Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə2/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   2   3   4   5   6   7   8   9   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
2


büdcəsi anlayışını təşkil edir. Dövlət büdcəsi dövlətin başlıca gəlir və 
xərclərini özündə birləşdirir. 
Büdcə- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və 
özününidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus
vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin
yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. 
Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən 
vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti
hesabına idarəetmə aparatını və ordunu saxlayır, sosial- mədəni 
tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir. 
Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət 
hakimiyyəti və bələdiyyə orqanlarının onların fəaliyyətini yerinə 
yetirməyə imkan verir.
Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə 
vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin ümumdaxili 
məhsulun( ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaiti 
fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət 
tərəfindən tənzimlənməsi həyata keçirir.
Büdcə 
maliyyə 
münasibətlərini əks etdirən tarixi iqtisadi 
kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və 
formalaşması ilə əlaqədardır. Dövlət büdcədən özünün funksiyalarını 
həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni 
zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir. 
Milli iqtisadiyyatın inkişafında , istehsalın stimullaşdırılmasında , 
eləcə də cəmiyyətin sosial tərəqqisində dövlət büdcəsi çox böyük rol 
oynayır. Bu rol özünü daha çox kəmiyyət və keyfiyyət təsirlərində 
göstərir. Kəmiyyət təsiri hansı istiqamətə nə qədər vəsait xərcləmək
lazım gəldiyini bildirir. Keyfiyyət təsiri isə iki aspektdə nəzərdən 
keçirilir: bir tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin 
səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə nəzarət meyarı 
kimi götürülür. Bu aspektlərin hər ikisi iqtisadiyyatın keyfiyyətinə təsir 
göstərir. Bütün ölkələrdə büdcə ən mühüm iqtisadi tənzimləyici kimi 
çıxış etdiyindən o, makroiqtisadi tənzimləmənin ən önəmli 
elementlərindən birinə çevrilir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin