PAŞa yaqub



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix04.05.2017
ölçüsü2,89 Kb.
#16570
  1   2   3   4   5   6   7   8

 
 
 
PAŞA YAQUB 
 
 
 
 
 
 
 
 
 
ÖVLİYALAR MƏSKƏNİ 
QUBA MAHALI 
 
 
II nəşr 
           
 
 
 
 
 
 
 
 
Bakı-2012 
(Qurban bayramı) 

Paşa Yaqub 
 
 

Rеdaktоr: 
 
Hacı Naib Səttarzadə 
Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsi üzrə səlahiyyətli 
nümayəndəsi, Quba rayonunun axundu, İlahiyyat Alimi 
 
Məsləhətçi: 
 
Hacı Elnur Əfəndiyev 
 Quba şəhər məscidinin əfəndisi 
 
Paşa YaQub «Övliyalar məskəni Quba mahalı»,  
Bakı, «Zərdabi LTD» MMC, 2012,136 səh. 
 
 
     Əlinizdəki  «Övliyalar  məskəni  Quba  mahalı»  kitabı  müəl-
lifin sayca  iyrimi  altıncı  kitabıdır.  Burada  Azərbaycanın  Quba 
böldəsində  yaşamış  bir  çох  tanınmış  övliyaların  mənalı  həyat 
yоlu araşdırılır və оnların kəramətlərindən bəhs оlunur. Birinci 
nəşrdən fərqli оlaraq kitabın ikinci nəşrinə bir nеçə fəsil əlavə 
оlunmuşdur.  
Kitabda  həmçinin  Quranın  surə  və  ayələrinin  düzülüşünün 
kimya,  fizika,  riyaziyyat,  anatоmiya,  astrоnоmiya,  biоlоgiya, 
kibеrnеtika və infоrmatika, ballistika еlmləri ilə uyğunluğundan 
bəhs оlunur.  
Kitab gеniş охucu kütləsi üçün nəzərdə tutulub. 
 
Y  
2012
0103
0
0500500000

   Qrifli nəşr 
 
© Paşa Yaqub, 2012 

Övliyalar məkanı. Quba mahalı 
 

 
 
XIZIR ZİNDƏ BABA 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
ızır  Zində  piri  kimi  tanınan  müqəddəs  ziya-
rətgah  Bakı-Quba  şosse  yolunun  solunda, 
Siyəzən  rayonu  ərazisində,  Beşbarmaq dağında  yerlə-
şir.  Bu  yer  xalq  arasında  Xızır  Peyğəmbərin  məqamı 
kimi  qəbul  olunur.  Belə  ki,  Xızır  əlehissəlamı  yad 
etmək  istəyənlər  və  dualarında  onu  vəsilə  tutmaq 
istəyənlər  bura  üz  tuturlar.  Beşbarmaq  dağında  bu 
günə qədər qalan qədim tikililərin qalıqları, həmçinin 
mağaralar onu deməyə əsas verir ki, bu inanc əsrlərin 
sınağından  çıxaraq,  bu  günümüzə  gəlib  çatmışdır. 
Yəni,  bizim  əcdadlarımız  da  bu  məkanı  müqəddəs 
tutmuş, sevə-sevə ziyarət etmiş və ibadət  məqsədi ilə 
burada  məscid  inşa  etmişlər.  Zində  sözü  ərəbcə  diri 
mənasını  bildirdiyindən,  Xızır  Zində  sözü  də  -  Diri 
Xızır kimi tərcümə olunur. 
 (Burada  haşiyə  çıxaraq  qeyd  edim  ki,  Quba  sözü 
qübbə  sözünün  dəyişilmiş  formasıdır  ki,  “günbəz”, 
“göy qübbəsi” mənasını verir. Orta əsrlər şahlarının 
fərmanlarında da bu şəhərin adının Qübbə kimi yazıl-
dığı tarixi mənbələrdən məlumdur.) 
Qurandan və Peyğəmbərin hədislərindən bizə mə-
lumdur ki, yüksəkliklərdən edilən dualar Allah dərga-


Paşa Yaqub 
 
 

hında tez qəbul edilir. Musa Peyğəmbərin Tur dağına, 
Məhəmməd  əleyhissəlamın  Hira  dağındakı  mağaraya 
çəkilməsi  də  məhz  bununla  əlaqədar  idi.  Bu  mənada 
Xızır Peyğəmbərin də 
Beşbarmaq  dağını  və 
buradakı 
mağaranı 
özünə ibadət yeri seç-
məsində  bir  qanuna-
uyğunluq  vardır.  Tə-
sadüfü  deyildir  ki, 
Xızır  Peyğəmbər  haqqında  Quranın  məhz  “Mağara” 
surəsində  xəbər  verilir.  Burada  deyilir  ki,  Musa 
Peyğəmbər  batini  elmi  öyrənmək  üçün  Allahdan  bu 
elmə  malik  olan  Xızır  Peyğəmbəri  ona  yetirməsini 
diləyir.  Rəbbim  onun  duasını  qəbul  edərək,  Xızır 
əleyhissəlamın  yerini  nişan  verir.  İki  peyğəmbərin 
görüşü və onların arasında olan dialoq çox maraqlıdır. 
Belə ki, Həzrət Musa batini elmi öyrənmək üçün Xızır 
Peyğəmbərə  şagird  olmaq  istəyini  bildirir.  Xızır 
əleyhissəlam etiraz edərək bildirir ki, sən ancaq zahiri 
elmi  bildiyindən,  mənimlə  yoldaşlıq  etməyə  səbrin 
çatmaz,  mənim  gördüyüm  işlərə  dözə  bilməzsən. 
Musa Peyğəmbər təkid edərək, onun heç bir əmrindən 
çıxmayacağına,  heç  bir  işinə  mane  olmayacağına  söz 
versə  də,  sonadək  dözə  bilmir  və  onlar  yarı  yolda 
ayrılmalı  olurlar.  Bu  ibrətamiz  əhvalat  Quranın 

Övliyalar məkanı. Quba mahalı 
 

“Mağara”  surəsinin  60-82-ci  ayələrində  belə  təsvir 
olunur: 
 “Yadına  sal  ki, bir  zaman  Musa  öz  gənc  dostuna 
(xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən 
(Xızırla  görüşmək  üçün)  iki  dənizin  qovuşduğu  yerə 
çatmayınca  və  uzun  müddət  gəzib  dolanmayınca  geri 
dönməyəcəyəm!” 
 “Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda 
(yeməyə  götürdükləri)  balığı  unutmuşdular,  balıq  isə 
(dirilib  suya  atılmış)  dənizdə  bir  yarğana  tərəf 
üzmüşdü”. 
 “Onlar  (iki  dənizin  qovuşduğu  yerdən)  keçib  get-
dikləri  zaman  (Musa)  öz  gənc  dostuna  dedi:  “Nahar 
yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!” 
“O isə: “Görürsənmi, biz qayanın yanında oturdu-
ğumuz zaman mən balığı unutdum. Doğrusu, onu xa-
tırlamağı  mənə  yalnız  Şeytan  unutdurdu.  (Balıq  diri-
lib)  əcaib  bir  şəkildə  dənizə  yollanmışdır!  –  deyə, 
cavab verdi”. 
 “(Musa:)  “Elə  axtardığımız  yer  buradır!”  –  dedi 
və  onlar  öz  ləpirlərinin  izinə  düşüb  gəldikləri  yolla 
geri qayıtdılar”. 
 “(Musa  və  Yuşə  orada)  Öz  dərgahımızdan  mər-
həmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) 
əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi 
biliklər)  öyrətdiyimiz  bəndələrimizdən  birini  (Xızırı) 
tapdılar”.  

Paşa Yaqub 
 
 

 “Musa  ondan  soruşdu:  “Öyrədildiyin  doğru  yolu 
göstərən  elmdən  mənə  öyrətmək  şərtilə  sənə  tabe 
olummu?”  
 “(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə 
olsan  (görəcəyim  işlərə)  əsla  dözə  bilməzsən.  (Sənin 
onlara  səbrin  çatmaz,  çünki  mən  batini  elmlə  iş  gö-
rürəm.  Sənin  bildiyin  isə  ancaq  zahiri  elmdir.  Sən 
peyğəmbər olduğun üçün mən zahirən qadağan olun-
muş  bir  iş  gördükdə  ona  etiraz  edib  əleyhimə  çıxa-
caqsan)”.  
 “Axı  sən  bilmədiyin  (batininə,  mahiyyətinə  bələd 
olmadığın) bir şeyə necə dözə bilərsən?”  
 “(Musa)  dedi:  “İnşallah,  səbirli  olduğumu  görə-
cəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”  
 “(Xızır:)  “Əgər  mənə  tabe  olacaqsansa,  səbəbini 
sənə  izah  etməyincə  məndən  heç  bir  şey  haqqında 
soruşma!” – dedi”.  
   “Bundan  sonra  onlar  durub  yola  düşdülər. 
Gəmiyə  mindikləri  zaman  (Xızır)  onu  deşdi  (gəminin 
bir-iki  taxtasını  sındırıb  çıxartdı).  (Musa)  dedi:  “Sən 
gəmidə  olanları  suya  qərq  etmək  üçünmü  gəmini 
deşdin?  Doğrusu,  (günahı)  böyük  bir  şey  etdin 
(olduqca çirkin bir iş gördün)”.  
 “(Xızır)  belə  cavab  verdi:  “Sənə  demədimmi  ki, 
mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə 
bilməzsən?”  

Övliyalar məkanı. Quba mahalı 
 

 “(Musa)  dedi:  “Unutduğum  bir  şeyə  görə  məni 
danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətin-
liyə salma!”  
 “Yenə  getdilər,  nəhayət,  bir  oğlan  uşağı  ilə  rast-
laşdıqda  (Xızır)  dərhal  onu  öldürdü.  (Musa)  dedi: 
“(Heç bir günah iş tutmayan, buna görə də qisasa la-
yiq  olmayan)  pak  (məsum)  bir  canamı  qıydın?  Doğ-
rudan  da,  çox  pis  bir  şey  etdin  (çox  pis  bir  iş 
gördün)”.  
 “(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi 
ki,  mənimlə  birlikdə  olanda  (edəcəyim  əməllərə)  əsla 
dözə bilməzsən?”  
 “(Musa)  dedi:  “Əgər  bundan  sonra  səndən  bir 
şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaş-
lıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım 
üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb 
getməyə haqqın vardır)”.  
 “Sonra  yenə  yola  düzəlib  getdilər.  Axırda  bir 
məmləkət  əhlinə  yetişib  onlardan  yeməyə  bir  şey 
istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra 
yemək  vermək)  istəmədi.  Onlar  orada  yıxılmaq 
(uçulmaq)  üzrə  olan  bir  divar  gördülər.  (Xızır)  onu 
düzəltdi.  (Musa)  dedi:  “Əgər  istəsəydin,  sözsüz  ki, 
bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .”  
 “(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ay-
rılıq  vaxtıdır. (Zahirən naməqbul olduğunu  gördüyün 
üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç 
üzünü) sənə xəbər verəcəyəm!”  

Paşa Yaqub 
 
 

 “Belə  ki,  gəmi  dənizdə  çalışıb-vuruşan  bir  dəstə 
yoxsula  mənsub  idi.  Mən  onu  xarab  etmək  istədim, 
çünki  həmin  adamların  arasında  (yaxud  qabağında) 
hər  bir  saz  gəmini  zorla  ələ  keçirən  bir  padşah  var 
idi”.  
 “Oğlana  gəldikdə,  onun  ata-anası  mömin  kim-
sələr  idi.  (Mən  onun  alnına  baxıb  gördüm  ki,  həddi-
buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun 
böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və 
küfrə sürükləməsindən qorxduq”.  
 “Və Rəbbinin onun əvəzində onlara daha təmiz və 
(ata-anasına  qarşı)  daha  mərhəmətli  olan  başqa  bir 
övlad verməsini istədik”.  
 “Divara  gəldikdə  isə,  o,  şəhərdə  olan  iki  yetim 
oğlanın  idi.  Altında  onlara  çatası  bir  xəzinə  vardı. 
Onların  atası  əməlisaleh  (bir  adam)  idi.  Rəbbin 
onların  həddi-buluğa  çatmalarını  və  Rəbbindən  bir 
mərhəmət  olaraq  öz  xəzinələrini  tapıb  çıxartmalarını 
istədi.  (Ya  Musa!)  Mən  bunları  öz-özümdən  etmədim 
(yalnız  Allahın  əmrini  yerinə  yetirdim).  Sənin  səbr 
edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) 
budur!”  
 
 
 
 
 

Övliyalar məkanı. Quba mahalı 
 

İyirmi yanvar gecəsi Zində Babanı 
pərişan gördüm 
 
irdə  olarkən  söhbət  etdiyim  Peyğəmbər 
aşiqlərinin  danışdıqlarından  da  buranın 
həqiqətən  Peyğəmbər  məqamı  olduğuna  şübhə  yeri 
qalmırdı. Belə ki, bu ziyarətgahdan mənəvi ilham alan 
Quba 
rayonunun 
Əlibəyqışlaq 
kənd 
sakini 
Abdurahmanova  Növrəstə  Rəcəbalı  qızının  bu 
mövzuda  danışdıqları  oxucular  üçün  də  maraqlı 
olacaq: 
-  Uşaqlığımdan  bu  pirə  böyük  inamım  var  və 
imkan  daxilində  tez-tez  ziyarət  etməyə  çalışıram. 
Hərdən yuxuma da girir. 1990-cı ilin yanvarın 19-dan 
20-nə  keçən  gecə  yuxuda  gördüm  ki,  Xızır    Zində 
Baba  Beşbarmaq  dağının  başında  oturub,  əli  üzündə 
yollara  baxır.  Çox  qəmgin,  pərişan  oturmuşdu.  Sanki 
çiyinlərində ağır yük vardı. Fikirləşdim ki, görəsən nə 
baş  verib  ki,  Baba  belə  qəmlidir.  Səhər  açılanda 
eşitdim ki, rus qoşunları Bakıda qırğın törədiblər.  
Gənc  yaşlarımda  bir 
gecə ailəlikcə evdə yatmış-
dıq  –  deyə,  müsahibim 
söhbətini  davam  etdirir:  - 
Otaqda  məndən  başqa 
anam  və  kiçik  bacı-qar-
daşlarım vardı. Gecə yuxu-
dan ayılıb, anamın üstünün 

 
Xızır Zində pirindəki qədim 
tikilinin qalıqları 
 

Paşa Yaqub 
 
 
10 
açıldığını  gördüm.  İstədim  durub  yorğanı  anamın  üs-
tünə  çəkəm,  amma  hava  soyuq  olduğundan  və  yuxu 
şirin  olduğundan    fikrimdən  vaz  keçdim.  Birdən  öz-
özümə  fikirləşdim  ki,  körpə  olanda  anam  mənim 
üstümü  nə  qədər  örtübdür,  gecələri  başımın  üstündə 
dayanıbdır, indi mən bir dəfə qalxıb onun üstünü örtə 
bilmirəm. İçimdə özümü qınamağa başladım. Bu anda 
qapı pəncərələr tayba-tay açıldı, içəri külək daxil oldu 
və küləklə birgə otağa gülab ətri yayıldı. Elə bu vaxt 
qapının  ağzında  bir  kişi  göründü.  Kişi  əlindəki  əsanı 
yerə  vurub,  “Dur  ananın  üstünü  ört”  deyə  əmr  etdi. 
Mən  qaranlıqda  kişinin  üzünü  aydın  görə  bilməsəm 
də,  səsini  və  hənirtisini  açıq  eşidirdim.  Yatağımdan 
qalxıb,  yorğanı  anamın  üstünə  çəkdim  və  qayıdıb 
yerimə  girdim.  Bu  vaxt  həmin  kişi  sağ  biləyimdən 
yapışıb,  “Mən  Xızır  Zindəyəm”  –  dedi  və  yox  oldu. 
Bir  anlığa  fikirləşdim  ki,  görəsən  bu  yuxudur,  yoxsa 
reallıq?  Ətrafa  baxdım  ki,  qapı-pəncərə  hələ  də 
açıqdır,  anamın  üstü  isə  örtülüdür  (hansı  ki,  anamın 
üstü  əvvəlcə  açıq  idi,  sonra  mən  örmüşdüm).  Durub 
qapı-pəncərəni də örtərək, təkrar yatağıma uzandım. 
Mənim  həyatım  çox  çətinliklərlə  keçib,  -  deyə, 
Növrəstə xanım söhbətini davam etdirir: - vəziyyətdən 
çıxmaq  üçün  həmişə  Allaha  və  Xızır  Zində  Babaya 
dua  etmişəm.  Bir  gecə  yuxuda  iki qoç  gördüm  –  biri 
ağ,  biri  qara.  Ağ  qoçun  boynunda  qara  yaylıq,  qara 
qoçunsa boynunda ağ yaylıq vardı. Bir səs mənə dedi 

Övliyalar məkanı. Quba mahalı 
 
11 
ki,  bu  qurbanlar  Xızır  Zində  Babanındır.  Bu  yuxunu 
bir neçə il dalbadal təkrar-təkrar görsəm də, əhəmiyyət 
vermirdim. Bu ilin yanvar ayında yenidən yuxuda hə-
min qoçları gördüm. Bu dəfə həmin səs mənə konkret 
olaraq dedi: ”Bilirsən, bu qurbanları hara aparmalısan? 
Bu  qurbanları  Xızır  Peyğəmbərin  ocağına  aparma-
lısan; diri Peyğəmbərin ocağına” Artıq mən bu yuxuya 
ciddi  yanaşmağa  başladım  və  pul  toplayıb    iki  qoç 
aldım – biri ağ, biri qara. Ağ qoçun boynuna qara yay-
lıq, qara qoçun da boynuna ağ yaylıq bağlayıb, keçən 
ay  (avqustda)  gətirib  burada  –  Beşbarmaq  dağında 
kəsdim.  Qurbanları  kəsib  gedəndən    sonra  özümdə 
xeyli yüngülləşmə hiss elədim. Sıxıntılarım yavaş-ya-
vaş azalmağa başladı. İçimdə özümü qınadım ki, gərək 
mən bu qurbanları neçə il bundan qabaq kəsəydim.  
eri gəlmişkən qeyd edim ki, Növrəstə xanımın 
ulu  babası  Şeyx  Abdulla  və  onun  nəvəsi 
Abdulvahab  Əfəndi  də  kəramətləriylə  məşhur  olan 
övliyalar olublar. Onların qəbrləri Ağbil kəndinin qə-
birstanlığındadır və möminlərin sevimli ziyarətgahıdır. 
 
Biz səni bir oğulla müjdələyirik 
 
Məmmədova  Xuraman  Əjdər  qızı  -  Oğuz  rayonu-
nun Kərimli kənd sakini:  
-  Təzə  gəlin  olan  vaxtlarımda  yuxuda  gördüm  ki, 
dağın  başında,  böyük  bir  qəbirin  yanındayam,  yalva-
rıram ki, «Ay Zində Baba, səndən bir oğul istəyirəm». 


Paşa Yaqub 
 
 
12 
Bir neçə gün dalbadal bu yuxunu gördüm. Aradan bir 
müddət  keçəndən  sonra,  oğlum  dünyaya  gəldi.  Zində 
Babanın  kim  olduğunu,  harada  dəfn  olunduğunu  öy-
rənmək istəsəm də, buna nail ola bilmirdim. Günlərin 
birində  həyətə  dilənçi  girdi,  qaynanam  ona  nəzir  ve-
rərkən, evə dəvət etdi ki, bir stəkan çay içsin. Dilənçi 
dedi:  «Tələsirəm,  Zində  Babanı  ziyarətə  gedirəm». 
Dedim:  «Kimi  ziyarətə  gedirsən?»  Dedi:  «Zində  Ba-
banı».  Dedim:  «Neçə  ildir  mən  onu  axtarıram,  yerini 
tapa bilmirəm». Dedi: «Quba yolunun üstündə, dağın 
başındadır».  Mən  ona  nəzir  verdim  ki,  mənim  adım-
dan  ziyarətgaha  qoysun.  Nəhayət,  aradan  bir  neçə  il 
keçdi,  uşaq  beş  yaşa  çatanda,  sudurğa  keçirdi,  ölüm 
ayağında  oldu.  Əl  açdım  göyə,  dedim:  «Ya  Rəbbim, 
bu  uşaq  ayılsın,  birinci  sinfə  gedən  gün  kəndimizdə 
olan    Çərşənbə  ocağında  qurban  kəsərəm».  Həmin 
andaca uşaq ayıldı. Böyüyüb, birinci sinfə gedəsi oldu. 
Həyat  yoldaşım  və  digər  kişi  qohumlarımız  qurban 
kəsməyə icazə vermədilər. Dedilər  ərəb müəlliflərinin 
kitablarında pirdə qurban kəsməyi qadağan edirlər.  
Uşaq  üç  gün  dərsə  gedəndən  sonra,  sağ  biləyinin 
aşağısından  çiban  çıxdı,  dörd  ay  əlinə  qələm  ala 
bilmədi,  yoldaşlarından  geri  qaldı.  Aradan  bir  il  də 
keçdi, yenə də qurbanı kəsməyə icazə vermirlər. Ürə-
yimə  dammışdı  ki, bu  il  də  uşağa  nə  isə  olacaq.  Sen-
tyabrın  birində  uşaq  məktəbli  formasını  geyib,  2-ci 
sinifə  yola  düşürdü  ki,  pilləkəndən  düşəndə  ayağı 
ilişib,  yerə  yıxıldı.  Yerdə  şüşə  qırığı  varmış,  uşağın 
çənəsinin  altından  batdı,  məktəbli  forması  al  qana 

Övliyalar məkanı. Quba mahalı 
 
13 
boyandı. Həkim çağırdıq, şüşəni çıxarıb, yarasını sarı-
dı. Yenə də qurbanı kəsməyə icazə vermədilər. Nəha-
yət,  bir  il də ötdü.    Üçüncü sinfə getməyinə bir  neçə 
gün qalmış ürəyim əsirdi ki, görəsən bu il nə olacaq? 
Allaha yalvarırdım ki, heç nə olmasın. Nə isə... Mək-
təb başlamasına üç gün qalmış, uşaq meyvə ağacından 
yıxılıb sağ qolu qırıldı. Bu hadisədən sonra, hamı başa 
düşdü ki, bütün bunlar qurbanı gecikdirdiyimizə görə 
baş  verir.  Mən  təkid  edərək,  bir  qoç  aldırdım,  aparıb 
Çərşənbə  ocağında  kəsəndən  sonra  uşaqda  heç  bir 
problem olmadı.   
 
 
ŞEYX İBRAHİM ƏFƏNDİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
alq arasında Əfəndi Baba adı ilə məşhur olan  
Şeyx  İbrahim  Əfəndi  övliyaların  görkəmli-
lərindəndir. O, XIX əsrdə Şabran rayonunun Qalagah 
kəndində  yaşamışdır.  Atasının  adı  İsmayıl,  babasının 
adı  Musa  Axund  olub.  Ata  babası  Çələbi  Axundun 
XVIII  əsrdə  Şam  şəhərindən  gəldiyi  bildirilir.  Ümu-
miyyətlə,  onların  soy  kökü  ata  tərəfdən  haşimilər 
nəslindən  Həmzə  Şühədaya,  ana  tərəfdən  isə,  Həzrət 
Aişə vasitəsi ilə Həzrət Ömərə bağlanır.  
İbrahim  Əfəndi  ilk  təhsilini  Qalagahda  öz  ata-
babalarından almışdır. Elmə böyük həvəsi olduğundan 
Kürdəmirli  Mövlanə  Şeyx  İsmayıl  Əfəndiyə  (1782-


Paşa Yaqub 
 
 
14 
1848)  intisab  etmiş,  iyirmi  bir  il  ona  mürid  olaraq, 
irşad  üçün  icazənamə  almışdır.  (Onunla  birlikdə  Xas 
Məhəmməd,  Molla  Məhəmməd  Yaraqlı  (1777-1838), 
Seyid Cəmaləddin əl-Qumuği, İmam Qazi Məhəmməd 
(Şeyx Şamilin mürşidi) və digər tanınmış şəxsiyyətlər 
də Mövlanəyə mürid olmuş, elmin sirlərini öyrənərək, 
irşad  üçün  ondan  icazənamə  almışlar.)  Nənqşibəndi 
Şeyxi  Mövlanə  Hacı  İsmayıl  Əfəndiyə  intisab 
etməsini İbrahim Əfəndi belə xatırlayır: 
 “Gəl  əvvəl  başdan  söyləyim  ki,  bu  övliyalıq  elmi 
(Nəqşibəndilik  –  müəllif)  tamam  yer  üzərindən  götü-
rülmüşdü. Ancaq alimlik (fiqh elmi) var idi bizim döv-
rümüzdə.  Biz  fəqirlər  bu  elmlə  məşğul  idik.  Eşidirdik 
ki,  Şirvana  övliyalar  gəlib-gedirlər.  Sonra  haqlıq  ilə 
Mövlanə  Hacı  İsmayıl  Şirvani  (Allah  ondan  razı 
olsun) Kürdəmirə gəldi, sakin oldu və bir para müxlis 
(xalis)  adamlara  özü  xəbər  göndərdi  ki,  “buraya 
gəlin”.  Bir də  Diyallı  Məhəmmədə.  Ona da  elan  etdi 
ki,  “bir  buraya,  mənim  yanıma  gəl!”  O,  cavabında 
dedi: “Səndən irəli çox adamlara getdik, bir şey hasil 
olmadı”. Mövlanə qurbanolduğum cavabında dedi ki, 
bu da onların birisi olsun. Xəlilli Molla Məhəmməd öz 
dilindən  söylədi  ki,  “Mən  görə-görə  Diyallı  Məhəm-
məd  Əfəndi  mərhum  Hacı  İsmayılın  yanına  getdi-
gəldi. Mən ondan xəbər aldım ki, nə gördün? Buyurdu 
ki, “Mən gedən vaxtda Mövlanəni (İsmayıl Şirvanini) 
məscid  qabağında  əyləşmiş  və  yemişan  ağacına  söy-
kənmiş  gördüm.  Mənə  dedi:  “Dəstamazın  yoxdursa 
dəstamaz  al”.  Cavabında  dedim  ki,  dəstəmazım  var. 

Övliyalar məkanı. Quba mahalı 
 
15 
Buyurdu:  “Üzü  qibləyə  mənim  yanımda  əyləş  və  gö-
zünü yum”. Mən də o təhər ki, buyurmuşdu, əyləşdim. 
“Boş  dur”-dedi.  Yəni  qəm  və  qüssə  qəlbinə  gətirmə. 
Mən də boş durdum, nagah ustadım Şeyx Məhəmməd 
Cekli kömürdən qara qabağımda durdu. Mən ağladım. 
Çünki  ustadımdır  deyə.  Sonra  dedi:  “Ağlama,  onda 
heç nə yoxdur”. Bu vaxt qəlbimdə fikirləşdim ki, əgər 
Məkkə  və  Mədinəni  mənə  müayinə  (aşkar)  göstərsə, 
gerçək övliyadır, yoxsa yox. Elə fikirləşən kimi tələbim 
hasil oldu (yəni bu şəhərlər göründü). Sonra buyurdu: 
“Get, daha gəlmə”.  
Mövlanənin ki, haqlığı bilindi, xalq Hacı Məhəm-
məd  Səid  Əfəndini  vəkil  edib,  onun  qulluğuna  gön-
dərdilər.  O,  Mövlanəyə  dedi:  “Adamlar  sənə  salam 
göndərdilər,  dedilər  ki,  eşitmişik  bəy  həqq  təriqət 
gətiribdir. Necə olsun gərək?” O da dedi ki, “Bu haqq 
təriqət hər adamın işi deyildir. Neçün ki, uzun işdir”. 
Məhəmməd  Səid  Əfəndi  dedi:  “Bəs  biz  zəlalətdə 
qalaq? Bizə bir çarə”. Buyurdu: “Doğrudur, zəlalətdə 
qalmaq olmaz”.  
Biz  fəqirlər  uzaqdan  baxırıq  ki,  yanına  gəlib, 
gedənlər  qəbir  əhlindən  kəşflə  xəbər  verirlər.  Onlar-
dan  xəbər  aldıq:  “Sizdə  bu  hal  necə  zahir  oldu?” 
Onlar dedilər: “Bu yolda çox əziyyət çəkdik”. Soruş-
duq:  “Heç  bir  adam  buna  taqət  gətirə  bilməzmi?” 
Dedilər:  “Allah  qismət  etsə  olar”.  Soruşduq:  “Bəs 
necə  edək  ki,  əhli  əzab  olmayaq?”  Dedilər:  “Mövla-
nəyə mürid olmaqla mümkündür”.   

Paşa Yaqub 
 
 
16 
eləliklə, Mövlanədən icazənamə alan İbrahim 
Əfəndi  Qalagaha  qayıdaraq,  Şeyx  kimi  fəa-
liyyətə  başladı.  O,  elmi  biliyinə  və  kəramətinə  görə 
təkcə  öz  kəndində  deyil,  bütün  Quba  mahalında  və 
Dağıstanda  şöhrət  qazandı  və  sevildi.  Tezliklə  Azər-
baycanın  bir  çox  bölgələrindən,  həmçinin  Dağıstan 
mahalından 
onun 
yanına 
müridlər gəlməyə başladılar. 
Şeyx  İbrahim  Əfəndinin 
İsmayıl, 
Əbdülvahab 
və 
Məmməd  (Molla  Məmməd) 
adında  üç  oğlu  olmuşdur. 
Övladları  da  atalarının  yolu  ilə 
gedərək, 
İslam 
dininin 
təbliğində  mühüm  rol  oynamış 
və  Qafqazda  Şeyx  Şamilin 
rəhbərliyi  ilə  gedən    müridizm 
hərəkatında fəal iştirak etmişlər. 
Onların  bu  fəaliyyəti  çar  Rusiyasını  qəzəbləndirdi-
yindən  atanı  və  üç  oğulu  həbs  etmişlər.  Molla 
Məmməd qaçaraq, İrana keçmiş, Əfəndi Baba iki oğlu 
ilə  Sibirə  sürgün  olunmuşdur.  (Sonralar  Molla  Mə-
həmməd  İranda  dəstə  toplayaraq,  Azərbaycana 
keçmək  istəmiş,  lakin  gəlməyinə  bir  gün  qalmış  zə-
hərlənərək  öldürülmüşdür.)  Yeddi  il  bir  yerdə 
qaldıqdan  sonra  İsmayıl  Əfəndi  ilə  Əbdülvahab 

 
Əbdülvahab Əfəndi 
 

Övliyalar məkanı. Quba mahalı 
 
17 
Əfəndi  Kazana  göndərilmiş,  ataları  isə  Səfəralı  adlı 
müridi ilə Sibirdə qalmışdır.  
Kazanda olarkən İsmayıl Əfəndi ömrünü başa vur-
muş, qardaşı onu orada dəfn etmişdir. Lakin, vəsiyyət 
etmişdir  ki,  nə  vaxt  yuxuna  gəlsəm,  məni  buradan 
çıxarıb,  vətənimə  apararsan.  Qəbrimi  açanda  isə, 
buradakı dostlarım yanında olsun.  
Aradan 
bir 
müddət 
keçəndən  sonra  Əbdülvahab 
Əfəndi  Azərbaycana  qayıdır. 
İki  ildən  sonra  İsmayıl  Əfəndi 
onun yuxusuna girərək, nəşinin 
çıxarılması  barədə  işarə  verir. 
Əbdülvahab Əfəndi artıq qocal-
mışdı. Odur ki, oğlu Həmdullah 
Əfəndi ilə, Dəhnəli Hacı Nəcəfi 
Kazana göndərir. Onlar deyilən 
ünvanlarda  İsmayıl  Əfəndinin 
qəbri-şərifini 
və 
dostlarını 
tapırlar.  Məsələdən  agah  olan 
dostlar  əhalinin  müqəddəs  ziyarətgahına  çevrilmiş 
şərif  məzarın  heç  bir  halda  açılmasına  razılıq  ver-
məyəcəklərini  bildirirlər.  Lakin,  Dəhnəli  Hacı  Nəcəf 
xəncərini çəkərək: “Mən qəbri açmağa gedirəm, kimin 
hünəri  varsa  yaxın  gəlsin”  deyir.  Övliyanın  dostları 
əlacsız  qalıb,  qəbri  özləri  açırlar  və  nəşi  tabuta 
qoyaraq, ehtiramla və göz yaşları içində yola salırlar.  
 
Ябдцлващаб Яфянди 
вя гардашы Исмайыл 
Яфянди 
 

Paşa Yaqub 
 
 
18 
İsmayıl  Əfəndinin  mübarək  nəşini  gətirən  qatar 
Şabran stansiyasına çatanda, yerli əhalinin çox hissəsi 
onları  qarşılamağa  çıxmışdı.  Ağsaqqallar  Həmdullah 
Əfəndiyə:  “Sağ  ol  ki,  atanın  cənazəsini  vətənə  gətir-
din,  sənə  halal  olsun”  -  deyəndə,  Həmdullah  Əfəndi: 
“Onu  mən  gətirmədim,  onu  Hacı  Nəcəfin  xəncəri 
gətirdi”  -  deyərək  Hacının  xəncərini  göstərmişdir.  
Camaat övliyanın cənazəsini çiyinlərinə alıb, Qalaga-
ha üz tutur. Həmin gün bütün bölgə əhalisi Qalagahda, 
İsmayıl  Əfəndinin  dəfn  mərasiminə  toplaşmışdı. 
Kənddə indiyədək görünməmiş qələbəlik vardı. Quba 
mahalının  və  Dağıstanın demək  olar ki, bütün  ağsaq-
qalları,  nüfuzlu  adamları  bu  mərasimdə  iştirak  etmək 
üçün  Qalagaha  gəlmişdilər.  Ağsaqqallar  təklif  edirlər 
ki,  cənazə  açılmadan  dəfn  edilsin.  Lakin Əbdülvahab 
Əfəndi  etirazlara  baxmayaraq  cənazəni  açır.  İki  il 
keçməsinə baxmayaraq, kəfən indi bükülmüş kimi idi. 
Əbdülvahab  Əfəndi:  “Baxın  görün  diri  övliya  necə 
olur”-deyib,  qardaşının  üzünü  açır.  İsmayıl  Əfəndi 
sanki  yuxuya  dalıbmış kimi,  sifətində, bədənində heç 
bir  dəyişiklik  olmadan  uzanmışdı.  Toplaşanlar  bu 
möcüzədən  heyrətə  gəldilər.  Allahu-Əkbər  sədaları 
göylərə  yüksəldi.  Elə  bu  sədalar  altında  da  İsmayıl 
Əfəndini atasının yanında dəfn etdilər. 

Övliyalar məkanı. Quba mahalı 
 
19 
İsmayıl  Əfəndinin  oğlu  Həmdullah  Əfəndi  də 
dövrünün  savadlı və çox  böyük  nüfuza  malik şəxsiy-
yəti  olmuşdur.  O,  İttihad  parti-
yasının  üzvü  olmaqla,  Azərbay-
can  Xalq  Cümhuriyyəti  dövrün-
də Parlamentin üzvü seçilmişdir. 
Kafir ermənilər 1918-ci ildə Qu-
ba  mahalında  soyqırım  törədən-
də,  həmçinin  1920-ci  ildə  bol-
şeviklər  daşnaklarla  birləşib 
Azərbaycana  hücum  edəndə 
Həmdullah Əfəndi ətrafına 2500 
nəfərlik  dəstə  toplayaraq  xalqın 
müdafiəsinə  qalxmışdır.  Ona  bu 
döyüşlərdə  dostu  Qaçaq  Mayıl 
1500 nəfərlik dəstə ilə, Əli Bəy Zizinski 2000 nəfərlik 
dəstə ilə kömək edirdilər. Onların şücaətləri haqqında 
məndən  qabaqkı  müəlliflər  geniş  tədqiqat  apardıqla-
rından,  mən  bu  mövzu  üzərində  çox  dayanmıram. 
Təkcə  onu  qeyd  etməyi  lazım  bilirəm  ki,  düşmən 
Həmdullah  Əfəndinin  başına  böyük  məbləğdə  pul 
qoysa  da,  istəyinə  çata  bilmir.  Kafirlər  daha  murdar 
yola  əl  atırlar.  Onlar  mahalın  qadınlarını  toplayıb, 
işgəncə verməyə başlayırlar. Və Həmdullah Əfəndiyə 
xəbər  göndərirlər  ki,  qadınların  azad  olmasını  istə-
yirsənsə,  silahı  yerə  qoy.  O  da  məcbur  olub  döyüşü 
dayandırır  və  dağlara  çəkilir.  Bununla  da  Azər-
baycanda sovet hökuməti qurulur.  
 
Щямдуллащ Яфянди 
 

Paşa Yaqub 
 
 
20 
Diqqətinizi  maraqlı  bir  məqama  cəlb  edim  ki, 
Həmdullah  Əfəndi  və  onun  ata-babaları  Rus  işğalına 
qarşı  mübarizə  aparsalar  da,  bu  nəslin  digər  nüma-
yəndələri  olan  Qəzənfər  Musabəyov  (Əfəndiyev), 
Ayna  Sultanova  (Əfəndiyeva) bu hökumətə  inanaraq, 
ona  xidmət  edirdilər.  Amma  zaman  göstərdi  ki,  düş-
mənə  bel  bağlamaqda  onlar  yanılıblar.  Xidmətlərinin 
heç  on  ili  tamam  olmamış  M.Bağırov  onların 
güllələnməsi  haqqında  əmr  verdi.  Bunun  ardınca  da 
Həmdullah  Əfəndi  həbs  olundu  və  güllələndi.  Yaxın 
ətrafı ona təslim olmamağı, qaçmağı məsləhət görsələr 
də,  cavab  verib  ki,  “istəmirəm  mənə  görə  yenidən 
qadınları  incitsinlər”.  Lakin,  Allahsızlar  hökuməti 
yenə  də  qadınlardan  əl  çəkmədi.  Həmdullah  Əfəndi 
həbs  olunduqdan  sonra  onun  103  yaşlı  qoca  anasını 
kəl  arabasına  uzandıraraq,  qızları  və  nəvələri  ilə 
birlikdə Qazax rayonuna sürgün etdilər. (Hazırda onun 
qəbri ziyarətgahdır və Qazax rayonunda “Qərib bacı” 
adı ilə tanınır.)   

Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin