Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona



Yüklə 2 Mb.
Pdf просмотр
tarix01.01.2017
ölçüsü2 Mb.

    Hər bir yaşayış məntəqəsinin inkişafın -

da başlıca amil yol infrastrukturudur. Ona

görə  Naxçıvanda  magistral  və  kənd

yollarının  yenidən  qurulması  diqqətdə

saxlanılır. 

    Avqustun 29-da Kiçikoba-Daylaqlı kənd

yolu istifadəyə verilmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən

lenti kəsmiş, yolda aparılan yenidənqurma

işləri ilə maraqlanmışdır.

    Məlumat verilmişdir ki, 4150 metr uzun-

luğunda kənd yolları genişləndirilərək asfalt

örtük  salınmışdır.  Yolun  üzərində  49  su

keçidi,  1  selötürücü  və  beton  kanal  tikil-

mişdir. Yolun yenidən qurulması Kiçikoba

və  Daylaqlı  kəndləri  arasında  təhlükəsiz

və rahat hərəkətin təmin olunmasına imkan

verəcəkdir. 

Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulmuşdur

    Avqustun 29-da Kiçikoba Kənd Mərkəzinin açılışı olmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  binanın  açılışını

bildirən lenti kəsmişdir.

    İkimərtəbəli binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün iş otaqları ayrılmış,

lazımi şərait yaradılmışdır. Mərkəzdə 4 mindən çox ədəbiyyat fonduna malik kitabxana,

baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-

mama məntəqəsi yerləşir.

    Ali Məclisin Sədri kənddə insanların yaşayışı və məşğuliyyəti ilə maraqlanmışdır. Bil-

dirilmişdir ki, Kiçikoba kəndində insanlar əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur,

sahələrdən  bol    məhsul  götürülür. Yaradılan  şərait  məskunlaşmanı  artırmışdır.  Hazırda

kənddə 4 yeni mənzil tikilir.

    Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, lazımi tibbi avadanlıqlar qoyulmuşdur.

Məntəqə  ilə  tanışlıq  zamanı  kənd  sakinlərinin,  xüsusilə  hamilə  qadınların  və  uşaqların

sağlamlıqlarının qorunması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi

barədə tapşırıqlar verilmişdir. 



Kiçikobada yeni kənd mərkəzi tikilmişdir

    Həmin gün Kiçikoba kəndində yeni xid-

mət mərkəzinin də açılışı olmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən

lenti kəsmişdir.

    Xidmət mərkəzində bərbərxana, ət satışı

yeri,  ərzaq  və  sənaye  malları  mağazaları

fəaliyyət  göstərir.  Mərkəzdə  3  nəfər  işlə

təmin  olunmuşdur.  Bildirilmişdir  ki,  ma-

ğazada  yerli  kənd  təsərrüfatı  və  sənaye

məhsullarının  satışına  daha  çox  üstünlük

verilir, sakinlərin gündəlik tələbatı nəzərə

alınır.


    Xidmət  mərkəzi  ilə  tanışlıqdan  sonra

kənd sakinləri ilə görüş olmuşdur. 

    Ali Məclisin Sədri kənddə aparılan qu-

ruculuq işlərinə görə sakinləri təbrik edərək

demişdir:  Kiçikoba  və  Daylaqlı  kəndləri

bir inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

əhatə  edirlər.  Ötən  il  Daylaqlı  kəndində

quruculuq işləri aparılmışdır. Bu il isə Ki-

çikoba  kəndində  yeni  sosial  obyektlər  ti-

kilmiş, kənd abadlaşdırılmışdır. Həmçinin

“Azərbaycan  Respublikası  regionlarının

2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı

Dövlət Proqramı”na uyğun olaraq  hər iki

kəndə yeni içməli su xətləri çəkilmiş, mən-

zillər  daimi  və  keyfiyyətli  içməli  su  ilə

təmin olunmuşdur. 

    Ali Məclisin Sədri demişdir: Kiçikoba

kəndinin təbii şəraiti burada müxtəlif tə-

sərrüfat  sahələrinin  – maldarlığın,  hey-

vandarlığın,  bağçılığın  və  əkinçiliyin

inkişaf etdirilməsinə imkan verir. Rayon

mərkəzinə  yaxın  ərazidə  yerləşməsi  isə

istehsal olunan məhsulların rahat formada

bazara çıxarılmasına şərait yaradır. Kənddə

abad  yol,  müasir  məktəb  binası,  inzibati

ərazi dairəsi üzrə nümayəndəlik, baytarlıq

və feldşer-mama məntəqəsi, içməli və su-

varma su təminatı vardır. Əhaliyə dayanıqlı

enerji və rabitə xidməti göstərilir. Təsər-

rüfatların inkişaf etdirilməsi üçün dövlə-

timiz tərəfindən kreditlər verilir. Bir sözlə,

Kiçikoba  kəndində  aparılan  quruculuq

işləri  və  yaradılan  şərait  bir  kəndin  tim-

salında  müasir  Azərbaycan  kəndinin  in-

kişafını göstərir. Kənddə həyata keçirilən

tədbirlər  imkan  verəcəkdir  ki,  sakinlər

ölkə mizin inkişafına öz töhfələrini versinlər.

Bunun üçün təsərrüfatlar genişləndirilməli,

torpaqlar  əkilməli,  bol  məhsul  istehsal

olunmalı,  məskunlaşma  artmalı,  uşaqlar

yaxşı  təhsil  almalı,  tikilənlər,  qurulanlar

qorunub saxlanılmalı, kəndin abadlığı daha

da artırılmalıdır. 

    Ali Məclisin Sədri kəndin zəhmətkeş in-

sanlarının göstərilən dövlət qayğısından sə-

mərəli istifadə edəcəklərinə əminliyini bil-

dirmiş, sakinlərə firavan həyat arzulamışdır.

    Kənd sakini İsmayıl İsmayılov minnətdar -

lıq  edərək  demişdir:  Kiçikoba  kəndində

geniş quruculuq işləri aparılıb. Yol, kənd və

xidmət mərkəzləri istifadəyə verilib. Əhalinin

içməli,  təsərrüfatların  isə  suvarma  suyuna

olan tələbatı tam ödənilib. Dayanıqlı elektrik

enerjisindən, təbii qazdan və rabitə xidmə-

tindən istifadə edirik. Bu abadlıq insanların

rahat  yaşamasına,  təsərrüfatla  məşğul  ol-

masına geniş imkanlar açır. Sakinlər kənddə

görülən quruculuq işlərini, yaradılan şəraiti

ölkəmizdə insan amilinə verilən qiymət kimi

dəyərləndirirlər. Çalışacağıq ki, kəndimizin

abadlığını qoruyub saxlayaq, ölkəmizin in-

kişafına öz töhfəmizi verək.

*       *       *

    Kiçikoba kəndində quruculuq işləri apa-

rılarkən  rabitə,  elektrik  və  qaz  xətləri  də

yenilənmişdir.  Kənddə  400  metr  müxtəlif

tutumlu rabitə xətti, 800 metr elektrik xətti,

510  metrlik  qaz  xətti  çəkilmiş,  rabitə  və

elektrik dirəkləri dəyişdirilmişdir. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Kənddə yeni xidmət mərkəzi istifadəyə verilmişdir

    Bu gün ölkəmizin iqtisadi gücü onun hər

bir yaşayış məntəqəsinin inkişafı ilə ölçülür.

Şəhər  və  kəndlərdə  yaradılan  infrastruktur,

tikilən sosial obyektlər insanların rahat yaşa-

yışının təmin olunmasına xidmət edir. Hər il

muxtar respublikanın kəndlərində geniş tikinti

quruculuq işləri aparılır. İnsana qayğını özündə

təcəssüm  etdirən  bu  yeniləşmə  Naxçıvan

kənd lərini  abadlığa,  müasirliyə  qovuşdur-

muşdur. Həyata keçirilən  tədbirlər çərçivəsində

Şahbuz  rayonunun  Kiçikoba  kəndində  də

yeni sosial obyektlər istifadəyə verilmişdir.

Şahbuz rayonunun Kiçikoba kəndində

quruculuq işləri aparılmışdır

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 161 (21.571)

30 avqust 2016-cı il, çərşənbə axşamı

www.serqqapisi.az

Qiyməti 20 qəpik


2

Hər il avqust ayının 30-u Türkiyə Respublikasının

Zəfər  Bayramı  və  Türkiyə  Silahlı  Qüvvələri  Günü

kimi qeyd olunur. 

    XX  əsrin  əvvəllərində  baş  verən  siyasi  proseslərin

nəticəsi olaraq Osmanlı dövləti də Birinci Dünya mühari-

bəsinə  cəlb  edilmiş,  bu  müharibədə  müttəfiqi Almaniya

ilə birlikdə Antanta dövlətlərinə məğlub olmuşdu. Müha-

ribədən sonra qalib dövlətlərlə Türkiyə arasında bağlanan

Mudros müqaviləsi faktiki olaraq bu dövləti parçalamağa

və tarixin səhnəsindən silməyə xidmət edirdi. Həmin mü-

qavilənin 7-ci maddəsi Antanta dövlətlərinə onların təh-

lükəsizliyinə təhdid yaranacağı halda istədikləri bölgəni

işğal etmək hüququ verirdi. Müttəfiqlər bu maddəni əsas

götürərək  Türkiyə  torpaqlarını  işğal  etməyə  başladılar.

Müqavilədə  Şərqi  Anadoludakı  6  vilayətin  onlara  vəd

olunmasını əsas tutan və işğalçı himayədarlarına arxalanan

ermənilər hərəkətə keçərək yerli türk əhalisinə qarşı qanlı

qırğınlar  törətməyə  başladılar.  Bundan  başqa,  yunanlar

da Egey dənizi ətrafındakı bölgələri zəbt etmək üçün iş-

ğalçılıq  hərəkatını  genişləndirdilər  və  1919-cu  ilin  15

mayında İzmiri ələ keçirdilər. Artıq 1919-cu ilin sonlarına

qədər  Türkiyənin,  demək  olar  ki,  bütün  ərazisi  işğala

məruz qalmışdı. 1920-ci ildə imzalanmış Sevr müqaviləsi

isə  Türkiyənin  bir  dövlət  kimi  mövcudluğunu  faktiki

olaraq sual altına alırdı.

    1919-cu ildə türk xalqı öz dövlətçiliyini qoruyub sax-

lamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə

qalxdı. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük

Millət  Məclisi  təsis  edilərək  xalqın  iradəsinə  əsaslanan,

xalqı təmsil edən hökumət quruldu. Bunun nəticəsi olaraq

bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliy-

yatlara  başlanıldı.  İlk  qələbə  sədası  Şərq  cəbhəsindən

gəldi. Burada erməni quldur dəstələri üzərində qazanılan

qələbə  zəfər  yürüşünün  başlanğıcı  oldu.  1921-ci  ilin

avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan

qoşunlarının məğlub olmasıyla türk ordusu müdafiə möv-

qeyindən  hücum  mövqeyinə  keçdi.  Görkəmli  dövlət

xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi

altında  qurtuluş  savaşı  aparan  türk  ordusu  düşmənə

sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük

zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı

kimi  daxil  oldu.  Bu  zəfər  türk  xalqının  1919-cu  ildə

başladığı  istiqlal  mücadiləsinin  hərb  zirvəsi,  minlərlə

şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapda-

ğından xilası idi. Qurtuluş savaşında Azərbaycan xalqı da

qardaş Türkiyə xalqına dəstək oldu, onunla birgə döyüşlərdə

iştirak edərək şəhidlər verdi.

    Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Respublikası

bu  gün  bölgənin  ən  qüdrətli  dövlətlərindəndir.  Türkiyə

beynəlxalq və regional münasibətlərdə söz sahibinə çevrilmiş,

müxtəlif siyasi və iqtisadi layihələrin reallaşmasına öz töh-

fəsini vermişdir. Böyük Atatürkün yolu ilə gedən Türkiyə

dövləti beynəlxalq aləmdə Şərq və Qərb sivilizasiyalarının

qovuşduğu nümunəvi və tolerant ölkə kimi tanınmaqdadır. 

    Böyük  tarixi  kökə  malik  olan  Azərbaycan-Türkiyə

əlaqələri  hər  il  daha  da  möhkəmlənir.  Bu  əlaqələrin

əsasında  möhkəm  dostluq,  qardaşlıq  və  etibarlı  strateji

tərəfdaşlıq münasibətləri dayanır. Sovetlər Birliyinin da-

ğılmasından sonra müstəqilliyini elan edən Azərbaycan

Respublikasını tanıyan ilk ölkə Türkiyə Respublikası ol-

muşdur. Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsi və

hərtərəfli inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə

bağlıdır. Ümummilli liderimizin ikinci dəfə Azərbaycanda

ali hakimiyyətə qayıdışından sonra bu əlaqələr daha da

dinamik xarakter almış, münasibətlər bütün sahələri əhatə

etmişdir. 

    Bu  gün  ölkələrimiz  regionda  və  beynəlxalq  aləmdə

baş  verən  bütün  hadisə  və  proseslərə  münasibətdə  eyni

mövqedən  çıxış  edirlər.  Azərbaycanla  Türkiyənin  birgə

həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada

nüfuzunu  getdikcə  artırmaqdadır.  Bakı-Tbilisi-Ceyhan,

Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbili-

si-Qars dəmir yolu xətti, TANAP və digər böyük layihələr

Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına

imkan yaradıb. 

    Azərbaycan və Türkiyə beynəlxalq və regional təşkilat-

larda, o cümlədən Avropa Şurasında, İslam Konfransı Təş-

kilatında həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz arasında

sosial-iqtisadi  və  mədəni  sahələrdəki  münasibətlər  ən

yüksək səviyyədədir. Türk iş adamlarının Azərbaycan iqti-

sadiyyatına, Azərbaycan iş adamlarının isə Türkiyə iqtisa-

diyyatına qoyduqları sərmayənin həcmi ildən-ilə artmaqdadır.

Qardaş Türkiyə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsindəki ədalətli mövqeyini müdafiə edir,

Azərbaycan da, öz növbəsində, Türkiyənin üzləşdiyi prob-

lemlərin həllində dəstəyini əsirgəmir.

    Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Nax-

çıvan  Muxtar  Respublikasının  yeri  və  rolu  danılmazdır.

Naxçıvanla  Türkiyə  Respublikası  arasındakı  əlaqələrin

əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar

Respublikası Ali  Məclisinin  Sədri  işlədiyi  dövrdə  qoyul-

muşdur.  Ulu  öndərin  Ali  Məclisin  Sədri  kimi  1992-ci  il

martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana

bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası

arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin

nəticələri  muxtar  respublika  üçün  uğurlu  olmuş, Türkiyə

hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq

beynəlxalq Qars müqaviləsinə əsasən Türkiyə Respublikasının

Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat

vermişdir.  Bundan  başqa,  1992-ci  ilin  28  mayında  Sədə-

rək-Dilucu körpüsü istifadəyə verilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri

Vasif  Talıbovun  2010-cu  ilin  26-29  aprel  tarixlərində

Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan

Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı

münasibətlərin  inkişafı  baxımından  xüsusi  əhəmiyyətə

malik  olmuşdur.  Səfər  çərçivəsində  Ali  Məclisin  Sədri

Türkiyə  Respublikasının  Prezidenti,  Baş  naziri,  xarici

işlər  naziri  və  Türk  Silahlı  Qüvvələrinin  Baş  Qərargah

rəisi ilə görüşlər keçirmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri

Vasif Talıbov Azərbaycanla Türkiyənin əlaqələrinin sarsılmaz

olduğunu bildirərək demişdir: “İndi dünya birliyində Tür-

kiyə-Azərbaycan əlaqələrini bir-birindən ayırmaq qeyri-

mümkündür. Artıq beynəlxalq təşkilatlarda da bilirlər ki,

Türkiyənin mənafeyi olan məsələdə Azərbaycanın, Azər-

baycanın  mənafeyi  olan  məsələdə  isə  Türkiyənin  səsi

vardır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdirlər

ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soykök,

milli və ortaq dəyərlər birləşdirir”.

    Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün “Türk

qapısı”  adlandırdığı  Naxçıvana  daim  diqqətlə  yanaşıb.

2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi,

2009-cu  ildə  Türkiyə  Prezidentinin  Türkdilli  Ölkələrin

Dövlət  Başçılarının  IX  Zirvə  Toplantısında  iştirak  üçün

Naxçıvana  gəlməsi,  2012-ci  ildə  Türkiyə  Respublikası

xarici  işlər  nazirinin  Naxçıvanda  keçirilən  Azərbaycan,

Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə

iştirak  etməsi  qardaş  ölkənin  Azərbaycanın  bu  qədim

diyarına verdiyi önəmin əyani ifadəsidir. 

    Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə

arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf

etdirilir. Xüsusilə, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət

və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur.

Bu əlaqələrin tərkib hissəsi kimi ordu quruculuğu sahəsindəki

əməkdaşlıq da ilbəil genişləndirilir. Belə ki, 2014-cü ildə

Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri Azərbaycan,

Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə

iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə

gəlmişdir. Həmçinin ötən il mayın 12-15-də Azərbaycan-

Türkiyə  silahlı  qüvvələrinin  birgə  taktiki  təlimlərinin  bir

mərhələsinin Naxçıvanda keçirilməsi də bu sahədə həyata

keçirilən tədbirlərin davamıdır.

    Azərbaycan  və  Türkiyə  arasındakı  münasibətlər  öz

kökünü  xalqlarımızın  qədim  tarixindən  götürür.  Odur  ki,

əlaqələrimiz getdikcə inkişaf edir. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Türk Cümhuriyyətinin

Zəfər günü

     Nazir qeyd edib ki, 2016-2017-ci

ilin payız-qış mövsümünə hazırlıqla

bağlı  nazirlik  tərəfindən  müvafiq

tədbirlər həyata keçirilərək struktur

qurumların  inzibati  binalarında,

yataqxana  və  yeməkxanalarında,

texniki  qarajlarda,  ehtiyat  anbar-

larında və hamam-camaşırxanalarda

cari təmir işləri aparılıb, su-kana-

lizasiya xətlərində olan nasazlıqlar

aradan qaldırılıb. 

    Mülki Müdafiə Alayında 3 aylıq

ərzaq,  əşya,  yanacaq  və  köpük

əmələgətirən maye ehtiyatları ya-

radılıb, 4 ədəd yanğınsöndürmə və

5 ədəd xüsusi təyinatlı avtomobillər

təmir  edilib.  Hərbi  hissənin  yar-

dımçı təsərrüfatından müxtəlif çe-

şidli meyvə və tərəvəz məhsulları

tədarük edilərək əsgər normalarına

uyğun  şəxsi  heyətin  menyusuna

əlavə edilib.

    Muxtar respublikada istismarda

olan 707 ədəd qazanxananın yanğın

təhlükəsizliyinin  vəziyyəti  yoxla-

nılıb, bütün qazanxanalar qaz iyini

aşkarlayan cihazlarla təchiz edilib.

Ocaqçılar  attestasiyadan  keçirilib

və ocaqçı sertifikatı olmayan 317

nəfər müvafiq peşə kurslarına cəlb

edilib.


    Muxtar  respublika  ərazisində

yerləşən hərbi hissələrin qazanxa-

naları yoxlanılıb, qazla bağlı ortaya

çıxa biləcək xoşagəlməz hadisələrin

qarşısını almaq üçün hərbi qulluq-

çuların  ailə  üzvləri  ilə  maariflən-

dirici tədbirlər keçirilib.

    Təbii qazla və dəm qazı ilə zə-

hərlənmələri  aşkar  etmək  və  na-

sazlıqları vaxtında aradan qaldırmaq

məqsədilə  Kanada  istehsalı  olan

11  ədəd  dəm  qazını  aşkarlayan

cihaz gətirilərək struktur qurumlara

paylanıb.

    Bildirilib ki, muxtar respublikada

yanğın təhlükəsizliyinin etibarlı tə-

min edilməsi üçün gündəlik olaraq

75-80 nəfər əməkdaş cəlb olunmaqla

yanğına qarşı reydlər keçirilib, əhali

arasında maarifləndirmə işləri apa-

rılıb. Reydlər zamanı 154 ədəd yan-

ğın cəhətdən qorxulu olan elektrik

xətti, 216 ədəd rezin borularla çə-

kilmiş  qaz  xətti  və  qeyri-standart

qaz pilətələri, 78 ədəd nasaz suqız-

dırıcı  istismardan  çıxarılıb,  23  ot-

saman tayasının yeri dəyişdirilib.

    Təhsil Nazirliyi ilə birgə istilik

sistemi  olmayan  36  ümumtəhsil

məktəbində  müvafiq  izahat  işləri

aparılıb.

    Standarta  uyğun  olmayan  qız-

dırıcı elektrik və qaz cihazlarının,

sənaye üsulu ilə hazırlanmayan di-

gər texniki avadanlıqların istisma-

rına  yol  verməmək  məqsədilə  51

ticarət  obyektinin  rəhbərləri  mə-

lumatlandırılıb, aidiyyəti dövlət or-

qanlarının iştirakı ilə 77 ədəd kustar

üsulla hazırlanmış qaz pilətəsi və

başlığının satışı dayandırılıb. 

    Əhalinin yanğına qarşı maarif-

ləndirilməsi üçün kütləvi informa-

siya  vasitələrindən  geniş  istifadə

edilib, 150 min nəfər yanğına qarşı

təlimatlandırılıb. 

    Qeyd  olunub  ki,  muxtar  res-

publikanın yanğın-partlayış təhlü-

kəli obyektlərində yaradılmış yanğın

komandalarının peşə hazırlığı nə-

zarətdə saxlanılıb, “Gəmiqaya Hol-

dinq” Şirkətlər İttifaqının, “Dizayn

Holdinq” Şirkətlər İttifaqının mebel

fabriklərinə və Şahbuz Dövlət Tə-

biət Qoruğuna verilmiş yanğın av-

tomobilləri təmir edilib.

    Əhalinin 2 qrup fərdi mühafizə

vasitələri ilə təmin edilməsi məq-

sədilə Ordubad və Culfa rayonla-

rında 2 yaşayış binasının zirzəmisi

əsaslı şəkildə təmir edilərək həmin

zirzəmilərə  rayonların  əhalisinin

sayı qədər əleyhqazlar yığılıb.

    Mülki müdafiə təyinatlı 74 ədəd

zirzəmidə dezinfeksiya işləri apa-

rılıb,  qeyri-qanuni  tikilmiş  sax-

lanclar  və  arakəsmələr  sökülərək

otaqlar məişət tullantılarından tə-

mizlənib, köhnə su xətləri, nasoslar

və dəmir su çənləri kəsilərək çıxa-

rılıb, izolyasiyası pozulmuş elektrik

naqilləri bərpa olunaraq binaların

yanğın təhlükəsizliyi təmin edilib.

    Sonra fövqəladə hallar nazirinin

müavini, daxili xidmət polkovnik-

leytenantı Nurlan Həsənov, nazir-

liyin Fövqəladə halların xəbərdar

edilməsi şöbəsinin rəisi, polkovnik

Baba Babayev, Mülki Müdafiə Ala-

yının komandiri, polkovnik İspən-

diyar Əhmədov, Şərur Rayon Döv-

lət Yanğın Təhlükəsizliyi Şöbəsinin

rəisi, daxili xidmət polkovnik-ley-

tenantı Şakir Ağalarov və başqaları

payız-qış  mövsümünə  hazırlıqla

bağlı ətraflı məlumat veriblər.



Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyinin 

mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 

payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə 

bağlı müşavirə keçirilib

    Müşavirəni  giriş  sözü  ilə  açan  fövqəladə  hallar  naziri,  general-

leytenant Şamı Abdullayev bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar

Respublikası Ali  Məclisində  2016-2017-ci  ilin  payız-qış  mövsümünə

hazırlıq  və  qarşıda  duran  vəzifələrlə  bağlı  keçirilən  müşavirədə

Fövqəladə Hallar Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlar,

əsasən, qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılma-

sından,  elektrik enerjisi, təbii qazdan və neftdən istifadə ilə bağlı əhali

arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdir-

məkdən, standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının,

sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların istismarına

yol verməməkdən ibarətdir. 

3

    Sərgi Mədəniyyət və Turizm Na-

zirliyi  və  Azərbaycan  Rəssamlar

İttifaqının  birgə  təşkilatçılığı  ilə 

keçirilib.

    Tədbirdə  Rəssamlar  İttifaqının

sədri, Xalq rəssamı Fərhad Xəlilov

deyib ki, bu gün qeyri-adi bir sər-

ginin açılışına toplaşmışıq. İnsanın

daxilində, qəlbində bu sənətə mə-

həbbət varsa, gec-tez o özünü büruzə

verəcək.  Leyla  Əzimbəyova  da

tama milə fərqli bir peşənin sahibi

olsa  da,  yaratmaq  eşqi  onu  rahat

buraxmayıb.  Bu  səbəbdən  də  o,

könlünü fırçaya verib və qəlbindən

keçənləri müxtəlif rənglərin işığında

əks etdirməyə çalışıb. Demək olar

ki, bu, onda yaxşı alınıb. Gəncliyinə

baxmayaraq,  onun  müxtəlif  möv-

zularda çəkdiyi rəngkarlıq işlərində

yüksək bədii keyfiyyətləri görmək

mümkündür. Bu da onun gələcəkdə

daha  ciddi  tablolar  yaradacağına

əsas verir. İnanıram ki, onun ciddi

uğurları hələ qarşıdadır.

    Azərbaycan Milli Elmlər Akade-

miyasının vitse-prezidenti, akade mik

İsa Həbibbəyli ixtisasca həkim olan

Leyla Əzimbəyovanın təbii istedadı

sayəsində professional əsər-

lər  yaratdığını

söyləyib.

Bildi-


r i b

k i ,


r ə s -

sam  pey-

zaj,  natürmort,

portret,  mənzərə  və  digər

ənənəvi  janrların,  demək  olar  ki,

hamısında fırçasını sınayıb. Rəssa-

mın əsərlərində ciddilik və sərtlik

özünü göstərir. Rəsmlərində tama-

milə fərqli bir yanaşma özünü gös-

tərir. O, nizamlı, ölçülü, tarazlı dü-

şüncələrin, rənglərin harmoniyasında

gözəllik  axtarır.  Bu,  rəssamın  ba-

xışıdır və rəsmlərində bu aydın hiss

olunur.


    Azərbaycan  Dövlət  Rəssamlıq

Akademiyasının rektoru, Xalq rəs-

samı  Ömər  Eldarov  Leyla  Əzim-

bəyovanın  rəhbərlik  etdiyi  akade-

miyaya qəbul olunduğunu söyləyib

və  bildirib  ki,  bu,  onun  ikinci  ali

təhsilidir.  Leyla  Əzimbəyova  bu

sənəti  daha  kamil  mənimsəmək,

peşəkar  fırça  ustası  olmaq,  Azər-

baycan sənət tarixini dərindən öy-

rənmək üçün bu yola çıxıb. İnanıram

ki,  yaxın  zamanlarda  onun  təhsil

aldığı  Rəssamlıq Akademiyasında

da sərgisi açılacaq.

    Əməkdar  incəsənət  xadimi  Zi-

yadxan Əliyev deyib: “Gənc rəssam

Leyla Əzimbəyovanın gözəllik du-

yumunu və dünyaya yaradıcı baxışını

özündə əks etdirən rəng-

karlıq işlərində

bizi əhatə

e d ə n


ger-

çəkliyə


özünəməx-

sus münasibətin tə-

zahürlərini müşahidə etmək müm-

kündür. Bu özünəməxsusluğun ma-

yasında onun gördüklərindən hey-

rətlənmək  gücü  durduğundan,  öz-

özlüyündə  fərdi  və  fərqli  olan  bu

baxışın bədii görkəm almış görün-

tüləri başqaları üçün də maraqlı gö-

rünməkdədir. Leyla xanımın çəkdiyi

süjetli tablo və portretlər gənc müəl-

lifin yaradıcılıq axtarışlarının gös-

təricisi sayıla bilər”.

    Naxçıvan  Muxtar  Respublikası

Rəssamlar Birliyinin sədri, Əməkdar

rəssam Ülviyyə Həmzəyeva ölkə-

mizdə dövlət səviyyəsində yaradıcı

insanlara göstərilən diqqət və qay-

ğıdan, bu sahədə görülən işlərdən

söz açıb.

    Leyla Əzimbəyovanın yaradıcı-

lığından  danışan  Ülviyyə  Həmzə-

yeva bildirib ki, onun əsərləri sərbəst

düşüncə, realizm və müasirliklə ya-

naşı, yurdumuza məxsus qədim rəs-

samlıq adət-ənənələrini özündə ya-

şadır.  Rəssam  əsərlərində  klassik

real  rəssamlıqla  müasir  rəssamlıq

ənənələrinin sintezini məharətlə bir-

ləşdirməyi bacarıb. Onun yaradıcı-

lığında mövzu müxtəlifliyi rəssamın

daim  axtarışda  olduğunu  göstərir.

    Çıxış edənlər rəssamı təbrik edə-

rək uğurlar arzulayıblar.

    Sonra  iştirakçılar  sərgi  ilə  ya-

xından tanış olublar.

    Sərgidə nümayiş olunan 33 sənət

əsəri gözəllik duyğusu, işıqlı rəng -

lərin çoxluğu, həyatsevərlik və xe-

yirxahlıq kimi mövzuları əhatə edir.

Həmçinin əsərlərdə müxtəlif fəlsəfi

yanaşma  və  emosional  hisslərin

rəng lərlə ifadəsi də öz əksini tapıb.

    Sərgi bir həftə davam edəcək.



AZƏRTAC

Bakıda gənc rəssam Leyla Əzimbəyovanın fərdi sərgisi açılıb

    Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova

adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc”

adlı fərdi rəsm sərgisi açılıb.

    Avqustun 27-də Naxçıvan Muxtar

Respublikası Ali Məclisi Aparatının,

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  yanında  Gənclər

Fondunun və Naxçıvan Muxtar Res-

publikası  Ali  Məclisinin  Naxçıvan-

şünaslıq Mərkəzinin kollektivləri Cəm-

şid  Naxçıvanskinin  ev-muzeyində

olublar.


    Məlumat  verilib  ki,  Cəmşid  xan

Naxçıvanski Azərbaycanın hərb tari-

xinin  görkəmli  simalarından  biridir.

Cəmşid Naxçıvanskinin adı hərb ta-

riximizin  səhifələrinə  qızıl  hərflərlə

yazılıb. Onun keçdiyi ömür yolu bu-

günkü və gələcək nəsillərə örnəkdir.  

    Vurğulanıb ki, general Cəmşid xan

Naxçıvanskinin anadan olmasının 85

illiyi ilə əlaqədar Naxçıvan şəhərində,

vaxtilə yaşadığı evdə muzey yaradılıb.

Muzeydə Cəmşid Naxçıvanskinin hə-

yat  və  fəaliyyətini  əksetdirən  foto -

şəkillər, orden və medallar, müxtəlif

sənədlər,  kitablar,  məktub  və  əlyaz-

malar, şəxsi və ev əşyalarından ibarət

6 minə yaxın eksponat qorunub sax-

lanılır. Bu eksponatlardan 1000-ə ya-

xını ekspozisiya zalında nümayiş et-

dirilir. Onlar içərisində Cəmşid Nax-

çıvanskinin  ilk  hərbi  təhsil  illərinə

aid  fotoşəkillər,  Birinci  Dünya  mü-

haribəsinə aid sənədlər, 1918-1920-ci

illərdə milli orduda hərbi xidmətinə,

1921-1931-ci illərdə Azərbaycan ilk

milli  atıcı  diviziyasına  komandirliyi

dövrünə  aid  fotoşəkillər,  eləcə  də

1931-1933-cü  illərdə  Frunze  adına

Hərbi Akademiyada  təhsil  aldığı  və

1933-cü ildən hərbi pedaqoji fəaliyyətə

başladığı illərə dair qiymətli sənədlər

var. 


    Qeyd olunub ki, Azərbaycan Res-

publikası Prezidentinin “Cəmşid Nax-

çıvanskinin 120 illik yubileyinin ke-

çirilməsi haqqında” 2015-ci il 2 aprel

tarixli  və  “Cəmşid  Naxçıvanskinin

120 illik yubileyinin Naxçıvan Muxtar

Respublikasında  keçirilməsi  ilə  əla-

qədar Tədbirlər Planı”nın təsdiq edil-

məsi  haqqında”  Naxçıvan  Muxtar

Respublikası Ali  Məclisi  Sədrinin  9

aprel  2015-ci  il  tarixli  sərəncamları

bu  görkəmli  şəxsiyyətin,  hərb  xadi-

minin həyat və fəaliyyətinin öyrənil-

məsində əhəmiyyətli rol oynayıb.

    Həmin gün Naxçıvan Muxtar Res-

publikası Nazirlər Kabinetinin və Ali

Məhkəmənin, Naxçıvan Şəhər Məh-

kəməsi  və  ixtisaslaşdırılmış  məhkə-

mələrin kollektivləri də Cəmşid Nax-

çıvanskinin ev-muzeyində olublar.

    Naxçıvan  Muxtar  Respublikası

Prokurorluğu,  Daxili  İşlər  Nazirliyi

və Dövlət Təhlükəsizliyi Xidmətinin

kollektivləri  “Naxçıvanqala”  Tarix-

Memarlıq Muzey Kompleksini, Əd-

liyyə, Fövqəladə Hallar nazirliklərinin

və Dövlət Gömrük Komitəsinin əmək-

daşları  Naxçıvan  Dövlət  Xalça  Mu-

zeyini, İqtisadiyyat, Nəqliyyat, Əmək

və  Əhalinin  Sosial  Müdafiəsi  nazir-

liklərinin kollektivləri “Xan Sarayı”

Dövlət Tarix-Memarlıq, Möminə Xatın

və Açıq Səma Altında Muzey Kom-

pleksini, Kənd Təsərrüfatı, Rabitə və

Yeni Texnologiyalar və Səhiyyə na-

zirliklərinin  əməkdaşları  Ədəbiyyat

Muzeyini ziyarət ediblər.

    Naxçıvan  Muxtar  Respublikası

Təhsil, Mədəniyyət və Turizm, Gənc -

lər  və  İdman  nazirliklərinin  kollek-

tivləri Naxçıvan Dövlət Tarix Muze-

yində,  Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin,  Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin Sədri yanında

Dövlət Qulluğu Məsələləri üzrə Ko-

missiyanın,  Dövlət  Şəhərsalma  və

Arxitektura Komitəsinin əməkdaşları

“Əlincəqala” Tarix-Mədəniyyət Mu-

zey Kompleksində, Dövlət  Statistika,

Meliorasiya və Su Təsərrüfatı, Tele -

viziya və Radio Verilişləri komitələ-

rinin, Televiziya və Radio Şurasının

və “Şərq qapısı” qəzeti redaksiyasının

kollektivləri  Heydər  Əliyev  Muze-

yində, Mərkəzi Seçki Komissiyasının,

Dövlət  Sosial  Müdafiə  Fondunun,

Azərbaycan  Respublikası  Mərkəzi

Bankının Naxçıvan Muxtar Respub-

likası İdarəsinin, “Kapital Bank” Açıq

Səhmdar  Cəmiyyətinin  Naxçıvan

Muxtar  Respublika  Baş  İdarəsinin

və  “Naxçıvanbank”  Açıq  Səhmdar

Cəmiyyətinin kollektivləri Xatirə Mu-

zeyində, Dövlət Miqrasiya Xidməti-

nin,  Səfərbərlik  və  Hərbi  Xidmətə

Çağırış üzrə Dövlət Xidmətinin, Döv-

lət Baytarlıq Xidmətinin kollektivləri

Hüseyn Cavidin ev-muzeyi və Xatirə

Kompleksində, Azərbaycan Respub-

likası Xarici İşlər Nazirliyinin Nax-

çıvan Muxtar Respublikasındakı İda-

rəsinin, Dövlət Arxiv İdarəsinin, Dini

Qurumlarla İş üzrə İdarənin kollek-

tivləri  Bəhruz  Kəngərli  Muzeyində

olublar.



Səbuhi HƏSƏNOV



Muzey ziyarətləri davam etdirilir

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşki-

latçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı

həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza

gətirilməsi  və  aztəminatlı  ailələrdən  olan  xəstələrin  başqa

ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyat -

larının təşkili davam etdirilir.

    Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş müasir

tibbi  avadanlıq  və  cihazlar,  yaradılmış  şərait  burada  müxtəlif

müayinə və müalicə metodlarının tətbiqinə imkan verir. 

    Yaranmış ənənə cari ildə də davam etdirilir. Türkiyə Respub-

likası Hacəttəpə və Ankara Tibb universitetləri Endokrinologiya

və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Corcia ştatındakı

Emori  Universitetində  təhsil  almış,  Türkiyə,  ABŞ  və  Avropa

Endokrinoloji  Cəmiyyətinin  üzvü,  hazırda  Bakı  şəhərində

fəaliyyət göstərən Rövşən Həsənov avqustun 26-27-də Naxçıvan

Muxtar  Respublika  Xəstəxanasında  olub.  Endokrinologiya  və

metabolizma xəstəlikləri üzrə mütəxəssis xəstələri tibbi müayi-

nələrdən keçirib. 

    Bu münasibətlə keçirilən tədbirdə xəstəxananın Endokrino-

logiya  şöbəsinin  müdiri  Aysel  Dünyamalıyeva  bildirib  ki,

səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılması, bu

sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndi-

rilməsi, infra strukturun yenidən qurulması digər sahələr kimi,

endokrinologiya  sistemində  də  mühüm  irəliləyişlərə  şərait

yaradıb. Əvvəllər fəaliyyət göstərən Endokrinoloji Dispanserin

əvəzində  Naxçıvan  Muxtar  Respublika  Xəstəxanasında  En-

dokrinologiya  şöbəsinin  yaradılması  səhiyyə  islahatlarının

tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin

yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün

də  şərait  yaradıb.  Endokrinologiya  şöbəsi  tərəfindən  şəkərli

diabetin  diaqnostikası  və  müalicəsi  üzrə  klinik  protokolların

tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin

aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb

müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi

üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Həkimlərin  peşə  bacarığının  yüksəldilməsi  üçün  müxtəlif

tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi

və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən

istifadə olunur. 

    Sonra xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası

və  ultrason  müayinələri  aparılıb,  şəkər  xəstəlikləri  və  onların

risk amilləri araşdırılıb,  xəstələrə tibbi məsləhət və tövsiyələr

verilib.  Təhlil  nümunələri  histoloji  müayinə  üçün  Onkoloji

Mərkəzə göndərilib. İki gün ərzində 50 nəfər xəstə müayinələrlə

əhatə  olunub.  Belə  müayinələrin  mütəmadi  təşkili  xəstələrin

başqa  ünvanlara  üz  tutmadan  muxtar  respublikanın  səhiyyə

müəssisələrində müalicəsində mühüm rol oynayır.



Naxçıvan Muxtar Respublikası 

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Yüksəkixtisaslı mütəxəssis xəstələri 

endokrinoloji müayinələrdən keçirib

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr

tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına

uyğun olaraq, muxtar respublikada muzeylərə kollektiv gedişlər təmin olunub.

4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Rauf Əliyev

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1050. Sifariş № 646

Baş redaktor:

TURAL SƏFƏROV

    26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasında keçiriləcək

referendumla əlaqədar olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin

75-ci  maddəsinə  əsasən,  referendumqabağı  təşviqatın  aparılması

3 sentyabr 2016-cı il tarixdə başlanır və 2016-cı il sentyabrın 25-i saat

8

00



-da dayandırılır. 

    Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  86.3-cü  maddəsinə

əsasən, aşağıda qeyd olunan yerlər Azərbaycan Respublikasında keçiriləcək

referendumla  əlaqədar  olaraq  referendumqabağı  təşviqatın  aparılması

üçün müvafiq yerli icra hakimiyyəti orqanlarının sərəncamlarına əsasən,

açıq və qapalı yerlər kimi müəyyən olunmuşdur. 

     Muxtar respublika əhalisi sentyabrın

1-dən sentyabrın 15-dək Naxçıvan şə-

hərinin Xətai küçəsindəki Mərkəzi ba-

zarda keçiriləcək məktəbli yarmarkasına

dəvət edilir. 

     Məktəbli yarmarkası hər gün saat

9-dan 14-dək əhaliyə xidmət göstərə-

cəkdir.


     Yarmarkada  əhaliyə  münasib  qiy-

mətlərlə yüksək keyfiyyətdə xüsusi ge-

yim və idman formaları, ayaqqabı və

məktəbli ləvazimatları təklif olunacaq.



Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyi

Elan

S.S


Məktəbin adı

1.

Nehrəm kənd 2 nömrəli tam orta məktəb



8

1

12



1

12

2.



Cəhri kənd 2 nömrəli tam orta məktəb

28

1



12

3.

Şıxmahmud kənd tam orta məktəbi



15

1

12



4.

Sirab kənd tam orta məktəbi

22

1

12



1

12

5.



Güznüt kənd tam orta məktəbi

10

1



12

6.

Kültəpə kənd tam orta məktəbi



11,5

1

12



7.

Vayxır kənd tam orta məktəbi

23

1

12



8.

Yuxarı Buzqov kənd tam orta məktəbi

60

1

12



9.

Aşağı Buzqov kənd tam orta məktəbi

55

1

12



1

12

10.



Gərməçataq kənd tam orta məktəbi

53

1



12

11.


Xal-xal kənd tam orta məktəbi

22

1



12.

Məzrə kənd tam orta məktəbi

21

1

12



1

12

1



12

1

12



13.

Məmmədrza Dizə kənd tam orta məktəbi

19

1

12



14.

Xəlilli kənd tam orta məktəbi

16

1

12



1

12

15.



Nəcəfəlidizə kənd tam orta məktəbi

20

1



12

1

12



16.

Naxışnərgiz kənd tam orta məktəbi

15

1

12



1

12

1



12

1

12



1

12

1



17.

Nəhəcir kənd tam orta məktəbi

28

1

12



1

12

18.



Göynük kənd tam orta məktəbi

34

1



12

19.


Araz ümumi orta məktəbi

10

1



12

20.


Gülşənabad kənd tam orta məktəbi

30

Cəmi:



1

12

2

24

1

12

3

36

1

12

9

108

2

24

6

72

1

12

4

48

2

1

12

2

24



1

12

1



12

1

12



3

36

1



12

1

12



1

12

1



12

2

24



1

12

1



4

48

1



12

2

24



2

24

6



60

2

24



1

12

1



12

1

12



1

12

2



24

35

396

Ehtiyac olan ixtisaslar



Babək rayonu üzrə 2016-2017-ci tədris ilində pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat

Kəngərli rayonu üzrə 2016-2017-ci tədris ilində pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat

S

.S



Məktəbin adı

1. Qıvraq qəsəbə tam orta məktəbi

2

24

2



28

1

12



1

18

1



3

45

10 127



2. Qarabağlar kənd 1 nömrəli tam orta məktəb

1

12



2

24

1



12

1

14



1

12

1



15

7

89



5

3. Qarabağlar kənd 2 nömrəli tam orta məktəb

1

12

1



12

1

12



1

12

1



12

1

1



12

2

26



9

98

4



4. Şahtaxtı kənd tam orta məktəbi

1

12



1

12

1



12

1

12



1

12

1



12

1

12



1

12

4



60

12 156


3

5. Xok kənd tam orta məktəbi

1

15

1



12

1

12



4

60

7



99

5

6. Yurdçu kənd tam orta məktəbi



1

12

1



12

2

24



3

7. Qabıllı kənd tam orta məktəbi

1

12

1



18

1

18



1

12

1



12

1

12



1

3

48



10 132

5

8. Böyükdüz kənd tam orta məktəbi



1

14

1



12

2

26



16

9. Təzəkənd tam orta məktəbi

1

12

1



12

1

1



18

4

42



20

10. Xıncab kənd tam orta məktəbi

1

12

1



12

1

12



1

12

1



16

5

64



21

11. Yeni Kərki kənd tam orta məktəbi

1

12

1



12

3

36



5

60

14



Cəmi:

4

48

5

70

6

81

3

36

7

84

5

62

2

24

4

54

5

62

1

12

3

36

4

2

24

22 324 73 917

Naxçıvan şəhərində

Açıq yer – Naxçıvan Şəhər Stadionu

Qapalı yer – “Gənclik” Mərkəzi

Şərur rayonunda

Açıq yer – Şərur Olimpiya Stadionu

Qapalı yer – “Bahar” kinoteatrı

Babək rayonunda

Açıq yer – Babək qəsəbəsinin mərkəzi 

meydanı

Qapalı yer – Babək qəsəbə 1 nömrəli



tam orta məktəbin akt zalı

Ordubad rayonunda

Açıq yer – Ordubad Şəhər Tədbirlər 

Meydanı

Qapalı yer – Ordubad Rayon Mədəniyyət



Evi

Culfa rayonunda

Açıq yer – Culfa Şəhər Stadionu

Qapalı yer – Culfa Rayon Mədəniyyət 

Evi


Kəngərli rayonunda

Açıq yer – Qıvraq Qəsəbə Stadionu

Qapalı yer – Kəngərli Rayon Mədəniyyət 

Evi


Şahbuz rayonunda

Açıq yer – Şahbuz Şəhər Stadionu

Qapalı yer – “Araz” kinoteatrı

Sədərək rayonunda

Açıq yer – Sədərək Rayon Stadionu 

Qapalı yer – Sədərək kənd mədəniyyət  

evi


 Naxçıvan  Muxtar  Respubli-

kası Mədəniyyət və Turizm Na-

zirliyinin tabeliyində olan mə-

dəniyyət müəssisələri tərəfindən

isti yay günlərində əhalinin is-

tirahətinin səmərəli təşkili, asu-

də vaxtının mənalı keçirilməsi

üçün müxtəlif tədbirlərin, kon-

sert pro qramlarının təşkil edil-

məsi davam etdirilir. 

    Avqustun 27-də Naxçıvan Muxtar

Respublikası Mədəniyyət və Turizm

Nazirliyinin  təşkilatçılığı  ilə  Nax-

çıvan  şəhərindəki  Möminə  xatın

türbəsinin qarşısında konsert təşkil

edilib. Naxçıvan Dövlət Filarmoni-

yasının  Estrada  Orkestri  konsert

proqramı  ilə  tədbir  iştirakçılarına

xoş  ovqat  bəxş

edib. Qeyd edək ki,

Naxçıvan  Muxtar

Respublikası  Ali

Məclisi  Sədrinin

2012-ci il 10 yanvar

tarixli  Sərəncamı

ilə yaradılan bu mu-

siqi kollektivi qısa

vaxtda estrada hə-

vəskarlarının  rəğ-

bətini qazanıb. Kollektiv rəngarəng

repertuarı ilə ictimaiyyət qarşısında

müntəzəm çıxış etməkdədir. Orkes-

trin bədii rəhbəri Azərbaycan Res-

publikasının Əməkdar mədəniyyət

işçisi Nizami Məmmədovdur.

    Naxçıvan Dövlət Filarmoniyası

Estrada Orkestrinin  solistləri  İlkin

Abdullayevin, Əli Davudinin, Nər-

min Hüseynovanın ifalarında Azər-

baycan bəstəkarlarının populyar es-

trada  mahnıları  səsləndirilib.  So-

listlərin ifasında səslənən Tofiq Qu-

liyevin, Vasif Adıgözəlovun, Niya-

zinin, Xəyyam Mirzəzadənin, Ramiz

Mirişlinin  və  başqalarının  estrada

mahnıları alqışlarla qarşılanıb. 

    Kollektivin tanınmış solistlərin-

dən  Azərbaycan  Respublikasının

Əməkdar  artistləri Tural  Nəcəfov,

Gülyanaq Fərzəliyeva, Mübariz Əs-

gərov, Naxçıvan Muxtar Respubli-

kasının  Əməkdar  artistləri  Yaşar

Qurbanov, Azər  Cəfərlinin  ifa  et-

dikləri  estrada  və  xalq  mahnıları

tamaşaçılarda  xoş  əhval-ruhiyyə

yaradıb. Onların ifasında səslənən

Rauf Hacıyevin “Sevgilim”, Tofiq

Quliyevin “Mən oldum”, Niyazinin

“Arzu”, Xəyyam Mirzəzadənin “Ya-

dındamı” estrada mahnıları istirahət

konsertinə  gələnlər  tərəfindən  al-

qışlarla qarşılanıb. 

    Konsertdə estrada mahnıları ilə

bərabər, Azərbaycan bəstəkarların-

dan Eldar Mansurovun, dünya mu-

siqisinin böyük sənətkarları İohann

Ştrauss, Frans Şubert və başqalarının

marş, vals, caz, tanqo, rəqs musiqi

janrında  yazdığı  melodiyalar  da

səsləndirilib. 

    Naxçıvan  şəhərindəki  Möminə

xatın türbəsi qarşısında təşkil olunan

konsert  proqramına  vətəndaşları-

mızla  bərabər,  xarici  qonaqlar  da

baxıb.


Əli RZAYEV

Möminə xatın türbəsinin qarşısında

istirahət konserti olub

Каталог: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə