Gürcüstanda Müstəqillik Günü qeyd olunub



Yüklə 382.81 Kb.
Pdf просмотр
səhifə1/5
tarix31.01.2017
ölçüsü382.81 Kb.
  1   2   3   4   5

Gürcüstanda 

Müstəqillik Günü qeyd olunub

 

  

Mayın 26-da Tbilisidə  Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə müxtəlif dövlət tədbirləri, 

sərgilər, konsertlər keçirilib.  Tbilisidə Müstəqillik Günü ilə bağlı təşkil olunan tədbirdə Gürcüstanın preziden-

ti Georgi Marqvelaşvili, baş nazir 

İrakli  Qaribaşvili,  Gürcüstan  par-

lamentinin sədri David Usupaşvili, 

xarici  ölkələrin  Gürcüstanda  ak-

kreditə  olunmuş  səfirləri  iştirak 

ediblər.

Gürcüstan prezidenti G. Mar-qve-

laşvili əlamətdar gün münasibətilə 

xalqı  təbrik  edib.  Tədbirdə  hərbi 

xidmətə  çağırılan  gənc  əsgərlər 

hərbi  and  içiblər.  Sonra  "Delta" 

Dövlət  Hərbi  Elm  Mərkəzinin 

hərbi  texnikası  nümayiş  etdirilib, 

müxtəlif rəsm və kənd təsərrüfatı, 

sənaye və ərzaq məhsullarının sər-

gisi  keçirilib,  “SU-25”,  “L-39” 

təyyarələri  və  “İpokez”  helikop-

terləri Azadlıq Meydanında aviaşou 

nümayiş etdiriblər.

Bayram günündə baş nazir İrakli 

Qaribaşvili ailəsi ilə birgə Rustaveli 

prospektində təşkil olunmuş sərgilərə baxıb, əhali ilə görüşərək onları Müstəqillik Günü bayramı münasibəti ilə 

təbrik edib, uşaqlarla şəkil çəkdirib.



Səh.3-də

Səh.8-də

Səh.5-də

Səh.12-də

İbrahimxəlil



R

e g

i

o n

R

e g

i

o n

№08 (183)     29.05.2015

Гязет 2008-ъи ил мартын 15-дян чыхыр

“region presi” sazogadoebrivi gazeTi



Иътимаи гязет

P R E S S



www.amm.ge

Elxan Əsgərov  



Təbrik edirik!

Elman Kələyev "Əməkdar 

Jurnalist" adına layiq görülüb

 

Mayın 12-də Gürcüstanda nəşr olunan azərbaycandilli 



"Gürcüstan"  qəzetinin  redaktor  müavini  Elman  Hüseyn 

oğlu Kələyev Gürcüstan jurnalistikasında uzunmüddətli 

uğurlu fəaliyyətinə görə "Əməkdar Jurnalist" adına layiq 

görülüb.


Elman  Kələyev  1974-cu  ildən  indiyədək  "Gürcüstan" 

qəzetində müxtəlif vəzifələrdə çalışıb. O,  Gürcüstan və 

Azərbaycan mətbuatında, radio verilişlərində, Moskvada 

nəşr olunan "Azərbaycan panoraması" qəzetində müxtəlif 

səpgili yazılarla çıxış edib. 1978-ci ildən SSRI Jurnalistlər 

İttifaqının,  1990-cı  ildən  isə  Gürcüstan  Jurnalistlər 

İttifaqının üzvüdür. O, Gürcüstan prezidentinin 1997-ci il 

16 oktyabr tarixli fərmanı ilə "Şərəf" medalına layiq görülüb.

Həmkarımızı ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!

RegionPress

"Əsgər atası" filminin rejissoru 

Rezo Çxeidze vəfat edib

 Gürcüstanın Mədəniyyət Nazirliyi xəbər verib ki, gürcü kinorejissoru, SSRİ xalq 

artisti və Gürcüstanın xalq artisti Rezo Çxeidze 89 yaşında vəfat edib.

Çxeidzenin ən məşhur filmi 1964-cü ildə çəkilmiş "Əsgər atası"dır.

1956-cı  ildə  Çxeidze  kinorejissor 

Tengiz  Abuladze  ilə  birgə  çəkdiyi 

"Maqdananın  eşşəyi"  filminə  görə 

Kann  beynəlxalq  kino  festivalında 

"Qızıl palma budağına" və Edinburq 

beynəlxalq  kino  festivalının  Birinci 

mükafatında layiq görülüb.

Çxeidze həmçinin "Şitillər", "İsanın 

qəbrindən  şam",  "Burada  sübh  ça-

ğıdır" kimi filmlərin müəllifidir.

Xatırladırıq  ki,  Revaz  Çxeidze 

1926-cı il dekabrın 8-də Kutaisi şəhərində, 1937-ci ildə güllələnmiş yazıçı və ictimai 

xadim David Çxeidzenin ailəsində anadan olmuşdu.

Gürcüstan Olimpiya 

Komitəsi: 

Azərbaycanın 

ilk Avropa 

Oyunlarını 

keçirməyə 

tam haqqı var

Fikrət Mursaqulov-60

Dünyaya 

ürəyi ilə 

baxan şair

LİbERLanD

(referat əvəzi)

Tanış olun: 

Seymur 

Kamran oğlu 

Qarayev – 

dünya 

çempionu

 

(Davamı səh. 2-də)

26 May - Gürcüstanın Müstəqillik Günü və 28 May - Azərbaycanın 

Respublika Günü bayramları münasibətilə xalqlarımızı təbrik edir, on-

lara əmin-amanlıq, sarsılmaz dosluq və parlaq gələcək arzulayırıq!

Tbilisidə azərbaycan səfirliyi 

Respublika Günü münasibətilə 

Heydər Əliyevin büstünü ziyarət edib

Azərbaycanın  Gürcüstandakı  səfirliyi  28  May  -  Respublika  Günü 

münasibətilə  Tbilisidə  tədbir  keçirib.  Səfir  Azər  Hüseyn,  səfirliyin 

əməkdaşları,  həmçinin  Azərbaycanın  Gürcüstandakı  iş  adamları, 

gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, jurnalistlər Re-

spublika Günü münasibətilə ümummilli lider Heydər Əliyevin büstü 

önünə əklillər və gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə 

28 may 1918-ci ildə Tbilisi şəhərindəki Qafqaz canişininin binasında 

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi elan olunub.



Ölkəiçi

№08 (183) 29.05.2015

3

Gündəm

№08 (183) 29.05.2015

2

Gürcüstanın baş naziri İrakli 

Qaribaşvili İlham Əliyevə 

başsağlığı verib

 

Gürcüstanın  Baş  naziri  İrakli  Qaribaşvili  Azərbaycan  Prezidenti 



İlham Əliyevə başsağlığı verib.

Başsağlığında  deyilir:  "Bakıda 

yaşayış binasında baş verən yan-

ğın  nəticəsində  çoxsaylı  insanın, 

o cümlədən uşaqların tələf olması 

və  onlarla  adamın  xəsarət  alma-

sı  barədə  xəbər  məni  dərindən 

sarsıtdı.

Kədərinizi  bölüşür,  Sizə,  həlak 

olanların ailələrinə və yaxınlarına 

dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu 

bildirirəm".



“Gənc Liderlər Klubu” layihəsi 

start götürdü

Tbilisi  şəhərində  “Gürcüstanın  Azərbaycanlı  Gənclərinin  İnkişafı  Akademiyasının”,  Barışıq  və  Vətəndaş 

bərabərliyi  məsələləri  üzrə  Gürcüstanın  Dövlət  naziri  Aparatının  təşkilatçılığı  ilə  “Gənc  Liderlər  Klubu” 

layihəsi start götürdü. Layihə Gənclər və İdman Nazirliyinin ”Gənclər siyasətinin gücləndirilməsi” proqramının 

istiqamətlərindən biri olan “Gürcüstanda yaşayan milli azlıqların inteqrasiyasına dəstək proqramı” çərçivəsində 

həyata keçirilir.



Barışıq və Vətəndaş bərabərliyi məsələləri üzrə Gürcüstanın Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə 

nümayəndəsi  Zaur  Darğallı:  “Gənc  liderlər  klubu”  layihəsi  tələbələrimizin  müxtəlif  sahələrdə  məlumat 

almalarına,  gedən  proseslərlə  yaxından  tanış  olmağa  yardımcı  olacaq.  Biz  onlar  üçün  müxtəlif  mühazirələr, 

nazirlərlə, parlament sədri ilə görüşlər təşkil edirik. Bizim fikrimizcə, tələbələr çox önəmli qrupdu və onların 

uğurlu inteqrasiya olmaları, əlaqələrinin genişlənməsi, inkişafı gələcəkdə bölgəmizin inkişafı üçün ən prioritet 

məsələdir. Bu gün dövlətimiz tələbələrimizə öz dövlətlərində qalıb özlərini inkişaf etdirib cəmiyyətdə layiqli yer 

tutmaları üçün lazım olan imkanları yaradır”.



Gürcüstanın  Azərbaycanlı  Gənclərinin  İn-

kişafı  Akademiyasının  icraçı  direktoru  Mu-

rad  Muradov:  “Məqsədimiz  Gürcüstanın  ali 

tədris  müəssisələrinin  milli  azlıqlardan  olan 

tələbələrində  vətəndaş  şüurunun  artırılması, 

onların  vətəndaş  inteqrasiyası  prosesinə  və 

ictimai  işlərə  aktiv  və  effektiv  qoşulmalarını 

təmin etmək, gürcü həmyaşıdları ilə ünsiyyət 

qurmaqda kömək etmək, gənclərdə dövlətçilik 

şüurunun  və  hisslərinin  artırılmasını  təmin 

etməkdir. Eyni zamanda layihədə Gürcüstanın 

müxtəlif ali tədris müəssisələrində təhsil alan 

milliyyətcə  gürcü  tələbələr  də  iştirak  edir. 

Layihə  3  ay  davam  edəcək  və  onda  başqa-

başqa etnik qruplardan olan 40 tələbə, həmçinin 

“1+4” proqrami ilə təhsil alan abituriyentlər də 

iştirak edəcək. Layihənin sonunda iştirakçılara diplomlar təqdim olunacaq”.

Layihə çərçivəsində mühazirələr, seminarlar, debatlar, dövlət və hökumət nümayəndələri ilə görüşlər və eyni 

zamanda, dövlət idarələrinə və strateji obyektlərə tədris səfərləri təşkil olunacaq. 

RegionPress

Marneuli bələdiyyəsində Sereteli-

norqiuli-böyük Muğanlı-II Kosalı 

yolunun yenidənqurma işləri davam edir

 Marneuli bələdiyyəsinin Sereteli-Norqiuli-Böyük Muğanlı-II Kosalı 

yolunun yenidənqurma işləri davam edir. Layihə çərçivəsində 12 km-lik 

yol  hissəsinin  təmiri/as-

faltlaşdırılması  nəzərdə 

tutulur.


Qeyd  olunan  yolun  tə-

mir-bərpa  işlərini  Mar-

neuli bələdiyyəsinin sədri 

Nəbi  Abdullayev,  Mar-

neulinin  icra  başçısı  Me-

rab Topçişvili onun müa-

vini  Teymuraz  Beridze 

gözdən  keçiriblər.  Yerli 

rəhbərliyin nümayəndələ-

ri layihə çərçivəsində işlə 

təmin olunmuş yerlilər ilə 

də söhbət ediblər. Qeyd etmək lazımdır ki, yolun çəkilməsi prosesində 

ümumən 120 nəfər işlə təmin olunub. 

  Sereteli-Norqiuli-Böyük  Muğanlı-II  Kosalı  yolunun  yenidənqurma 

işlərini “Ktsia” MMC həyata keçirir. Yolun infrastruktur layihəsi 2015 

ci ilin aprelində baş-

lanılıb  və  cari  ilin 

sentyabr ayında sona 

çatacaq. Onun smeta 

dəyəri 4 700 000 la-

rini təşkil edir.

  Sözügedən  layi-

hə  nəqliyyat  yolları 

d e p a r t a m e n t i n i n 

maliyyə  dəstəyi  ilə 

həyata keçirilir.



Turac İbrahimova

Sonra  axşam  saatlarında  Gürcüstanın  Müstəqillik  Günü  ilə  bağlı  Cansuq  Kaxidze  adına  Mədəniyyət 

Mərkəzində bayram konserti təşkil olunub. Tədbirdə baş nazir İ. Qaribaşvili, sabiq baş nazir Bidzina İvanişvili, 

Ümumgürcüstan patriarxı və katalikosu II İlya və hökumət üzvləri, xarici diplomatik korpusların nümayəndələri 

iştirak ediblər.

Mayın 26-da  saat 21 radələrində Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidəki Mtasminda parkında 

Müstəqillik  Günü  münasibətilə  rəsmi  qəbul  keçirib.  O,  tədbirdəki  çıxışında  Müstəqillik  Gününün  tarixi 

əhəmiyyətindən danışıb və Gürcüstanın demokratik yol ilə inkişaf etdiyini bildirib. 

Tədbirdə  Gürcüstan  hökumətinin  üzvləri,  parlament  və  dipkorpus  nümayəndələri,  xarici  ölkə  səfirliklərinin 

hərbi  attaşeləri, ABŞ, Azərbaycan, Yaponiya  və  digər  diplomatik  korpus  rəhbərləri  iştirak  ediblər.  Tədbirdə 

atəşfəşanlıq təşkil olunub.

***


Mayın  26-da  azərbaycan-

lıların yığcam yaşadığı Mar-

neuli  rayonunun  mərkəzin-

də  də  geniş  tədbirlər  təşkil 

olunub.  Tədbirlərdə  müha-

ribədən  fragmentlər,  mü-

haribə  qəhrəmanlarının 

rəsmləri,  foto  sərgi,  "Mar-

neulini yaşıllaşdır!" aksiya-

sı  cərcivəsində  gül  və  tə-

rəvəz  sərgisi,  uşaqlar  ücün 

əyləncə proqramları, gür-cü 

və  Azərbaycan  rəqsləri  ifa 

edilib, attraksionlar və sonda 

yerli mügənnilər və məktəb 

şagirdlərinin iştirakı ilə qala 

konsert keçirilib.

Tədbirdə  Kvemo  Kartli 

qubernatorunun  müavini 

Ramin  İsmayılov,  Mar-

neuli  bələdiyyəsinin  sədri 

Nəbi  Abdullayev,  İcra 

başçısı  Merab  Topçişvili, 

onun  müavini  Kamandar 

İsmayılov  və  Marneuli  bə-

lədiyyəsinin  digər  rəhbər 

şəxsləri  də  iştirak  edərək 

vətəndaşları  müstəqillik 

günü  münasibəti  ilə  təbrik 

etdilər.


n.Məmmədzadə

Ulu öndər Heydər Əliyevin xatirəsi 

Gürcüstanda ehtiramla anılıb

Azərbaycanın  Gürcüstandakı  səfiri  Azər  Hüseyn,  səfirliyin  və  kon-

sulluğun əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə 

də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycanın şirkətlərinin, Mar-

neulidəki  Azərbaycanlıların  Mədəniyyəti  Mərkəzinin,  “Borçalı  İrəli” 

İctimai  Birliyinin,  şəhər  ictimaiyyətinin  nümayəndələri,  azərbaycanlı 

tələbələr mayın 10-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına 

gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad 

ediblər.

Sonra  tədbir  iştirakçıları  Rustavi  şəhərinə  gedərək  Ümummilli  Li-

derin  xatirəsini  ehtiramla  yad  ediblər.  Ulu  Öndərin  adını  daşıyan 

parka toplaşanlar Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər 

düzüblər.

Gürcüstanda Müstəqillik Günü 

qeyd olunub 

 

(Əvvəli səh. 1-də)


Ölkəiçi

№08 (183) 29.05.2015

3

Gündəm

№08 (183) 29.05.2015

2

Dünya bankı Gürcüstana 

120 mln. dollar ayırıb

 

Gürcüstan hökuməti ilə Dünya Bankı arasında iki müqavilə imzalanıb.

Müqaviləni  Gürcüstan  maliyyə  naziri  Nodar  Xaduri  ilə  Dünya  Bankının 

Cənubi Qafqaz üzrə regional direktoru Henri Keral imzalayıblar.

Anlaşmaya əsasən, dövlət və özəl sektorlarda islahatların həyata keçirilməsi 

üçünGürcüstana 120 milyon dollar ayrılıb. Vəsait Gürcüstan hökumətinə Av-

ropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə veriləcək.  

Tədbirdə  N.  Xaduri,  H.  Keral,  habelə  Gürcüstan  iqtisadiyyat  və  davamlı 

inkişaf nazirinin müavini İrma Kavtaradze çıxış ediblər. Bildirilib ki, ayrılan 

vəsait dövlətin maliyyə səmərəliliyinin təkmilləşdirilməsi, inklüziv siyasətin 

səviyyəsinin yüksəldilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, büdcə 

planlaşdırılması  və  dövlət  xidmətinin  formalaşdırılması  üzərində  nəzarət, 

kapital  bazarının  inkişafı,  biznes-mühit  və  özəl  sektorun  iqtisadi  rəqabəti-

nin  gücləndirilməsi  və  digər  sahələrdə  islahatların  həyata  keçirilməsinə 

yönələcək. 



Gürcüstanda etnik azlıqların mədəniyyət 

nümunələrinin sərgisi açılıb 

 

Gürcüstan paytaxtındakı Qafqaz Evində Dünya Mədəniyyətinin Rəngarəngliyi Gününə həsr olunmuş 

sərginin açılışı olub.

Sərgi Tiflisdəki Mirzə Fətəli Axundov adına 

Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan 

Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirli-

yi tərəfindən təşkil edilib.

Sərginin açılışında Gürcüstan mədəniyyət və 

abidələrin mühafizəsi naziri Mixail Qiorqadze, 

Gürcüstan  barışıq  və  vətəndaş  bərabərliyi 

məsələləri üzrə dövlət naziri Paata Zakareişvili 

və digər rəsmi şəxslər iştirak ediblər. Sərgidə 

Gürcüstandayaşayan  etnik  azlıqlar  sayılan 

kistinlər,  çeçenlər,  osetinlər,  azərbaycanlılar, 

yezidi  kürdlər,  ermənilər,  yəhudilər,  çexlər, 

almanlar  və  latviyalılar  öz  mədəniyyət 

nümunələrini, xalça və musiqi alətlərini təqdim ediblər.

Tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi adından nazir M. 

Qiorqadzeyə Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunmuş "Leyli və Məcnun” poeması kitabı hədiyyə 

edilib.


Yanacağın qiyməti yenə qalxdı

Qiymətlər  yanacaqların  hər  növündə  2  tetridən  5  tetriyədək  bahalaşdı.  Lukoil-in  rəhbəri  Şalva 

Mişveladze İPN-nə verdiyi müsahibəsində bildirib ki, yanacağın bahalaşma tendensiyası yenə davam 

edəcək.

 “Bizim şəbəkədə qiymətlər hər bir yanacaq növündə 5 tetri bahalaşdı. Bu bahalaşma tendensiyası yene 

davam edir, hansı ki bizim biznes üçün heçdə yaxşı hal deyil”,- deyə Şavleq Mişveladze açıqlama verib.

Hal-hazırda “Lukoil”yanacaqdoldurma mərkəzində qiymətlər belədir:  Euro Super 2.14 tetri, Premium 

Avantgarde - 2.04 tetri, Euro Regular - 1.88 tetri, Euro Die-

sel- isə 2.04 tetridir.

27-dan “Gulf”-da da qiymətlər  bahalaşıb, şirkətinin  rəhbəri  

Nino Gibladzenin verdiyi məlumata əsasən, qiymətlər hər 

bir yanacaq növündə 2 tetridən 4 tetriyədək  qalxıb. 

”Gulf Georgia”-da hal-hazırda qiymətlər belədir, G-force 

Premium- 2.09 tetri, G-force Euro Regular- 2.02 tetri, Reg-

ular 1.92 tetri, Euro Diesel - 1.91 tetri, G-force Euro Diesel-

isə  2.09 tetri təşkil edir.

  ”Rompetroleum”  şirkətinin  müştəriləri  isə  bu  qiymətə 

yanacaqdan istifadə edə bilərlər: Efix Super Euro - 2.18 tetri, Efix Euro Premium - 2.08 tetri , Euro regular 

- 1.88 tetri, Efix Euro Diesel - 2.11tetri, Euro Diesel - 1.91 tetri.

“SOCAR Georgia petroleum” müştəriləri isə bu qiymətlərlə yanacaqdan istifadə edəcəklər :

Super  2.14 tetri, Nano Premium- 2.04 tetri , Euro regular- 1.93 tetri, Nano Regular- 1.90 tetri, Nano Die-

sel- 1.89 tetri,  Euro diesel- isə  2.07 tetri təşkil edir.

Gürcüstan prezidenti azərbaycanlı 

həmkarını Respublika Günü 

münasibətilə təbrik edib

 

Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı həmkarı İlham Əliyevi Res-



publika Günü münasibətilə təbrik edib.

Təbrikdə  deyilir:  "Zati-aliləri,  Sizi  Respub-

lika Günü münasibətilə ürəkdən təbrik edirəm. 

Azərbaycan xalqı öz dövlətçiliyinin qorunması 

naminə  çox  sınaqlara  sinə  gərib  və  uğurlu, 

sabit və müstəqil dövlətini yaradıb. Bu gün biz 

aydın  görürük  ki,  ölkəniz  tərəqqi  ilə  irəliləyir. 

Mən  qətiyyətlə  inanıram  ki,  sizin  preziden-

tliyiniz  dövründə  biz  gələcəkdə  Azərbaycan 

Respublikasının  daha  böyük  uğurlarının  və 

inkişafının şahidi olacağıq. Ölkələrimiz arasında 

sıx tarixi əlaqələri nəzərə alaraq, mən ümid edirəm ki, biz birlikdə gələcəkdə Gürcüstan 

və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. Bu 

dostluğun xalqlarımızın rifahı naminə davam edəcəyinə əminəm.

Mən  fürsətdən  istifadə  edib  Gürcüstanın  suverenliyi  və  ərazi  bütövlüyünü  daim 

dəstəklədiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Zati-aliləri,  icazə  verin,  dost Azərbaycan  xalqına  dərin  hörmət  və  ən  xoş  arzularımı 

bildirim", deyə təbrikdə bildirilib.



İlham Əliyev Gürcüstan Prezidenti Georgi 

Marqvelaşviliyə 

təbrik məktubu 

ünvanlayıb

Təbrikdə  deyilir:  "Gürcüstanın  milli 

bayramı – Müstəqillik günü münasibətilə 

Sizi və bütün xalqınızı şəxsən öz adımdan 

və  Azərbaycan  xalqı  adından  ürəkdən 

təbrik edirəm.

Azərbaycan  ilə  Gürcüstanı  dərin  tarixi 

kökləri  olan  çoxəsrlik  dostluq  və  meh-

riban  qonşuluq  münasibətləri  birləşdirir. 

Əlamətdar  haldır  ki,  istər  ikitərəfli  qay-

dada,  istərsə  də  regional  və  beynəlxalq 

qurumlar çərçivəsində qarşılıqlı etimad və 

dəstəyə əsaslanan dövlətlərarası əməkdaşlıq münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf 

edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm  ki,  həyata  keçirdiyimiz  irimiqyaslı  iqtisadi  layihələr  xalqlarımızın  rifahına, 

ölkələrimizin tərəqqisinə, regionumuzda sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm 

töhfələr verəcəkdir.

Belə  bir  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  qardaş  Gürcüstan 

xalqına sülh və firavanlıq arzulayıram".

Gürcüstan Olimpiya Komitəsi: 

Azərbaycanın ilk Avropa Oyunlarını 

keçirməyə tam haqqı var 

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının nəinki Azərbaycan, bütün region 

üçün böyük əhəmiyyəti var. Bu barədə Gürcüstan Milli Olimpiya Komitəsinin 

birinci vitse-prezidenti, Bakı-2015 Avro-

pa Oyunlarında Gürcüstan missiyasının 

rəhbəri Elquca Berişvilli deyib.

E.Berişvilli  bildirib  ki,  Azərbaycanın 

ilk, tarixi Avropa Oyunlarını keçirməyə 

tam  haqqı  var:  "Ölkə  idman  sahəsinə 

böyük  diqqət  göstərir,  burada  yaxşı 

inkişaf  etmiş  idman  infrastrukturu  var, 

azərbaycanlı  idmançılar  bütün  yarış-

larda, o cümlədən ən vacib - Olimpiya 

Oyunlarında uğurla çıxış edir”.

Onun  sözlərinə  görə, Azərbaycan Av-

ropa Oyunlarını yüksək səviyyədə keçirməyə hazırdır: “Ümid edirik ki, bizə 

qonşu və dost olan Azərbaycanın təşkil edəcəyi Oyunlar yüksək qiymət ala-

caq. Bakıdakı Oyunlardan sonra Tbilisidə Avropa Yeniyetmələrinin Olimpi-

ya Festivalı keçiriləcək. Bu tədbir Bakıdakı tədbir səviyyəsində deyil, ancaq 

festivalda iştirak etmək üçün 50 Avropa ölkəsindən Gürcüstana təşrif buyura-

caqlar. Beləliklə, regionumuz Avropa idman mərkəzinə çeviriləcək”.

E.Berişvilli, həmçinin Gürcüstanın yaxşı nəticələr göstərəcəyinə ümid etdi-

yini bildirib: “Avropa Oyunlarında 105 gürcü idmançı iştirak edəcək. Onların 

arasında bizim ən güclü cüdoçu və güləşçilərimiz də olacaq".



azərbaycan Respublikası Dövlət neft Şirkətinin (SOCaR) Gürcüstanda karbamid zavodunun 

tikintisi layihəsinin həyata keçirilməsinin dayandırılması neft bazarındakı proseslərlə bağlıdır

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

D.Məmmədov bildirib ki, bu layihənin reallaşdırılması özünümaliyyələşdirmə hesabına baş verməlidir: "Onun maliyyələşdirilməsi qismən sa-

hibkarlar, qismən də bank kreditləri hesabına həyata keçirilməlidir. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi SOCAR-ın ölkə daxilində 

bəzi layihələrinin həyata keçirilməsini yubandırır. Bununla yanaşı, Gürcüstan bazarında vəziyyət bizimkindən tam fəqlənir, orada bazar olduqca 

mürəkkəbdir".

Onun  sözlərinə  görə,  dünyada  karbamid  məhsullarının  qiyməti  də  kəskin  ucuzlaşıb  ki,  bu  da  Gürcüstan  üçün  layihəni  maliyyələşdirməyi 

çətinləşdirdi: "Ölkə hökuməti layihənin reallaşdırılmasında maraqlıdır, çünki həmin layihə yeni iş yerlərinin açılmasını, yeni məhsulun istehsalını, 

büdcəyə gəlirlərin daxil olmasını nəzərdə tutur. Bununla belə, SOCAR yalnız öz hesabına layihəni maliyyələşdirməyi planlaşdırmır. Biz müəyyən 

hissəni artıq maliyyələşdirdik, lakin Gürcüstan tərəfindən maliyyələşdirmə bir qədər çətinləşdi ki, bu da layihənin reallaşdırılmasını dayandırdı".


Каталог: images -> Xeber
images -> Задачами модуля являются
images -> Сагітальні аномалії прикусу. Дистальний прикус. Етіологія, патогенез, клініка та діагностика дистального прикусу
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на проведение ортодонтического лечения
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на пародонтологическое лечение
images -> Yazılım Eleştirisi
Xeber -> Səh. 2-də Səh. 8-də Səh. 5-də Səh. 10-da İbrahimxəlil r e g I
Xeber -> Musa nəBĠOĞLU


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə