Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə8/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   4   5   6   7   8   9   10   11   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
8


-büdcə müxtəlif mənbələrdən təsirli şəkildə istifadəni təmin edən 
plandır; 
-büdcə dövlət təşkilatlarının məqsədlərinə nail olmasını, onların 
qarşıdakı müəyyən müddət üçün nəzərdə tutulmuş siyasətinin və 
proqnozlarının reallaşdırılmasını təmin edən plandır. 
Beləliklə, dövlət büdcəsi vasitəsilə çoxlu proqnozlar verilir və bunlar 
dövlət proqnozlarının necə, hansı vəsait və mənbələr hesabına 
maliyyələşdirilməsinin mənzərəsini cızır.
2.Tarazlıq. Büdcənin tarazlığı büdcə xərclərinin və gəlirlərinin 
mütənasibliyi deməkdir. Bu prinsip özünü ilk növbədə büdcənin 
proqnozlaşdırılmasında göstərir, lakin dövlət büdcəsi sonralar da 
iqtisadiyyatın ümumi balansına uyğun olaraq tənzimlənə bilər. 
Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin 
edilməsində mühüm alətdir. Onun köməyi ilə dövlət milli gəlirin 
bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın strukturunu 
dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir, sosial dəyişiklikləri 
həyata keçirir. Bu məqsədlə dövlət iqtisadiyyata birbaşa və dolayı 
təsirin 
müxtəlif 
formalarını 
– 
müəssisə 
və 
təşkilatların 
subsidiyalaşdırılması, dövlət investisiyaları, elmi- texniki tərəqqini 
müəyyən edən sahələrin büdcə maliyyələşdirilməsi tətbiq edir və son 
nəticədə xalq təsərrüfatı proporsiyalarının dəyişilməsinə nail olur. 
Iqtisadi proseslərin tənzimlənməsində dövlətin rolunun artması 
təsərrüfatçılığın müasir mərhələsində büdcə vəsaitini iqtisadiyyatın 
inkişafının strateji istiqamətlərini, zəruri istehsal infrastrukturlarının
müəyyən edən layihələrdə cəmlənməsi olduqca əhəmiyyətlidir. Vergi 
siyasəti və büdcə maliyyələşdirilməsi vasitəsilə təsərrüfatçılığın müxtəlif 
tərəflərinə təsir etmək mümkün olur ki, bu da istehsal fondlarının
surətləndirilmiş bərpasına, elmi- texniki tərəqqinin istehsala daha tez 
tətbiq edilməsinə kömək etmiş olur. 
Dövlət büdcəsi sosial sferanın – maarif, səhiyyə, sosial təminat- 
maliyyələşdirilməsi mexanizmlərinin yaxşılaşdırılması əsasında sosial 
problemlərin həllində əhəmiyyətli rol oynayır. 
Müasir mərhələdə büdcə siyasətinin əsas parametrləri istehsalın 
səviyyəsinin aşağı düşməsinin qarşısını almaqdan və ölkədə maliyyə 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin