Azərbaycanda döVLƏt qulluğunun formalaşmasi xüsusiYYƏTLƏRİ


Azərbaycanda dövlət qulluğu sisteminin əlamətlərinin meydana



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix24.09.2023
ölçüsü0,64 Mb.
#147999
1   2   3   4   5   6   7
Azərbaycanda dövlət qulluğu sisteminin əlamətlərinin meydana
gəldiyi tarixi mərhələlər 
 
Hər şeydən öncə, qeyd edək ki, Azərbaycan ərazisində dövlət qulluğunun 
xarakterinə görə 5 tarixi dövr fərqləndirilir:
-Saray tipli ənənəvi dövlət qulluğu sistemi dövrü (1828-ci ilə qədər); 
-Yarımsaray, yarı modern dövlət qulluğu dövrü (Çar Rusiyası dövrü); 
-Milli-rasional bürokratikləşmə (1918-1920); 
-Sovet nomenklaturası (1920-1991); 
-Müasir dövlət qulluğu sisteminin quruculuğu dövrü (1991-ci ildən bu günə 
 kimi). 
 
Saray tipli ənənəvi dövlət qulluğu sistemi ibtidai xarakterə malik idi, burada 
xəzinədən faydalanmış dövlət adına xidmət edənləri ordu xidmətçilərinə və saray 
xidmətçilərinə bölmək olar. Bu mərhələdə hansısa peşəkarlıq, hüquqi əsas və 
bürokratik dəyərlərdən bəhs etmək qeyri-mümkün idi. Dövlətin başçısı olan hökmdar 
sonsuz səlahiyyətlərə və dini əsasa söykənirdi. Lakin buna baxmayaraq, bu dövrdə 
Azərbaycanda dövlət idarəçili mədəniyyəti formalaşmışdır. Bu baxımdan, Albaniya 
dövrünü xüsusi qeyd etmək olar. Albaniya hökmdarları sərhədsiz hakimiyyətə malik 
olmaqla, dövlətin dünyəvi və dini başçısı idi. Bununla yanaşı, sarayda Məşvərət 
Şurası da fəaliyyət göstərirdi və vacib qərarların qəbul olunmasında təsirli rol 
oynayırdı (Mahmudov 15). Qeyd etmək lazımdır ki, sonrakı tarixi dövrlərdə də 
möhkəm, təkmil dövlət idarəçiliyi zamanın reallıqlarına uyğun olaraq özünün bütün 
elementləri ilə dövlət idarəçiliyi formalaşmışdır və davamlı olaraq təkmilləşmişdir. 
Saray tipli ənənəvi dövlət qulluğu sistemi 1828-ci ilə qədər sürmüşdür. Ümumiyyətlə, 
qeyd etmək lazımdır ki, 1828-ci ilədək tarixi dövrlərdən asılı olaraq, dövlət 
qulluğunun səciyyəvi əlamətləri özlərini büruzə vermişdir. Bu əlamətləri tarixi dövlər 
üzrə aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:


 74 Həmdulla Məmmədov
Orta əsrlər feodal dövrü üçün şah, məclis divanı, əmir əl-üməra, baş vəzir, sahibi 
divan, hacib səciyyəvi idi. Bu sistemin əlamətlərini bir sıra tarixi Azərbaycan 
dövlətlərinin timsalında nəzərdən keçirmək əhəmiyyətlidir. Məsələn: 
Atabəylərdə – atabəy, vəzir, ulu hacib (hökmdarın şəxsi saray xidmətlərinə 
rəhbərlik edən), divan-əlxas – hökmdarın əmlakını idarə edən, dövlət dəftərxanasının 
rəhbəri – münşi, maliyyə naziri – müstövfi, vilayət hakimi – vali (Bünyadov 15).
Hülakülərdə - elxan, baş əmir (4 əmirin arasından seçilir), digər əmirlərə qol 
əmirləri deyilir, müstövfinin müavini münəssil, yazı işlərini həyat keçirən – bitikçi, 
dini işlərə - qazilər qazisi. 
Qaraqoyunlularda – sultan, əmir əl-üməra, dini işlər – sədr-əzəm, kiçik 
qoşun başçıları – qibtəul ( Fərzəlibəyli 13-17). 
Səfəvilərdə - şah, vəkil, əmir əl-ümər, vəzir, sədr – dini müəssisələrə 
rəhbərlik edən, möhrdar, şahın ov işlərinə baxan – mirşikarbaşı, mühtəsil-əl məmalik, 
qoşun kargüzarı – ləşkərnəlis, mehtərlərin rəhbəri – miraxurbaş, xarici səfərlərin və 
hörmətli şəxslərin qəbuluna baxan mehmandarbaşı (Bayramlı 32-34). 
Əlavə olaraq, qeyd edək ki, Səfəvilər dövründə Azərbaycan ərazisində dövlət 
idarəçiliyinin kifayət qədər təkmil bir sistemi formalaşmışdır. Təkmil dövlət 
idarəçiliyi sisteminin yaranması dövlətin mövcudluğu şərtlərindən irəli gəlirdi. Belə 
ki, kifayət qədər geniş ərazilərin səmərəli idarə olunması mükəmməl dövlət 
idarəçiliyi mexanizmlərinin yaradılmasını və tətbiq edilməsini tələb edirdi. Səfərilər 
dövründə dövlət başçısı həm dünyəvi hakimiyyətə, həm də dini hakimiyyətə sahib 
olmaqla hakimiyyətin mərkəzləşdirilməsini daha gücləndirmişlər. Xüsusi olaraq
qeyd etmək vacibdir ki, həmin dövrdə dövlət idarəçiliyinin ciddi bir bürokratik 
sistemi də formalaşmışdır ki, bu da məkəzi və yerli idarəetmə orqanlarının 
fəaliyyətinin kifayət qədər səmərəli tənzimlənməsini imkan verirdi (Azərbaycan 
Səfəvi dövləti// http://a-r.az/az/page/41(müraciət tarixi:28.02.2019). 
Xanlıqlar dövrü – xan, maliyyə işlərinə baxan, eşikağası – xanın şəxsi təsərrüfatının 
başçısı, mehtərlərin başçısı - əmiraxur, sandıqdar ağası – xəzinədar, anbardar, darğa – 
vergilər yığan, şəhər və kənd rəhbərləri – yüzbaşı, kəndxuda, kələntər (minbaşı, 
polkovnik), 
qalabəyi 
(Mustafa 
N. 
İdarəçilik 
sistemi// 
http://www.iravan.info/idarechilik_sistemi.html (müraciət tarixi:28.02.2019). 
Qeyd edilən dövrün özünün səciyyəvi xüsusiyyətləri mövcud olmuşdur. Belə ki, Şah 
ilahi mənşəyə malik idi, hökmünü gücə əsaslandırırdı, rasionallıq yox idi, qulluqçular 
dövlətə deyil, şaha xidmət edirdilər. Bütün bunlarla yanaşı, dövlət idarəçiliyinin 
mükəmməl sisteminin yarandığını qeyd etməyə əsas verən çoxsaylı məqamlar da 
olmuşdur. Artıq yuxarıda nəzərdən keçirildiyi kimi, idarəçiliyin müxtəlif 
səviyyələrinin səmərəliliyini şərtləndirən bürokratik sistem özünün bütün elementləri 
ilə formalaşmışdır və davamlı olaraq təkmilləşirdi. Dövlət başçısının ən vacib 
məsələlərlə bağlı tək qərar vermək hüquqlarının olmasına baxamayaraq, saraylarda 
ayrıca məşvərət şuraları da təşkil olunurdu. Dövlət üçün əhəmiyyətli qərarların 
əksəriyyəti müzakirə əsasında məşvərət şurasında qəbul olunurdu. Bu məqam 


Azərbaycanda dövlət qulluğunun formalaşması… 75 
sonradan səmərəli dövlət idarəçiliyi və müvafiq olaraq, dövlət qulluğu sisteminin 
formalaşması tendensiyasının əsasını qoymuşdur.
Beləliklə, Azərbaycanda dövlət qulluğunun yuxarıda nəzərdən keçirdiyimiz tarixi 
dövrlər üzrə səciyyəvi xüsusiyyətlərindən də aydın görünür ki, ölkə ərazisində 
dövrlər üzrə dövlət qulluğu və ya dövlət idarəçiliyi sahəsində daim dinamiklik 
müşahidə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, həmin dövrlərdə 
Azərbaycanda dövlət qulluğu məhfumu hazırkı anlamda nəzərdən keçirilmir. Belə 
qənaəti şərtləndirən bir sıra vacib amilləri qeyd etmək lazımdır. Hər şeydən öncə 
həmin dövrdə dövlət qulluğunun əsaslandığı prinsiplər haqqında təsəvvürlər hələ 
formalaşmamışdır. Xüsusilə də peşəkarlıq prinsipi aktuallıq kəsb etmirdi. Sonrakı 
mərhələrdə məhz bu prinsip dövlət qulluğunun mahiyyətini ifadə edən əsas 
amillərdən biri rolunda çıxış edir. Dövlət orqanlarının səlahiyyətlərinin həyata 
keçirilməsi istiqamətində peşəkar fəaliyyət həlledici təsirə malikdir. Nəzərə almaq 
lazımdır ki, peşəkar fəaliyyət xüsusi bilik, bacarıq və vərdişlər əsasında həyata 
keçirilən fəaliyyətdir. Bu da təbii ki, müəyyən hazırlıq və təhsil səviyyəsi tələb edir 
(Акимов 159). 
Qeyd ediləndən başqa, nəzərdən keçirilən dövrdə idarəçiliyin həyata keçirilməsi 
prinsipləri tamam əsaslara söykənirdi. Belə ki, müasir anlamda peşəkar qulluq 
fəaliyyəti bir qayda olaraq, xüsusi vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin 
yerinə yetirilməsini nəzərdə tutur. Bunun müqabilində dövlət büdcəsi hesabına 
ödənilən vəsaitlə həmin şəxslərin fəaliyyəti ödənilir.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin