İxtisas: Marketinq Qrup: I fənnin adı: Azərbaycan tarixi



Yüklə 23,89 Kb.
tarix14.12.2023
ölçüsü23,89 Kb.
#180539
Atabəylər dövləti


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN UNİVERSİTETİ




Fakültə: Biznes və iqtisadiyyat
İxtisas: Marketinq
Qrup: I
Fənnin adı: Azərbaycan tarixi
Müəllim: Aybəniz Quliyeva
Tələbə: Rəşad Vəlixanov
Sərbəst işin adı: Atabəylər dövləti
XII əsrin 30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi- Azərbaycan Atabəylər dövləti meydana gəldi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və üzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz idi.O, təkcə dövlətin deyil adı ilə adlanan Eldənizlər (1136-1225) sülaləsinin də banisi idi. II Toğrulun hakimiyyəti illərində Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və vəzifədən vəzifəyə keçməyə başladı.Sultan Eldənizə əmir rütbəsi verdi. Sonra isə II Toğrul azyaşlı oğlu Arslan şaha Eldənizi atabəy təyin etdi.

Sultan Məsud dövründə isə Eldəniz Möminə xatunla evləndi. 1136-da Məsud Aranı Eldənizə iqta torpağı verdi. Burada möhkəmlənərkən Eldəniz sultan asılılığından çıxdı. Yavaş-yavaş Azərbaycana yiyələndi.

1160 ildə atabəy Eldəniz 20 minlik ordu ilə Arslan şahla Həmədana gəldi. Burada Arslan şaha tac qoyuldu. Eldəniz Böyük Atabəy adlandı və Eldənizin böyük oğlu Pəvləvan əmir-hacib, Qızıl Arslan isə sultan ordularının baş komandanı oldu. Dövlətdə əsas işləri Eldəniz görürdü. Arslan şah formal olaraq dövlətin başında dayanmışdı. Lakin nə xəlifə, nə də başqa əmirlər sultanı qəbul etmək istəmədilər. Buna görə də 1161-də Eldəniz Reyi tutdu və oranı oğlu Cahan Pəhləvana verdi. Bundan sonra başqa bütün düşmənlərinə qalib gəldi.

Beləliklə, atabəy Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. O Azərbaycan, Arran, Şirvan, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Şirvan, Xuzistan, Ərzurum və Marağa hakimləri Eldənizin adına pul kəsdilər, xübə oxutdururdular. Əmrləri o verir, torpaqlarını paylayır, dövlət xəzinəsinə nəzarət edirdi, sultan Arslan şahın isə sadəcə olaraq adı vardı.


Eldənizin əsas rəqibi gürcüstan idi. 1161 ildə gürcü qoşunları çar III Georginin başçılığı altında Azərbaycana hücum edib Arranın Ani şəhərini tutdu. Bir qədər sonra gürcü qoşunu hücum edib Dəbili tutdu. Sonra yenə də hücum edərək Gəncəyə soxuldular. Gəncədən çoxlu qənimət əldə etdilər.

1163-cü ilin yanvarında Eldənizin 50 minlik qoşunu Gürcüstana hücuma keçdi. Eldəniz yandırılmış Dəbili gürcülərdən geri aldı və III Georgini məğlub etdi. Bu məğlubiyyətə baxmayaraq 1164-cü ildə gürcülər yenə də Ani şəhərinə hücum etdilər. Belə hücumlar sonrakı illərdə də çox oldu. Hər dəfə Eldəniz yenidən hücum edərək torpaqları yenidən bərpa edirdi. 1175-ci ildə Eldəniz, sultan Arslan şah, və Diyarbəkr hakimiyyətinin qoşunu Cahan Pəhləvanın başçılığı ilə gürcülərə qarşı qoşun çıxartdılar. Gürcülərə qalib gəldilər.

1175 ildə Eldəniz vəfat etdi. Arslan şah da bir ay sonra vəfat etdi ölkənin idarəsini Cahan Pəhləvana tapşırdı. Beləliklə, atabəy Cahan Pəhləvan sultan taxtına Arslan şahın 7 yaşlı oğlu III Toğrulu çıxarır, eyni zamanda onun atabəyi olur. Qardaşı Qızıl Arslanı Azərbaycan və Arranın canişini təyin edir. Atabəy Cahan Pəhləvan müvəffəqiyyətli xarici siyasət aparır, xarəzmşahlar ilə yaxşı dolanırdı. Onun əsas uğurlarından biri də Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Marağa hakimiyyətinin əlində idi. Cahan Pəhləvan Təbrizə sahib olur və Təbrizi iqta adı ilə qardaşına verir.

Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı qızıl Arslan gəldi. Ümumiyyətlə, XII əsrin 80-cı ilinin sonu - 90-cı illəri - atabəy qızıl Arslan və səlcuq sultanı III Toğrulun hakimiyyəti dövrüdür.

III Toğrul Qızıl Arslanı da tam hakim tanımağa məcbur olur. Arslan Azərbaycanın, Arranın, Həmədanın, Isfahanın, Reyin hakimi olur. Lakin Arslan şah çox vaxtını məclislərində keçirdiyindən ona qarşı qurulan tələlərdən, narazılıqdan xəbəri yox idi. Cahan Pəhləvanın arvadı İnanc xatun da Qızıl Arslanın və III Toğrulun ölümünə tərəfdar idi. Belləiklə, 1191 ildə Arslan sui-qəsd nəticəsində ölür. Onun oğlu Əbu Bəkr Azərbaycanı və Arranı tutur. Həmədan və ətraf vilayətlərdə isə hakimiyyət İnanc xatunun oğlanları Qutluq İnanc və Ömərin əlinə keçir. Beləliklə, Atabəylər dövləti bölünür. Bu vaxt III Toğrul həbsxanada idi.

III Toğrul 1192 ildə həbsxanadan çıxır və beş yüz suvari ilə Təbrizə hücum edir. Əbu Bəkr Təbrizin köməyinə gəlir və Toğrul geri çəkilərək İraqa gedir. 1192 ildə Qəzvin yaxınlığında Toğrul və Qutluq İnanc Mahmud arasında döyüş olur. Toğrul qalib gələrək Həmədana daxil olur və sultan taxtına yiyələnir. Qutluq İnanc Reyə - anasının yanına qaçır. Buradan xarəzmşah Təkəşə xəbər göndərir.

Bu hadisədən sonra Qutluq İnanc qardaşı Ömərin yanına gəlir. İki qardaş birləşərək ögey qardaşları Əbu Bəkrə qarşı çıxırlar. Lakin Əbu Bəkr tərəfindən məğlub edilib geri çəkilirlər. Bu zaman Qutluq İnanca yer verməklə Xarəzmşahlar III Toğrula qarşı birləşməyə başlayırlar. 1194-cü ildə Xarəzmşahlar və III Toğrul arasıında döyüş olur. Toğrul məğlub olaraq öldürülür. Toğrulun ölümü ilə səlcuq səltənəti həmişəlik məhv oldu.

1195 ildə Xarəzm şah Təkəş devrildikdən sonra Cahan Pəhləvanın məmlükləri ilə İraq əmirlərinin bəziləri saziş bağlayır və Xarəzmşahla mübarizəyə girişmək qərarına gəlirlər. Məmlüklər Reyi və ətrafları tutduqdan sonra xəlifə əl Nazirin qoşunları da məqsədi xarəzmləri bu ərazidən çıxartmaq olduğundan hər ikisi birləşərək Əcəm İraqın bütövlükdə ələ keçirirlər. Rey, Qum, Kəşan, Isfahan, Həmədan, Zəncan və Qəzvin xəlifənin hakimiyyəti altına keçir.



Bu zaman Xarəzm şah Təkəş ölür və xarəzmşahlar taxtına Ələddin Məhəmməd çıxır. Yeni xarəzmşah ölkənin daxili işləri ilə məşğul olmasından istifadə edən İraq əmirləri xarəzm qoşun dəstələri üzərinə hücum edir, onları ölkədən qovurlar. Bu işdə Əbu Bəkrin qardaşı Özbək fəallıq göstərir. Xəlifə əl Nazir Özbəyi güzəştlər hesabına da olsa öz tərəfinə çəkmək qərarına gəlir. Sonra Azərbaycandan bura Əbu Bəkr də gəlir. O Həmədanı Özbəyə, İsfahanı isə öz ərazisinə qatır.

Gürcü qoşunları 1210–1211-ci illərdə Azərbaycana dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Cahan Pəhləvanın həyat yoldaşı Zahidə xatun çoxlu pul, daş-qaş verməklə şəhəri dağıntıdan xilas etdi. Sonra gürcülər başqa ərazilərədə basqınlar edir, çoxlu qarətlər törətdilər. Bu basqınların heç birinə Əbu Bəkr cavab vermədi.

Atabəy Əbu Bəkrin 1210-cu ildə ölümündən sonra ona tabe olan torpaqlar qardaşı Özbəyin ixtiyarına keçir. Özbəyin dövründə 1225-ci ildə Xarəzmşah Cəlaləddin yürüş edir və Atabəylər dövlətinin varlığına son qoyur.
Yüklə 23,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin