Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
anbarlarına  gedirdi.  Beləliklə  bir  səltənət  içində  neçə  səltənət  yaranmıĢdı.  Hər  əyalətdə  bir 
hökmdar  vardı  ki,  onların  da  öhdəsindən  gəlmək  hər  padĢahın  gücü  daxilində  deyildi.  Bu, 
sərçənin yuvasında özündən üç-dörd dəfə böyük arıquĢunu öz balası bilib, yemləyib saxlamağına 
oxĢayırdı.  Ya  da  ona  bənzəyirdi  ki,  sürünü  qorumaq  üçün  südü  yalağa  töküb  küçükləri 
yedirdəsən, böyüdəsən, onlar dönüb canavar ola və bütün sürünü yeyib çobanı quru yurdda qoya. 
Rum elində əgər bütün əyalətlər sultan sarayından asılı idisə, burada Təbriz sarayı əhalət, 
astan  və  rustaqlardan  əlavə,  həm  də  ayrı-ayrı  əmirlərdən  asılı  vəziyyətdəydi.  Hər  əmirin  öz 
xəzinəsi, öz qoĢunu, öz niyyəti vardı. 
O, bütün bu quruluĢu dağıtmalı, hamını özünə tabe etməlidir. QoĢun da, xəzinə də, niyyət 
də bir olmalıdır. 
Gödək  Əhməd  daha  bir  mühüm  məsələni  baĢa  düĢürdü.  Onun  taxta  çıxdığı  Təbrizdə 
vaxtilə  atası  Uğurlu  Məhəmmədi  bu  ölkənin,  bu  məmləkətin  düĢməni  kimi,  satqın  kimi  dar 
ağacına qaldırıblar. Onun özünə necə baxacaqdılar? 

153  www.sarigelin.net 
 
Dünənə  qədər  ayağının  altındakı  torpağı  öpdükləri  Ģahlarının  baĢını  ona  ərmağan  kimi 
gətirən  əmirlər  Uğurlu  Məhəmmədi  də  gülə-gülə,  sevinə-sevinə  asıblar.  Burada  heç  kim  öz 
satqınlığını, günahını görmür. Bu naqislikləri baĢqalarında axtarırlar. 
Qara camaat onun atasının asılmağını görüb. O rəiyyətin əli yox, yaddaĢı qana bulanıb. Bu 
rəiyyət  onun  atasının  qatilləri  olan  əmirlər  kimi  onun  piĢvazına  çıxmayıb.  Çünki  onlar  yadda 
saxlayıblar  ki,  bu  təzə  hökmdar  ən  böyük  satqının  oğludur,  bu  ölkənii  ən  böyük  düĢməninin 
kürəkənidir,  onun  əlindəki  alətdir.  Qara  camaatın  bu  dəhĢətli  yaddaĢı  qorxuludur.  O  yaddaĢı 
beyinlərdan silib atmaq lazımdır. Düzdür, bunu eləmək çox çətindir, amma çox vacibdir. Çünki o 
rəiyyətsiz, qara camaatsız heç nə eləmək mümkün deyil. Onlarsız səltənət də yoxdur. 
Təbriz bazarında birdən-birə hay-küy düĢdü. Silahlı fərraĢlar elə düzüldülər ki, bazardakı 
malların  da,  tacirlərin  də,  sənətkarların  da  gözlərinin  qabağını  kəsdilər.  Bir  neçə  atlı  Təbrizin 
Məğribdən MəĢriqə qədər məĢhur bazarına girdi. Qabaqda qızıl yüyənli, qızıl yəhərli, qəmər atın 
belində yaqut iĢləməli mavi kaftan geyən, baĢına sağ tərəfində almaslarla iĢlənib lələktaxılı çalma 
qoyan, körpə uĢağa oxĢayan Gödək Əhməd oturmuĢdu. Üzəngini onun ayaqlarına görə gödək və 
xırda düzəltmiĢdilər və bu üzəngi tərlikdən yuxarıda dayanırdı. Gün vurduqca yaqutlar, kaftanın 
qızıl  düymələri,  atın  üzəngisi,  yüyəni,  balaca-balaca  qalxanlara  oxĢar  döĢlükdəki,  quĢqundakı 
qızıl naxıĢlar bərq vurub yanırdı. Mavi kaftanın özündə də qızıl saplarla iĢlənmiĢ naxıĢlar çox idi, 
onlar parıldayırdı və elə bil bunlar onun bədəninə sancılan minlərlə qızıl iynələr idi. 
Gödək  Əhməd  Təbriz  bazarını  gəzməyə  çıxmıĢdı.  Budur,  bir  tərəfdə  ağ  paltarlı,  qəribə 
çalmalı, paxır atmıĢ misə oxĢar ayaqyalın hindlilər bardaĢ qurub  həsir üstündə oturublar. Onlar 
zəncəfil, darçın, hil, mixək, fil sümüyündən və misdən bəzək əĢyaları satırlar. Uzun saqqallı, dik, 
məxmər papaqlı rus tacirləri samur, qunduz, daha nə qədər adı bilinməyən parıltılı qu tükü kimi 
yumĢaq xəz asıb alıcı gözləyirlər. 
Gödək  Əhməd  atını  sürüb  baxa-baxa  gedirdi.  Budur,  corabları  ayaqlarına  tarım  yapıĢan, 
baldırlarında ala-bəzək, içərisinə yel dolmuĢ kimi ĢiĢ dayanan paltar geymiĢ firəng və Venedikt 
tacirləri. Onların ən qiymətli malları güzgüdü. Bu güzgülərin qızıldan və bürüncdən çərçivələri 
var. Güzgü Təbrizdə ən baha gedən matahdı. Güzgülərdən əlavə hər rəngdə top-top zərif mahud 
parçalar yığılıb qalıb. Venedikt ĢüĢəsinin isə heç yerdə tayı-bərabəri yoxdur. 
Amma  ən  çox  alınan  güzgüdür.  Qızını  gəlin  köçürən  xalça-palazını,  heyvanlarını  satır, 
güzgü alıb gəlinə qoĢur. Çünki bu həyatda güzgüdən baĢqa duru, aydın bir Ģey qalmayıb. 
Bir tərəfdə isə ağ libaslı, qara, yalın ayaqlı, ağ çalmaları  ilə sifətlərinin hər tərəfini örtüb 
göz  və  burunlarını,  bir  də  damarları  qayıĢ  kimi  gərilən  baldır-bacaqlarını  açıq  qoyan  hürmüzd 
tacirləri  ağ,  çəhrayı,  hətta  mavi  rəngə  çalan  mirvariləri  düzüm-düzüm  asmıĢdılar.  Yerdə  isə  iri 
sədəf balıqqulaqları qoyulmuĢdu. 
Təbriz  bazarında  nə  yox  idi  ki...  Bursa  məxməri,  Hələb  sürməsi,  yun  parçası,  DəməĢq 
poladından qılınclar və xəncərlər, bütün dünyada məĢhur olan Təbriz culfalarının toxuduğu əlvan 
parçalar,  Təbriz  zərgərlərinin  əlindən  çıxmıĢ  bilərziklər,  ciyciyələr,  bazubəndlər,  xalxallar, 
üzüklər və sırğalar. 
Bir sırada üstündə əjdahalar rəsm olunmuĢ Çin çini qabları. Onların nə qədər gözəl rəngləri 
vardı, mavisi, göyü, abısı, sürməyisi, qırmızısı, qızılısı. Hamısının da üstündə Ģəkillər, naxıĢlar, 
gül-çiçəklər. 
Bütün dünya elə bil Təbriz bazarına cəm olmuĢdu. Üç yüz mindən çox əhalisi olan Ģəhərin 
bazarında  bundan  iki  dəfə  çox  əhali  olurdu.  Amma  bu  bazar  Ġstanbul  bazarının  yanında  xeyli 
kasıb  görünürdü. Belə ki,  Sultan Bəyazid Avropaya Türkiyədən keçib gedən yollar üstündə elə 
baha  gömrük  haqqı  qoymuĢdu  ki,  onları  ödəyəndən  sonra  tacirlərə  qalırdı,  necə  deyərlər,  alıb 
satdığı  qozun  Ģax-Ģaxı,  yol  yorğunluğu,  quldurların  qorxusu,  ölüm  təhlükəsi.  Belə  ki,  Aralıq 
dənizindən yol olmadığından bütün tacirlər Rusiyadan keçir, Ġtil çayı ilə HəĢtərxana qədər üzür, 
oradan  gəmi  ilə  ya  Dərbəndə,  ya  da  Ənzəliyə  gəlirdilər.  Sonra  da  yüklər  dəvələrə  yüklənib 
Təbrizə qədər gətirilirdi. Ona görə də bazarda bahalıq həddini aĢmıĢdı. Yəqin ki, Gödək Əhməd 
padĢahlığa keçəndən sonra iĢlər bir az düzələ bilərdi. 

154  www.sarigelin.net 
 
PadĢah  atını  bazar  meydanına  sürdü.  Burada  dayandı,  əvvəldən  burada  darğalar  minbər 
düzəltmiĢdilər. Arıq atın üstündə gələn arıq, əmmaməli üləma atdan düĢdü, minbərə çıxıb üzünü 
camaata tutdu. 
Bazarda  alver  dayanmıĢdı.  Hamının  gözü  Əhməd  padĢahda  idi.  Onun  da  sözünü,  fikrini 
minbərə çıxan qoca, arıq üləma deyəcəkdi. Bazar əhli isə bir-birinə sataĢırdı. 
– Deyəsən padĢahın özü laldı. 
– DanıĢma, mən karam, heç nə eĢitmədim. 
– Yox, lal deyil, hələ utanır. Bir azdan o qədər danıĢsın ki, burunlardan qan açılsın. 
– Kimin burnundan? 
– Həm onun, həm də bizim. 
Üləma əlini qaldırıb camaatı sakitləĢdirdi. Əvvəlcə Əhməd padĢahın adına xütbə oxumağa 
baĢladı.  Həmin  xütbədə  əvvəlcə  Sultan  Bəyazidi  yad  elədi.  Bu  isə  uğultuya  səbəb  oldu.  Sonra 
Əhməd padĢahın adını çəkdi, sonra üzünü bazar əhlinə tutub dedi: 
– Ey məmləkət əhli, bu sözləri sizə məscidlərdə də deyəcəklər. Amma bu bazarda dünyanın 
bütün  ölkələrindən  gələn  tacirlər  var,  qoy  onlar  padĢahımızın  ədalətini  görüb,  gedib  hər  yerdə 
danıĢsınlar. Allah Əhməd Ģahı bizim üstümüzdən əskik eləməsin. O, öz mübarək barmaqları ilə 
fərman  imzalayıb.  O  fərmanla  rəiyyətlərini  bir  çox  ağır  vergilərdən  azad  eləyib.  Hansıdı  o 
vergilər?  O  verginin  biri  biyardı  ki,  məccani  yerə  rəiyyəti  iĢlədib  qalalar,  saraylar  tikdirir,  yük 
daĢıdır,  yol  çəkdirirdilər.  Canınız  indi  oldu  azad.  Gedin  padĢahımızın  canına  qəni-qəni  dualar 
oxuyun. O vergilər ki, siz verirdiniz, hansı ki, ixracatdı, iĢtağatdı, sərnədi nə bilim nədi, onları 
padĢah sizin ömrünüzə bağıĢlayır. 
Bazarda bir hay-küy düĢdü ki, ağız deyəni qulaq eĢitmədi. FərraĢların arasından keçən ac-
yalavac  adamlar  hökmdarın  atının  dırnaqlarından,  quyruğundan,  ən  xoĢbəxtləri  isə  onun 
ayağından öpə bildi. Candarlar onları güc-bəla ilə ayıra bildilər. Bundan ötəri yumruq-təpiklərini 
də iĢə saldılar. Zərbədən ağzı qanamıĢ biri yerindən çıxmıĢ diĢini tüpürüb dedi: 
– Hökmdar, canım sənə fəda olsun, vergini götürmüsən, atan rəhmətlik, buna görə atının 
ayağından  öpməyə  gəlirəm,  atın  da  tərpənmir,  ona  da  canım  qurban,  bəs  bu  alqıĢa  görə  vurub 
diĢimi salan eĢĢəyinə nə deyim? 
Adamları  sakitləĢdirib  Əhməd  padĢahın  dayandığı  meydanı  təmizləyəndən  sonra  üləma 
minbərdən moizəsini davam etdirdi: 
– Ya əhli Təbriz, yaxĢı-yaxĢı eĢidin və eĢitməyənlərə deyin, rəiyyətin verdiyi otuz beĢ cür 
verginin  iyirmisi  bu  gündən  baĢlayaraq  Əhməd  padĢahın  və  onun  övladlarının  vaxtında 
alınmayacaq. Hansı vergilər ləğv olunmur? O vergilər ləğv olunmur ki, Qur‟ani Ģərifdə deyilib, 
onu peyğəmbər buyurub. Onlar xumdu, zəkatdı, cizyədi, üĢrdü və ilaxır. – Bu vergilərin adlarını 
o çox səliqə-sahman və aramla, bir az da qürurla dedi. Çünki bu vergilərin birbaĢa ona və digər 
ruhanilərə xeyri vardı. 
Səs-küy yenə də artdı. O, bu dəfə də onları sakitləĢdirdi: 
– Niyə dayanmısınız, ey əhli Təbriz? Gedin məscidlərə, dualar edin. Üç gün bayramdı. 
Əhməd padĢah üləmaya bir iĢarə də verdi. O axırıncı sözünü deməliydi. 
–  Hələ  dayanın.  PadĢahın  bir  sözü  də  var.  O  da  bundan  ibarətdi  ki,  il  xanilərdən, 
cəlayirlərdən,  çobanilərdən,  qaraqoyunlulardan,  Həsən  padĢahdan,  Sultan  Yaqub  Mirzədən, 
Bəysunqur  Mirzədən,  Rüstəm Mirzədən kimdə padĢah fərmanı,  yarlıq varsa, saraya gətirsin.  O 
fərmanları ki, onlarla kiməsə syürqal bağıĢlayıblar, torpaq, kənd əta eləyiblər, həmin fərmanları 
padĢahımız təzədən öz mübarək möhürü ilə təsdiq eləyəcək. 
Əhməd padĢahın bazarda görünməyi, vergiləri azaldıb e‟lan eləməyi qara camaat arasında 
hay-küyə  səbəb  olmuĢdu,  indi  hər  evdə,  hər  küçədə,  hamamda,  dükanda,  karvansarada  söhbət 
yalnız ondan gedirdi.  
Taxta gündə biri çıxsa da, heç kəs onların üzünü görə bilmirdi. Hər dəfə hökmdar Ģəhərə 
çıxanda  fərraĢlar  adamları  qovub  evlərə  doldurur,  qapıları  bağlayır,  ya  da  onları  üzü  divara 
çevirirdilər ki, qibleyi aləmin mübarək sifətini görməsinlər. 

155  www.sarigelin.net 
 
Ġndi  Əhməd  padĢah  özü  gəlmiĢdi  bazara,  rəiyyətin  yükünü  yüngülləĢdirmiĢ,  onu  fil 
yükündən  ağır  vergilərdən  azad  etmiĢdi.  HəmiĢə  duranda  da,  oturanda  da  Uğurlu  Məhəmmədə 
lə‟nət, nifrin yağdıran camaat bir günün içində dönmüĢdü və o qədər ona alqıĢ demiĢdi ki, bəlkə 
də  həmin  nifrinlərdən  min  dəfələrlə  çox.  Uğurlu  Məhəmmədin  dar  ağacından  asıldığı  yerdə 
qurbanlar kəsilməyə baĢladı və meydan qanlı gölə döndü. 
Hovuzun suyunun Ģəfəqi tağlı səqfin kaĢılarında oynayan hamamda baĢı araqçınlı, qırmızı 
hənalı  saqqalı  ağ  köynəyinin  üstünə  tökülən  dəllək  bardaĢ qurub oturmuĢ  müĢtərinin saqqalına 
həna yaxırdı və bütün dəlləklər kimi o da çoxdanıĢan idi.  
–  Ağa,  bu  təzə  padĢahın  canına  tanrı  qıymasın.  Boydan  balaca  olsa  da,  babası  Uzun 
Həsəndən böyük iĢlər görür. Rəiyyətin, əsnafın tərəfdarıdır. Daha buna heç kimin diĢi batmaz. 
MüĢtəri iri gözlərini dəlləyə dolandırdı. Dəllək bu baxıĢdan üĢəndi.   
– Ağa, düz demirəm bəyəm? 
– ĠĢini gör. 
– Ağa, vallah yaxĢı padĢahdı, kasıb-kusubun tərəfindədi. 
– Allahnan allahlıq eləmək olar? – MüĢtəri qızıĢdı. 
–  Əstəğfürulla,  əstəğfürulla!  –  Dəlləyin  çirməkli  qolları  biləkdən  aĢağı  yaĢıl  həna 
horrasının içindəydi, əlini ağ fitəsinə də çəkmiĢdi və orada barmaq yerləri qalmıĢdı. 
–  Allah  bilməsəydi  varlını  varlı,  yoxsulu  yoxsul  yaratmazdı.  Ġndi  o  kiĢinin  iĢinə  əl 
uzatmaqmı olar? 
Dəllək fikrə getdi. MüĢtərinin sözündə də həqiqət vardı. Dəlləyin beyninə yerimiĢ həqiqət. 
– Deməli ağa, Əhməd padĢah Allahın yolundan çıxıb? 
– Onu mən demirəm, sən deyirsən.  
Dəllək lap xataya keçmiĢdi. 
– Ağa, deyirsən bəyəm o qədər vergini belimizə palan kimi Allah özü qoymuĢdu? 
MüĢtəri  Əbih  Sultan  idi.  Hamama  gəlib  camaatın  danıĢıqlarına  qulaq  asmaq  istəyirdi. 
Əhməd  padĢah  yaman  onun  xətrinə  dəymiĢdi.  Rüstəm  Mirzənin  baĢını  gətirəndən sonra ondan 
böyük  ənam,  yüksək  vəzifə  gözləyirdi.  Amma  Əhməd  padĢah  o  baĢa  baxmıĢ,  dönüb  Əbih 
Sultana demiĢdi. 
 
– Bu padĢahla kaç il arkadaĢlıqda bulmusan? 
– BeĢ il, qibleyi aləm. 
– Beni beĢ gün də görmedin, beĢ yılın arkadaĢının kafasını benə gətirdin. Benim kafamı da 
beləcə  düĢmenime  bağıĢlarsan.  Haydı,  gözümdən  çəkil,  senin  enamın  budur  ki,  sene  el 
bulamıyorum, – demiĢdi. 
Beləliklə onun əli saraydan, ixtiyardan, əmir əl ümaralıqdan çıxmıĢdı. Sarayın qapısından 
tutmuĢ bütün adamlarına qədər Gödək Əhməd Ġstanbuldan gətirmiĢdi. 
 
Bu  tezlikdə  təslim  olsa  ona  Əbih  Sultan  deməzlar.  Hamama  gəlib  camaatın  fikrini 
öyrənmək  istəyirdi.  Düzdü,  camaatın  fikrini  bilirdi,  kiməsə  cavab  qaytarmaq,  Ģübhə  toxumu 
səpmək də lazım idi. O, dəlləyə dedi: 
–  Hökmdar  yerdə  Allahın  kölgəsidir.  Bu  təzə  kölgədi.  Qara  camaatı  öz  tərəfinə  çəkmək 
istəyir. Axırını gözləyək, görək nə olacaq. Ġndi  baĢlayıb  özündən qabaqkı hökmdarların, Həsən 
padĢahın  fərmanlarını  yığır.  Təzədən  möhür  basmaq  adıyla.  O  syürqalları  alıb  Rum  elindən 
gələnlərə  paylayacaq,  bizim  əmirlər,  bəylərbəyilər  qalacaqlar  quru  yurdda.  Hamımız  olacağıq 
Fateh  Məhəmmədin  qulları,  qaravaĢları.  Siz  də  səhərdən  axĢama  ona  dua  oxuyur,  qurban 
kəsirsiniz. Elə ki, yerini bərkitdi, onda deyəcək, bura bax, gətir o vergilərin hamısını. Onda hər 
Ģey gec olacaq. 
Bu  vaxt  hamamda  kirli  saqqalı,  cır-cındır  geyimi,  əlində  kəĢkülü  və  təbərzini  olan  bir 
dərviĢ oxumağa baĢladı. 
 
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.  
Gövhərin yekdanəsindən irəli pərgar idim. 
 

156  www.sarigelin.net 
 
Gövhəri ab eylədim, tutdu aləmi sərbəsər,  
Yeri-göyü, ərĢi-kürĢü yaradan Səttar idim. 
 
Girdim adəm cisminə, kimsənə bilməz sirrimi,  
Mən bu beytullah içində ta əzəldən var idim. 
 
Gah Hüseynlən belə pustumu soydu qazilər 
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim. 
 
DərviĢ Ģe‟ri oxuyub qurtarandan sonra təbərzini qaldırıb yerə vurdu.   
–  Oyanın  ey  insanlar,  ey  dünyanın  zülmünə  dözüb,  qabaqlarına  it  kimi  bir  tikə  sümük 
atanda dünyada özünü xoĢbəxt bilən məzlumlar. Yer üzünə zamanın sahibi qayıdıb. 
– Kimdi zamanın sahibi, Əhməd padĢah? – deyə dəllək maraqla soruĢdu. 
–  Zamanın  sahibi  birdi.  Vaxtilə  qeyb  olmuĢdu,  indi  qayıdıb.  Bu  Ģe‟r  də  onun  sizə 
müraciətidi. 
DərviĢin  kəĢkülünü  pulla  doldurdular,  onu  sorğu-suala  tutdular.  Zamanın  sahibinin  kim 
olduğunu soruĢdular, demədi. Harada peyda olduğunu soruĢanda, bircə kəlmə dedi: 
– Ərdəbildə! 
Əbih Sultan barmağını diĢləri arasına aparıb sıxdı. 
– Bu Ġsmayıldı. O vaxt da əlimdən çıxdı. Onun gözlərindən mən qorxmuĢdum. O gözlərdə 
çox Ģey oxunurdu və ona görə də bütün ölkəni ələk-vələk elədim, tapa bilmədim. Ərdəbil qazisi 
də dedi ki,axı o zamanın sahibidir, o qeyb olub, təzədən peyda olacaq və səni harada gizlənsən də 
tapacaq. Ġndi o peyda olub. Mən niyə axır günü yox, elə yaĢadığım günü fikirləĢmiĢəm. 
Onun  bədənində  soyuq  tər  damcıları  əmələ  gəldi.  Alnında,  kürəyinin  arasında  elə  bil 
damcılı  buz  bulaq  axmağa  baĢladı  və  onu  üĢütmə  tutdu.  DərviĢin  oxuduğu  o  qəzəl  heç  kimin 
yox,  zamanın  sahibinin,  hər  Ģeyə  üsyan  edən,  dünyadan  əvvəl  yarandığını  təsdiq  edən  Ģəxsin, 
həm də çox qüdrətli, mö‟cüzəli bir Ģəxsin dilindən çıxıb. Bu onun Ģe‟ri yox, dünyaya, insanlara 
ittihamıdır  və  özünü  Allahla  bərabər  tutur,  bir  az  ondan  kiçilir.  Yox,  bu  Ġsmayıl  doğrudan  da 
möcüzələr törədəcək və onda Əhməd padĢahın da ölümünə bir Ģey qalmayıb.  
Əbih  Sultana  ölüm  soyuğu,  Ģaxtası  keçmiĢdi  və  dəllək  də  onun  rənginin  ağardığını, 
soyuduğunu hiss elədi. QıĢqırdı: 
– Camadar! 
Belinə  qırmızı  fitə  bağlanmıĢ  arıq,  damardan,  dəridən  və  sümükdən  ibarət  olan,  ağzında 
damaqdan və dildən baĢqa heç nə qalmayan camadar qaçıb gəldi. 
– Bu müĢtərini isti suyun altında yaxĢı-yaxĢı ovxala. Yoxsa, ölüb əldən gedəcək. 
– Nə olub? 
–  Zamanın  sahibinin  gəldiyini  eĢidən  kimi  belə  oldu.  Görünür  bu  dünyada  günahları  o 
qədər çoxdu ki, hələ məĢhər ayağında dayanmıĢ canını tapĢırmağa tələsir. 
Əbih Sultanın danıĢmağa dili yox idi. Dəlləklə camadar onu buxardan göz-gözü görməyən 
hamama gətirdilər... 
 
 
 
 
 
ƏRCĠVAN SƏFƏRĠ 
 
Ölkənin əhalisi iki tərəfə ümidlə baxmağa baĢlamıĢdı. O tərəflərdən biri Təbriz idi, Əhməd 
idi  ki,  vergiləri  azaltmıĢdı,  bu  görünməmiĢ  iĢ  idi, kasıb-küsüb üzünü tutmuĢdu Təbrizə və ona 
dualar  tökürdü.  Amma  bu  qanun  Təbrizdən  kənara  çıxmamıĢdı.  Çünki,  Əhməd  padĢahın 
ətrafındakı  osmanlı  qoĢunlarının  əsas  vəzifəsi  Təbrizi  əldə  saxlamaq,  cavan  Ģahı  qorumaq  idi. 

157  www.sarigelin.net 
 
Əyalətlərə göndərilən fərmanlar isə yenə də əmirlərin əlinə düĢürdü. Təbriz sarayında o əmirlərə 
verilən  syürqal  yarlıqları,  fərmanları  e‟tibarsızdır  deyə  yandırılan  kimi,  əyalətdəki  əmirlər  də 
Ģahın fərmanlarını boĢ kağız parçası kimi yandırır, qara camaatdan istədikləri vergiləri toplayır, 
bir  az  da  qüvvətlənirdilər.  Çünki  onları  topvergiyığanlar  birbaĢa  əslində  ixtiyardan  salınmıĢ 
əmirlərin  anbarlarına  yığırdı.  Qara  camaat  Ģahın  fərmanını  eĢitmiĢdi,  ona  görə  də  axın-axın 
kəndlərini, el-obalarını atıb Təbrizə axıĢırdılar. Birdən-birə Gün doğandan – Ərdəbildən bir səs 
ucaldı: 
– Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim. 
“Zamanın  sahibi  peyda  oldu”  xəbəri  də  hamıya  çatdı.  Əvvəl  onları  bir  ümid  yarıdırdısa, 
indi artıq ikinci ümid ortaya çıxmıĢdı. Ġndi hara üz tuqacaqlarını da bilmirdilər. 
Ədalət  gətirib  onları  ağır  yükdən  xilas  eləməyə  çalıĢan  padĢahın  yanına,  yoxsa  yer 
üzündəki bütün ədalətsizlikləri məhv eləməyi, zülmkarları məĢhər ayağına çəkməyi özünün əsas 
məqsədi  e‟lan  eləyən  zamanın  sahibinin  yanına...  Hamı  baĢını  itirmiĢdi.  Belə  qarıĢıq,  iki  ümid 
arasında dayanıb çaĢ qalan vaxtda ən fərasətlilər, özlərinin bir məqsədi olanlar daha çox qazanc 
götürə bilərdi. 
Camadarla  dəllək  Əbih  Sultanın  soyuq  tərini  isti  buxarla  müalicə  edəndən  sonra  özünə 
gəlmiĢ, təzədən ondan isti tər açılmıĢ və fikirləĢmiĢdi ki, üçüncü soyuq tərə qədər onun ömrü var 
və bu müddətdə bildiyini etməlidir. 
O,  bu  iki  ümidin  heç  birindən  yaxĢılıq,  xeyir  gözləmirdi  və  onların  hər  ikisini  məhv 
eləməyin planlarını tökməyə baĢladı. Yenə də “namaza” dayandı. 
– Ya tanrı, məni heç vaxt naümid qoymamısan. Ġndi də mənə ağıl göndər. Elə bir ağıl ki, 
Əhməd  padĢahı  da,  zamanın  sahibini  də  aradan  götürməyə  çatsın.  Bilirəm  ki,  onların  ikisi  də 
güclüdür.  Heç  birinə  qarĢı  qoĢun  çıxarmaq  olmaz.  Əvvəla  mənim  qoĢunum  yoxdur.  Rüstəm 
Mirzənin xəzinəsindən baĢqa məndə heç nə qalmayıb. Əhməd padĢahı qoĢunla heç vaxt məğlub 
eləmək olmaz. Onun arxasında elə qüdrətli bir hökmdar dayanıb ki! Zamanın sahibinə qarĢı da 
gedə  bilmərəm.  Bəs  necə  eləyim?  Bu  iki  qüvvəni  biri-birinə  salmaq  necə?  Yox,  o  da 
alınmayacaq.  Əhməd  padĢah  Ərdəbil  tərəfə  qızılbaĢların  üstünə  qoĢun  göndərməyəcək,  çünki 
Ġsmayılı o güclü qüvvə hesab eləmir. Əyalət hakimlərinə tapĢıracaq, onlar da qorxularından ona 
qarĢı  güc  göstərməyəcək.  Bəs  kimə  arxalanmaq  olar?  Ey  ulu  tanrım,  mən  səndən  nə  qədər  də 
razıyam. Sənin köməyinlə tapdım. ġirvanĢah Fərrux Yasar. Bu məqamda onnan baĢqa ikinci bir 
qüvvə bu iki axının qabağını almağa qadir deyil. Birincisi Fərrux Yasar Rum sultanının Təbrizi 
tutmağına  yəqin  ki,  tez  bir  zamanda ġirvanın  istilası  və ĢirvanĢahların aradan götürülməsi  kimi 
baxır.  Ġkinci  tərəfdən  Təbriz  taxtı  onun  yaxın  qohumlarının  əlindən  çıxıb.  Təzədən 
Ağqoyunluların  qanı  yad  qana  qarıĢmamıĢ  Ģahzadələri,  ya  Əlvənd,  ya  Murad  Mirzəni  taxta 
çıxarmaq  üçün  əlindən  gələni  eləyə  bilər.  Bu  iĢdə  ona  kömək  lazımdır.  Çünki  onun  yanında 
mənim qədər ağıllı siyasətçi yoxdur. Axı o bilir ki, Bəysunquru taxtdan mən salmıĢam, döyüĢdə 
mən  məğlub  eləmiĢəm.  Bunun  əvəzini  mənə  qaytarmazmı?  Yox,  inanmıram.  Nə  Bəysunquru 
qaytarmaq olar, nə də Sultan Yaqubu. Bundan sonrakı iĢlərdə isə onun ən yaxın köməkçisi olan 
Əbih Sultan, onun qohumlarını Təbriz taxtına qaytarır. O, dünya görmüĢ qocadı. 
O  ki  qaldı  qızılbaĢlara,  onlar  Fərrux  Yasarın  ən  qəddar  düĢmənləridir.  Ġsmayılın 
öldürülməyi üçün bütün xəzinəsindən keçər. 
– Tapdım çıxıĢ yolunu yenə. Ey ulu tanrı, sən mənim ağlımı həmiĢə belə kəsərli, qılıncımı 
iti, atımı yüyrək elə. 
Payız yağıĢlarla baĢlamıĢdı. Pirsaat çayının iki tərəfində ovulmuĢ, min illərlə sellər-sularla 
yuyulmuĢ,  yayılmıĢ,  o  dənəvər  torpağa  çevrilmiĢ  təpələrdə  təzədən  göy  otlar  cücərirdi.  YağıĢ 
təzəcə dayanmıĢ, qara yun əlçimi kimi uzanmıĢ buludlar keçib aĢağıya, Kür üstünə getmiĢdi. Bu 
təpələrdən  indi  yuyulmuĢ,  təmizlənmiĢ,  toz  altından  çıxmıĢ  yovĢanın  ətri  gəlirdi.  Atlı  cilovu 
buraxıb  sonsuz-bitkisiz  təpələrin  arasındakı  cığırlardan  aĢağıya–  Pirsaat  çayının  vadisinə 
enirdi.Baba  dağından  baĢlayıb  ġamaxı  yanından  keçən  çay  burada  torpağı  neçə  yerdən  qılınc 
kimi kəsmiĢ, özünə yol açmıĢdı. Atlı dayandı, qarĢısında, vadilə çayın sol sahilində uca minarə 
görünürdü.  Əlini  sifətinə  çəkib  salavat  çevirdi.  Bura  Pirhüseyn  Xanəgahı  idi.  Gün  aĢağılara 

158  www.sarigelin.net 
 
əyilmiĢdi.  Günün  qızıl  xəncərlərə  oxĢayan  Ģüaları  buludların  arasından  keçib  yerə  sancılmıĢdı. 
Qalan hər tərəf bulud idi və belə görünürdü ki, bu buludlar tezliklə çəkilib gedəcək. 
Kürün  Cavad  bərəsindən  adlayan  atlı  yolda  narın  yağıĢa  düĢüb  sümüklərinə  qədər 
islanmıĢdı  və  Xanəgahı  görəndən  sonra  sevindi.  Üst-baĢını  qurudacaq,  gecələyəcəkdi.  Özü  də 
möhkəm acmıĢdı. 
At  da  elə  bil  yaĢayıĢ  məskəni  gördü  və  addımlarını  yeyinlətdi.  Yol  kənarlarında  cücərən 
yaĢıl otlar o qədər kiçik idi ki, onları qırpa bilməmiĢdi. 
Atlı  xanəgahın  həyətinə  girəndə  burada  çoxlu  dərviĢ,  tacir,  cürbəcür  yol  adamları  gördü. 
Yəhərdən düĢdü. O, rübənd salmıĢdı və gözlərindən baĢqa onun sifəti görünmürdü. Atı yedəyinə 
alıb hər iki tərəfi mavi kaĢılarla bəzənmiĢ darvazadan içəri girdi, xanəgahın içərisinə girən kimi 
sağ  tərəfdəki  qapı  minarəyə  qalxırdı,  sol  tərəfdə  hovuz  vardı  və  onun  yanında  bir  neçə  at 
bağlanmıĢdı. O da atını bağladı, tərpəniĢlərindən xanəgah xidmətçilərinə oxĢayanlara tapĢırdı ki, 
atın qabağına arpa töksünlər. Özü də yemək üçün hara getməyi öyrəndi. Karvansaranın yanındakı 
hücrələrdə  adamlar  yeməklə  məĢğul  idi.  O  da  oturdu.  Piti,  plov  yedi,  sonra  isə  xanəgahın 
ibadətgahına  girib  buradakı  qəbirləri  ziyarət  elədi.  Ondan  qabaqda  dayanıb  ibadət  eləyən,  eyni 
vaxtda namaz qılan ona tanıĢ gəldi. Ancaq harada gördüyünü fikrinə gətirə bilmədi. Qara örtük 
çəkilmiĢ  qəbrin  üstündə  yanan  Ģamların  titrək  iĢığında  bu adamın kürəyini və boynunun ardını 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin