Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə3/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   2   3   4   5   6   7   8   9   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
3


Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir
pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə 
əks etdirir. 
Dövlət büdcəsi onun mahiyyətini əks etdirən bir neçə çox mühüm 
funksiya daşıyır.Ümumiqtisadi əhəmiyyəti olan bu funksiyalar
iqtisadiyyatın hər bir sahəsi ilə yaxından bağlıdır. Büdcənin əsas 
funksiyaları bölgü və nəzarət funksiyalarıdır. Bundan başqa
iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi və dövlətin 
sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı funksiyaları da 
vardır. 
Ümumiyyətlə büdcənin funksiyaları aşağıdakılardır: 
-
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi. 
-
Iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi. 
-
Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı. 
-
Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi 
üzərində nəzarət. 
Bu gün dövlət maliyyəsinin heç bir bölməsi çoxcəhətli və geniş həcmli 
pul vəsaitlərinin bölgüsünü həyata keçirə bilməz. Bu vəzifəni büdcə 
yerinə yetirir. O, milli gəlirin bölüşdürülməsində mühüm rol oynayır və 
bu prosesin təsir dairəsi çox genişdir. Məsələn, bu mərhələdə bütün 
istehsalçılar, yaxud istehsal iştirakçıları büdcə münasibətləri orbitinə
daxil olurlar. Dövlət büdcəsində əsas yenidənbölgü obyekti xalis 
gəlirdir. Vergilər və digər dövlət gəlirləri şəklində dövlət büdcəsinə 
səfərbər olunan vəsait yenidən bölünərək milli iqtisadiyyatın müxtəlif 
sahələrinin inkişafına yönəldilir. Büdcənin bölüşdürülməsi funksiyası
dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının 
yaradılması və istifadəsi formasında özünü biruzə verir.
Büdcə milli iqtisadiyyatın bütün sahələrinin əlaqələndirilməsidir. 
Ölkələrin əksəriyyətində ümumi milli məhsulun 15- 60 % - i büdcə 
vasitəsilə 
bölüşdürülür. 
Mərkəzləşdirilmiş 
planlı 
iqtisadiyyat
ölkələrində bu göstərici yuxarı, bazar iqtisadiyyatı ölkələrində isə aşağı 
olur. 2000- ci ildə Azərbaycan Respublikasında ümumi milli məhsulun
həcmi 3,66 milyard manat olduğu zaman, dövlət büdcəsi 780 milyon
manat idi. Ümumi milli məhsulun bölgüsündə dövlət büdcəsinin xüsusi 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin