Tərbiyənin prinsipləri


“Tərbiyənin prinsipləri” anlayışı



Yüklə 60,52 Kb.
səhifə2/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

3. “Tərbiyənin prinsipləri” anlayışı. İstənilən fəaliyyətdə rəhbər tutulan qayda və qanunlar sistemi prinsip adlanır. Tərbiyənin prinsipləri dedikdə, məktəbdə, ailədə və ictimai mühitdə tərbiyə prosesinin təşkilinin məzmunu, metod və formalarını müəyyənləşdirən rəhbər tələb və müddəalar anlaşılır. Tərbiyəçi (valideyn, müəllim) həmin tələbləri öz fəaliyyətində əsas götürür.
Bu və ya digər prinsip konkret şəraitdə və situasiyalarda ayrı-ayrı məktəblilərə və yaxud şagird kollektivinə yanaşma tərzini, fəaliyyətin ümumi istiqamətini göstərir.
Tərbiyə prinsipi anlayışı mahiyyətini yeni anlamda, yeni dəsti-xətdə, yeni nöqteyi-nəzərdə, yeni baxışda aydınlaşdıran alim, N.Kazımov onun tərifini də mərhələli tərbiyə nəzəriyyəsi lahiyəsi üçün zəruri saymışdır. Hansı ki, bu tərif milli pedaqogikanın irəli sürdüyü yeni konsepsiyanın ən mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Həmin tərifə diqqət edək:
...milli pedaqogika tərbiyə prinsipi məfhumunun mahiyyətini belə başa düşür: tərbiyənin müvafiq qanunauyğunluğundan irəli gələn, davranışla əlaqədar milli və ümumbəşəri dəyərlərin formalaşmasına güclü təsir göstərən aparıcı ideyaya onun prinsipi deyilir”
Bəzi pedaqoji mənbələrdə tərbiyənin 5, digərlərində 7, başqalarında 10 və s. qədər prinsip olduğu göstərilir. Məsələn, aparıcı sovet pedaqoqlarının çap etdikləri “Pedaqogika”da (Moskva, 1968) tərbiyəyə 7, 2000-ci ildə Azərbaycanda A.Abbasov, H.Əlizadənin çap etdikləri “Pedaqogika”da 10, 1996-ci ildə “Maarif” nəşriyyatı tərəfindən nəşr olunmuş “Pedaqogikada”da isə 13 prinsip aid edilir” və s.
Tərbiyənin aşağıdakı başlıca prinsiplərini qeyd etmək olar: 1. Tərbiyədə məqsəd aydınlığı; 2. Tərbiyə işinin həyatla, əməklə və Azərbaycan Respublikasının quruculuğu ilə əlaqələndirilməsi; 3. Yaşauyğunluq; 4. Fərdi xüsusiyyətlərin nəzərə alınması; 5. Tərbiyədə sistemlilik, ardıcıllıq və fasiləsizlik; 6. Nikbinlik (uşağın müsbət cəhətlərinə istinadən qüsurlarının aradan qaldırılması); 7. Şagirdin şəxsiyyətinə hörmətlə düzgün tələbkarlığın uzlaşdırılması (tərbiyədə hörmət və tələbkarlıq); 8. Tələblərdə vahidliyin gözlənilməsi; 9. Tərbiyə prosesinə kompleks yanaşma. 10. Kollektivdə, kollektiv vasitəsilə və kollektiv üçün tərbiyə.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin