Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə1/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
  1   2   3   4   5   6   7   8   9   ...   155
Büdcə Sistemi



Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları. 
Plan 
1.
Büdcənin sosial- iqtisadi mahiyyəti. 
2.
Büdcə dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə bazası 
kimi. 
3.
Büdcənin funksiyaları. 
4.
Dövlət büdcəsinin əsas əlamətləri. 
5.
Büdcənin dövlətin sosial- iqtisadi inkişaf proqramı və maliyyə
sisteminin digər həlqələri ilə əlaqəsi. 
Ədəbiyyat 
1.
Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə
sosial- iqtisadi inkişafı. Dövlət Proqramı. 
2.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu. 
3.
Ş.S.Bədəlov, R.B. Məhərrəmov ,F.Ə.Qurbanov . Büdcə sistemi. 
Bakı 2003. 
4.
Kollektiv müəlliflər. Maliyyə.Bakı 2007. 
5.
N.Novruzov, X.Hüseynov. Maliyyə. Bakı 2007. 
6.
M.M.Sadıqov, S. M.Məmmədov.Maliyyə. Gəncə 2010. 
KitabYurdu.az 
1


Dövlətlə müxtəlif müəssisələr, təşkilatlar, idarələr və əhali arasında 
müxtəlif formada maliyyə münasibətləri yaranır. Bu münasibətlər büdcə
münasibətləri adlanır. Maliyyə münasibətlərinin tərkib hissəsi kimi bu 
münasibətlərin spesifik xüsusiyyətləri ondan ibarətdir ki, onlar bölgü 
prosesində meydana gəlir və ümumdövlət tələbatının ödənilməsi üçün 
müəyyən edilmiş mərkəzləşdirilmiş pul vəsaiti fondunun formalaşması 
və istifadəsi ilə əlaqədardır. 
Hər bir dövlətin yaranması üçün onun zəruri atributlarından olan pul 
vəsaitləri fondlarının yaradılması çox vacib şərtlərdən biridir. 
Ölkələrin hamısında hökumət öz funksiyalarını yerinə yetirmək üçün 
cəmiyyətin yaratdığı maliyyə ehtiyatlarının bir hissəsini; əsasən icbari 
yolla mərkəzləşdirilmiş pul vəsaitləri fondlarına səfərbər edir. Bu 
fondlar sırasında əsas yeri dövlət büdcəsi tutur. Dövlət büdcəsi dövlət 
maliyyəsinin ən mühüm tərkib hissəsidir. Dövlət büdcəsi sözü bütün 
dillərə “budget” sözündən keçmişdir. Bu ingilis sözünün mənası çanta, 
torba kimi açıqlanır. “Budget” sözü isə “ bouget” sözünün dəyişilmiş 
formasıdır. Büdcə sözü XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi 
leksikona daxil olunmuşdur. Bu söz məna etibarı ilə xəzinə sözünə
yaxındır və XVIII əsrə qədər büdcə funksiyalarını bütövlükdə xəzinə
yerinə yetirirdi. Məişətdə biz tez- tez ailə büdcəsi, vaxt büdcəsi, dövlət 
büdcəsi anlayışları ilə qarşılaşırıq. Əgər ailə büdcəsi ailənin gəlir və xərc 
balansını, vaxt büdcəsi potensial vaxtla onun istifadə balansını əks 
etdirirsə, dövlət büdcəsi dövlətin gəlirləri və xərcləri arasındakı balansı 
əks etdirir.
Büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən 
edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün maddi maliyyə
bazasına malik olmalıdır. Dövlətin əlində hər il bütün cəmiyyət 
səviyyəsində geniş təkrar istehsalın ehtiyaclarının ödənilməsi, 
vətəndaşların sosial- mədəni tələbatının təmin edilməsi, müdafiə və
dövlət idarəetmə xərclərinin ödənilməsi və s. tədbirlərin həyata 
keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir. 
Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və
istifadəsi əsasında əmələ gələn pul münasibətlərinin məcmusu dövlət 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin