Gürcüstanda Müstəqillik Günü qeyd olunub


 — Roma imperatoru Yulian (Ju- lian) Sasani ordusuna qalib gəlib. 1453



Yüklə 3.1 Mb.
Pdf просмотр
səhifə2/5
tarix31.01.2017
ölçüsü3.1 Mb.
1   2   3   4   5

363 — Roma imperatoru Yulian (Ju-

lian) Sasani ordusuna qalib gəlib.



1453 — Sultan II Mehmedin başçılığı 

altındakı  Osmanlı  ordusu  İstanbulu 

fəth  edərək  Bizans  dövlətinə  son 

qoyub.


1727 — II Pyotr Rusiya çarı olur.

1848 — Viskonsin ABŞ ştatı olur.

1918 — Azərbaycan parlamenti (Mil-

li Şura) Antanta dövlətlərinin davamlı 

təzyiqlərindən  sonra Azərbaycan  şə-

həri  İrəvanın  Ermənistana  verilməsi 

haqda qərar qəbul edir.

1924 — İspaniyada Rayo Vallekano 

(Madrid) klubunun əsası qoyulub.



Mənəviyyat

№08 (183) 29.05.2015

5

Dünya

№08 (183) 29.05.2015

4

“Eurovision-2015” mahnı 

müsabiqəsinin qalibi 365 

xalla İsveç təmsilçisi Mons 

Selmerlev olub 

  

49  xal  toplayan Azərbaycan  təmsilçisi  Elnur  Hüseynov  mü-

sabiqədə 12-ci yeri tutub.

Mayın 23-də Avstriyanın Vyana şəhərində "Wiener Stadthalle" 

arenada  “Eurovision-2015”  mahnı  müsabiqəsinin  final  şousu 

keçirilib.

Final mərhələsində 27 ölkə təmsilçisi öz səhnə perfomanslarını 

nümayiş etdiriblər.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq 

“Hour of the Wolf” mahnısını səsləndirib.  

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq mahnılarını 

ifa ediblər:

1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britani-

ya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. 

Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. 

Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 

21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. 

Rusiya, 26. Albaniya, 27. İtaliya.

Beləliklə, “Eruovision-2016” yarışması İsveçdə baş tutacaq.

İstidən ölənlərin sayı 

1118 nəfərə çatdı

 

Hindistanda  50  dərəcəyə  çatan  istilər  səbəbindən  ölənlərin 



sayı 1118 nəfərə çatıb.

Məlumata görə, Hindistan rəsmiləri ölü sayının artacağını bildi-

rib.  Qərbi Benqal və Orissa ərazilərində 24 nəfər, 46 dərəcə isti 

olan Telangana  ştatında isə 226 nəfər dünyasını dəyişib.

Hindistan  Meteorologiya  İdarəsi  Orissa,  Jarkhand  və  Andra 

Pradeş ştatlarında 45 dərəcədən artıq istilərin olacağını bildirib. 



Kraliçadan qalmaqallı açıqlama

Böyük Britaniya kraliçası II Yelizaveta hökumətin ölkənin Avropa Birliyinə üzvlüyü ilə bağlı 

referendum keçirilməsi barədə qanun qəbul edəcəyini bildirib.

Kraliça  bu  haqda  ölkə  parlamentində  çı-

xışında  deyib.  II Yelizaveta  referendumun 

2017-ci ilin sonunadək keçiriləcəyini qeyd 

edib.

“Mənim ölkəm Birləşmiş Krallığın Avro-



pa Birliyi ilə münasibətlərinə yenidən baxa-

caq və bütün üzv ölkələrin xeyri, maraqları 

naminə bu birlikdə islahatlara çalışacaq”, - 

deyə kraliça II Yelizaveta vurğulayıb. Kra-

liça həmçinin qeyd edib ki, Böyük Britani-

ya  Ukraynanın  şərqindəki  vəziyyətə  görə, 

Rusiyaya təzyiqləri davam etdirəcək.

Bildiririk ki, mayın 7-də Böyük Britaniyada keçirilən parlament seçkisində baş nazir David Ke-

meronun mühafizəkar partiyası qalib gəlib.

Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilməsi onun seçkiqabağı vədlərindən biri olub. 



Stoltenberq: 

“Hərbi əməliyyatlar bərpa oluna bilər”

 

Ukraynanın şərqində atəşkəs rejimi pozulmaqda davam edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-

nun baş katibi Yens Stoltenberq bəyan edib.

Vaşinqtonun  beynəlxalq 

və  strateji  araşdırmalar 

Mərkəzində  çıxış  edən  

Y.Stoltenberq  qeyd  edib 

ki,  bölgədə  hər  an  hərbi 

əməliyyatlar  bərpa  olu-

na  bilər:  “Bu  səbəbdən 

mən  ABŞ,  Almaniya  və 

Fransanın  səylərini  tam 

dəstəkləyirəm. Böhran si-

yasi yolla həll olunmalıdır. 

Sülhün  yolu  isə  Minsk 

razılaşmalarının  yerinə 

yetirilməsidir”.

NATO-nun baş katibi Rusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda 

ittiham edib: “Rusiya qondarma Donetsk və Luqansk xalq respublikalarına 

yardım  göstərir,  Krımı  ilhaq  edərək  və  silahlılara  fəal  dəstək  verərək 

beynəlxalq hüququ pozur”.   Y.Stoltenberqin sözlərinə görə, Ukraynada baş 

verənlər Avropa qitəsində təhlükəsizliyin əsaslarını sarsıdır.

Toni bleyer istefa verdi

 

Sabiq İngiltərə baş naziri Toni Bleyer Yaxın Şərq Kvartetinin Xüsusi Nümayəndəliyi 



vəzifəsindən istefa verib.

Məlumata  görə,  İsrail-Fə-

ləstin  probleminin  həlli  üçün 

ABŞ,  AB,  BMT  və  Rusiya 

tərəfindən yaradılan Yaxın Şərq 

Dördlüyündə  təxminən  8  ildir 

xüsusi nümayəndə olan Bleyerin 

istefasının səbəbi açıqlanmayıb.

Qeyd  edək  ki,  Böyük  Bri-

taniyanın  1997-ci  ildən  2007-

ci ilədək 73-cü Baş Naziri olan 

Toni Bleyer Leyboristlərin tari-

xində ən çox partiya liderliyin-

də qalmış şəxsdir.

XX  əsrdə  ancaq  Bleyerr  və  Marqaret  Tetçer  üç  seçki  nəticəsində  hakimiyyətdə 

qalıblar.



Vaşinqton meri 28 

mayı azərbaycan 

Milli Günü elan etdi

 

Vaşinqton  şəhərinin  meri  Müryel  Bouzer  (Muriel 



Bowser) 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında 

rəsmi  olaraq  Azərbaycan  Milli  Günü  elan  edilməsi 

barədə Bəyanat imzalayıb.

Azərbaycanın ABŞ-dakı  səfirliyindən APA-ya  verilən 

məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  dünyəvi  mü-

səlman  Demokratik  Respublikası  olduğu,  bütün  və-

təndaşlarına  bərabər  hüquqlar,  o  cümlədən  qadınlara 

seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman 

ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli 

strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 

milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki 

28 may tarixini Milli Gün kimi qeyd edir.

ABŞ  paytaxtında  28  may  tarixinin Azərbaycan  Milli 

Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda 

ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 

mayın Azərbaycan Milli Günü elan edilir.

Qeyd  edək  ki,  keçən  ilin  sonu  Vaşinqtonun  meri 

seçilmiş  M.Bouzer  şəhər  tarixinə  bu  vəzifəyə  seçilmiş 

ikinci qadın kimi düşüb. 



“Qazprom” rəhbəri: 

Ukraynanın qaza görə 

Rusiyaya 29 mlrd dollar 

borcu var

  Ukraynanın  qaza  görə  Rusiyaya  ümumi  borcu  bu 

günə 29 mlrd dollar təşkil edir.

APA-nın  “RİA  Novosti”yə  istinadən  verdiyi  xəbərə 

görə, bu barədə Rusiyanın “Qazprom” holdinqinin rəhbəri 

Aleksey Miller bildirib.

 “Ukraynanın “al və ya ödə” cərimələri ilə bağlı qaza 

görə borcu bu günə 29,477 mlrd dollar təşkil edir, bunun 

2,604 mlrd dolları 2013-2014-cü illərdə tədarük olunan 

qaza  görə  borc  və  üstünə  hesablanan  peniyadır  (faiz)”, 

deyə o bildirib.        

  Millerin  sözlərinə  görə,  borcun  200  mln  dolları 

Ukraynanın  cənub-şərqinə  tədarük  olunan  qaza  görə 

yaranan borcdur: “Bu tədarüklərə görə “Naftoqaz Ukray-

na”  bizə  ödənişlər  etmir”.  Onun  sözlərinə  görə,  borcun 

qalan hissəsi 2012, 2013 və 2014-cü illər üzrə “al və ya 

ödə” sxemi üzrə cərimələrdən ibarətdir.


Böyük  intellektual  təfəkkürə  malik  olan  Fikrət  Mursaqulov 

haqqında  çoxdan  eşitmişdim.  Hətta  “Borçalıdan  keçən  yol-

lar”  almanaxında  onun  iki  şeirini  oxumuşdum.  Güclü  erudik 

qabiliyyətə  malik  olan  bu  insan  həyatı  boyu  öz  yaradıcılıq 

manerası  ilə  müasirlərini  heyrətləndirmişdir.  Onun  dünyaya 

baxışı saf poeziya bulağından süzülüb gələn ürəyinin çırpıntıları 

ilə  həmahəng  səslənirdi.  Onun  poeziya  yollarındakı  addımları 

mətinliyi  ilə  diqqəti  çəkirdi.  Bəlkə  də  poeziya  Fikrətin  həyat 

yolunun yoldaşı idi. Fikrət Mursaqulov dünya işığına həsrət qal-

sa da, onun elm və poeziya aləmindəki uğurları yoluna həmişə 

işıq  salmışdır.  Ürəyindən  gələn  poetik  mənlik  onun  mənliyini 

yüksəklərə qaldıra bilmişdir. 

Böyük  rus  yazıçısı  Qoqol  göstərirdi  ki,  həyat  reallığı  yazıçı 

həyatının güzgüsünə çevrilməlidir. Bu reallıq həyat həqiqətlərini 

əks etdirəndə yazıçı və şairin həyatı irəliyə doğru xalq içərisində 

addımlayır. Məhz Fikrətin yaradıcılığı da bu qəbilədəndir. 

Həm də Fikrət həyatda olan reallıqları gözləri ilə yox, ürəyi ilə 

duymuşdur. O, dünyaya ürəyi ilə baxıb, yazıb, yaratmışdır. Özü 

də necə?!  Həyatın bütün incəliklərini duya-duya... 

Deyirlər  həqiqi  poeziya  heç  vaxt  ölmür.  Neçə  ki,  onun  xalqı 

yaşayır,  həqiqi  poeziya  da  həmişə  yaşar  olur  –  həmişəyaşıl 

ağaclar kimi. 

Bizə  belə  gəlir  ki,  Fikrətin  poetik  tutumlu  yazıları  həyat 

uzandıqca daha da pərvazlanır: 



Tuş gəldimi sana yağı qarğışı,

Yolladımı yığvalina qar qışı? 

Çox budadın yağış günü qar qışı,

Dillənəndə hey dilədin yaz günü. 

Sən olanda qalaların dustağı,

Təpələndi ömrün-günün duz dağı,

Ovulanda göz yaşının duz dağı,

Gözlərini çoxlu sardı yaz günü.

 

Göründüyü  kimi  şairin  dərin  poetik  imkanlara  malik  olduğu-



nun  şahidi  olursan.  Şairin  “Bu  Tiflis”  şeiri  bu  cəhətdən  daha 

səciyyəvidir: 



Bu Tiflisin yolunu bilməsən,

Gözəlliyi harda gəzə bilərsən? 

Bu Tiflisin dilini bilməsən,

Küçələrində aza bilərsən.

Bu Tiflisin hamamları,

Çayxanaları olmasa,

Bu Tiflisi

Bir özgə yerə yozardın,

Bu Tiflisi Tiflislikdən pozardın. 

Əsl ürəkdən süzülən misralardır. Fikrət heç vaxt özünü poeziya 

aləmində “dərdli”, “qəmli” saymayıb, buna ehtiyac da duymayıb. 

Bəlkə də taleyin və böyük Allahın ona bəxş etdiyi çatışmazlıqlarla 

barışıb... 

Həyata  ürəyi  ilə  yanaşıb.  Ona  bu  əməldə  ulu  Tanrı  kömək 

etmişdir. 

Baxın, görün Fikrət “Hanı məktubun sorağı” şeirində necə gözəl, 

düşündürücü epizodlar yaratmışdır: 

Səmtini dəyişdi

Məktubunu mənə gətirən təyyarə?

Sözlərin yıxılıb haçalandımı,

Məktubunu mənə gətirən təyyarə ilə birgə? 

Yolundanmı çıxdı

Məktubunu mənə gətirən qatar? 

Sətirlərin cırıla-cırıla

Qırılıb ovxalandımı,

Məktubunu mənə gətirən qatarla birgə?

Bəlkə məktubunu mənə gətirmək üçün,

Nə havaya təyyarə qalxıb,

Bəlkə də 

Elə sən özün 

Şübhəmdən keçən 

Təyyarəyə dönmüsən.

Şübhəmdən keçən 

Qatara çevrilmisən,

Sənə yolladığım məktubdan öncə? 

Görünür ki, şair kimdənsə məktub gözləyir. Lakin ümidi boşa 

çıxır.  Bu  ümidi  reallığa  çevirməyə  nail  ola  bilir  –  poeziya  dili 

ilə. Belə nəticə hasil olur ki, onun sevincinə şərik olmağa çağırır 

kimi isə... 

Kim bilir, bəlkə, ürəyində sevdiyi sevgilisinə gileylənir...

Əlbəttə, Fikrətin poeziyasını böyük dahilərin poeziyası ilə bir 

araya qoymaq olar: 



Bu gələn yaşıl yazın

Bizə sözü bir nazdı,

Bu gələn yaşıl yazın

Gətirəni bir sazdı. 

Bu yaz bir sözə gəldi,

Bu naz bir saza gəldi.

Bu gələn yaşıl yazın

Bülbülü bizə gəldi. 

Və nəhayət, bu yaz Fikrət 60 yaşında doğma Borçalıya gəldi, 

özü də təmənnasız. 

...Gərək ki, onu sevə-sevə oxuya Borçalılar!..



Elxan Əsgərov  

Mənəviyyat

№08 (183) 29.05.2015

5

Dünya

№08 (183) 29.05.2015

4

İbrahimxəlil süfrəsi

(inversiya)

Mən də deyirəm, ey dad-bidad, görəsən o adam 

niyə  vaxtının  çoxunu  xüsusi  parçadan  tikilmiş 

süsənli süfrə başında keçirir? Sən demə, süfrədə 

oturmaq  nə  dünya  illərinə,  nə  də  axirət  illərinə 

qarışmırmış.  Baxın,  bu  barədə  “Əl-İxtisas”  nə 

yazır: “... süfrədə oturmağı uzadın; çünki həmin 

müddət sizin ömrünüzdən hesab edilmir”.

O adama beş demə, on de, on demə, on beş de, 

nəfsinimi cilovlayacaq? Quli-biyaban qarnını dol-

durmaqla məşğuldur; məlum məsələdir ki, qarnını 

doldurmağın qeydinə bu qədər qayimməqam qa-

lan kəs qarnını halalla necə doldurursa, haramla 

da  o  cür  doldura  bilər.  Pakı-təmizi  natəmizdən 

ayırmağa vaxtımı var? 

Süfrəyə dəvət edən də ona Allaha xatir yemək ve-

rir; özü də nə mükafat istəyir, nə də təşəkkürlər... 

Amma o adam iki qardaşın – əvvəlcə İbrahimin, 

sonra da Xəlilin süfrəsinə dadanantək, kənddə az 

qala  hamı  İbrahimxəlil  süfrəsindən  danışmağa 

başladı. Əlbəttə, İbrahimxəlil olaraq, söhbət mə-

nim  süfrəmdən  getmir.  Söhbət  unudulmaz  türk 

müğənnisi  Barış  Mançonun  mahnı  da  qoşduğu 

Xəlil-İbrahim süfrəsindən (Halil-İbrahim sofrası) 

gedir. Sadəcə olaraq mahnının bir neçə misrasını 

xatırlatmaqla kifayətlənirəm:



İllərdir sürüb gedən bir pay alma çabası...

...hələ çatal bıçak, qaşıq icad edilməmişkən,

İsmayıla enən qoç qurban edilməmişkən

bir qovğa başlamış ki, nəsib qismət uğruna...

...ağzı açıq gözü toxlar buyursunlar baş köşəyə:

buyurun, dostlar, buyurun Xəlil-İbrahim süfrəsinə...

Əlbəttə, unudulmaz Barışın mahnısından dolayı, 

o  adama  Xəlil-İbrahim  süfrəsinin  mənasını 

çatdırmaq istəyənlər də tapılıb. Amma o adam da 

qayıdıb deyib ki, yaxşı bilirəm ki, bu işlər, bu “kirvə 

payının  qabağını  qaytarmaq”  İbrahim  və  Xəlil 

qardaşlarının yox, o şair dediyiniz İbrahimxəlilin 

işidir. O getsin kitabdan və dəftərdən (qələmi və 

qələmin ucundakı ümidi nədənsə unudub) savayı 

heç nə tapılmayan süfrəsinin dərdini çəksin! 

Burası aydındır ki, “Allahın sevimlisi” mənasında, 

əlbəttə, hər İbrahim “Xəlil-Xəlilullah” ola bilməz! 

Yəni həzrət İbrahimin (ə) qonaqpərvərliyi, hətta 

qonaq  olmayanda  süfrəyə  oturmadığı  və  evdən 

qonaq  axtarmağa  çıxmağı  bütün  insanlıq  üçün 

belə, bir üstünlük-istisna deyilmi? Üstəlik, həzrət 

İbrahim (ə) bircə nəfər qonağının üzünə çəkmədi 

ki,  ey  bəni-adam,  qövmüm  bütpərəst  olan  vaxt-

lar,  yetkinlik  yaşıma  qədər  təcrid  olunub  tənha 

yaşamağım yadındadırmı? Hələ atəşə verilməyimi 

demirəm.  Ey  bəni-adam,  bunuca  bil  ki,  oğlum 

İsmayılı  sənə  görə  yox,  Allahıma  görə  kəsmək 

qərarına gəlmişdim. 

İndi  mən  eşidəndə  ki,  o  adamın  tez-tez  qonaq 

olduğu iki qardaşın – əvvəlcə İbrahimin, sonra da 

Xəlilin  süfrəsi  quruya  qalıb,  yəni  qədim-qayım 

Xəlil-İbrahim  süfrəsitək,  bir  ucdan  aşıb  daşmır, 

anbarları  bərəkətlə  dolmur,  səxavəti  sellənmir... 

onda qələm tutan barmağımı dişlədim: and olsun 

qələmə və yazılanlara!



P.S.

İnsanoğlu  yoxsul  olan  kəsi  süfrəsinin  baş 

köşəsində əyləşdirir. Qəlbi, nəfsi yoxsul olanı isə 

Allahın fəzilətinə ismarlayır...

İbrahimxəlil

Fikrət Mursaqulov-60 

Dünyaya ürəyi ilə baxan şair

İstanbul’un Fethi (29 Mayıs 1453)

Bugün 29 Mayıs 2015, İstanbul´un Fethi´nin 562. yılı. Bizans İmparatorluğu´nun başkenti olan İstanbul (Bizans)‚ Fatih Sultan Mehmet 

tarafından 53 gün süren bir kuşatmadan sonra 29 Mayıs 1453´te fethedilmiştir. Tarihin çeşitli dönemlerinde birçok devletler tarafından 28 defa 

kuşatılmalara karşı koyan İstanbul´un aşılması güç olan ünlü surları‚ 29 Mayıs 1453 tarihinde aşılmış ve İstanbul (Bizans) fethedilmiştir.

Fatih Sultan Mehmet (II. Mehmet)‚ Sultan II. Murat´ın oğlu olarak 1431 yılında Edirne´de dünyaya geldi. Edirne‚ İstanbul´un fethinden 91 

yıl önce fethedildiğinden (1362) dolayı‚ İstanbul´un fethine kadar Osmanlı Devleti´nin başkentiydi. Babasının inzivaya çekilmesi sebebiyle 

tahtını oğluna bırakması üzerine II. Mehmet‚ 13 yaşında padişah olmuştur. Osmanlı tahtına 13 yaşında bir çocuğun geçmesini fırsat bilen batı‚ 

ordu toplayıp Osmanlı Edirne üzerine yürümeye başlar. Bunu haber alan padişah Sultan II. Mehmet‚ o ünlü mektubunu babasına yazar.

Sultan Mehmet, mektubunda, babasına hitaben şöyle der;

-Baba‚ padişah sen isen‚ ordunun başına geç! Yok eğer padişah ben isem‚ emrediyorum ordunun başına geç!

Babası Sultan II. Murat Manisa´dan‚ başkent Edirne´ye gelerek tekrar tahta geçer ve haçlı ordularını bozguna uğratır.

1451 yılında Sultan II. Murat´ın ölümü üzerine 19 yaşında olan oğlu II. Mehmet, 

ikinci defa tekrar tahta çıkar. Tahta oturduğu günden itibaren Bizans´ı fethetmek 

düşüncesi kafasını meşgul eder. Hatta bu düşünce; “-Ya Bizans´ı alırım‚ ya da Bi-

zans beni alır” diyecek kadar sabit fikir haline gelir. Bu düşüncesini uygulamaya 

koymak için hazırlıklara girişti. Bunun için Edirne´de beş büyük top döktürdü. Her 

bir  topu  60  manda  çekebiliyordu. 350  adet irili ufaklı gemi yaptırarak  güçlü  bir 

donanma meydana getirdi.

Bu hazırlıklar yaklaşık 2 yıl sürdü. Hazırlıklar tamamlanınca da 1453 yılının 6 

Nisan günü‚ 150.000 kişilik bir orduyla Edirne’den gelerek, İstanbul´u kuşattı. 

Günlerce süren yıpratıcı hücumlardan sonra ve kuşatmanın 53. gününde‚ bugünkü 

Topkapı ile Vatan Caddesi arasında bulunan Kale Kapısı denilen bölüm de bulunan 

surlarda açılan gediklerden Türk orduları şehre girerler. İstanbul’un Fethi ile birlikte 

Bizans İmparatorluğu da tarih sahnesinden çekilir.

İstanbul´un Fethi´nin 562. yılı kutlu olsun


№08 (183) 29.05.2015

7

Mədəniyyət

№08 (183) 29.05.2015

6

Bu  günlərdə  bir  məclisdə  ustad Aşıq  Məhəmməd 

Sadaxlının 85 yaşının tamam olacağını eşidib sevin-

dim, sonar da dərhal kövrəldim. 

Sevindim ona görə ki, 85 yaş aşıq üçün, yaradıcı 

insan üçün sənətin kamillik zirvəsinə ucaldığı yaşdı, 

kövrəldim ona görə ki, mən hələ lap uşaq ikən ustad 

aşıq ellərimizdəki toy məclislərində uca boylu, şux 

qamətli,  bahalı  mahud  parçadan  zövqlə  tikilmiş 

qalifeyi aşıq paltarında, enli toqqa kəmərli, par-par 

parıldayan  çığıltılı,  çəkmələrdə  çox  görmüşdüm, 

məclislərdə gözəl və məlahətli səsi ilə oxuduğu aşıq 

mahnılarını  çox  dinləmişdim.  Onun  şəxsiyyətinin 

və sənətinin vurğunu idim. Sonra da fikirləşdim ki, 

fürsətdi,  ustadla  görüşüb,  onu  bəri  başdan  təbrik 

edim, keçdiyi 85 illik ömür yoluna bir ayna tutum. 

Onun xatirələrini öz dilindən eşidim. Bu məqsədlə 

də üz tutdum böyük Sadaxlı elinin Mollaoğlu adla-

nan guşəsinə, ustad Aşığın yaşadığı dogma yurda. 

Həyət-bacada  səliqə-səhman,  bağ-bağça  göz  ox-

şayır,  dağlardan  əsən  sərin  meh  təmizlik,  təravət 

gətirirdi.  Samovar  çayının  ətrinə  bata-bata  ustad 

aşıqla  şirin  söhbətə  başladıq.  Ustad  xatırlatdı  ki, 

Mollaoğlu  kəndinin  adı  əvvəllər  Palıdlı  olub.  İlk 

məskən  salan  molla  oğlu  olub.  Onun  adı  ilə  kənd 

sonradan Mollaoğlu adlanıb. İlk məskunlaşan nəsil 

Daşdəmirli nəsli olub. İndi maşallah, sayılıb-seçilən 

ellərimizdən biridir. 

Ustadın söylədiklərinə söykənəndə məlum olur ki, 

saz çalmağa 11-12 yaşı olanda başlayıb. O zamanlar 

aşıq Hüseyn Saraçlı müvəqqəti olaraq 3-4 il burada 

yaşayıb. Saz sənətinə həvəs və maraq da ustad aşıq 

Məhəmmədə elə bu zaman Hüseyn Saraçlı sazının 

sehri  ilə  yaranıb.  1951-1954-cü  illərdə  əskərlikdə 

olan  ustad  cismən  sazdan  aralı  düşsə  də,  xəyalən 

sazla  bağlı  olub,  ürəyi  dolanda  tənhalığa  çəkilib, 

havalar  uydurub,  misralar  pıçıldayıb.  1954-cü  ildə 

hərbi  xidmətdən  qayıdan  kimi  yollanıb  birbaşa 

ölməz sənətkar ustad aşıq Xındı Məmmədin yanına 

şəyirdliyə.  Saz  sənətinin  sehri  və  sirlərini  ustadın 

dilindən  və  hərəkətlərindən  zərrə-zərrə,  damla-

damla  toplayıb,  mənimsəyib,  özününküləşdirib. 

Və  nəhayət,  məclislərin  birində  püxtələşmiş, 

kamilləşmiş  aşıq  kimi  meydana  çıxıb.  Gözəl  ifası, 

yanıqlı  çalğısı  ilə  adını  Borçalının  məşhur  və  ulu 

ozanlarının siyahısına yazdırıb. 

Həmişə  yanında  olan  sazını  köksü  üstə  kökləyib, 

“Ustadlara  rəhmət”  deyib,  çalmağa  başlayır.  Çal-

dıqca-çalır,  gah  həzin  bulaq  pıçıltısının,  gah  qoç 

Koroğlunun Qıratının kişnərtisi eşidilir sazından. 

Xəyalən zirvəyə qonmuş qartala bənzədirəm ustadı 

bu  an.  Sanki  indicə  geniş  və  qüvvətli  qanadlarını 

açıb, mavi səmanın lap ənginliklərinə uçacaq… 

Özü  haqqında  danışmağa  təvazökarlıqdan  doğan 

xəsisliklə  yanaşır. Amma  elə  ki,  ulu  Borçalı  aşıq-

larından  söz  düşür,  dərhal  ruhlanır,  cana  gəlir,  on-

lar haqqında həvəslə danışır: Daştəpə kəndində iki 

ustad  aşıq  varıydı  –  aşıq  Məmməd  və  aşıq  Şamil, 

özləri də dayıoğlu-mamaoğlu idilər, Soğanlıqda aşıq 

Sadıq,  Seyidiqocalı  kəndində  aşıq  Oruc,  Qırxılıda 

aşıq  Ziyəddin  kimi  məşhur  aşıqlar  var  idi. Amma 

təəssüf  ki,  onlar  haqqında  mətbuatda  məlumatlar 

az  gedir.  Bax,  onlardan  yazmaq,  onları  tanıtmaq 

lazımdır, deyir ustad. 

Sonra  Bəyazidli  aşıq  Məsim  haqqında  şövqlə 

danışmağa  başladı.  Hazırda  mövcud  olmayan  bu 

kənd  keçmişdə  Qırxılı  ilə  Qayaqocalı  kəndləri 

arasında olub, xarabalıqları və qəbiristanlığı indi də 

durur. Aşıq Məsim orada yaşayıb deyə izahat verir 

ustad.  Sonra  yaddaşından  aşıq  Məsimin  iki  şeirini 

vərəqə  köçürüb  mənə  verir.  Qardaşoğlu,  bacarsan 

bax bu şeirləri çap elətdir deyir: 



Aşıq Məsim Bəyazidli: 

Каталог: images -> Xeber
images -> Задачами модуля являются
images -> Сагітальні аномалії прикусу. Дистальний прикус. Етіологія, патогенез, клініка та діагностика дистального прикусу
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на проведение ортодонтического лечения
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на пародонтологическое лечение
images -> Yazılım Eleştirisi
Xeber -> Səh. 2-də Səh. 8-də Səh. 5-də Səh. 10-da İbrahimxəlil r e g I
Xeber -> Musa nəBĠOĞLU


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə