Ali Rza Dəmircan Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov



Yüklə 243,37 Kb.
Pdf görüntüsü
tarix24.01.2017
ölçüsü243,37 Kb.
#6235

www.muselmanlar.com

 

 



 

 



İSLAMA ƏSASƏN CİNSİ 

HƏYAT 


Müəllif: 

Ali Rza Dəmircan 

 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov 



(fəlsəfə doktoru: fəlsəfə və 

ilahiyyat elmləri) 

 

IV FƏSİL 



İNSANIN ÖZÜNÜ CİNSİ 

HƏYATDAN TƏCRİD ETMƏSİ 

HARAMDIR 

 

 



 

www.muselmanlar.com

 

 



 

 

Allahın  elçisi  həzrəti  Muhəmməddən  müdrik 



kəlamlar 

“İslam dinində evlənməmək və özünü cinsi həyatdan təcrid 

etmək – ruhbanlıq yoxdur.” 

“Hər  ümmətin  özünəməxsus  bir  rubanlığı  var.  Mənim 

ümmətimin  (müsəlmanların)  ruhbanlığı  Allah  yolunda  cihad 

etməkdir.” 

“Həyatı  özünüzə  çətin  hala  salmayın.  Elə  etməyin  ki,  sizə 

də  çətinlik  törədilməsin.  Tarixi  cəmiyyətlərdən  biri  olan 

xristianlar  ruhbanlığa  meyl  etdilər.  Həyatı  özləri  üçün 

çətinləşdirdilər.  Beləcə,  gün-güzəranları  çətinləşdi.  Budur, 

onların  özlərindən  çıxartdıqları  (qondarma)  ruhbanlığın 

qalıqları  monastırlardadır.  Allah  onlarla  əlaqədar  olaraq  belə 

deyir:

1

 



“Biz  onlara  ruhbanlığı  tapşırmadıq.  Onlar  bunu 

Allahın 


razılığını 

qazanmaq 

məqsədilə 

özləri 


uydurdular.  Ancaq  sonra  ona  layiqincə  riayət 

etmədilər.” (Hədid, 57/27) 

 

 

 



                                                 

1

 Baxın: Kəşfu-l-xəfa, hədis nömrəsi 3154; İbn Kəsir, Hədid, 57/27. 



www.muselmanlar.com

 

 



 

Seksual  aktivliyi  aradan  qaldırmağa  cəhd  etmək 



haramdır 

“Biz  onlara  ruhbanlığı  tapşırmadıq.  Onlar  bunu 

Allahın 

razılığını 

qazanmaq 

məqsədilə 

özləri 

uydurdular.  Ancaq  sonra  ona  layiqincə  riayət 



etmədilər.” (Hədid, 57/27) 

Uca  Allahın  lənətlədiyi,  bununla  belə,  insanları 

yoldan  çıxardan  işlər  görməyinə  icazə  verdiyi  şeytan  o 

vaxt belə and içmişdi: 

“Mən  insanlara  təlqin  edəcəyəm,  onlar  da  Allahın 

yaratdığı  məxluqatdakı  təbii  quruluşu  pozacaq,  əsl 

məqsədindən uzaqlaşdıracaqlar.” 

Quranın  yuxarıda  mənası  verilən  bu  ayəsinə  (Nisa, 

4/119) əsasən insanın xilqət (yaradılış) nizamını bu və ya 

digər  şəkildə  pozub  dəyişdirmək  şeytan  əməlidir  və 

haramdır. 

Bu  ayə  və  peyğəmbərin  onu  izah  edən  qadağalarına 

əsasən  İslam  dini  seksual  qabiliyyətin  insanın  özü  və  ya 

başqa  bir  nəfər  tərəfindən  aradan  qaldırılıb  yox 

edilməsini,  o  cümlədən  belə  bir  arzu  və  təşəbbüsü  qəti 

surətdə qadağan edib. Şübhəsiz ki, buradakı əsas məqsəd 

insanın  yaradılışla  zidd  düşməyi  kimi  bir  ehtimalın  və 

onun ilahi imtahana üsyan etməyinin qarşısını almaqdan 

ibarətdir.  

Qeyd  edək  ki,  seksual  iqtidarı  aradan  qaldırmağın 

əsas yolu xədimləşmək və kimi isə xədim etməkdir. 

www.muselmanlar.com

 

 



 

Xədimləşmək 

Xədimləşmək  kişinin  yumurtalarını  çıxartmaq  və  ya 

onları 


burmaqla 

seksual 


iqtidarını 

və 


dölləmə 

(mayalandırma) 

qabiliyyətini 

aradan 


qaldırmaq 

deməkdir.  Bu,  insanın  özünə  qarşı  etdiyi  bir  zülmdür. 

Halbuki insan özünə zülm tətbiq etməli deyil. Əksinə öz-

özünə  ədalətlə  yanaşmalıdır.  Çünki  peyğəmbərimiz  (əs): 

“Nəfsinin də sənin boynunda haqqı var”, - demişdir.

2

 



Məlumdur  ki,  İslam  dini  Allahın  elçisi  həzrəti 

Muhəmməd (əs) tərəfindən təbliğ edilirdi. O vaxt imkanı 

olmadığına  görə  evlənə  bilməyən  və  günaha  batmaqdan 

ehtiyat  edən  bəzi  möminlər  xədimləşmək  barədə 

fikirləşirdilər. Ancaq onlar peyğəmbərin qəti qadağası ilə 

üzləşdilər.  Aşağıdakı  hədislər  də  xədimləşməyin  İslam 

dinində qadağan olduğunu açıq-aydın göstərir: 

Əbu Hüreyrə (ra) belə rəvayət etmişdir: 

“Mən bir problemim haqda peyğəmbərə dedim: 

-Ya  rəsulallah,  siz  də  bilirsiniz  ki,  mən  cavanam. 

Nəfsimə  hakim  olmamaqdan  –  şəhvani  hislərimə  təslim 

olmaqdan 

çəkinirəm. 

Zina 


günahına 

batmaqdan 

qorxuram.  Evlənməyə  də  imkanım  yoxdur.  Bu  halda 

özümü xədim edə bilərəm? 

Peyğəmbər  mənə  cavab  vermədi.  Mən  eyni  məsələni 

təzədən  dilə  gətirdim.  Bunu  2  dəfə  təkrar  etdim.  Yenə 

                                                 

2

 Buxari, Ədəb, 86, Savm (oruc), 51; ət-Tac, 2/99. 



www.muselmanlar.com

 

 



 

cavab  vermədi.  Bu  sualı  4-cü  dəfə  soruşduqda  isə  belə 



dedi: 

       


           

     


-Ey  Əbu  Hüreyrə!  Qəza-qədər  ssenarisini  yazan  qələmin 

işi başa çatdı. 

Bu  vəziyyətə  görə  istər  xədimləş,  istərsə  də  xədimləşmə. 

Bunun əhəmiyyəti yoxdur. O halda sən sənə əmr verildiyi kimi 

yaşa, xədimləşməyə cəhd etmə!”

3

 



Səid  ibn  As  rəvayət  edir  ki,  Osman  ibn  Mazun 

Allahın elçisindən belə bir şey xahiş etdi: 

-Ya  rəsulallah!  Mən  xədimləşmək  istəyirəm.  Buna 

icazə verirsinizmi? 

Muhəmməd peyğəmbər (əs) cavab olaraq belə dedi: 

-Allah  qadınlardan  uzaqlaşmağı  (ruhbanlıq)  bizim  üçün 

evlilik  və  tətbiq  edilməsi  asan  olan  İslam  şəriəti  ilə  dəyişdirdi. 

Əgər sən də bizim kimi İslama iman gətirənlərdənsənsə, bizim 

etdiyimiz kimi et (xədimləşməyə cəhd etmə, evlən)!”

4

 



Xədimləşdirmək 

Can,  ağıl,  din,  mal-mülk  və  nəsli  qorumaq  məqsədi 

güdən  İslam  dinində  faiz  və  içki  məsələlərində  olduğu 

kimi,  haram  bir  işi  görmək  də,  gördürmək  də  haramdır. 

                                                 

3

 Buxari, Nikah, 7. 



4

 Ayni, 20/72; Sünən-i-Nəsai, 6/59. 

www.muselmanlar.com

 

 



 

Deməli,  xədimləşmək  kimi,  xədimləşməyə  səbəb  olmaq, 



yaxud xədim hala salmaq da haramdır. 

Muhəmməd  peyğəmbər  (əs)  insanın  cinsiyyət 

üzvünü  məhv  etmək  (funksiyasını  pozmaq)  və  dölləmə 

(mayalandırma)  qabiliyyətini  aradan  qaldırmağa  qəsdən 

adam  öldürməyə  oxşar  və  ya  səhvən  adam  öldürməyə 

verilən cəzanı münasib bilib. Bu da onu göstərir ki, kimi 

isə xədim etmək nə dərəcədə haramdır.

5

 Çünki İslam cəza 



hüququnda  bir  qayda  kimi  haram  edilməyən  və  ya 

İslama  müvafiq  idarə  sistemi  tərəfindən  qadağan 

olunmayan əməllərə görə cəza tətbiq etmək olmaz. 

Yuxarıda misal verdiyimiz hədislər və şərhlər göstərir 

ki,  yaradılış  nizam-intizamını  dəyişdirməyə  cəhd  etmək, 

o  cümlədən  xədimləşmək  və  ya  kimi  isə  xədim  etmək 

Allaha  üsyan  etmək  deməkdir.  Bu,  böyük  bir  günahdır. 

İslam  dini  (peyğəmbərin  sözü  ilə)  nəinki  insanları,  hətta 

heyvanları  belə,  xədim  etməyi  (axtalamaq,  burmaq) 

qadağan edib.

6

 

Osmanlı 



dövlətinin 

tarixində 

baş 

verən 


xədimləşdirmə  halları  şübhəsiz  ki,  İslam  dininə  əsasən 

                                                 

5

 İbn Macə, Diyat, 29. 



6

 Beyhəqi, Sünəni-kübra, hədis nömrəsi 20289; Məcməu-z-zəvaid, hədis 

nömrəsi 9368; İbn Kəsir, Nisa, 119. 

İslam  alimləri  ayqırı  (damazlıq  at)  maydana  (dişi  at)  yaxın 

buraxmamağı  da  günah  kimi  qəbul  edirlər.  Çünki  Muhəmməd  peyğəmbər 

bunu o heyvanın haqlarına təcavüz olduğu üçün qəti surətdə qadağan edib. 

Baxın: İslamda halallar və haramlar, 1/675. 


www.muselmanlar.com

 

 



 

zülmdür.  Bu  işkəncədir,  yaradılış  nizam-intizamını 



dəyişdirmək  deməkdir.  Bir  sözlə,  haramdır.  Aşağıda 

misal  verilən  fitvadan  da  məlum  olur  ki,  haramlığı  izah 

edildiyi halda bu iş davam etdirilib: 

Sual:  “Həbəşistan  və  zənci  tayfasından  olan,  Misir  və 

həndəvərindən  alınan  kişi  və  oğlan  uşaqlarının  bəzilərinin 

tənasül  alətlərini  (cinsiyyət  üzvü)  kəsib  məcbub  (xaya  və 

penisi  kəsilmiş),  yaxud  da  axta  (buruq)  hala  salmaq  dini 

cəhətdən düzgün olarmı?” 

Cavab: “Xeyr, bu, haramdır.”

7

 



Əgər  subay,  yaxud  da  evli  bir  mömin  öz  seksual 

istəklərinin  ucbatından  zina  günahına  batmaq  və 

beləliklə  də,  axirət  əzabına  düçar  olmaqdan  ehtiyat 

edirsə,  evlənməlidir.  Əgər  buna  maddi  cəhətdən  gücü 

çatmırsa,  evlənənə  qədər  peyğəmbərin  tövsiyəsinə 

müvafiq  qaydada  müstəhəb  (vacib  olanların  xaricində 

qalan)  oruc  tutmalı,  gecə  namazına  durmalı  və  Quran 

oxumalıdır. 

Səhabə Abdulla ibn Amr belə rəvayət edir: 

   


 

   


 :

         

 

 

 



   

   


   

Bir adam peyğəmbərin yanına gəlib dedi: 

                                                 

7

  Şeyxulislam  Arif  Əfəndidən  nəql  etməklə  A.  Akgündüz,  Osmanlıda 



hərəm, s. 277. 

www.muselmanlar.com

 

 



 

-Ey peyğəmbər! Mənə icazə verin, xədimləşim. 

Allahın elçisi buna icazə vermədi. Belə dedi: 

-Mənim  ümmətimin  xədimləşməyi  gündüz  oruc  tutmaq, 

gecə  namaz  qılmaq  və  Quran  oxumaqdır.  Beləcə,  cinsi 

istəklərini nizamlayıb kontrol etməkdir.

8

 

Seksual  məzmunlu  haramlardan  qorunmaq  üçün 



xədimləşməyin əvəzinə məsləhət görülən müstəhəb oruc 

və namazlarla yanaşı, cihad da tövsiyə olunur. 

Aşağıdakı sənəd bunu ifadə edir: 

Bir nəfər səhabələrdən biri olan Əbu Səid əl-Xudrinin 

yanına gəlib ona məsləhət vemrəyini xahiş etdi. Əbu Səid 

də  ona  dedi  ki,  mən  sənin  məndən  xahiş  etdiyin  şeyi 

vaxtilə  peyğəmbərdən  istədim.  Gəl,  onun  mənə  verdiyi 

öyüd-nəsihəti sənə də danışım: 

Sənə  məsləhət  görürəm  ki,  Allahın  əmr  və  qadağalarına 

sadiq ol. Əsl məsələ və əməllərin əsası budur. 

Bir  də  cihaddan  yapış.  Çünki  İslam  dininin  ruhbanlığı 

(seksual  həyatdan  dinə  müvafiq  qaydada  çəkilmək  forması) 

cihaddır.  Əlavə  olaraq,  Allahı  zikrə  və  Quran  oxumağa  da 

əhəmiyyət ver. Bütün bunlar (xüsusilə zikr və Quran oxumaq) 

sənin üçün göydə rəhmət, yerdə qədir-qiymətdir.

9

 



                                                 

8

 Müsnəd, 2/173; Müzzəmmil, 73/1-4. 



9

 Müsnəd, 3/82; İbn Kəsir, Hədid, 27. 



www.muselmanlar.com

 

 



 

Yuxarıdakı  hədisdə  məsləhət  görülən  cihadı  Allah 



bilir,  belə  də  başa  düşmək  olar:  Geyim-kecimə  fikir 

vermək  (örtünmək)  və  təhlükəsizlik  qaydalarına  rəayət 

etmək şərtilə bütün idman fəaliyyətləri ilə məşğul olmaq. 

Məsləhət görülən zikr və Quran oxumaq da bütün faydalı 

elmi-mədəni işləri əhatə edir. 

Qısırlaşmaq-qısırlaşdırmaq 

Əməliyyat  vasitəsilə  həyata  keçirilən  və  dölləmə-

mayalandırma  qabiliyyətini  aradan  qaldırmaq  mənası 

daşıyan  qısırlaşma-qısırlaşdırma  da  yaradılış  nizam-

intizamını  pozduğu  üçün  İslam  dinində  haram  hesab 

olunur.  İkinci  bir  əməliyyatla  dölləmə  qabiliyyətini 

qismən  bərpa  etmək  olur.  Bununla  belə,  yəqin  ki, 

haramlıq hökmü dəyişmir. 

Subaylıq xüsusi şərtlər daxilində haramdır 

İslam  dini  seksual  aktivliyi  aradan  qaldırmaq 

mənasını  daşıyan  xədimlik  və  xədimləşdirməyi  qadağan 

etdiyi kimi, seksual istəkləri müntəzəm qaydada zəiflədib 

onlara həmişə təzyiq göstərməyi də qadağan edib. Eynilə 

bunun kimi, Allahın yaratdığı seksuallığı öz funksiyasını 

yerinə  yetirə  bilməyən  hala  salmağı,  yəni,  subaylığı  da 

qadağan  edib.  Çünki  o  da  şeytandan  irəli  gələn  bir 

rəftardır və yaradılış nizam-intizamına ziddir: 

“Mən  insanlara  təlqin  edəcəyəm,  onlar  da  Allahın 

yaratdığı  məxluqatdakı  təbii  quruluşu  pozacaq,  əsl 

məqsədindən uzaqlaşdıracaqlar.” (Nisa, 4/119) 

www.muselmanlar.com

 

 

10 



 

Aşağıdakı hədislər də subaylığın İslam dinində hansı 

şərtlər daxilində və hansı məqsədlə qadağan olunduğunu 

izah edir. 

İslam  dininə  əsasən  subaylığı  prinsip  halına 

gətirmək olmaz 

Allahın elçisi (əs) subaylığın prinsip və məqsəd halına 

gətirilməməli olduğunu belə izah etmişdir: 

“(Fiziki  və  maddi  imkan  ola-ola)  İslamda  evlənməmək 

deyilən bir şey yoxdur.”

10

 

“Biz  evlənməyəcəyik”,  -  deyənlər  lənətə  düçar 



olurlar 

 

   



 

 

 



 

 

 



   

 

 



   

 

 



 

 

     



 

   


 

 

“Allahın  elçisi  qadınlara  oxşamağa  çalışan  arvadsifət 



kişilərə, kişilərə oxşamağa çalışan erkəksifət qadınlara və bir də 

seksual  həyatdan  uzaqlaşıb:  “Biz  evlənməyəcəyik”,  -  deyən 

kişilərlə belə deyən qadınlara lənət etdi.”

11

 



Buradan belə bir nəticə çıxır ki, Allahın elçisi yaradılış 

nizam-intizamı  ilə  ziddiyyət  təşkil  edən  əməlləri  və 

insanın  öz  iradəsinə  əsasən  qadına/kişiyə  oxşamağa 

                                                 

10

 Feyzu-l-qədir, 6/428, hədis nömrəsi 9892. 



11

 Məcməu-z-zəvaid, 4/251; Müsnəd, hədis nömrəsi 7891. 



www.muselmanlar.com

 

 



11 

 

çalışmağını lənətləyib. Eyni zamanda o, mənəvi cəhətdən 



xədimləşmək olan subaylıqdan möhkəmcə yapışmağa da 

lənət yağdırıb. Başqa sözlə desək, o, bütün bunları insanı 

ilahi  mərhəmətdən  məhrum  edən  əməllər  kimi 

qiymətləndirib.  Doğrudan  da,  bu  təhlil  Nisa  surəsinin 

119-cu ayəsi ilə üst-üstə düşür. 

Evlənməyən  şəxs  peyğəmbərin  yolundan  çıxmış 

hesab olunur 

Muhəmməd  peyğəmbər  (əs)  üzrsüz  yerə  subay 

qalmaq barədə belə demişdir: 

 

 



     

   


     

“Evlənmək üçün (lazımi seksual və) maddi imkana malik 

olduğu  halda  evlənməyən  şəxs  mənim  yolumda  gedənlərdən 

deyil.”


12

 

Subaylar şeytanların qardaşları ola bilərlər 



Ərəblərin Təmimi qəbiləsindən Ukkaf ibn Bişr adlı bir 

şəxs  günlərin  bir  günü  Muhəmməd  peyğəmbərin  (əs) 

yanına gəldi. Peyğəmbər (əs) ondan evli olub olmadığını 

soruşdu.  Həmin  adam:  “Xeyr”,  -  cavabını  verdi. 

Peyğəmbər (əs) bunun üstündən belə soruşdu: 

-(Evlənmək  üçün  lazım  olan  sağlamlıq  və)  maddi 

imkanın var? 

                                                 

12

  Məcməu-z-zəvaid,  4/251;  Abdurrəzzaq,  Müsənnəf,  hədis  nömrəsi 



10376; Darimi, Nikah, 1. 

www.muselmanlar.com

 

 

12 



 

Adam: “Var ya rəsulallah”, - deyə cavab verdi. 

Peyğəmbər (əs) sözlərinə davam edib dedi: 

“Bu  halda  sən  şeytanların  qardaşları  kimisən.  Əgər 

xristian olsaydın, onların rahiblərinə qoşulardın. (Halbuki sən 

xristian  deyilsən.  Elə  isə  niyə  subaysan?)  Bizim 

yaşayışımıza əsaəsn evlənmək lazımdır, lazımlıdır... 

Bilirsənmi, şeytanlar (öz aralarında) belə danışırlar: 

İbadətlərini  yerinə  yetirən  və  gözəl  əxlaqı  olan  bəndələri 

(ibadət  yolundan)  çıxartmaq  üçün  şeytanların  (əxlaqsız) 

qadınlardan daha güclü silahı yoxdur. Şeytanlar təkcə evli olan 

ibadətli  və  əxlaqlı  Allah  bəndələrini  yoldan  çıxarda  bilməzlər. 

Onlar  pak,  seksual  məzmunlu  haramlardan  qorunmuş 

bəndələrdir. Allah sənə yaxşılıq etsin Ukkaf! Dayanma, evlən! 

Əgər  evlənməsən,  (fəzilətlə  fəzilətsizliyin  arasında) 

vurnuxanlardan olarsan!” 

(Bu  açıq-aydın  və  qəti  əmri  eşidən)  Ukkaf 

peyğəmbərdən  (əs)  xahiş  etdi  ki,  onu  evləndirsin. 

Muhəmməd peyğəmbər (əs) də onun xahişini qəbul edib 

dedi: 


“Səni Gülsümün qızı Kərimə ilə evləndirdim.”

13

 



 

 

                                                 



13

  Məcməu-z-zəvaid,  4/250;  Müsnəd,  5/163.  Burada  hədisin  xülasəsi 

verilib.  Bu  hədisin  məzmunu  evlənməyə  böyük  əhəmiyyət  verən  Quranla 

üst-üstə düşür. 



www.muselmanlar.com

 

 



13 

 

Subaylıqla əlaqədar ilahi meyarların təhlili 



İslam  dininin  ümumi  qayda-qanunları  və  subaylığı 

pisləyən  peyğəmbər  hədislərini  təhlil  etdikdə  subay 

qalmağın  aşağıdakı  səbəblərə  əsasən  qadağan  edildiyini 

görürük: 

1)  Subaylıq  Allahın  qoyduğu  yaradılış  nizam-intizamı  və 

nəslin  çoxalmasına  zidd  düşmək  deməkdir.  Belə  bir  ziddiyyət 

şeytanın  təhriki  ilə  xilqəti  (yaradılış)  dəyişdirmək  deməkdir. 

Ona görə də haramdır.

14

 

2)  Subaylıq  Allahın  qoyduğu  qanunların  bir  qisminə  görə 



cavabdehlik  daşımamaq  üçün  ilahi  imtahandan  qaçmaq 

deməkdir. Çünki Allahın qoyduğu və ilahi imtahan üçün vasitə 

seçdiyi Quran hökmlərinin bir hissəsi qohumluq münasibətləri, 

ailə qurmaq, boşanmaq, vərəsəlik və sairə ilə sıx əlaqədardır. 

3)  Subaylıq  fiziki  və  psixi  narahatlıqlara  səbəb  olan  bir 

məhrumiyyətdir. Bu, insanın nəfsinə qarşı zülmdür. İnsan isə 

öz nəfsinə qarşı zülm etməli deyil; əksinə, onunla ədalətli rəftar 

etməlidir.  Çünki  peyğəmbərimiz  (əs):  “Nəfsinin  də  sənin 

boynunda haqqı var”, - demişdir. 

4)  Uca  Allah  buyurur  ki,  canlarınızı  (özünüzü)  öz 

əllərinizlə  təhlükəyə  atmayın  (Bəqərə,  2/195).  Subaylıq 

həyatın  təbii  istək  və  ehtiyacları  ilə  toqquşduğu  üçün  bir  növ 

insanı  sekslə  əlaqədar  haramlara  aparmaq  deməkdir.  Onu 

                                                 

14

 Nisa, 4/119. 



www.muselmanlar.com

 

 



14 

 

mənəvi cəhətdən təhlükəyə salmaq deməkdir. Həqiqətən də, heç 



bir subay insan sekslə bağlı haramlardan sığortalanmayıb.

15

 



5)  Yer  üzündəki  kişi  və  qadınların  sayında  demək  olar  ki, 

tarazlıq  olduğuna  görə  subaylıq  əks  cinsdən  bir  nəfəri  də 

subaylığa  məhkum  etmək  və  beləcə,  onu  da  xoşbəxtlikdən 

uzaqlaşdırmaq deməkdir.  

6)  Subaylıq  bizim  varlığımıza  həyat  yoldaşı  məhəbbəti 

yerləşdirən, onları Öz elm, qüdrət və hikmətinin əlaməti olaraq 

təqdim  edən  və  bir  nemət  kimi  tanıdan  Allaha  qarşı  laqeyd 

qalmaq  deməkdir.  Onun  əhəmiyyət  verməyi  lazım  bildiyi 

şeylərə biganə yanaşmaq deməkdir.

16

 



7)  Subaylıq  batil  din  və  ideologiyalara  mənsub  olanlara, 

eləcə  də,  xristianların  keşişlərinə  oxşamaq  deməkdir.  Onlara 

oxşamaq isə haramdır. 

Muhəmməd peyğəmbər (əs) bununla əlaqədar olaraq 

belə demişdir: 

   


   

 

 



   

 

“Evlənin.  Mən  digər  ümmətlərə  qarşı  sizin  çoxluğunuzla 



iftixar edərəm. Nəbadə, xristianların keşişləri kimi subaylıqdan 

yapışıb qalmayın!”

17

 

                                                 



15

 Yusuf, 12/14, 33; Nisa, 4/28. 

16

 Rum, 30/21; Nəhl, 16/72. 



17

 Əl-Camiu-s-səğir, “təzəvvəcu” bəndi, 1/130. 



www.muselmanlar.com

 

 



15 

 

8)  Bütün  bunlarla  yanaşı,  subaylıq  Allahın:  “Evlənin!”,  - 



əmrinə, xüsusilə də yolundan getməli olduğumuz peyğəmbərin 

(əs) tapşırıqlarına və yaşayış tərzinə ziddir. Ona zidd olmaq isə 

haramdır, böyük günahdır. Çünki o peyğəmbər (əs) buyurub ki, 

evlənmək  mənim  sünnəmdir.  Elə  isə  bundan  üz  döndərənlər 

mənim yolumda deyillər. 

Burada  bir  məsələni  xüsusi  olaraq  vurğulamaq 

istəyirik:  Evlənib  ailə  qurmaqla  əlaqədar  hədislərdə 

işlədilən sünnə sözü bəzilərinin güman etdiyi kimi fərz və 

ya müstəhəb demək deyil. Bu cür hədislərdəki sünnə sözü 

məsuliyyət  ifadəsi  kimi  fərzi  də,  vacibi  də,  sünnəni  də 

əhatə edən yol və həyat tərzi mənalarını daşıyır.

18

 



Bəli, 

İslam 


dininin 

yuxarıda 

sadaladığımız 

qaydalarına  əsasən  subaylığı  pisləyən  buyuruqlarını 

birlikdə  təhlil  etdikdə  belə  bir  faktla  üzləşirik:  Fizki  və 

maddi  imkan  olduğu  halda  və  həyat  yoldaşına  zülm 

etmək kimi  bir narahatlıq hissi olmamağına  baxmayaraq 

təkidlə  subay  qalmaq  çoxcəhətli  bir  haramdır.  Bunu 

bütün bu məlumatlardan açıq-aydın şəkildə başa düşmək 

mümkündür.  Bu  məsələni  öz  bütünlük  və  müqəddəs 

meyarları daxilində təhlil etməyin nəticəsi budur. 

Təəssüf  ki,  bəzi  İslam  alimləri  qeyd  etdiyimiz 

mövzuya  dair  münasibət  bildirdikləri  vaxt  əsl  məsələyə 

bu  cür  yanaşmayıblar.  Belə  ki,  onlar  azad  qadınlarla 

evlənməyin  mümkün  olmadığı  hallarda  əsir  mömin 

                                                 

18

 Təcridi-sərih, 11/391. 



www.muselmanlar.com

 

 



16 

 

qadınlar olan kənizlərlə evlənməyi məsləhət görən Quran 



ayəsinin  (Nisa,  4/25)  axırıncı  hissəsindən  subaylığa  haqq 

qazandıran bir nəticəyə gəliblər. Doğrudan da, onların bu 

fikirlərini  qəribə  qarşılamamaq  mümkün  deyil.  Çünki 

məhz  həmin  ayə  belə,  azad  qadınlarla  evlənməyi  əsas 

tutur. 

Qurani-Kərimin  evliliklə  əlaqədar  hökmlərini  ehtiva 



edən  Bəqərə,  Nisa,  Nur,  Əhzab  və  Talaq  surələri  göz 

qabağında  ola-ola,  Quran  bütün  peyğəmbərləri  evli  və 

övlad  sahibi  kimi  təqdim  etdiyi  halda,  üstəlik  başda 

Allahın  elçisi  Muhəmməd  peyğəmbər  (əs)  olmaqla  bir 

çox  peyğəmbərin  məhdud  çoxarvadlılığının  bilinməyinə 

baxmayaraq  həzrəti  Yəhyanın  Ali-İmran  surəsində 

“Həsur”

19

  kimi  səciyyələndirilməsini  əsas  götürüb 



subaylığın  heç  bir  eybi  olmadığını  irəli  sürmək,  hətta 

bunun  məsləhət  görülə  biləcəyinə  dair  dəlil-sübut  tapıb 

çıxartmaq  qətiyyən  mümkün  deyil.  Ki,  həzrəti  İsa  və 

həzrəti  Yəhya  Muhəmməd  ümmətini  bu  mənada 

maraqlandırmayan  müstəsna  nümunələrdir.  Doğrudan 

da, həzrəti Yəhya məsələsini də ehtiva edən bir hədis bu 

məsələni açıq şəkildə izah edir: 

Allahın elçisi belə buyurur: 

“Dörd  zümrənin  dünya  və  axirətdə  lənətə  düçar  olmağı, 

ilahi  mərhəmətdən  kənar  edilməyi  istəndi.  Mələklər  də  bu 

                                                 

19

 Gücü çatdığı halda cinsi həyatdan çəkilən şəxs. 



www.muselmanlar.com

 

 



17 

 

diləyin  qəbul  olunmağı  üçün:  “Amin!”,  -  dedilər.  Bunlar 



aşağıdakılardır: 

a)  Allah  onları  kişi  olaraq  xəlq  etdiyi  halda  özlərini 

qadınlaşdıran və qadınlara oxşamaya çalışan kişilər; 

b)  Allah  tərəfindən  qadın  olaraq  yaradıldığı  halda  nəfsini 

kişiləşdirən və kişilərə oxşamağa cəhd edən qadınlar; 

c)  Kor  bir  insanın  yolunu  çaşdıran  (səhv  salmağına 

səbəb olan) adamlar; 

d)  Allah  Zəkəriyya  oğlu  Yəhya  peyğəmbərdən  başqa  heç 

kəsə  “Həsur”  qalmağı  buyurmadığı  halda  “Həsur”  qalan, 

qadınlardan uzaq durub subaylıqdan yapışan insanlar.”

20

 

Burada  qeyd  etmək  istərdik  ki,  subaylığı  dini 



cəhətdən  təhlil  etmək  üçün  verdiyimiz  izahlar  nəticə 

etibarilə  (əsasən)  İslam  alimlərinin  əksəriyyətinin 

fikirlərini  ifadə  edir.  Çünki  bütün  İslam  alimləri  “Nəfsin 

tüğyan  etdiyi  vaxt  və  zina  günahına  batmaq  qorxusu  halında 

infaqa  (baxmaq,  himayə  etmək,  dolandırmaq)  gücü 

çatanlar  üçün  (evlənməyin)  fərzi-ayn  olması”  məsələsində 

həmfikirdirlər.

21

 



Bundan  əvvəlki  fəsildə  kişinin  seksuallığı  məsələsini 

təhlil edərkən Yusuf surəsinin 24-cü ayəsi və Muhəmməd 

peyğəmbərin  (əs)  bir  hədisinə  əsaslanaraq  izah  etmişdik 

ki,  heç  bir  insan  zina  da  daxil  olmaqla  haramlardan 

                                                 

20

 Əd-Durru-l-mənsur, Ali-İmran, 39. 



21

 Haqq dini, Quran dili, 2/1289. 

www.muselmanlar.com

 

 



18 

 

sığortalanmayıb.  Bu  səbəbdən  də  cinsi  iqtidar  və  maddi 



imkanı olanın evlənməyi fərzi-ayndır. 

Əlavə  olaraq,  evlənməklə  əlaqədar  Quran  və  Sünnə 

buyuruqları  fərziyyəti  (fərz  olmaq)  də,  nədbiyyəti 

(məndub  olmaq)  də  əhatə  edir.  Buna  görə də:  “Evlənmək 

etiqadi  (inanc  baxımından)  olmasa  da,  əməl  baxımından 

fərzdir”, - deyən müctehidlər və böyük alimlər əksəriyyət 

təşkil  edirlər.  Evlənməyin  bütün  İslam  ümmətinə  fərz 

olduğuna  dair  fikir  də  geniş  yayılan  və  üstünlük  təşkil 

edən bir fikirdir.

22

 



Üzrlü  bir  səbəb  olmadığı  halda  həmişə  subay 

qalmaq haramdır 

Yuxarıda  ümumi  və  xüsusi  xarakterli  dini  dəlillərə 

əsasən  və  İslam  alimlərinin  qənaəti  çərçivəsində  izah 

etdik ki, evlənmək şərtlərini yetirə bilənlər üçün fərzdir. 

Fərzi  tərk  etmək  (yerinə  yetirməmək)  haram  olduğu 

üçün fərz olan evliliyi tərk etmək də haram hesab edilir. 

Sözsüz  ki,  burada  haram  olduğunu  qeyd  etdiyimiz 

subaylıq seksual güc və maddi imkan olduğu halda, eləcə 

də,  həyat  yoldaşına  zülm  vermək  qorxusu  olmamağına 

baxmayaraq davam etdirilən daimi subaylıqdır. 

 

 



                                                 

22

  Ömər  Nəsuhi  Bilmən,  Hüquqi  islamiyyə  və  istilahati  fiqhiyyə  külliyatı 



(İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı),

 İstanbul, 1985, 2/42-2. 



www.muselmanlar.com

 

 



19 

 

Seksual güc-qüvvə 



Uca  Allahın  Qurani-Kərimdə  sayələrində  doyuma 

çatacağımız  həyat  yoldaşları  yaratdığını  və  aramıza 

seksual  cazibə  qoyduğunu  bildirməsi,  o  cümlədən  kişini 

qadın  üçün  pərdə  kimi  səciyyələndirməyi,  evlilik 

əqdində  qadına  verilən  mehirin  cinsi  əlaqə  ilə  bağlı 

olduğunu  bildirməyi,  uşaq  üçün  cinsi  əlaqədə  olmağı 

tapşırması və yoldaşlarımızın bizə oğul-uşaq verməyinin 

Öz nemətlərindən olduğunu qeyd etməsi onu göstərir ki, 

evlənmək üçün seksual güc-qüvvə lazımdır.

23

 



Buna görə də seksual iqtidarı olmayan bir nəfər subay 

qalmaq  məsələsində  dinin  prinsiplərinə  əsasən  üzrlü 

hesab  olunur.  Onun  üçün  əsl  məsələ  elə  subaylıqdır. 

Çünki seksual güc-qüvvə olmadığı halda evlənmək həyat 

yoldaşına  zülm  etmək  deməkdir.  Bu  isə  haramdır.  Belə 

bir  şəxs  evlənsə  də,  arvadı  məhkəmə  vasitəsilə  ondan 

ayrıla bilər. Qadının belə bir haqqı var. 

Maddi imkan 

İnsanın subaylıq ucbatından Allah dərgahında məsul 

hesab  edilməyi  üçün  həm  seksual  güc-qüvvəsi,  həm  də 

maddi imkanı olmalıdır. Çünki Quranın hökmünə əsasən 

ər arvadının nəfəqəsini

24

 ödəməlidir.



25

 

                                                 



23

 Rum, 30/21; Bəqərə, 2/187; Nisa, 4/24; Nəhl, 16/72. 

24

  Yemək-içmək,  səhiyyə  xərcləri  və  yaşamaq  üçün  yer  kimi  zəruri 



ehtiyacları  ödəməyə  çatacaq  miqdarda  pul,  mal-mülk  və  ya  əşya  – 

tərcüməçinin qeydi.

 

www.muselmanlar.com



 

 

20 



 

Maddi  imkanı  olmayana  evlənmək  fərz  deyil.  Buna 

görə də kasıb adamın subaylığında dini cəhətdən bir eyib 

yoxdur. Əsl eyib vəziyyət mehir verə bilməyən, yaşamaq 

üçün  evi  olmayan  (və  ya  ev  tuta  bilməyən)  və  dolanışıq 

xərclərini  daimi  olaraq  ödəməyə  gücü  çatmayan  bir 

nəfərin evlənməyə cəhd etməyidir. 

Həyat yoldaşına zülm verməkdən ehtiyat etmək 

Subaylığı üzrlü hala gətirən 3-cü dərəcəli bir səbəb də 

kişinin yoldaşına zülm verəcəyindən ehtiyat etməsi və ya 

ona  qarşı  evlilik  əqdindən  yaranan  öhdəlikləri  yerinə 

yetirə  bilməməkdən  qorxmağıdır.  Təbii  ki,  bu,  olduqca 

xüsusi  bir  səbəbdir.  Hətta  onu  səbəb  kimi  qəbul  edib 

subay  qalmaq  qərarına  gəlmək  mənəvi  cəhətdən 

təhlükəlidir.  Çünki  gələcəyi  ancaq  Allah  bilir;  gələcək 

Onun  sərəncamındadır.  Əlavə  olaraq,  bu  cür  həssas 

düşünəcək  qədər  ehtiram  (Allah  xofu)  və  qorxusu  olan 

bir  insan  öz  üstünə  düşən  öhdəlikləri  zülm  etmədən  də 

yerinə  yetirə  bilər.  Bu  səbəblə  əlaqədar  olaraq 

tündxasiyyətli  bəzi  müstəsna  şəxslərə  olsa  da,  bəraət 

qazandıran bir hədisi aşağıda qeyd etmək istərdik: 

İbn  Abbas  (r.  a.)  nəql  edir  ki,  Əsəm  qəbiləsindən  bir 

qadın Allahın elçisinin yanına gəldi və ondan belə bir şey 

xahiş etdi: 

                                                                                                        

25

  Nisa,  4/34.  Qadına  nəfəqə  verilməyinin  vacibliyi,  verilməməsi  və  ya 



verilə bilməməyi kimi hallarda ər-arvadlığın aradan qalxması və ayrılmağın 

mümkünlüyü  ilə  əlaqədar  hədislər  üçün  baxın:  Zadu-l-məad,  “hukmu 

rəsulillahi fi təmkini-l-mər-əti min firaq-i-zəvciha” fəsli. 


www.muselmanlar.com

 

 



21 

 

-Ya  rəsuləllah!  Mən  dulam.  Mənə  kişinin  (ərin) 



arvadının  boynundakı  haqları  başa  sal.  Onlar  nədən 

ibarətdir?  Əgər  görəsm  ki,  qadının  öhdəliklərini  yerinə 

yetirə bilərəm, o vaxt ərə gedərəm. Əgər bunun mümkün 

olmadığını  düşünsəm,  dul  kimi  yaşamağa  davam 

edərəm. 

Allahın elçisi (əs) o qadına belə dedi: 

Ərin  arvadının  üstündəki  əsas  haqqı  odur  ki,  onun  ürəyi 

istədiyi  vaxt  qadın  onunla  cinsi  əlaqədən  qaçmasın.  Ərin 

arvadının üzərindəki o biri haqları isə bunlardır: 

a)  Qadın  müstəhəb  orucları  ancaq  ərinin  icazəsi  ilə 

tutmalıdır.  Əri  ilə  razılığa  gəlmədən  oruc  tutan  qadın 

(arvadlıq  vəzifəsini  yerinə  yetirməkdən  boyun  qaçırmış 

və  ərinin  haqqını  tapdamış  olacağına  görə)  sadəcə  olaraq 

ac-susuz qalmış olur. Çünki orucu qəbul olunmaz. 

b)  Qadın  ərindən  icazəsiz  (dini  və  adət-ənənə  ilə 

əlaqədar  səbəblər  olmadan,  şübhəyə  səbəb  olacaq 

şəkildə)  evindən  çıxmamalıdır.  Çıxıb  ictimai  münasibətlər 

yaratmamalıdır.  Əgər  çıxsa,  səma,  rəhmət  (mərhəmət)  və  əzab 

mələkləri  ona  evinə  qayıdana  qədər  ilahi  mərhəmətdən 

kənarlaşdırılmağı üçün qarğış edərlər. 

Muhəmməd  peyğəmbərin  (əs)  bu  cavabını  eşidən 

qadın belə dedi: 

www.muselmanlar.com

 

 



22 

 

Mənim başqa əlacım yoxdur. Əsla ərə getməyəcəyəm.



26

 

İndi isə yaxşı olar ki, bu hədis vasitəsilə səhv şərhlər 



verilməyinin qarşısını alan bəzi məlumatlar verək: 

Ər-arvad  evlilik  əqdindən  irəli  gələn  öhdəlikləri  yerinə 

yetirməlidirlər. Buna görə də ərdə olan bir qadın aybaşı (heyz) 

və  zahılıq  kimi  dini,  xəstəlik  kimi  tibbi-fizioloji  səbəblər 

olmadığı halda, cinsi əlaqədə olmaq öhdəliyindən boyun qaçıra 

bilməz.  Belə  etməməlidir.  Çünki  bunu  üzrsüz  səbəbdən  təxirə 

salmaq  belə,  arada  ərinin  haqqı  tapdandığı  üçün  qadını 

günahkar hala salır. 

Eynilə bunun kimi, ərdə olan bir qadın ərində başqa bir kişi 

ilə  münasibətdə  olduğuna  dair  şübhə  yaradacaq  şəkildə 

məlumat  vermədən  –  özbaşına  gəzib  dolaşa  bilməz,  ictimai 

münasibətlər yarada bilməz. 

Daimi subaylıq 

Subaylığın  haramlığı  üçün,  daha  doğrusu,  subaylıq 

haqqında haram hökmü vermək üçün onun daimi olmağı 

da  şərtdir.  Çünki  bir  insanın  seksual  güc-qüvvəsi  və 

                                                 

26

  Məcməu-z-zəvaid,  2/306-307;  əl-mətalibu-l-aliyətu,  hədis  nömrəsi, 



1607. 

Bu  hədis  zəif  xarakterli  olduğu  üçün  qəbul  olunmaya  bilər.  Bununla 

belə,  məzmunu  baxımından  səhihdir.  Bu  barərə  məlumat  üçün  baxın:  İbn 

Macə,  Nikah,  4;  Müxtəsəri  səhihi-Müslim,  hədis  nömrəsi  830;  Mişkatu-l-

məsabih, hədis nömrəsi 3269. 

Bu  hədisdə  qeyd  olunan  qeyri-münasib  hərəkətləri  qəsdən edən  qadın 

Quran dilində “nüşuz” olan və pislənən bir qadındır. Baxın: Nisa, 4/34. 


www.muselmanlar.com

 

 



23 

 

maddi  imkanı  olduğu  halda  evlənmək  imkanı  olmaya 



bilər.  Yəni,  təhsil,  hərbi  xidmət,  müharibə  və  digər  bu 

kimi  hallar  insanın  evlənməyini  gecikdirə  bilər.  Buna 

görə  də  müvəqqəti  subaylıq  haramın  sərhədlərinin 

kənardadır.  Lakin  insan  subaylıqdan  irəli  gələn 

problemləri  aradan  qaldırmaq  üçün  müvafiq  tədbirləri 

görməlidir. 

Xədimləşməklə 

əlaqədar 

fəsildə 

izah 


etdiyimiz  kimi,  həmin  tədbirlərin  ən  vacibləri  oruc 

tutmaq,  gecə  namazı  və  cihaddır.  Allahın  elçisi 

evlənməyi,  o  cümlədən  evlənmək  mümkün  olmadığı 

halda  özünü  qoruyub  saxlamağı  məsləhət  görən  bir 

hədisində belə demişdir: 

 

 



 

 

   



   

 

   



     

   


     

 

 



“Ey  cavanlar!  Cinsi  cəhətdən  güc-qüvvəsi  olub  evlənə 

bilənləriniz  evlənsin.  Həqiqətən,  evlənmək  gözü  şəhvətli 

baxışlardan  daha  çox  saxlayır,  cinsiyyət  üzvünü  (harama 

vasitə olmaqdan) çox qoruyur. 

Evlənə  bilməyənləriniz  isə  oruc  tutmağa  davam  etsin. 

Şübhəsiz ki, oruc insanı (şəhvət hücumlarından) qoruyan bir 

qalxandır.”

27

 



Göründüyü  kimi,  subaylıq  məsələsini  İslam  realizmi 

baxımından  tədqiq  etməyə  çalışdıq.  Nəticə  olaraq, 

subaylıqla  əlaqədar  həqiqət  qısa  desək,  budur:  Fiziki  və 

                                                 

27

 Tirmizi, hədis nömrəsi 1081; Mişkatu-l-məsabih, hədis nömrəsi 3080. 



www.muselmanlar.com

 

 



24 

 

maddi bir problem olmadan həmişə subay qalmaq İslam 



dininə əsasən qəbuledilməzdir. 

Seksual  ehtiyaclara  görə  olsa  da,  məhdud  çoxevliliyi 

qəbul  edən  İslam  dini  subaylığı  peyğəmbərin  vasitəsilə 

şər mühiti kimi qiymətləndirir. 

Muhəmməd  peyğəmbərin  (ona  Allahın  səlat  və 

salamı olsun) sekslə əlaqədar reallığa əsasən təlim-tərbiyə 

verdiyi və İslama dərindən bələd olan əshabələrin fikri də 

bu cürdür. 

Misallar: 

“Subay bir cavan gördüyüm vaxt baş verəcək şər tüklərimi 

ürpərdir.  Cəmi  3  gün  ömrümün  qaldığını  bilsəydim,  o  3  gün 

ərzində yenə evlənərdim.” 

Ömər ibn Xəttab 

“Mənim  evlənmək  imkanı  tapacağım  10  günlük  ömrüm 

qalsaydı  və  mən  10-cu  gün  öləcəyimi  bilsəydim,  seksual 

xarakterli haramlara düşməmək üçün mütləq evlənərdim.” 

Abdulla ibn Məsud 

“Allahım!  Cinsi  doyuma  çata  biləcəyim  bir  yoldaşım 

olmadığı  vaxt  şəhvani  istəklərimin  şiddətli  hala  gəlməyindən 

Sənə pənah aparıram.”

28

 

Əbu-d-Dərda 



                                                 

28

  Müntəxəbu  kənzi-l-ummal,  6/391;  Məcməu-z-zəvaid,  4/251;  Qurtubi, 



3/433. 

www.muselmanlar.com

 

 



25 

 

Evlilikdə cinsi həyatdan kənara çəkilmək haramdır 



“Biz  onlara  cinsi  həyatdan  kənarlaşmaq  olan 

ruhbanlığı  tapşırmadıq.  Onlar  bunu  Allahın  razılığını 

qazanmaq  məqsədilə  özləri  uydurdular.  Ancaq  sonra 

ona layiqincə riayət etmədilər.” (Hədid, 57/27) 

İslam dini xədimləşmək, xədimləşdirmək və subaylığı 

rədd  etdiyi  kimi,  evlənməyə  maneçilik  törətməyi,  eləcə 

də evlilik daxilində cinsi həyatdan kənar olmağı və onun 

xüsusi bir forması olan ilanı da qadağan edib.

29

 

Evlənməyə/ərə  getməyə  mane  olmaq  məsələsini 



“Qadının  seksuallığı”  fəslində  izah  etmişdik.  İla 

məsələsini də növbəti fəsillərdə tədqiq edəcəyik. İndi isə 

ibadət  məqsədilə  olsa  belə,  evlilik  həyatında  seksual 

münasibətlərdən  uzaqlaşmağın  qadağan  olunduğunu 

sübut edən hədisləri təqdim etməklə kifayətlənirik: 

Həzrəti Ənəs (ra) nəql edir ki, əshabələrdən 3 nəfərlik 

bir  dəstə  Allahın  rəsulunun  xanımlarının  yanına  gəlib 

onun  ibadət  həyatı  barədə  məlumat  almaq  istədilər. 

Onlara  verilən  məlumatın  az  olduğunu  fikirləşdilər  və 

bunun səbəbi olaraq belə dedilər: 

“Biz  harada,  Allahın  gəlib-keçmiş  və  gələcək  bütün 

günahlarını bağışladığı həzrəti peyğəmbər harada?” 

                                                 

29

  İla:  Kişinin  4  və ya  daha  artıq  bir  müddətdə  arvadı  ilə  cinsi  əlaqədə 



olmayacağına dair and içməsi. Ətraflı məlumat üçün “İla” fəslinə baxın. 

www.muselmanlar.com

 

 

26 



 

Beləliklə,  özlərini  inandırdılar  ki,  daha  çox  ibadət 

etmək  lazımdır.  Aralarından  biri:  “Mən  bütün  gecələri 

namaz  qılacağam”

,  -  dedi.  Başqa  biri:  “Mən  fasiləsiz  olaraq 

hər gün oruc tutacağam”

, - dedi. Üçüncü şəxs isə öz fikrini: 

“Yoldaşlarımdan ayrılacaq, bir də (heç vaxt) evlənməyəcəyəm”

- deyə, ifadə etdi. Yəni, onlar belə bir qərara gəldiklərini 



bildirdilər.  Allahın  rəsulu  onların  qərarını  öyrəndikdə 

yanlarına  gəldi  və  bu  hərəkətlərini  pisləyən  bir  tərzdə 

belə dedi: 

     


 

 

   



   

     


 

   


   

 

 



 

 

 



 

  

“Siz  belə  hətərən-pətərən    sözlər  deyib  (bu  cür)  qərarlara 



gəlirsiniz? 

Baxın,  Allaha  and  olsun  ki,  mən  sizin  Allaha  təzim  edib 

Ondan  ən  çox  qorxanınızam.  Sizin  aranızda  Onun  əmr  və 

qadağalarına  ən  çox  sadiq  qalan  mənəm.  Bununla  belə,  mən 

bəzi günlər oruc tutur, bəzi günlərdə də tutmuram (ət və yağ 

da  yeyirəm).  Gecələrin  hir  hissəsini  namaz  qılıb  ibadət 

etməklə, bir qismini də yatmaqla keçirirəm. Qadınlarla evlənir, 

ailə  həyatımı  yaşayıram.  Mənim  yolumdan  kənara  çıxanlar 

məndən deyillər.”

30

 



                                                 

30

  Buxari,  Nikah,  1;  Müslim,  Nikah,  5;  əl-Lu-lu-u  və-l-mərcan,  hədis 



nömrəsi, 885. 

Bir dəfə bir adam həzrəti Muhəmmədin (əs) yanına gəlib belə deyir: 



www.muselmanlar.com

 

 



27 

 

Bundan  sonra  əziz  peyğəmbərimiz  məscidə  gəlib 



əshabələrə dedi: 

“Sizin  bəzilərinizə  nə  olub  ki,  öz-özlərinə  qadınları, 

yeməkləri,  halal  nemətləri,  yatıb  dincəlməyi  və  dünyanın 

müvafiq  zövqlərini  haram  edirlər?  Ağlınızı  başınıza  yığın! 

Mən sizə demədim ki, xristianların keşiş və rahibləri kimi olun. 

Bizim  dinimizdə  ət  yeməmək,  qadınlardan  kənar  olmaq, 

xristianların  etdikləri  kimi  fasiləsiz  ibadət  etmək  üçün  xüsusi 

yerlər  ayırmaq  yoxdur.  Mənim  ümmətimin  yalnızlığı  oruc 

tutmaq,  həyat  və  seksdən  çəkilməyi  isə  cihad  etməkdən 

ibarətdir.  Allaha  ibadət  edin  və  heç  bir  şeyi  Ona  şərik 

tutmayın! Həcc və Ömrəni yerinə yetirin. Namazınızı qılın vəı 

zəkatınızı  verin.  Ramazan  orucunu  da  tutun.  Sizdən  əvvəl 

ifrata varanlar həlak olub getdilər. Siz özünüzə hakim olun!” 

Peyğəmbərimiz  bundan  sonra  Maidə  surəsinin  87-ci 

ayəsini oxudu: 

“Ey  iman  gətirənlər!  Allahın  sizə  halal  qıldığı  pak 

nemətləri  qadağan  etməyin.  İfrata  da  varmayın  (həddi 

aşmayın). Çünki Allah ifrata varanları sevməz.”

31

 

                                                                                                        



“Ət  yediyim  vaxt  qadınlara  qarşı  istəyim  gücləndiyi  üçün  ət  yeməyi 

özümə qadağan etdim”. 

Bu əhvalat səbəbindən Maidə surəsinin 87-ci ayəsi nazil olur. Baxın: İbn 

Kəsir, Maidə, 5/87. 



31

 Vaqidi, əsbabu-n-nuzul, Maidə, 5/87; İbn Kəsir, Maidə, 5/87. 



Yüklə 243,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin