Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə6/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   2   3   4   5   6   7   8   9   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
6


b)
Vəsait həcminə görə məhdudlaşma. 
Dövlət büdcəsi müəyyən zaman kəsiyi ilə bağlıdır. Bir qayda olaraq 
büdcə müddəti bir ili əhatə edir və dünya təcrübəsində maliyyə ili 
adlanır. Bəzi ölkələrdə maliyyə ili təqvim ili ilə eyni olmasa da, onları 
eyniləşdirmək o qədər də çətin deyil. 
Demokratik idarəçilik sistemi olan ölkələrdə qanunverici orqan icra 
hakimiyyətinin fəaliyyətinə nəzarət edərək dövlət xərclərinin və 
gəlirlərinin kəmiyyət və keyfiyyət parametrləri üzrə hüdudlarını 
müəyyən edir. Onu da yaddan çıxarmaq olmaz ki, kəmiyyətə və 
qiymətlərə tətbiq edilən məhdudlaşdırma təkcə nəzarət məqsədi 
daşımır. Məsələn, belə məhdudlaşdırmadan müxtəlif iqtisadi 
məqsədlərlə , iqtisadi inkişaf istiqamətini müəyyənləşdirərkən, siyasi 
proqramları həyata keçirərkən də istifadə olunur. 
Dövlət büdcəsinin əsas əlamətləri. 
Dövlət büdcəsi bütün milli iqtisadiyyatla bağlıdır və onun çoxanlamlı 
əlamətləri var. Büdcə ilk növbədə dövlətin mərkəzləşdirilmiş , 
təsdiqlənən pul fondu , onun idarəetmə aləti , maliyyə planıdır. Eyni 
zamanda dövlət büdcəsi maliyyə sisteminin tərkib hissəsidir. 
Dövlət büdcəsinin gerçəkləşdirilməsinin ən mühüm şərtlərindən biri
parametrin, yaxud başqa dövlət orqanlarının onu mərkəzləşdirilmiş pul 
fondu kimi təsdiqləməsidir. Belə təsdiqləmə xalqın,əhalinin büdcə 
hüququnun təbii nəticəsi kimi çıxış edir. Büdcəni əhaliyə anlaşıqlı 
şəkildə izah etmək və onu aydın, hamının başa düşdüyü şəkildə tərtib 
etmək çox vacibdir. Bu halda dövlət xərclərinin və gəlirlərinin 
kəmiyyətini və dəyərini müəyyən etmək də asan olur. 
Büdcənin təsdiqi dövlətin iqtisadi həyatında çox önəmli və həlledici 
mərhələdir. Büdcə hüququnun inkişafını 3 aspektdən nəzərdən 
keçirmək olar. Bunlar vergi hüququ, xərc hüququ və büdcənin təsdiq 
edilməsi hüququdur. Büdcə hüququ məsələsində ilk növbədə ali 
qanunvericilik orqanının vergiləri təqdiqləməsi nəzərdə keçirilir. Tarixi 
baxımdan vergi hüququ maliyyə- iqtisadiyyat leksikonunda 3 əsrdən 
çoxdur işlədilir. Vergiqoyma hüququ ilk dəfə böyük Azərbaycan
mütəfəkkiri N. Tusi tərəfindən XII əsrdə, 1688- ci ildə İngiltərədə, 1789- 
cu ildə Fransada, 1786- cı ildə Türkiyədə təsdiqlənib. Bu qanunvericilik

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin