Tərbiyənin prinsipləri



Yüklə 60,52 Kb.
səhifə7/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.6. Nikbinlik prinsipi. Bu prinsip şagirdin müsbət keyfiyyətlərini əsas götürmək, onun qabiliyyət və bacarığını, istedadını qiymətləndirməklə, onun mənfi cəhətlərini aradan qaldırmağı nəzərdə tutur. Məktəblilər arasında elələri vardır ki, ailədəki yalnış tərbiyə, məhəllə mühitinin pozucu təsiri altında tədris ocağında özünü yaxşı aparmır, özündən kiçikləri incidir, həmyaşıdları ilə kobud davranır, savaşır, dərsə mane olur, söyüş söyür, intizamı pozur, məşğələrdən yayınır və yaxud qaçır.
Müəllimlər bəzən belələri ilə ehtiyatlı davranmaq, necə deyərlər, onların “dilini tapmaq” əvəzinə, həmin şagirdlərlə ixtilafa girir, üstlərinə qışqırır, dərsdən çıxarır, onlara acıqlanır, valideynlərinə şikayət edir. Bütün bunlar isə müəllim-şagird münasibətlərini çətinləşdirir. Bir sıra hallarda sözəbaxmaz, düzəlməz saydıqları şagirdlərdən əllərini üzür, onların tərbiyə olunmasının qeyri-mümkünlüyü barədə bədbin əhval-ruhiyəyə qapılırlar. Bu prinsip tərbiyəvi fəaliyyətdə hər bir konkret şagirdə münasibətdə nikbin olmağı, bu sahədə bədbinliyə qapılmamağı tələb edir.
Pedaqoji prosesdə nikbin olmaq nəyi nəzərdə tutur? Heç bir uşaq anadan nümunəvi, intizamlı, bilikli, başqa sözlə, ən yaxşı mənəvi keyfiyyətlərə yiyələnmiş şəkildə və yaxud intizamsız, mənfi keyfiyyətlərlə doğulmur. Düşdüyü mühitin, aldığı tərbiyənin təsiri nəticəsində xarakteri formalaşır. Lakin məktəbli şəxsiyyətinin hansı şəkildə təşəkkül tapmasından asılı olmayaraq, onu müsbət pedaqoji təsirlərlə əhatə etmək mümkündür. Hətta nümunəvi, əlaçı sandığımız şagirdin xarakterində də bu və ya digər xoşagəlməz cəhətlər (təkəbbürlük, lovğalıq, xudpəsəndlik və s.) özünü göstərir. Lakin onun uğurlarının fonunda böyüklər bu cəhətlərə fikir vermirlər. Əslində bunlar tərbiyəçinin diqqətindən yayınmamalıdır.
Intizamsız, yaxşı oxumayan, mənfi davranışı və mənfi keyfiyyətləri ilə başqalarında narahatçılıq doğuran şagirdlərə gəldikdə isə, onları heç də gözdən salmaq lazım deyildir. Tərbiyədə “nikbinlik prinsipi”“uşağın müsbət keyfiyyətlərinə istinad etməklə ondakı qüsurların aradan qaldırılması prinsipi” də deyirlər. Elə bir insan tapmaq olmaz ki, yalnız bütün mənfi keyfiyyətləri özündə cəmləşdirsin. Həyatda yaxşı adam kimi tanımadığımız şəxslər bəzən ekstermal şəraitlərdə elə müsbət hərəkətləri ilə fərqlənir, elə mərdlik nümunəsi göstərirlər ki, yaxşı insan sandığımız bəziləri belə vəziyyətlərdə sadəcə seyrci kimi dayanıb baxır, yaxud üzlərini çevirib keçirlər.
Müəllim “yolagəlməz”, “düzəlməz”, “çətin”, “tərbiyəsiz” sandığı şagirdə nikbin nəzərlə baxdıqda, onun da yola gələcəyinə, düzələcəyinə, tərbiyəli və nümunəvi məktəbli olacağına inandıqda və bu istiqamətdə fəaliyyət göstərdikdə müsbət nəticələr əldə edir. Nizami Gəncəvi heç də təsadüfi deməmişdir:
Hər gecənin bir nurlu, günəşli gündüzü var,
Hər yoxuşun enişi, hər təpənin düzü var.
Deməli, çalışmaq, səy göstərmək, çətinliklərdən qorxmamaq lazımdır.
Bunun üçün belə şagirdləri hərtərəfli öyrənmək lazımdır. Bu zaman mənfi keyfiyyətlərlə yanaşı onların müsbət tərəfləri də aşkara çıxacaq. Məsələn, mərdliyi var, cəsurdur, qüvvətlidir, yaxşı idmançıdır, foto ilə, rəsmlə məşğul olur, yaxşı səsə malikdir, tarda, qarmonda ifa edir və s. Onların bu istiqamətdə fəaliyyətlərinə yer verdikdə, rəğbətləndirdikdə, istedad və qabiliyyətlərini nəzərə aldıqda haqqında danışılan məktəblilər şagird kollektivində özlərinə layiqli yer tuturlar.

4.7. Şagirdin şəxsiyyətinə hörmətlə düzgün tələbkarlığın uzlaşdırılması (tərbiyədə hörmət və tələbkarlıq) prinsipi. Şagird məktəbdə pəncərənin şüşəsini sındırmışdır. Iki məktəbli bir-biri ilə savaşmışdır. Oğlan qızın hörüyündən tutub dartmış, onu ağlatmışdır. Başqa bir şagird məktəbli qıza badalaq vurub onu yerə yıxmışdır. Sinif və məktəb rəhbərləri, fənn müəllimi nə etməlidir? Bir də görürsən ki, müəllim məktəblinin üstünə qışqırır, onu təhqir edir. “Heyvan”, “yaramaz”, “axmaq”, “tərbiyəsiz”, “intizamsız” və s. bu kimi sözlərlə onun şəxsiyyətini alçaldır. Nə qədər acınacaqlı olsa da, şagirdə əl qaldıran müəllimlər də olur. Çox zaman şagirdə belə münasibət digər məktəblilərin, müəllimlərin gözləri qarşısında baş verir. “Canın çıxsın, şüşə alıb saldırarsan”.


Məktəblilərdən “Şagirdlər üçün qaydalar”ı yerinə yetirməyi, düzgün davranmağı, intizamı gözləməyi tələb etmək lazımdır. Tutduğu xoşagəlməz hərəkətə, əmələ görə, əlbəttə, o, təriflənməyəcək, əksinə müvafiq cəza alacaq. Məktəbdə intizama nail olmaq, şagirdlərdə mədəni davranış adət və vərdişləri formalaşdırmaq üçün pedaqoji kollektivin hər bir üzvü mehriban, qayğıkeş, səmimi olduğu qədər həm də ciddi və tələbkar olmalıdır. Lakin tələbkarlıq heç də əsas vermir ki, müəllim, sinif rəhbəri şagirdin şəxsiyyətini təhqir etsin, ləyaqətini alçaltsın.
Naqis əməlinə görə məktəbliyə güzəştə getmək yox, onu cəzalandırmaq müəllimin borcudur. Axı, cəzasızlıq intizamsızlıqla müşayiət olunur. Lakin cəzanın şəxsiyyətin mənliyini tapdalayan söymək, döymək, təhqir etmək kimi yolverilməz üsullarına əl atmaq pedaqoji mərifətsizlik, etikasızlıqdır, tərbiyəçinin nüfuzuna xələl gətirir, onun hörmətini aşağı salır, pedaqoji səriştəsizliyini, təcrübəsizliyini, acizliyini göstərir. Yaxşı müəllim insan şəxsiyyətini alçaldan vasitələrə müraciət etmir, daha səmərəli təsir üsulları axtarıb tapır. Əslində şagird şəxsiyyətinə hörmət və tələbkarlıq yanaşı getməlidir. Tərbiyənin bu prinsipindən düzgün istifadə edən müəllimlər öz fəaliyyətlərində səmərəli nəticələr əldə edirlər.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin