Avqustun 21-də Naxçıvan Muxtar Res publikasının ümumtəhsil məktəblərini bitirərək



Yüklə 225,11 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix15.03.2017
ölçüsü225,11 Kb.
#11311
  1   2   3

    Avqustun  21-də  Naxçıvan  Muxtar  Res-

publikasının ümumtəhsil məktəblərini bitirərək

ali məktəblərə qəbul imtahanların da yüksək

bal toplamış tələbələrlə görüş keçirilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  Vasif  Talıbov  tədbirdə

çıxış edərək demişdir: Bu gün sizinlə əla-

mətdar gündə görüşürük. Əsası 1970-ci ildə

xalqımızın ümummilli lideri Heydər Əliyev

tərəfindən  qoyulan  və  artıq  45  illik  tarixə

malik olan ali məktəblərə qəbulda yüksək

nəticə  göstərmiş  tələbələrlə  görüş  ənənəsi

Azərbaycan təhsilinə mühüm yeniliklər gə-

tirmiş,  onun  inkişafına  öz  töh-

fəsini vermişdir. 

    Ali Məclisin Sədri əlamətdar

gündə  muxtar  respublikanın

ümumtəhsil məktəblərini bitirərək

tələbə adını qazanmış bütün mə-

zunları, onların müəllimlərini və

valideynlərini  təbrik  edərək  de-

mişdir: O dövlət inkişaf edir ki,

onun  güclü  elmi  potensialı  var;

orada təhsilin inkişafı əsas vəzi-

fələr  sırasındadır.  Azərbaycan

Respublikasının Prezidenti cənab

İlham Əliyev bu zərurəti nəzərə

alaraq bildirmişdir ki, “Təbii sər-



vətlər  tükənəcək,  elm,  bilik  isə

ölkəmizin  dayanıqlı  inkişafını

uzun illər bundan sonra da təmin

edəcəkdir”. 

    Ali  Məclisin  Sədri  demişdir:

Hər  bir  xalqın  tərəqqisi  onun

gənc lərinin necə yetişdirilməsin-

dən  və  təhsilin  hansı  səviyyədə

təşkil  olunmasından  asılıdır.  Bu

gün  Azərbaycanda  ümummilli

liderimiz Heydər Əliyev tərəfin-

dən müəyyənləşdirilən təhsil stra-

tegiyası davam etdirilərək öz in-

kişafının yeni mərhələsinə qədəm

qoyub. Təhsili ölkənin və millətin gələcəyi

üçün əsas vəzifə hesab edən ölkə Prezidentinin

bu sahəyə diqqətinin nəticəsidir ki, ölkəmizdə

və onun Naxçıvan Muxtar Respublikasında

təhsil  infrastrukturu  ilbəil  müasirləşdirilir,

yeni məktəb binaları, tədris korpusları tikilir.

Son 10 ildə Naxçıvan Muxtar Respublikasında

66 min 736 şagird yerlik 165 məktəb binası

tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda

ümumtəhsil məktəblərində 3700 kompüter,

600-dən çox elektron lövhə vardır. Məktəb-

lərdə interaktiv tədris metodlarından istifadə

olunur, elektron və distant təhsil tətbiq edilir.

Həmçinin  müasir  təhsil  praktikası  nəzərə

alınaraq  elm  və  ali  təhsil  müəssisələrinin

elmi dərəcəsi olan əməkdaşlarının ümumtəhsil

məktəblərində  nümunəvi  dərsləri  də  təşkil

olunur. Həyata keçirilən bu tədbirlər təhsildə

ciddi  irəliləyişə  səbəb  olmuş,  tədrisin  key-

fiyyəti artmışdır. Bu il muxtar respublikanın

ümumtəhsil  məktəbi  məzunlarından  313-ü

ali məktəblərə qəbulda 500-700 arasında bal

toplamışdır. Bir məzunumuz isə ən yüksək

nəticə göstərmişdir.

    Göründüyü kimi, təhsil sahəsində həyata

keçirilən tədbirlər keyfiyyət əmsalının artımı

ilə yadda qalır. Bu tədbirlərin, çəkilən zəh-

mətin bir məqsədi var: o da ölkənin və xalqın

sabahına  cavabdeh  olan  bilikli  və  savadlı

gənclər yetişdirməkdir. Ümummilli liderimiz

Heydər Əliyev deyirdi ki, “Bizim hamımızın



vəzifəsi  Azərbaycanın  gənclərini  milli  və-

tənpərvərlik ruhunda tərbiyə etməkdir, gənc -

lərimizi bilikli etmək, müasir dünyanın əldə

etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır,

gəncləri Azərbaycanda müstəqil, demokratik,

hüquqi,  sivilizasiyalı  dövlət  quruculuğu

işinə cəlb etməkdir”.

    Ali Məclisin Sədri demişdir: Bu gün döv-

lətimiz təhsil sahəsində qarşıda duran vəzifələri

yerinə yetirmək üçün bütün tədbirləri görür.

Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənc -

lərin sosial problemlərinin həlli diqqət mər-

kəzində saxlanılır, onlar dövlət idarəçiliyində

məsul  vəzifələrə  irəli  çəkilirlər.  Göstərilən

etimad və qayğı isə, öz növbəsində, qarşıya

yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer

tutmaq, vətənə və millətə faydalı olmaq üçün

bundan sonra da yaxşı təhsil almalı, öz üzə-

rinizdə daim işləməli, mütaliə etməli, bilik

və dünyagörüşünüzü artırmalısınız. Hər bir

gənc mütəxəssis hansı ixtisas üzrə təhsil al-

masından  asılı  olmayaraq,  birinci  növbədə

Azərbaycan dilini və tarixini öyrənməli, milli

dəyərləri, azərbaycanlılara məxsus adət-ənə-

nələri  dərindən  mənimsəməlidir.  Görkəmli

maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqi

vaxtilə qeyd edirdi ki, “Elm bir çox kitabları

oxuyub-yazmaqdan  ibarət  deyil,  oxuduqca

anlamaqdan ibarətdir”. Bu gün kitab oxumaq,

yaxşı  təhsil  almaq  işin  yalnız  bir  tərəfidir.

Əsas  məsələ  özünü  yüksək  ixtisaslı  kadr

kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz

ixtisasa  dərindən  yiyələnməli,  kamil  mütə-

xəssis kimi yetişməlisiniz.

    “Təhsilin  bir  vəzifəsi  də  vətənpərvər

gənc lər hazırlamaqdır. Vətənpərvərlik təkcə

Vətəni sevmək deyil. Vətənpərvərlik – Vətən

naminə  çalışmaqdan,  Vətəni  qorumaqdan,

özünü mənsub olduğu xalqa layiq vətəndaş

kimi hazırlamaqdan ibarətdir”, – deyən Ali

Məclisin  Sədri  bu  yolda  tələbə-gənclərə

uğurlar arzulamışdır.

    Tədbirdə  çıxış  edən  Naxçıvan  Muxtar

Respublikasının  təhsil  naziri  Piri  Nağıyev

demişdir  ki,  bu  gün  muxtar  respublikada

təhsilin inkişafına hərtərəfli qayğı göstərilir.

Yaradılan  şərait,  aparılan  quruculuq  işləri

təhsil infrastrukturunu tamamilə müasirləş-

dirmişdir. Bu il muxtar respublikanın şəhər,

rayon və kəndlərində, ümumilikdə, 18 təhsil

müəssisəsinin tikintisi və ya yenidən qurulması

davam etdirilir. Həyata keçirilən bu tədbirlər

təhsildə keyfiyyət göstəricilərinin artmasına

səbəb olmuşdur. Belə ki, muxtar respublikada

2015-ci ildə məktəbi bitirən 3331 məzundan

2638-i ali məktəblərə qəbul üçün sənəd ver-

miş, onlardan 1582-si tələbə adını qazanmışdır.

Bu da sənəd verənlərin 60 faizini təşkil edir.

Məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi

məktəblərə qəbul olmuşlar. Ümumi orta təhsil

bazasından  orta  ixtisas  məktəblərinə  sənəd

verən  məzunlardan  isə  310-u  tələbə  adını

qazanmışdır. Həmçinin bu il muxtar respub-

likanın ümumtəhsil məktəblərindən 977 şagird

Heydər  Əliyev  adına  Hərbi  Liseyə  qəbul

üçün sənəd vermiş və onlardan 251-i liseyə

qəbul olunmuşdur. 

    Piri Nağıyev demişdir ki, məzunlar ixtisas

seçimi zamanı muxtar respublikada fəaliyyət

göstərən ali təhsil müəssisələrinə daha çox

üstünlük vermişlər. 2015-ci ildə 1137 nəfər,

yaxud  qəbul  olanların  72  faizi  Naxçıvan

Muxtar  Respublikasında  yerləşən  ali  təhsil

müəssisələrini seçmişlər. Bundan başqa, mək-

təbi yüksək nəticələrlə başa vuraraq “Qızıl”

və  “Gümüş”  medallara  layiq  görülmüş  28

məzun onlara göstərilən etimadı doğrultmuş,

qəbul  imtahanlarında  500-700  intervalında

bal toplamışlar. 

    Valideyn Məlahət Həsənova çıxış edərək

demişdir ki, bu gün muxtar respublika özünün

yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafı

hər  bir  naxçıvanlı  öz  həyatında  hiss  edir.

Quruculuq tədbirləri sayəsində muxtar res-

publikanın paytaxtı Naxçıvan şəhəri, rayon

mərkəzləri, kənd və qəsəbələr füsunkar bir

görkəm  almışdır.  Bu  günün  reallığıdır  ki,

muxtar respublika əhalisinin rifah halı günü-

gündən daha da yaxşılaşır, yaşayış səviyyəsi

yüksəlir, hər bir sahədə böyük uğurlar qaza-

nılır. Qazanılan uğurların və inkişafın özünü

bariz  şəkildə  göstərdiyi  sahələrdən  biri  də

təhsildir.  Zəngin  maddi-texniki  bazaya  və

müasir tədris şəraitinə malik təhsil müəssi-

sələrinin sayı ilbəil artmaqdadır.  Məktəblər

ən müasir informasiya texnologiyaları, dərslik,

bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin

olunub.  Əvvəllər  xəyal  olan  distant  təhsil

indi reallıqdır. Yaradılan bu şərait gənclərin

daha yaxşı təhsil almalarına geniş imkan aç-

mışdır. Övladının 680 bal toplayaraq Azər-

baycan Tibb Universitetinin Müalicə işi ix-

tisasına qəbul olunduğunu bildirən Məlahət

Həsənova  gənclərin  hərtərəfli  təhsil  alması

üçün  yaradılan  şəraitə  görə  valideynlər

adından minnətdarlıq etmişdir.  

    Qəbul  imtahanlarında  700  bal  toplayan

Əli Allahverdiyev muxtar respublikada ənənə

halını almış yüksək bal toplayan tələbələrlə

görüşlərin keçirilməsini gənclərə və təhsilə

göstərilən qayğının daha bir ifadəsi olduğunu

bildirərək demişdir: Biz dünyanın qabaqcıl

ölkələrinin  inkişaf  modelləri  haqqında  ki-

tablardan oxumuşuq. İnkişafın müxtəlif yolları

var.  Ölkəmizdə  və  onun  Naxçıvan  Muxtar

Respublikasında  isə  inkişafın  bir  yolu  var.

O  da  ulu  öndər  Heydər  Əliyev  yoludur.

Bu gün muxtar respublikanın ən ucqar dağ

və  sərhəd  kəndlərində  istifadəyə  verilən

Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək

bal toplamış tələbələrlə görüş keçirilmişdir

Ardı 2-ci səhifədə

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 164 (21.316)

22 avqust 2015-ci il, şənbə


2

məktəblər  paytaxt  Naxçıvan  şəhərində  və

rayon mərkəzlərin də inşa olunan məktəblərdən

heç nə ilə fərqlənmir. Təhsil aldığım Zeyvə

kənd tam orta məktəbi də müasir tədris müəs-

sisəsinə  çevrilib.  Yaradılan  şəraitə  cavab

olaraq öz məsuliyyətimi başa düşmüş, qəbul

imtahanlarında  700  bal  toplayaraq  tələbə

adını qazanmışam. Mən təkcə bununla yox,

həm  də  onunla  fəxr  edirəm  ki,  qurucu

şəxsiyyət və rəhbər Vasif Talıbov məktəbinin

yetirməsiyəm!  

    Bugünkü görüşün təkcə muxtar respublika

rəhbəri  ilə  yox,  eyni  zamanda  gənclərin

hamisi  ilə  görüş  olduğunu  bildirən  Əli Al-

lahverdiyev  ali  məktəblərə  qəbul  olunmuş

bütün tələbələr adından söz vermişdir ki, sa-

vadlı,  vətənpərvər  gənclər  kimi  yetişəcək,

Azərbaycan  gəncliyinin  adını  doğruldacaq,

qədim  Naxçıvanın  daha  da  çiçəklənməsinə

öz töhfələrini verəcəklər.

    Sonra ali məktəblərə qəbul imtahanlarında

500-700  arası  bal  toplayaraq  tələbə  adını

qazanmış məzunlara “Naxçıvan 2003-2013:

hədəflər, inkişaf, nəticələr” kitabı və pul mü-

kafatı təqdim olunmuşdur.



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

   Avqustun  21-də  Culfa  Rayon

İcra  Hakimiyyətində  Naxçıvan

Muxtar Respublikası Dövlət Baş

Sığorta Agentliyi ilə birgə rayonda

sığorta  işinin  mövcud  vəziyyəti

və qarşıda duran vəzifələr barədə

tədbir  keçirilmişdir.  Yığıncağı

Culfa Rayon İcra Hakimiyyətinin

başçısı  Şükür  Babayev  açaraq

rayonda sığorta sahəsində görül-

müş işlərdən danışmışdır. 

    Tədbirdə Naxçıvan Muxtar Res-

publikası Dövlət Baş Sığorta Agent -

liyinin baş direktoru Hikmət Əsgə-

rov  çıxış  edərək  muxtar  respubli-

kamızda sığorta işinin təkmilləşdi-

rilməsi  və  müasir  tələblərə  uyğun

şəkildə qurulması işində 30 noyabr

2011-ci il tarixdə Naxçıvan Muxtar

Respublikası Ali Məclisində “Mux-

tar  respublikada  sığorta  fəaliyyəti

və qarşıda duran vəzifələr barədə”

keçirilən  müşavirənin  xüsusi  əhə-

miyyət  daşıdığını  vurğulamışdır.

Baş direktor cəmiyyətdə sığortanın

əhəmiyyətindən  danışaraq  bildir-

mişdir ki, muxtar respublikamızın

müasir  sosial-iqtisadi  inkişafı  cə-

miyyətdə müxtəlif sığorta növlərinin

də bir tələbat kimi geniş yayılmasını

şərtləndirir. Vaxtında sığorta olun-

mağın üstünlüklərindən bəhs edən

Hikmət  Əsgərov  bunun  sığortalı

vətəndaşlara  olan  faydalarını  da

diqqətə çatdırmışdır. Bildirilmişdir

ki,  hazırda  cəmiyyətimizdə  insan-

ların sağlamlığına, əmlakına və mül-

ki məsuliyyətinə verilən sığorta tə-

minatı onları gözlənilməz hadisələrə

qarşı  hazırlıqlı edərək ümumi rifa-

hımıza xidmət edir. Qeyd olunmuş-

dur  ki,  hər  hansı  bir  gözlənilməz

hadisə və ya qəza baş verdikdə bağ-

lanılmış sığorta müqaviləsi əsasında

alınan ödənişlər sığorta hadisəsindən

zərərçəkən insanların maddi vəziy-

yətini bərpa etmək, onu yüngülləş-

dirmək, zərərləri aradan qaldırmaq

üçün mühüm bir vasitədir.

    Kənd təsərrüfatında da sığortanın

vacibliyindən bəhs edən baş direktor

qeyd etmişdir ki, dördüncü çağırış

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin  on  birinci  sessiyasında

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin Sədri bu sahənin inkişafı

üçün Kənd Təsərrüfatı Nazirliyi və

Dövlət Baş Sığorta Agentliyi tərə-

findən  kənd  təsərrüfatında  sığorta

işinin təşkilinə diqqətin artırılmasının,

istehsalçıların mümkün sığorta ha-

disələri barədə maarifləndirilməsinin

vacibliyini vurğulamışdır.  

    Tədbirdə Culfa rayonunda sığorta

sahəsində görülmüş işlər təhlil olu-

naraq qeyd edilmişdir ki, ötən ilin

müvafiq dövrü ilə müqayisədə bağ-

lanmış  sığorta  müqavilələrinin  sa-

yında artım müşahidə olunsa da, ra-

yonda daşınmaz əmlakın icbari sı-

ğortası,  avtonəqliyyat  vasitəsi  sa-

hiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə müqavilə bağlamayan

vətəndaşlar, hüquqi və fiziki şəxslər

hələ  də  vardır.  Vurğulanmışdır  ki,

Culfa rayonunda fərdi qəza  və ev

əmlakının sığortası üzrə  də işlərin

genişləndirilməsi  və  Azərbaycan

Respublikasının qanunu ilə tənzim-

lənən icbari sığortalar üzrə hər bir

sığorta obyektinin sığorta olunması

qarşıya qoyulan vəzifədir.

    Hikmət  Əsgərov  sığorta  müqa-

vilələrinin bağlanılması, sığortahaq-

larının hesablanması, baş vermiş  sı-

ğorta  hadisələri üzrə  sığorta  məb-

ləğlərinin  ödənilməsi  barədə tədbir

iştirakçılarına məlumat vermişdir.  

    Sonra  çıxışlar  olmuşdur.  Çıxış-

larda görülmüş işlər barədə məlumat

verilmişdir.



Əli CABBAROV



Culfa rayonunda

sığorta işi ilə bağlı tədbir

    İsti yay günlərinin birində yolu-

muz rayonun ucqar dağ kəndlərindən

biri  olan  Ağbulağadır.  Müasirliyə

qovuşan  Ağbulaq  bu  gün  özünün

ağ günlərini yaşayır. Kəndə çatha-

çatda uzaqdan toy səsi eşidilir. Belə

bir  gündə  bu  yaşayış  məntəqəsinə

gəlməyimiz təsadüf olsa da, sevinirik.

Sevinirik ki, yeni ailənin təməli qo-

yulur. Yeni ailənin təməli qoyulursa,

deməli, yurd yerinin sabahına böyük

inam var.  

    Rayon mərkəzindən bizə yol yol-

daşlığı edən kənd tam orta məktə-

binin müəllimi Firudin Məmmədov

kəndin tarixindən danışır: Ağbulağın

qədim  tarixi  var.  Bu  tarixi  sübut

edən faktlar çoxdur. Məsələn, 1990-

cı ildə Antik dövrə aid yaşayış yeri

qeydə alınıb. Sahəsi 1525 kvadrat-

metrdir.  Buradan  gil  qab  qırıqları,

iki küp və sümük qalıqları əldə olu-

nub.  Tapıntılara  əsasən,  abidənin

e.ə  I  və  eramızın  I-II  əsrlərinə  aid

olması ehtimal edilir.

    Ağbulaq nekropolu da Antik döv-

rə  aid  arxeoloji  abidədir.  Qəbirlər

iri  küplərdən  ibarət  olub.  Qəbirlər

dağılmış, iri küp qırıqları ətrafa sə-

pələnmiş  şəkildə  tapılıb.  Dağılmış

sahədə iri qaya parçalarına da rast

gəlinib. Qazıntılar zamanı iki qəbir

tədqiq edilib. Birinci küp qəbir ağzı

günbatana, şimal-qərb istiqamətində

tapılıb. Ətrafı dördkünc formada bir

cərgə daşla hörülmüş, küpün ağzına

qara rəngli təkqulplu iri qab qoyul-

muşdu. Küpün içərisi torpaqla dol-

muş,  skelet  qalıqları  çürümüş  və-

ziyyətdə idi. Küp təmizlənərkən əqiq

və şüşə muncuqlar, gil qab qırıqları

və sair aşkar edilib. İkinci qəbir 50

metr  aralıda,  şimal-qərb  istiqamə-

tində idi. Skelet qalıqları, tunc bəzək

əşyaları, gil qab qırıqları, muncuq,

tunc  sancaq,  üzük  və  zınqırov,  1

ədəd mis pul və sair maddi-mədə-

niyyət nümunələri əldə olunub.

    Firudin  müəllimin  bu  maraqlı

məlumatlarından sonra kəndin qədim

tarixi haqqında ilk bilgilərimiz olur.

Adətləri ilə maraqlanırıq. Həmsöh-

bətim deyir ki, bu barədə 85 yaşlı

Leyla nənədən daha ətraflı öyrənmək

olar. Onunla görüşmək üçün əvvəlcə

Ağbulaq kənd inzibati ərazi dairəsi

üzrə nümayəndə Mətləb Məmməd -

ovla  əlaqə  saxlayırıq.  Onunla  üz

tuturuq Leyla İsmayılovagilə. Yol-

boyu  diqqətimi  çəkən  kəndin  tə-

mizliyi olur. İcra nümayəndəsi deyir

ki, rayonun kənd yaşayış məntəqə-

lərinin təmiz saxlanılması ilə bağlı

aparılan reydlərin nəticələrinə görə,

Ağbulaq  kəndi  birinci  yerə  çıxıb.

Və bu anda düşünürəm ki, bir yeni

layihə  kimi  muxtar  respublikanın

bütün  yaşayış  məntəqələri  bu  təd-

birdən  yararlana  bilərlər.  ...Budur,

Leyla  nənəgilin  qapısına  çatırıq.

Bizi səmimiyyətlə qarşılayırlar. Ev

uşaqla  doludur.  Öyrənirik  ki,  bu

qayğısız,  deyib-gülən,  səs-küylə-

rindən qulaq tutulan uşaqlar Leyla

nənənin nəvə-nəticələridir. Yadıma

“dövlətdə dəvə, övladda nəvə” mə-

səli  düşür.  Məlumat  üçün  bildirək

ki,  bu  nurani  el  ağbirçəyi  9  övlad

böyüdüb. Hamısını boya-başa çat-

dırıb, oxudub, ev-eşik sahibi edib.

Övladlarından biri AMEA-nın müx-

bir üzvü Əyyub Quliyevdir. Əyyub

müəllim yay məzuniyyətini kənddə

keçirməyə  gəlib.  Tanış  olub  hal-

əhval tuturuq. Çay süfrəsi arxasında

şirin  söhbət  başlayır.  Leyla  nənə

deyir ki, bu kəndin sakinləri qədim

adət-ənənələri saxlamağı bacarırlar.

Çünki  kənddə  ağsaqqal  nəsihəti,

ağbirçək məsləhəti yazılmamış qa-

nundur. Adətlərimizin qorunmasında

onlar öndə gedirlər. Ondan indi də

əməl edilən toy adətlərimiz barədə

soruşuruq. Üzünə təbəssüm qonur,

bir  qədər  düşünür  və  deyir:  “İvit

yığma”  adəti  indi  də  toylarımızın

bəzəyidir.  Bu  mərasim  qız  evində

icra  olunur.  Qız-gəlinlər  yeni  ailə

quran gəlinə öz imkanları dairəsində

hədiyyələr gətirirlər. Kimisi şirniy-

yat, kimisi parça qismi, kimisi ət-

riyyat,  kimisi  qab-qacaq  hədiyyə

edir. Hədiyyələr bir nəfər tərəfindən

toy həyətində musiqi sədaları altında

elan olunur. Musiqinin səsi isə Üç-

qardaş,  Papaqlı,  Şiştəpə  dağlarını

lərzəyə salır. Leyla İsmayılova onu

da  əlavə  edir  ki,  neçə  illər  qabaq

bu  adətə  muxtar  respublikanın  bir

neçə  kəndində  rast  gəlib.  Təəssüf

ki, indi həmin adət unudulub.

    Digər  adətlər  barədə  məlumat

verməyini xahiş edirik. Burada Əy-

yub müəllim söhbətə qarışır. Deyir

ki, hansından deyim? Və mətbəximiz

barədə  danışaraq  bildirir  ki,  süfrə-

lərimiz həmişə milli yeməklərlə zən-

gin  olub.  Ağbulaqlılar  israfçılığı

sevmirlər. Hər il bir-iki dəfə kəndi,

burada  yaşayan  qohum-əqrəbamı

görməyə gəlirəm. Qismətimə düşən

toy şənliklərində iştirak edirəm. İna-

nın, 20-30 il bundan qabaq gördüyüm

süfrələrdən çox da seçilmir. Düzdür,

burada  da  yeniliklər  tətbiq  edilir.

Ancaq hər şey qədərində olmalıdır.

Sonra əlavə edir: – Əgər Ağbulaqda

Qızlar  bulağı,  Qoşabulaq,  Salvartı

bulağı, Soyuqbulaq kimi təbii, suyu

dişgöynədən  bulaqlar, Ağbulaq  və

Şəfa kimi müalicəvi bulaqlar varsa,

onda nə üçün ağbulaqlı öz ailə büd-

cəsindən kəsib toy mərasiminə insan

orqanizminə heç bir xeyir verməyən

su almalıdır? Heç bir ağbulaqlı öz

xeyir və şər məclisində başqa yerdən

ət almaz. Buna ehtiyac yoxdur. Çünki

hər  bir  kənd  adamının  qapısından

hər  gün  örüşə  onlarla  iribuynuzlu

və xırdabuynuzlu heyvan çıxır. Kənd

sakinləri toyuq-cücəsinin heç sayını

bilmir. Kəndin təmiz havası və suyu

ekoloji sağlam ət məhsullarının is-

tehsalında başlıca amildir. Ağbulaqda

yetişdirilən balın ətri uzaqdan adamı

bihuş edir. Qonşu Faiq kişinin 70-ə,

Zəringül Məmmədovanın 50-yə ya-

xın  arı  ailəsi  var.  Bildiyimə  görə,

kənddə 500-dən artıq arı ailəsi sax-

lanılır. Camaat həm də meyvəçiliklə

məşğul  olur.  Hər  bir  həyətdə  növ-

növ  ərik,  alma,  cəviz,  alça,  gavalı

yetişdirilir. Bütün bunlar hər bir ağ-

bulaqlının həm ev, həm də toy süf-

rəsinin bəzəyidir. 

    Əyyub  müəllimin  toya  dəvətli

olduğunu  biləndə  ayağa  qalxırıq.

Bizi də toya dəvət edir.Və bu dəvət

elə səmimiliklə ifadə olunur ki, Əy-

yub  müəllimi  toyun  sahibi  hesab

edirik. Deyir ki, bu kəndə gələn qo-

naq hər bir evin qonağıdır. Xüsusilə

də  toy  günlərində.  Hiss  edirik  ki,

Əyyub müəllim, sözün həqiqi mə-

nasında,  maraqlı  müsahibdir.  Öz

kəndinin  tarixi,  inkişafı  ilə  qürur

duyan  bu  ziyalı  yolboyu  söhbətini

davam  etdirir:  Bu  gün  Ağbulaqda

yaşamasam  da,  doğma  kəndimin

qədim adət-ənənələri qoruyub sax-

lamağına  sevinirəm.  Elə  götürək

Ağbulaq toylarını. Toy iki gün davam

edir. Toylarda müxtəlif adətlərə əməl

olunur. Etiraf edək ki, indi belə toy-

ları neçə illər əvvəl çəkilmiş film-

lərimizdə  görürük.  Mən  yeniliyin

tərəfdarıyam.  Ancaq  yenilik  özü

millilik üzərində dayanmalıdır... 

    İki il əvvəl açılışı olan kənd mər-

kəzi və Ağbulaq kənd tam orta mək-

təbinin yanında ondan ayrılmaq is-

təyirik.  Bizi  tək  buraxmır.  Onunla

məktəb binasına daxil oluruq. 

    Öyrənirik ki, üç mərtəbədən ibarət

olan 216 şagird yerlik məktəb bina-

sında tədrisin səmərəli təşkili üçün

lazımi şərait var. Məktəbdə müasir

sinif otaqları, fənn kabinələri, 2280

kitab fonduna malik olan kitabxana,

6 kompüterin quraşdırıldığı kompüter

sinfi, hərbi kabinə, biologiya, fizika,

kimya  fənlərinin  əyani  vəsaitlərlə

öyrənilməsi məqsədilə laboratoriyalar

yaradılıb. Təhsil ocağında elektron

lövhəli siniflərdən səmərəli istifadə

edilir.

    Tədris olunan humanitar və dəqiq



elmlər arasında əlaqələrin və ardı-

cıllığın təmin edilməsi, keçilən dərs-

lərin məzmununun daim təkmilləş-

dirilməsi və yeniləşdirilməsi, inter -

aktiv təlim üsullarının tətbiq olun-

ması,  elektron  dərsliklərdən  geniş

istifadə edilməsi tədrisin keyfiyyətinə

əhəmiyyətli dərəcədə təsir göstərir. 

    Təhsil ocağında məktəblilərin fi-

ziki hazırlığı da nəzərə alınıb. İdman

zalında  mini-futbol,  basketbol  və

idmanın  digər  növləri  ilə  məşğul

olmaq üçün hər cür şərait yaradılıb,

həyətdə  açıq  idman  qurğuları  qu-

raşdırılıb. Məktəbin direktoru Vidadi

Məmmədov  deyir  ki,  indiyə  qədər

Ağbulaq kəndində məktəb adına ti-

kilmiş  bina  olmayıb.  Dərslər  uy-

ğunlaşdırılmış binada keçilib. Açılış

mərasimində Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin Sədri cənab

Vasif Talıbov qarşımıza mühüm və-

zifələr qoyulduğunu bildirdi. Bu və-

zifələrin layiqincə yerinə yetirilməsi

ali məktəblərə qəbul imtahanları ilə

ölçülür. Bu tədris ilində məktəbimizi

bitirən 2 məzunun hər ikisi yüksək

balla  ali  məktəb  tələbəsi  adını  qa-

zanıb. Çalışacağıq ki, qarşıdakı il-

lərdə  uğurlarımız  daha  çox  olsun.

Vidadi müəllim onu da diqqətə çat-

dırdı  ki,  məktəbdə  şagirdlərin  və-

tənpərvərlik tərbiyəsi, dövlətçiliyi-

mizə  və  müstəqilliyimizə  sədaqət

ruhunda  formalaşdırılması  böyük

önəm  verilən  məsələlərdən  biridir.

Bu gün Ağbulaq məktəbi bu təhsil

ocağının məzunu olmuş şəhid Afət

Hüseynovun  adını  daşıyır.  Onun

keçdiyi  şərəfli  və  qısa  ömür  yolu

bugünkü Ağbulaq məktəbliləri üçün

bir örnəkdir. 

    Məktəblə  bir  sırada  bu  yaşayış

məntəqəsinə  xüsusi  yaraşıq  verən

kənd  və  xidmət  mərkəzləri  tikilib.

Bu ünvanlara da baş çəkdik. Öyrəndik

ki, kənd mərkəzində rabitə evi, Ağ-

bulaq  və  Gömür  kəndlərini  əhatə

edən polis sahə və baytarlıq məntə-

qələri, kitabxana, Yeni Azərbaycan

Partiyası ərazi ilk təşkilatı, inzibati

ərazi dairəsi üzrə nümayəndə lik, bə-

lədiyyə, kənd mədəniyyət evi, arxiv

və  43  yerlik  zal  yerləşir.  Rabitə

evində  quraşdırılan  384  nömrəlik

avtomat telefon stansiyası abonent -

lərə yüksək səviyyədə xidmət göstərir.

Burada  poçt  bölməsi  də  yaradılıb,

“Naxtel”in baza stansiyası quraşdı-

rılıb. Kənd mərkəzinin birinci mər-

təbəsində  feldşer-mama  məntəqəsi

yerləşir.  Məntəqə  üçün  3  iş  otağı

ayrılıb. 

      Xidmət mərkəzində bərbərxana,

gözəllik salonu, ət satışı yeri, ərzaq

və təsərrüfat malları olmaqla, 2 ma-

ğaza kənd sakinlərinin istifadəsindədir. 

    Onu da əlavə edək ki, Ağbulaq

kəndi də muxtar respublikanın digər

yaşayış məntəqələri kimi tamamilə

qazlaşdırılıb,  elektrik  enerjisinin

fasiləsiz verilişi təmin olunub, mən-

zillər tam telefonlaşdırılıb. Bu ucqar

dağ  kəndinə  fiber-optik  kabel  çə-

kilib,  genişzolaqlı  internetdən  və

digər rabitə xidmətlərindən istifadə

imkanı yaradılıb. İndi isə yolumuz

Ağbulaq  İstirahət  Mərkəzinədir.

Məlumat  üçün  bildirək  ki,  ərazisi

3,5  hektar  olan  mərkəz  3  yaşayış

korpusundan  və  1  yeməkxana  bi-

nasından ibarətdir. İkimərtəbəli və

56 yerlik korpuslarda, ümumilikdə,

38 otaq mövcuddur. Otaqlarda is-

tirahət üçün hər cür şərait yaradılıb.

Kompleksin  ərazisinə  2  kilometr

məsafədən içməli su xətti çəkilib,

həyətdə futbol meydançası yaradılıb,

uşaq əyləncə qurğuları quraşdırılıb.

2013-cü ilin iyul ayının 24-də isti-

fadəyə  verilən  bu  mərkəz  muxtar

respublikamızda  turizmin  bir  çox

növlərinin  inkişafı  üçün  mövcud

olan  təbii  imkanlardan  istifadəyə

ciddi önəm verilməsinin bariz ifa-

dəsidir. Ötən müddət ərzində yüz-

lərlə məktəbli və tələbə, sosial mü-

dafiəyə ehtiyacı olan ailələrin öv-

ladları, məhdud fiziki imkanlı uşaq-

lar dövlət hesabına bu mərkəzə is-

tirahətə göndəriliblər.


Yüklə 225,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin