 

etməmişik". M.Fərzəlibəyov 20 Yanvar faciəsi ilə müqayisədə Xocalı mövzusu ilə bağlı 

dramaturji materialın azlığını qeyd edir: "Hər halda Xocalı mövzusunda publisistika çox iş 

görüb, nəinki bədii  ədəbiyyat imkanlarını az aşkarlayıb. Mən  şəxsən rejissorlarımızdan bu 

mövzuda əsərlər gözləyirəm". 

Mərhum bəstəkar, xalq artisti Ramiz Mustafayev konkret Xocalı mövzusunda əsər 

yazmasa da Qarabağ, milli azadlıq mövzusunda xeyli əsərlərin müəllifidir. Bu sıradan onun Nəbi 

Xəzrinin sözlərinə yazdığı "Salatın" oratoriyasını, Məmməd İsmayılın sözlərinə yazdığı "Bu qan 

yerdə qalan deyil" vokal simfonik poemasını, Hikmət Ziyanın sözlərinə yazdığı "Haqq sənlədir, 

Azərbaycan" kantatasını qeyd etmək olar. Ümumiyyətlə, 90-cı illərdən üzü bəri tanınmış 

Azərbaycan bəstəkarları Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Xəyyam 

Mirzəzdadə və başqaları  vətənpərvərlik mövzusunda xeyli mahnılar yazıblar. Tanınmış  rəssam 

Rza Avşar Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış  əsərlər 

"Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə  çəkilib.  Əsərdə 

qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam 

ağrını duya, göstərə bilib. Həmin gecənin dəhşəti ayın surətini qırmızı qana boyayıb. Səma ərşə 

bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə  də, qara fon 

aparıcıdır.  Şəhərin halında qan və alov hakimdir. Erməni ruhsuzluğu, zəbtçiliyi, qaniçənliyi, 

insansızlığı viran qoyduğu Xocalı  səhnəsinin o gecəki real görüntüsünü bizə çatdırır. Artıq 

səhərdir. Bu qanlı vəhşəti təbiət dondurub, olduğu kimi dünyaya göstərir. Rəssamın həmin ildə 

çəkdiyi başqa bir əsər "Ekstremist" adlanır. Təxminən "Xocalı" böyüklükdə olan əsərdə mifik 

obrazvari sifət insan sifətinə oxşamayan, acgöz dişləri qabaran, qara sifətli vəhşi, caynaqlı 

bədheybət bir obraz olaraq təsvir olunub. Hər halda bu obraz erməni xislətinin rəssamlıqda 

ifadəsi kimi anlaşıla, qəbul edilə bilər. 

Yazı  Mətbuat  Şurası  və "Xocalı Soyqırımını Tanıtma"  İctimai Birliyinin Qarabağ 

mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə  dəstək layihəsi çərçivəsində jurnalistlər 

arasında elan etdiyi müsabiqəyə təqdim olunur.  

   


   

Elçin Qaliboğlu 

Xalq Cəbhəsi.- 2010.- 5 fevral.- S.14. 

 

: xocali -> x qazet
x qazet -> İnsanlığın öldürüldüyü gün 1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- xocalı soyqırımını törətdilər
x qazet -> Xocalı sağalması mümkünsüz yara
x qazet -> Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır
x qazet -> Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
x qazet -> Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir
x qazet -> Xocalı və Xocavənd faciələri 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları
x qazet -> Qərarı 24 fevral 1994-cü il
x qazet -> "Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük
x qazet -> Kül olmuş şəhər
x qazet -> Soyqırıma yol açan xəyanətlər


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə