Azərbaycanda döVLƏt qulluğunun formalaşmasi xüsusiYYƏTLƏRİ


Dövlət qulluğunun sisteminin müasir komponentlərinin yaranması



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix24.09.2023
ölçüsü0,64 Mb.
#147999
1   2   3   4   5   6   7
 
Dövlət qulluğunun sisteminin müasir komponentlərinin yaranması 
 
Bildiyimiz kimi, müasir anlamda dövlət qulluğu fenomeni kapitalizmin 
məhsuludur. Bu baxımdan, Azərbaycanda dövlət qulluğunun yaranması tarixini 
əsasən XIX-XX əsrlərdə nəzərdən keçirmək məqsədəuyğun olardı. Dövlət 
qulluğunun elementləri Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövrdə 
özünü biruzə vermişdir. Lakin bu, təbii ki, Rusiya dövlət qulluğunun eyni oxşarı kimi 
müşahidə olunurdu. Belə ki, Azərbaycanın Rusiyanın tərkibində olduğu bütün tarixi 
dövrdə Rusiyada tətbiq edilən istənilən dövlət idarəçiliyi mexanizmləri Azərbaycanda 
da tətbiq olunurdu (Rzayev 181). Belə ki, nəzəriyyədə yaxın və qonşu dövlətlərin 
idarəçilik təcrübəsi əsasında milli idarəetmə sisteminin yaradılması haqqında kifayət 
qədər yanaşmalar mövcuddur. Azərbaycan Rusiyanın tərkibində təbii ki, onun
təcrübəsindən yararlanmaqla, özünün müəyyən fərqli əlamətlərinə malik olan 
idarəetmə sistemini formalaşdırmağa çalışmışdır. Bu baxımdan, həmin dövrdə 
Azərbaycanda dövlət qulluğunun mahiyyəti haqqında təsəvvürlərə malik olmaq üçün 
Rusiyanın dövlət qulluğu sisteminə yaxından diqqət yetirmək məqsədəuyğundur. 
Artıq qeyd etdiyimiz kimi, Rusiyanın dövlət qulluğunun bütün əlamətləri Azərbaycan 
ərazisində dövlət qulluğu sistemində də əksini tapmışdır. Hətta müasir dövrə qədər 
gəlib çıxmış Rusiya dövlət idarəçiliyi və dövlət qulluğu elementlərinin öyrənilməsi 
müəyyən mənada həm də Azərbaycan dövlət qulluğu sisteminin tarixi inkişaf yolu 
haqqında təsəvvürlər formalaşdıra bilər. Bizim tədqiqatlarımız çərçivəsində Rusiyada 
monarxiya və sovet dövrünün dövlət idarəçiliyi sisteminin öyrənilməsi tarixilik 


 76 Həmdulla Məmmədov
baxımından faydalı olar. Araşdırmalara əsasən belə qənaətə gəlmək olar ki, Rusiyada 
həm monarxiya, həm də sovet dövründə dövlət idarəçiliyi, müvafiq olaraq, həm də 
dövlət qulluğu sistemi kifayət ortaq elementlərə malik olmuşdur. Bu o mənanı kəsb 
edir ki, Rusiyada dövlət qulluğu sisteminin yaranmasında və inkişafında varislik 
prinsipi təsirli rol oynamışdır. Yəni, bu istiqamətdə inkişaf zamanı müəyyən ardıcıllıq 
müşahidə olunmuşdur. Belə ki, dövlət hakimiyyətinin mərkəzləşdirilməsi, daha 
səmərəli nəzarət sisteminin formalaşdırılması, bürokratiya ənənələrinin inkişaf 
etdirilməsi və s. proseslər hər iki dövrün tendensiyası kimi özünü büruzə vermişdir 
(Мельников 69). Bütün bu proseslər Azərbaycan dövlət qulluğu sisteminin 
formalaşmasında da müəyyən izlər qoymuşdur. Rusiya dövlət qulluğunun tarixi 
formalaşma və inkişaf prosesinin bəzi məqamlarına diqqət yetirməklə, buna əmin 
olmaq mümkündür.
Rusiyada dövlət qulluğu sisteminin yetkin bir səviyyəyə çatmasını əsasən I Pyotrun 
adı ilə bağlamaq mümkündür. Belə ki, məhz I Pyotrun apardığı inzibati islahatlar 
Rusiyada idarəetmə orqanları sisteminin formalaşmasını şərtləndirmişdir. Bundan 
başqa, I Pyotrun dövründə dövlət qulluğunda çalşmağın məmurluq tipi tətbiq 
edilməyə başlamışdır (Rehimli 25). Ümumiyyətlə, Rusiyada I Pyotrun həyata 
keçirdiyi islahatlar dövlət qulluğu sistemində bir sıra yeni keyfiyyətlərin meydana 
gəlməsini şərtləndirmişdir. Bu yeniliklər dövlət qulluğu sisteminin səmərəli və daha 
çevik fəaliyyətinə hesablanmışdır. Beləliklə, I Pyotrun Rusiya dövlət qulluğu 
sisteminə gətirdiyi yeniliklər əsasən aşağıdakılardan ibarət idi: 
-dövlət başçısının iradəsinə söykənən kollegiyalar vasitəsilə idarəetmə 
qərarlarının qəbul olunması; 
-inzibati dövlət orqanları məhkəmə və maliyyə funksiyalarından məhrum 
edilir, onlar xüsusi idarəetmə funksiyaları ilə təmin olunurlar. Bu isə o deməkdir ki, 
ilk dəfə olaraq hakimiyyət bölgüsünün həyata keçirilməsinə cəhd olunmuşdur; 
-dövlət qulluğu vəzifələrini tutan məmurlar üzərində nəzarət sistemi tətbiq 
olunmağa başlayır; 
-ilk dəfə olaraq əmək fəaliyyətinin nəticələrinə görə dövlət qulluqçularına 
pul ödənişlərinin verilməsinə başlanılır. Ən əsası vəzifəli şəxslərin şəhərlərin və 
vilayətlərin hesabına saxlanılmasına son qoyulur.
Yuxarıda nəzərdən keçirdiyimiz məqamlardan da göründüyü kimi, I Pyotrun 
hakimiyyəti illərində dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində ciddi 
addımlar atılmışdır. Bütün bu yeniliklər həmçinin, həmin dövrdə Rusiyanın 
tərkibində olan Azərbaycanda da dövlət idarəçiliyinin həyata keçirilməsi zamanı 
tətbiq olunurdu. Bu məqamda həmçinin, qeyd etmək lazımdır ki, Rusiyada dövlət 
qulluqçuları ilə bağlı islahatların ikinci dalğası II Nikololayın adı ilə bağlıdır. Onun 
hakimiyyəti dövründə dövlət bürokratiyasının bir elementləri artıq oturuşmuşdur, 
dövlət qulluğu, dövlət qulluqçularının seçilməsi ilə bağlı bir sıra qanunlar qəbul 
olunmuşdur ( Rehimli 29). Bütün bu yeniliklər Azərbaycan ərazisində idarəetmə 
sistemində də öz izlərini aydın göstərirdi. Bu baxımdan, Azərbaycanda dövlət 
qulluğunun yaranması tarixi Rusiyanın dövlət qulluğu sisteminin formalaşması tarixi 
ilə kifayət qədər oxşar olmuşdur. Bu baxımdan, müvafiq olaraq Çar Rusiyasının ilk 


Azərbaycanda dövlət qulluğunun formalaşması… 77 
illərində Azərbaycanda saray bürokratiyası mövcud olmuşdur. 1828-ci ildən etibarən 
Azərbaycanın şimalında Çar Rusiyasının 1917-ci ilin fevralınadək davam edən 
fəaliyyəti mövcud olub. Çar Rusiyası dövründə Azərbaycanda 3 idarəetmə modeli 
tətbiq olunub: 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin