Tərbiyənin prinsipləri


Tərbiyənin prinsiplərinin xarakteristikası



Yüklə 60,52 Kb.
səhifə3/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4. Tərbiyənin prinsiplərinin xarakteristikası.
4.1. Tərbiyədə məqsədaydınlığı prinsipi. Bu prinsip məktəbli şəxsiyyətinin formalaşmasında özünəməxsus rol oynayır və tərbiyənin son məqsədini diqtə edir. Prinsipin mahiyyəti ondan ibarətdir ki, müəllim tərbiyənin ümumi məqsədini aydın təsəvvürünə gətirir, yaxın vəzifələri müəyyənləşdirməyi bacarır, şüurlu şəkildə, fəal surətdə və təkidlə onları yerinə yetirməyə çalışır, gənc nəslin ləyaqətli vətəndaşlar kimi yetişməsinə nail olur.
Tərbiyə işində ikinci dərəcəli, əhəmiyyətli, yaxud əhəmiyyətsiz məsələ yoxdur və ola da bilməz. Bu istiqamətdə görülən hər bir tədbir məqsədyönlü olmalı, ümumbəşəri və milli dəyərləri özündə ehtiva etməli, şagirdlərin təsəvvürlərini genişləndirməli, onları mədəni davranış və nəzakətli rəftar qaydalarına yiyələndirməli, mənəvi hiss, duyğu və şüuru formalaşdırmağa xidmət göstərməlidir.
Məqsədaydınlığı prinsipi tərbiyə prosesində özünü büruzə verə biləcək hər cür kortəbiiliyin qarşısını alır, məktəbdə aparılan tərbiyə işinin tərbiyənin məqsədinə uyğun qurulmasını nəzərdə tutur, müəllimin aydın perspektivə malik olmasını, qarşısında hansı vəzifələrin dayandığını və onları həyata keçirmək üçün nələrin lazım gəldiyini bilməyi, əldə olunanların təhlilini aparmağı, yol verilmiş nöqsanları görməyi, tərbiyə işində yüksək nəticələr qazanmağı tələb edir. Məqsədaydınlığı prinsipi təkcə müəllimin fəaliyyətini nəzərdə tutmur, həm də məktəblilərin kollektivin və hər bir şagirdin tərbiyəsi işinə yaxından qoşulmasını zərurətə çevirir. Beləliklə, ümumi məqsəd şagirdlərin məqsədləri kimi təzahür edir.
Məqsəd aydın olmadıqda, başqa sözlə, tədbirin nə üçün həyata keçirildiyini, şagirdlərdə hansı keyfiyyətləri inkişaf etdirəcəyini, hansı qüsurları aradan qaldıracağını, son nəticədə nəyə nail olacağını yaxşı təsəvvür etməyən müəllim öz fəaliyyətində uğur qazana bilməz. Bu xüsusda Şərqin böyük sənət abidəsi olan “Kəlilə və Dimnə”də deyilir: “Ağıllı adam gərək işin əvvəlində onun sonunun nə ilə qurtaracağını gözünün qabağına gətirə, yola çıxmamış hara gedəcəyini müəyyən edə. Əks halda o, yolun ortasında avara qalar”.
Məqsədin aydın başa düşülməsi və yerinə yetirilməsi ayrı-ayrı şagirdlərlə aparılan işlərin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin səmərəliliyini artırır.

4.2. Tərbiyə işinin həyatla, əməklə və Azərbaycan Respublikasında dinc quruculuq işləri ilə əlaqələndirilməsi prinsipi. Həyatda, cəmiyyətimizdə, ölkənin daxilində və xaricində hər gün nə qədər əlamətdar, qəribə, ziddiyyətli, qəlbağrıdıcı hadisələr baş verir. Şagirdlər onlardan bəzilərinin canlı şahidi olur, bir qismindən mətbuat, televiziya və radio, tay-tuşları, ailə üzvləri vasitəsilə xəbər tuturlar. Cəmiyyətin həyatında gedən köklü dəyişikliklər az əhəmiyyət daşıyan məsələlər deyildir. Biz müharibəyə cəlb edilmişik, əhalimizin milyon nəfərdən artığı (təxminən yeddidə bir hissəsi) qaçqın, köçkün, didərgin vəziyyətində yaşayır. Işğal olunmuş torpaqlarımızın azad edilməsi, Vətənin müdafiəsinə hazır olmaq, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çıxmaq və s. tam ciddiliyi ilə qarşıda dayanır. Odur ki, tərbiyə işləri aparılarkən həyatda baş verən bu və ya digər hadisə və təzahürlərlə, əmək prosesi, zəhmət adamları və onların hünərləri ilə şagirdlərin tanış olmaları vacibdir. Gənc nəslin müsbət nümunələr, mütərəqqi adət və ənənələr əsasında tərbiyə almalıdırlar. Lakin həyatdakı mənfiliklər, naqis hallar və onların doğurduğu nəticələrdən də yan keçilməməlidir. Bir gün onlara biganə qalırıqsa, sabah sadəcə boş şey kimi yanaşırıqsa, birisi gün özümüz təəssüflənir və bu barədə məktəblilərə məlumat verməyi lüzumsuz sayırıqsa, növbəti gün sadəcə gizli saxlayırıqsa, nə vaxtsa bütün bunlardan onların özləri xəbər tutur, əvvəlcə əhəmiyyət vermir, sonra sadəcə təəssüflənir, daha sonra maraqlanır, təsir altına düşür, yaxud meyl göstərir, aludə olur... Yalnız bu zaman fəaliyyətə başlayır, danlayır, qışqırır, qadağan edir, cəzalandırırıq. Görünür, belə münasibətin ziyanı nəzərdə tutularaq, “Kəlilə və Dimnə”də yazılmışdır: “O adamları sevirəm ki, gələcək qarşısında məsuliyyət, keçmiş qarşısında ehtiram, indinin önündə fədakarlıq duysun”. Tərbiyə işini həyatla əlaqələndirməyi mühüm tələb kimi götürmək, bu prinsipə əsaslanmaq səmərəli nəticə verir. Şagird kollektivinin, ayrı-ayrı məktəblilərin diqqətini ölkəmizdə gedən quruculuq işlərinə cəlb etmək lazımdır. Türkiyə Respublikasının yaradıcısı və öndəri Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” devizinin mahiyyəti məktəblilərə çatdırılmalıdır. Biz sülh istəyir, müharibəyə nifrət edirik. Lakin... Vətən təhlükədə olanda ölüm-dirim savaşına atılmaq artıq zərurətə çevrilir.


Tərbiyə işinin həyatla əlaqələndirilməsi ona görə vacibdir ki, gənc nəsil müvafiq mikro və makromühitdə yaşayır, fəaliyyət göstərir. Müəyyən mühitdə yaşayıb onun təsirindən azad olmaq isə qeyri-mümkündür.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin