Tərbiyənin prinsipləri


Kollektivdə, kollektiv vasitəsilə və kollektiv üçün tərbiyə prinsipi



Yüklə 60,52 Kb.
səhifə10/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.10. Kollektivdə, kollektiv vasitəsilə və kollektiv üçün tərbiyə prinsipi. Uşaq onu əhatə edən insanlardan ayrılıqda götürülərək tərbiyə olunmur. Həyat da, müşahidələr də, pedaqoji, psixoloji tədqiqatlar da tam yəqinliklə sübuta yetirmişdir ki, insan şəxsiyyəti kollektiv daxilində və kollektivin fəal müsbət təsiri altında daha yaxşı formalaşır. Bu, bir həqiqətdir ki, ailədə tək, yeganə uşağı tərbiyə etmək bir neçə uşağa tərbiyə verməkdən daha çətindir. Çoxuşaqlı ailədə uşaq daha yaxşı inkişaf edir: oyun üçün özünə yoldaşlar axtarmır, darıxmır, qarşılıqlı ünsiyyətə girmək, məsləhətləşmək, birgə sevinmək, şadlanmaq, kədərlənmək, təəssüflənmək üçün həmyoldaş tapır. Ailə özü də bir kollektivdir və bu mənada ilk kollektivdaxili münasibətlər məhz burada formalaşır. Daha sonra uşaq bağçasında, ümumtəhsil, ali və ya orta ixtisas məktəblərində, bir qədər sonra əmək kollektivində bu münasibətlər getdikcə inkişaf edir. Kollektiv gənc nəslə yalnız özünün xoşbəxtliyi, sevinc və rifahı üçün deyil, həm də ümumi səadət üçün yaşamağı, təkcə özünün taleyi üçün deyil, yoldaşlarının taleyindən ötrü narahat olmağı öyrədir.
Odur ki, məktəbdə sinif və ümumməktəb şagird kollektivlərinin təşkili və tərbiyəsi son dərəcə vacib məsələ kimi qarşıda dayanır. Gənc nəslin kollektivdə, kollektivin fəal müsbət təsiri ilə və kollektiv üçün, ümumi mənafelər naminə tərbiyə olunması qayğısına qalınır. Əlbəttə, bu zaman şəxsi mənafe arxa plana keçmir. Ümumi və şəxsi məqsəd və mənafe ahəngdarlıq təşkil edir.




  1. Əhmədov H.H. Pedaqogika, (Dərs vəsaiti), Bakı - ABU – 2006;

  2. Əlibəyzаdə Е.M. Аzərbаycаn хаlqının mənəvi mədəniyyət tаriхi (Islаmа qə­dər­ki dövr), Bаkı - Gənclik – 1998;

  3. F. İbrahimov, R. Hüseynzadə. PEDAQOGİKA: 2 cilddə. II cild, Bakı - Mütərcim – 2012;

  4. Ə.Həşimov, F.Sadıqov. Azərbaycan xalq pedaqogikası, Bakı - Ünsiyyət – 2000;

  5. Hüsеynzаdə R.L. Qədim və orta əsrlərdə Аzərbаycаndа tərbiyə, təhsil və pedaqoji fikir, Bаkı – Nurlar – 2007;

  6. Hüseynzadə R.L. İsmayılova M.C. Tərbiyə işi və onun metodikası, (Dərs vəsaiti), Bakı – Nurlar – 2012;

  7. İsmixanov M. Pedaqogikanın əsasları, Bakı – ADPU – 2012;

  8. Kazımov N.M. Həşimov Ə.Ş. Pedaqogika, Bakı – Maarif – 1996;

  9. Kazımov N. M. Məktəb pedaqogikası, Bakı – Çaşıoğlu – 2006;

  10. Qaralov Z. Tərbiyə (prinsiplər, məzmun, metodika): 3 cilddə. I-II cild, Bakı – Pedaqogika – 2003;

  11. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika (Dərs vəsaiti), Bakı - Bakı Dövlət Universiteti – 2010;

  12. Sadıqov F.B. Pedaqogika, Ali məktəblər üçün dərs vəsaiti, Bakı – Adiloğlu – 2009;

  13. Seyidov F.Ə. Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair, Bakı – Sevinc –1997;





Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin