Azərbaycanda döVLƏt qulluğunun formalaşmasi xüsusiYYƏTLƏRİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix24.09.2023
ölçüsü0,64 Mb.
#147999
  1   2   3   4   5   6   7


Elm və İnnovativ Texnologiyalar Jurnalı Nömrə 9, 2019. 71- 83 
DOI: 10.5782/2616-4418.9.2019.71 
71 
 
 
 
 
 
AZƏRBAYCANDA DÖVLƏT QULLUĞUNUN 
FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ 
 
 
Həmdulla MƏMMƏDOV 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyası, Bakı, Azərbaycan 
 
 
 
 
 
 
Giriş 
 
Hər bir dövlətin dövlət qulluğu sisteminin formalaşması tarixi və 
xüsusiyyətləri birbaşa onun dövlətçilik tarixi ilə bağlıdır. Belə ki, dövlət qulluğu 
dövlət idarəçiliyi aparatında peşəkar fəaliyyətdir. Müxtəlif ölkələrdə dövlət qulluğu 
sisteminin elementar tərkibi və funksiyası fərqlidir. Xalqların malik olduqları 
dövlətçilik təcrübələri ilə yanaşı, milli-mənəvi dəyərlər sistemi, yaxşı dövlətçilik 
təcrübəsinə malik qonşu xalqlarla təmasların sıxlığı və s. amillər dövlət qulluğu 
sisteminin formalaşması və təkamülü prosesində təsirli rol oynayır (
Виноградов 23). 
Müasir ictimai elmdə müşahidə olunan əsas tendensiyalardan biri ondan ibarətdir ki, 
milli dövlətlər səciyyəvi xüsusiyyətləri özündə ehtiva etməklə əsasən kapitalist 
münasibətlərinin məhsuludur. Bu baxımdan, dövlət qulluğu sistemi müasir 
formasında əlamətlərini milli dövlətlərin meydana gəlməsi ilə ifadə etməyə 
başlamışlar. Azərbaycan ərazisində dövlət idarəçiliyi təcrübəsinin zənginliyi sonrakı 
mərhələlərdə dövlət qulluğu sisteminin yaranmasına və inkişafına təsir etmişdir.


 72 Həmdulla Məmmədov
 
Dövlət qulluğu sisteminin formalaşması tendensiyası 
Müasir milli dövlətlərin səciyyəvi xüsusiyyətlərindən ən əsası dövlət qulluğu 
sisteminin olmasıdır. Dövlət idarəçiliyinin tarixinin dövlətin meydana gəlməsi tarixi 
ilə uzlaşmasına baxmayaraq, dövlət qulluğu sisteminin formalaşması məhz müasir 
dövrün zaman çərçivəsinə aiddir. Tarixdən ilk dövlətlərin əlamətlərinin bizim eradan 
əvvəl III minillikdə meydana gəlməsi məlumdur. Lakin həmin dövrdə bütün 
elementləri ilə sistemli fəaliyyət göstərən dövlət qulluğundan danışmaq üçün əsas 
yoxdur. Hər bor tarixi dövrün, ictimai-siyasi formasiyanın reallıqlarına uyğun dövlət 
idarəetməsi təcrübəsinin olması hələ dövlət qulluğu sisteminin də olmasına dəlalət 
etmirdi. Çünki, dövlətin funksiyaları haqqında aydın təsəvvürlər belə mövcud 
deyildir. Ən bəsit formada dövlət qulluğu sistemi dövlət hakimiyyəti orqanlarının 
funksiyalarının həyata keçirilməsini təmin edir. Dövlət idarəçiliyi funksiyaları, 
onların həyata keçirilməsi prinsipləri haqqında dəqiq təsəvvürlərin formalaşması 
dövlət qulluğu sisteminin meydana gəlməsi üçün zəmin yaratmışdır. Dövlət 
idarəçiliyinin həyata keçirdiyi funksiyalar dövlətin mövcudluğunun əsas şərtini təşkil 
edir. Bu funksiyaların həyata keçirilməsi isə dövlət qulluğu sistemi sayəsində 
mümkün olur (Бариева 31). Bu baxımdan, Azərbaycanda dövlət qulluğu sisteminin 
formalaşması tarixi prosesinin inkişaf tendensiyalarının dərindən öyrənilməsi 
bütövlükdə milli dövlətçiliyin genezisi haqqında dəqiq təsəvvürlərin yaranması 
baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hazırkı 
mərhələdə fəal vətəndaş cəmiyyəti quruculuğu getməkdədir.
Vətəndaş cəmiyyətin inkişafı istənilən halda dövlət idarəçiliyi sistemində yeni 
əalmətlər meydana gətirir. Müvafiq olaraq, dövlət qulluğu sistemi də vətəndaş 
cəmiyyətinin meydana gətirdiyi reallıqlara uyğun olaraq yeni xüsusiyyətlər kəsb edir. 
Ümumiyyətlə, yeni reallıqlar çərçivəsində dövlət idarəetməsinin vəziyyətini təcrübəli 
dövlət xadimi, akademik Ramiz Mehdiyev kifayət qədər arqumentləşdirilmiş şəkildə 
ifadə etmişdir. Belə ki, akademik Ramiz Mehdiyev yazmışdır: “Qlobal demokratik 
yürüşün” tərkib hissəsi kimi, sosiomədəni fonun dəyişiklikləri postindustrial 
dəyərlərin institusionallaşmasına, səmərəli idarəetmə amillərinin formalaşmasına və 
şəffaf ictimai qayda qurulmasına imkan yaradır. Demokratiya, bazar təsərrüfatı və 
vətəndaş cəmiyyəti idealı tədricən cəmiyyətin inkişaf strategiyasının əsas səmtinə 
çevrilmiş, beləliklə də müasir milli dövlətin başlıca vəsilələri olmuşdur”( Mehdiyev 
138). Azərbaycanın zəngin dövlətçilik tarixi müasir dövlət qulluğu sisteminin 
əlamətlərinin oturuşmasında öz təsiri göstərmişdir. Lakin dövlət qulluğu məhfumu 
özümüm bütün siyasi və hüquqi komponentləri ilə elmi dövriyyəyə 1995-ci il 12 
noyabrda tarixdə ölkənin ali qanunun-Konstitusiyanın qəbulundan sonra daha ciddi 
oturuşmağa başlamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci 
maddəsi birbaşa dövlət qulluğu ilə bağlı olduğunu qeyd etmək lazımdır. Belə ki, ölkə 
Konstitusiyasının bu maddəsində dövlətin idarə olunmasında iştirak etməyin hər 
vətəndaşın 
konstitusion 
hüququ 
olduğu 
təsbit edilmişdir (Azərbaycan 
Respublikasının Konstitusiyası 96). Bununla yanaşı, ölkə vətəndaşlarının dövlət 
idarəçiliyinin həyata keçirilməsində iştiraklarının, yəni, dövlət qulluğu sistemində 
fəaliyyətinin prinsipləri də aydın ifadəsini tapmışdır. Hesab edirik ki, Azərbaycan 


Azərbaycanda dövlət qulluğunun formalaşması… 73 
Respublikasında dövlət qulluğu sisteminin demokratik prinsiplərə, vətəndaş 
cəmiyyəti quruculuğu ruhuna uyğunluğunu şərtləndirən başlıca əlamətlərdən biri də 
məhz bundan ibarətdir. Artıq qeyd edildiyi kimi, dövlət qulluğu sisteminin 
formalaşmasında bu və ya digər səviyyədə dövlətçiliyin meydana gəlməsi və inkişafı 
tarixinin izləri özünü büruzə verir. Bu hipotezdən çıxış edərək, Azərbaycanda dövlət 
qulluğunun yaranması və inkişafı tarixinin əsas məqamlarına diqqət yetirmək 
vacibdir. Azərbaycanın dövlətçilik tarixinin dərin köklərinə dəlalət edən başlıca 
məqam ondan ibarətdir ki, tarixi Azərbaycan torpaqları coğrafiyasında fərqli 
dövlətçilik ənənələrinə, idarəetmə mexanizmlərinə malik müxtəlif dövlətlər mövcud 
olmuşlar. Müxtəlif dövlətlərin bu və ya digər dərcədə fərqli idarəetmə sistemlərinin 
olması ümumilikdə zəngin dövlətçilik və dövlət idarəetmə irsinin formalaşmasını 
şərtləndirmişdir. Bu da Azərbaycan ərazisində dövlət qulluğunun tarixinin 
zənginliyinə dəlalət edir. Ümumiyyətlə, Azərbaycanda dövlət quruculuğu tarixinə 
diqqət yetirsək görərik ki, ölkədə dövlət qulluğunun formalaşması prosesi özünün 
dinamikliyi və ardıcıl getməsi ilə seçilmişdir.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin