Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə4/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   2   3   4   5   6   7   8   9   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
4


çəkisi 21% idi. Hazırda isə bu rəqəmlər xeyli böyümüş və faiz də 
dəyişmişdir. Pay etibari ilə götürsək, bu rəqəm hazırda 32%- ə yaxındır. 
Dövlət 
büdcəsi 
vasitəsilə 
ölkənin 
sosial 
sahələrinin
maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların və ayrı- ayrı 
sahələrin inkişafı tənzimlənir. Dövlət iqtisadi münasibətlərin bu cür 
tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını 
tənzimləyir. 
Büdcə vasitəsilə ÜDM- un yenidən bölgüsü eyni vaxtda həyata 
keçirilən və bir- biri ilə sıx əlaqədə olan ikitərəfli prosesdir: 
-
Büdcənin gəlirlərinin yaradılması: 
-
Büdcə vəsaitlərini istifadəsi ( büdcənin xərcləri) 
Büdcə gəlirləri- Azərbaycan Respublikasının,Naxçıvan Muxtar 
Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq 
qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə
Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil 
olan vergilər, rüsumlar, digər ödənişlər və daxil olmalardır. 
Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində
yeni yaranan ÜDM- un bir hissəsini dövlətin və bələdiyyələrin xeyrinə 
məcburi yenidən bölüşdürülməsi baş verir. Bununla dövlətlə və 
bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri 
yaranır. 
Büdcə gəlirləri- büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən 
qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan 
vəsaitdir.Büdcə xərcləri “ Büdcə sistemi haqqında” Azərbaycan 
Respublikasının qanununa və hər il qəbul olunmuş “Dövlət büdcəsi 
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ayrı- 
ayrı təşkilatlar üzrə təsdiq olunmuş smetaya əsasən dövlət 
xəzinədarlıq orqanları vasitəsilə istifadəsi formasıdır. 
Dövlət büdcəsinin ənənəvi funksiyalarından biri nəzarətdir. Büdcənin 
köməyi ilə vəsait yığımına və ondan istifadəyə ciddi nəzarət edilir. 
Büdcənin təşkilini şərtləndirmiş tarixi amilləri təhlil edərkən bunun 
nəinki iqtisadi zərurət olduğunu, həm də siyasi səbəblərini , yəni 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin