Gürcüstanda Müstəqillik Günü qeyd olunub


P. S. Mən  bəlkə  də  sənə  əslində  sənin  də  bəzi  bildiklərini  söylədim



Yüklə 3,1 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix31.01.2017
ölçüsü3,1 Mb.
#7261
1   2   3   4   5

P. S.

Mən  bəlkə  də  sənə  əslində  sənin  də  bəzi  bildiklərini  söylədim, 

amma bizim dediklərimiz, bildiklərimiz, hətta addımlarımız belə 

üzdədir, dayazdadır. Təkcə Həqiqətin addımları dərinə, dərinliklərə 

işləyir; çox-çox dərinliklərə!..

İbrahimxəlil

ТЕЙМУРЛЯНЭ БАРЯСИНДЯ ФИЛМ

Америка Бирляшмиш Штатларынын «Универсал Пиътурес»  филм истещсал едян ширкяти  Темурлянэ барясиндя филм чякир. Ону 

да  бяри  башдан  гейд  етмяк    йериня  дцшярди  ки,  Щолливудун    бюйцк  кино  дцнйасына  чеврилмясиндя  бу  студийанын  да 

мцяййян ролу вардыр. 

 Щолливудун бу  мцщцм  вя мигйаслы  лайищяси цзяриндя  эцръц 

бястякары    Давид  Йевэенидзе  дя    ишляйир.    Сянятсевярляря  йахшы 

мялумдур  ки,  истедадлы  эцръц  бястякары  Давид  Йевэенидзе      бир 

гайда  олараг  тамашалар  вя  филмляр  цчцн  мусиги  йазыр,  бир  чох 

юлкядя    консертляр  верир,  бейнялхалг    фестивалларда  иштирак  едир. 

Индитйядяк о,  54 филмя мусиги бястялямишдир.  1987-ъи илдя  Нйу-

Йоркда  илк тамашасыны гоймуш вя бир нечя бейнялхалг  мцкафатын 

лауреатидыр. 

Давид  Йевэенидзе  бу  бюйцк  лайищя  барясиндя  вя  бу  лайищяйя 

дцшмяси барясиндя беля дейиб: 

-Бу филмин  продцсери  «Универсал Пиътурес»-ин Русийадакы нц-

майяндяси Девид Ъенкдир. Девид  продцсер  Марта  Магилевскайа-

ны йахшы таныйыр вя  онунла  ишэцзар ялагяси вар.  Мян дя ки, Марта 

иля  ики филм цзяриндя бярабяр ишлямишям. Цмумиййятля,  Москвада  

ики ил  йашадыьым  дюврдя  9 филм вя 5 сериал  цчцн мусиги йазмышам. 

Мящз еля  Марта мяни Девид Ъенкля таныш етди. Бундан сонра  бир бястякар олараг  лайищяйя гатылмаьым мясяляси 

щялл олунду.  Мяним  мусигими американ тяряфи динляди  вя артыг тясдиглянмишдир дя. Ону да гейд едим ки, мювзунун  

характериндян иряли эяляряк, Шярг мусиги алятляриндян дя истифадя етмишям.

Дцшцнцрям ки,  тарихи-  сярэцзяшт жанрында олан мараглы филм  алынаъаг.  Иллащ да ки,  онун ссенариси цзяриндя  мящз 

еля  Оскар мцкафатыны алан, «Гладиатор» филминин ссенарисини  йазан  сяняткар ишляйир. 

Бу лайищядя  Америкадан башга   Теймурлянэин юзцнцн  из бурахдыьы бцтцн  юлкяляр иштирак едир.  Филмдя мцхтялиф 

йаша малик  бир нечя  Теймурлянэ иля  растлашаъаьыг.  Теймурлянэин ян йашлы вахтыны  Ъек Николсон ъанландыраъаг.   

Йцксяк  бцдъяли    лайищянин  дяйяри  400  милйон  доллардан  артыгдыр.  Бахаг,  эюряк,  неъя    баша  чатдырылаъаг.    Мян 

мусигинин чох щиссясини  артыг  йазмышам. 

 Теймурлянэин щяйат вя  фяалиййятинин щансы мцстявидя эюстярилмяси, щансы бахымлардан тящлили щяр щалда бизим цчцн 

дя  мараглыдыр. 

                                                                                        Мирзя Мяммядоьлу 

Təbrik edirik! 

beynəlxalq akademiyaya üzv seçilmişdir

  Bu  günlərdə  həmyerlimiz, Y.Qoqebaşvili  adına  Telavi  Dövlət  Universitetinin  doktorant-

məzunu,  etnopedaqogika  elmi  sahəsi  üzrə  Gürcüstanda  ilk  mütəxəssis  Sərdar  Alı  oğlu 

Yusubov təhsilin informatikləşdirilməsi üzrə Beynəlxalq Elmlər Akademiyasının assosiasi-

yativ üzvü seçilmişdir. Sərdar müəllimi bu münasibətilə təbrik edir, ona elmi yaradıcılığında 

daha böyük uğurlar diləyirik

–  Sərdar  müəllim  bizim  üçün  çox  maraqlıdır,  necə  oldu  ki,  Siz  dissertasiya  müdafiə 

etməmiş beynəlxalq akademiyaya üzv seçildiniz? 

– Mənim Beynəlxalq Akademiyaya üzv seçilməyim nə təsadüf deyil, nə də, necə deyərlər, 

birdən-birə olmadı. Bu işin mənbəyi Gürcüstanda yeni elm sahəsi olan etnopedaqogika üzrə 

2012-ci və 2014-cü illərdə Batumidə keçirilən Beynəlxalq elmi konfranslarda çıxış etdiyim bir 

neçə maraqlı məruzələrdən başlanır. 

– Maraqlıdır, bu akademiyaya Gürcüstandan başqa kimlər üzv seçilmişdir? 

– Mənim bildiyim odur ki, bu Akademiya 2014-cü ilin oktyabrında Batumidə keçirilən III Beynəlxalq elmi konfrans-

dan sonra yaradılmışdır. Onun yaradıcılarından biri də mənim elmi rəhbərim, Gürcüstan elm və cəmiyyətin inkişaf fondu 

“İntellekt”in prezidenti Quram Çaçanidzedir. Təqribən 2 ay bundan əvvəl o həmin Akademiyaya həqiqi üzv seçilmişdir. 

Mənim seçilməyimdə isə həm onun, həm də etnopedaqogika sahəsi üzrə Türkiyəli həmkarlarımın böyük təsiri olmuşdur.  

–  Sərdar  müəllim,  deyə  bilərsinizmi,  yuxarıda  adını  çəkdiyiniz  beynəlxalq akademiyanın  üzvləri  əsasən  hansı 

dövlətlərdəndir? 

–  Bu Akademiyanın  yaradıcıları  və  üzvləri  əsasən  III  Beynəlxalq  elmi  konfransın  iştirakçısı  olan  dövlətlərdəndir.  Bu 

dövlətlər Gürcüstan, Azərbaycan, Ermənistan, Estoniya, Litva, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Bolqarıstan, Al-

maniya, Yunanıstan, Polşa, Kamboca, Vyetnam və əsas təşkilatçı dövlətlərdən biri olan qardaş Türkiyə dövlətidir. Çünki 

onlar da III Beynəlxalq elmi konfransda iki universitet ilə - Ərzurum Atatürk Universiteti və Ağrı İbrahim Çeçen Universiteti 

ilə təmsil olunmuşdular. 



–  Sərdar  müəllim,  gələcək  iş  planlarınız,  elmi  yaradıcılığınız,  yeni  yaradılmış  beynəlxalq  akademiya  ilə 

münasibətləriniz barədə bir neçə söz... 

 – İş planlarımız çoxdur. Qarşıda Akademiyanın Elmi Şurasının iclasları, beynəlxalq elmi konfranslar və simpoziumlar 

durur. Əlbəttə, bu tədbirlərə də qatılacam, öz elmi məruzələrimlə elmi tədbirlərin hamısında çalışacağam ki, çıxışlar edim.  

RegionPress”'>– Müsahibə üçün təşəkkür edir, sizə elmi yaradıcılığınızda uğurlar diləyirik! 

“RegionPress”


Mənəviyyat

№08 (183) 29.05.2015

9

Cəmiyyət

№08 (183) 29.05.2015

8

Marneulidə son zəng

Mayın  17-də  Gürcüstanda  fəaliyyət 

göstərən  ümumtəhsil  məktəblərində 

son  zəng  keçirilib.  Son  zəng  ilə  bağlı 

Marneulidəki  orta  məktəblərdə  də 

tədbirlər  qeyd  olunub.  Son  zəng  Mar-

neulidəki  3  saylı  Azərbaycan  ümumi 

məktəbində də böyük bayram proqramı 

ilə təşkil edilib. 

Tədbirdə  həmçinin  Marneuli  3  saylı 

ümumi  məktəbin  63  illiyi  də  təntənəli 

şəkildə qeyd olunub. Tədbiri məktəbin 

direktoru  Gülnarə  Darğallı  açaraq 

əlamətdar və tarixi gün münasibətilə bütün məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik 

edib və məktəbi bitirən 28 nəfər məzuna həyatda və ali məktəb yollarında uğurlar arzulayıb.

Sonra məktəbdə riyaziyyat müəllimi işləmiş qocaman müəllim Ənvər Kərimov, Məzunlardan 

hazırda  rayon  müəllimləri  həmkarlar  təşkilatının  sədri  Yaşa  Çıldırlı,  ziyalı  Tofiq  Hacıyev, 

Azərbaycanlıların  Mədəniyyət  Mərkəzinin  sədri  Fazil  Həsənov  çıxış  edərək  ürək  sözlərini 

dedilər. 

Gürcüstan Barışıq və Vətəndaş 

Bərabərliyi  Məsələləri  üzrə 

Dövlət  nazirinin  Kvemo  Kar-

tli  bölgəsi  üzrə  müşaviri  Zaur 

Darğallı və başqaları çıxış edərək 

məktəb məzunlarına gələcək təh-

sillərində uğurlar arzulayıblar. 

AMM-in  gənclər  şöbəsinin 

rəhbəri,  məktəbin  ilk  direktoru 

olmuş  Əmirxan  Əliyevin  nəvəsi  

Nərgiz  Əliyeva  çıxışında  qoca 

babasının məktəbin inkişafı üçün 

etdiklərindən  danışmış,  məktəb 

kollektivinə  təşəkkürünü  bildi-

rərək  məzunlara  tövsiyələrini 

verib. 

Məktəbin məzunları bildiriblər ki, 28 nəfər məzunun 80%-i ali məktəblərə qəbul üçün qeydi-



yyatdan keçiblər.

Tədbirdə  Marneuli  3  saylı Azərbaycandilli  orta  məktəbin  1952-ci  ildən  fəaliyyət  göstərdiyi 

bildirilib. Qeyd olunub ki, məktəbin fəaliyyəti illərində neç-neçə elm adamları, görkəmli şəxslər 

və ziyalılar, ölkədə təhsil sahəsində yüksək adlara layiq görülən və mükafatlarla təltif olunan 

müəllimlər də bu məktəbi bitiriblər.

Sonda  məktəbin  məzunlarının  iş-

tirakı  ilə  Azərbaycan,  gürcü,  rus 

dillərində şeirlər, mahnılar, rəqslər-

dən ibarət konsert proqramı təqdim 

edilib və səhnəciklər göstərilib.

Marneuli  rayon  Təhsil  Resursları 

Mərkəzinin  direktoru  Ruslan  Ha-

cıyevin  məlumatına  görə,  bu  gün 

Marneuli rayonundakı 57 orta mək-

təbdə  son  zəng  keçirilib:  "Bu  gün 

57  orta  məktəbdə  son  zəng  keçi-

rilib,  bundan  35-i  Azərbaycandilli 

orta məktəbdir. Bu gün Marneulinin 

məktəblərində 1250 nəfər orta məktəbi bitirib. Onlardan 800-dən çox şagird bu gün orta məktəbi 

uğurla başa vuran azərbaycanlı şagirdlərdir."

Tədbirdə məktəbə Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan dilində nəşr 

olunan kitablar hədiyyə olundu. 



RegionPress

Sizə uğurlar olsun, onikincilər!

16 may 2015-ci ildə Marneuli rayonunun Ağməmmədli ümumi məktəbində görənlərə sevinc 

hissləri bəxş edən bir canlanma var idi. Bu gün bu qabaqcıl maarif ocağının qabağına toplaşanların 

sevincinin həddi-hüdudu  yox idi. 

Sevinirdilər ona görə ki, onların övladları, qardaş və bacıları onikiillik məktəb illərini arxada 

qoyub artıq müstəqil həyata qədəm qoyacaqlar. Sözün əsl mənasında bir daha 22 oğlan və qızın 

adları bu gün Ağməmmədli ümumi məktəbinin məzunlar kitabına yazılacaq. 

...Gözlənilən  vaxtın  ilk  anı  gəlib  çatdı. Aparıcılar  Elvin  Nəbiyev  və Albina  Nədirova  sinif 

rəhbərləri Niyaz Məhərrəmovu onikincilərlə birlikdə şənliyin vida meydanına çağırdı. Onikinciləri 

ilk olaraq təcrübəli maarifçi, Ağməmmədli ümumi məktbinin direktoru Əşrəf Tükənov təbrik 

etdi. Qasımlı kənd bələdiyyəsinin sədri Rövşən İsmayılov və onun müavini Fəridə Ayvazova da 

bu təbrikə qoşuldular. Sonra məktəbin tədris işləri üzrə direktoru Baris Nəzərov, müəllimlərdən 

Eldar Nəbiyev, Xatın Tükənova, Medeya Xaçidze, Afizər, Yuxsarə, Nəzakət, Ofelya Əliyevalar, 

Şahzadə  Qurbanova, Adil  Məmmədov,  Zakirə  Nəsənova,  Nazir  Omanov,  Xəmməd  Qocayev, 

Aida  Nəbiyeva  və  başqaları  çıxış  edərək  onikincilərdən  Albina  Nədirova,  Elvin  Nəbiyev, 

Şərqiyyə  Əliyeva,  Xəyalə  Nəbiyeva,  Aytac  İsmayılova,  Pərvin  Bədəlova,  Firudin  Bağırov, 

Məhərrəm Səfərov, Türkan Çıraqova, Fatma Nəbiyeva və başqalarının adlarını qürurla çəkərək  

onlara ürəkdən xeyir-dualar verdilər. 

Tədbirdə “Gənclər” ansamblının müşayiəti ilə məktəbin mahnı ulduzu Lamiyə İsmayılova və 

onikincilər  Şərqiyyə  Əliyeva, Albina  Nəbiyeva, Aytac  İsmayılova,  Xəyalə  Nəbiyeva,  Nuranə 

Orucova və başqaları ana dilində və gürcü dilində şeirlər söyləyib, mahnılar oxudular. Sonda 

onikincilər  öz  ürək  sözlərini  söyləyib,  onlardan  aldıqları  təlim-tərbiyəyə  görə  müəllimlərinə 

minnətdarlıqlarını bildirdilər. 

"Əlvida  məktəbli  dostlar,  əlvida  hörmətli  müəllimlərimiz",  -  deyib  məktəb  zənginə  səmt 

aldılar...

Son zəng çalındı, onun sədaları çox uzaqlara yayıldı. 

Onikincilər sevinc və intizar kövrəkliyi ilə öz doğma məktəblərindən durnatək uzaqlaşdılar. 

Sizə uğurlar olsun, onikincilər! 



Şahvələd ağakişioğlu (Tükənli),

Marneuli rayonunu Ağməmmədli ümumi 

məktəbinin musiqi müəllimi   

Zəhmət adamı ucaldır

Onu çoxdan tanıyıram. Orta məktəb illərində və tələbəlik illərində də (Gəncədə) dostluq 

edirdik. Kürüstündə orta məktəb (1960-cı illərdə) bizim kənddə olduğundan qonşu kənddən 

gələn uşaqlarla tez tanış olub, dostlaşırdıq. Yaxşı oxuyan dostlarımızdan ağıllı məsləhətlər 

alırdıq. Onlardan şair, publisist və iqtisadçı Mülkədar Nadir, 70-ə yaxın elmi, elmi-metodik 

dərslik və dərs vəsaitinin müəllifi professor Məhəbbət Məmmədov, iqtisadçı Vəzir Əliyev, 

tarix müəllimi Rüstəm Dəmirçiyev və başqalarının adını iftixarla çəkə bilərik. 

Mən onlardan biri – iqtisadçı Əliyev Vəzir Əsəd oğlu haqqında oxucularla fikrimi bölüşmək 

istəyirəm. 

Əliyev  Vəzir  Əsəd  oğlu  1951-ci  ildə  ulu  Qarapapaq 

yurdu  olan  ağırelli  Kürüstünün  I  Kosalı  kəndində  anadan 

olmuşdur. İlk təhsilini öz doğa kəndində, 8 illik məktəbdə 

almış, 1968-ci ildə Kəpənəkçi orta məktəbini bitirib, 1978-

ci ildə isə Gəncədə Kənd Təsərrüfatı Akademiyasının iqti-

sadiyyat fakültəsini bitirib. O, həmin il təyinatla Azərbaycan 

Respublikasının İsmayıllı rayonunda “Nizami” adına kolx-

ozda  baş  iqtisadçı  vəzifəsinə  təyin  olunub.  Kolxozun  70 

yaşlı  sədri  Bilal  Mahmudov  bu  gənc  oğlanın  istedadına, 

bacarığına,  davranışına,  iş  yoldaşları  ilə  səmimi  rəftarına, 

ağsaqqallara hörmətinə, fəhlələrin qayğısına qalmasına və 

kolxozun iqtisadiyyatına öz biliyini tətbiq etməyini görüb 

əvvəla  ulu  Tanrıya,  sonra  onun  valideynlərinə  və  doğma 

vətəni olan Borçalı diyarına təşəkkürünü bildirmişdir. 

Az müddət ərzində Əliyev Vəzirin iş təcrübəsini rayon rəhbərliyi bəyənir, həmin təcrübənin 

respublika  miqyasında  yayılmasını  irəli  sürürlər.  respublika  mətbuatında  tez-tez  onun  iş 

təcrübəsindən maraqlı yazılar dərc olunur. 

Bir  gün  İsmayıllı  Rayon  Partiya  Komitəsinin  birinci  katibi  və  respublikanın  ən  dəyərli 

ağsaqallarından olan Qəşəm Aslanov Əliyev Vəziri qəbuluna çağırır. 

Əliyev Vəzirin dediklərindən: “Mən Qəşəm müəllimin qəbul otağında olanda rayonun baş 

prokuroru İsmət Qayıbov, “Zəhmətkeş” qəzetinin baş redaktoru Musa Yaqub (şair), RXMŞ-

in  müdiri  Valeh  Hacıyev  və  respublika  televziyasının  bölgə  müxbiri  Valeh  Musayev  də 

orada idi. Qəşəm müəllim mənim iş təcrübəmdən çox müsbət fikirlər söylədi: - İstəyirəm 

bir gənc kadr kimi Vəzir balamızı geri qalan kolxoza sədr təyin edəm. İsmət Qayıbov (Al-

lah rəhmət eləsin!) çox gözəl və mənalı çıxış etdi: Mənim məlumatıma görə, bu gənc oğlan 

qarapapaqların istedadlı balasıdır. Onun damarında axan qan saçından dırnağına qədər mil-

li kök üstə köklənibdir. – Çox hörmətli Qəşəm müəllim, o kökün üstündə qeyrət, namus, 

zəhmət, halallıq və səmimiyyət var. İnanıram ki, sizin kimi müdrik ağsaqqalların etimadını 

doğruldacaqdır.  İsmət  müəllimin  belə  dəyərli  çıxışından  bir  az  sifətim  qızardı.  Qəşəm 

müəllim: - Utanma, ay Vəzir bala, bu deyilənlər qədim Borçalımızın urvatıdır. 

Elə həmin gün məni “K.Marks” adına kolxoza sədr təyin etdi. 

Əliyev Vəzir: - İstəyirəm, Qəşəm Aslanov haqqında oxuculara qısa məlumat verim. Qəşəm 

müəllimi biz yaşda olanlar çox yaxşı tanıyırlar. Bu mənim mənəvi borcumdur

Qəşəm müəllim gənclik illərində Ermənistanın Basarkeçər rayonunda komsomolun birinci 

katibi işləmiş, “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru, Azərbaycan MK-də təbliğat 

və təşviqat şöbəsinin müdiri, bir neçə rayonun birinci katibi və neçə-neçə kitabların müəllifi 

olmuşdur. O mənim mənəvi atam, mən onun mənəvi oğlu oldum. İşlədiyim illər ərzində 

Qəşəm müəllimdən insanlığı, ədəb-ərkanı, insanlarla rəftarı və onun iş təcrübəsini öyrəndim. 

Ömrüm boyu onun mənə verdiyi “həyat tərbiyəsini” unutmayacam, həmişə ulu Tanrıdan ona 

rəhmət diləyirəm. Onun mənəvi dünyası o qədər zəngin idi ki, onunla görüşəndə adamın 

ruhu təzələnirdi. O milli kök üstə köklənmiş bir şəxs idi. Rayonda bəzi tədbirləri çalışırdılar 

ki,  Nikitinin  rəhbərlik  etdiyi  kolxoza  salsınlar.  Qəşəm  müəllimin  damarında  axan  qanı, 

qeyrəti  buna  imkan  vermirdi.  Belə  tədbirləri  mənim  rəhbərlik  etdiyim  kolxoza  salardı. 

Qəşəm müəllimin işində “polad” intizam var idi. O Azrbaycanın layiqli vətəndaşı kimi, hər 

qarış torpağını göz bəbəyi kimi sevər və onun çiçəklənməsi üçün ürəkdən çalışardı. 

Əliyev Vəzir kolxoz sədri işlədiyi illərdə “K.Marks” adına kolxoz respublikanın Keçici 

Qırmızı  Bayrağını  aldı,  1982-ci  ildə  Moskva  şəhərində  Xalq  Təsərrüfatı  Nailiyyətləri 

Sərgisinin iştirakçısı oldu. Dəfələrlə İsmayıllı rayon sovetinə deputat seçilmiş, bir neçə me-

dalla, Fəxri Fərmana və mükafatlara layiq görülmüşdür. Torpaq ona namusla xidmət edənləri 

ucaldır, yüksəldir deyib babalarımız. 

1985-ci ildə öz doğma vətəninə qayıdır, Marneuli rayon aqrar birliyində baş iqtisadçı kimi 

əmək fəaliyyətinə başlanır. 1989-cu ilin yanvar ayında Marneuli rayon kartofçuluq sovxo-

zuna baş mühasib, sonra rayon kənd təsərrüfatı birliyi şöbəsinə baş mühasib təyin olunnur. 

2005-ci ildən həmin şöbə ləğv olunnur. Hazırda öz ixtisası üzrə özəl təşkilatlarda fəaliyyətini 

davam etdirir. 

Atası Əsəd əmi və anası Fəridə xala zəhmətə bağlı insanlar olublar. Zəhmətkeş insanların 

övladları da zəhmətsevər olmalıdırlar. Bu valideynlər 7 övlad böyüdüb ərsəyə çatdırıblar, 

onlardan 5 nəfəri ali təhsilidir. Nəvəsi Elcan nənə-babası kimi zəhmətə bağlı öz sənəti ilə 

əlaqədar olaraq Kürüstündə “Elcan-Ş” şirkəti təşkil edib, təzə tikilən binalara qapı-pəncərə 

düzəltməklə yeni iş yeri təşkil edir. O hələ balaca olanda nənə-babasının alın tərində olan 

duzun tamını görmüşdü. Vallah, zəhmət olan yerdə tərbiyə, halallıq, saflıq, bərəkət, urvat 

və insanlıq həmişə uca olur. Əliyev Vəzir deyir ki: “Bizim ali təhsil almağımızda böyük 

qardaşım Osman müəlimin çox zəhməti olubdur”. 

Bəli, Osman müəllim (alman dili müəllimidir) Borçalımızın çox dəyərli ziyalılardından 

biridir. O, tələbəlik illərində oxuya-oxuya müəyyən şirkətlərdə tərcüməçi işləyirdi. Onun 

şagirdləri harda varsa əxlaqına, tərbiyəsinə, vətən sevgisinə, bacarıqlarına, valideynlərinə 

hörmətinə və insanlıqlarına görə el-obaya baş ucalığı gətirirlər. o, hərtərəfli biliyə malik, 

birinci dərəcəli müəllim, prezident təqaüdçüsü, respublikanın metodist müəllimidir. Ondakı 

həssaslıq, nəciblik, zəhmətkeşlik, sadəlik və səmimiyyət insanı valeh edir. Bu qaynaqlar har-

dan gəlir? Bu ata sümüyünün halallığından və ana südünün müqəddəsliyindən irəli gəlir. 

Əliyev  Vəzir  Əsəd  oğlunun  səmimiyyəti,  mehribanlığı,  elsevərliyi,  mədəniyyəti,  xeyir 

və şərdə canyananlıqla iştirakı el-obamıza böyük hörmət qazandırmışdır. O, yurdumuzun 

dəyərli oğlanlarının dəyərini gördükcə ulu Tanrıya min dəfələrlə şükürlər deyir. O, həyat 

yoldaşı Nəzakət xanımla birlikdə iki övlad – oğlu Elxan, qızı Emilyanı böyütmüşlər; beş 

nəvələri var; Şəfa, Ellada, Ziyəddin, Aysu və Məryəm. 



Allah qorusun! 

Suddarxan Kazımov 

Cəmiyyət

№08 (183) 29.05.2015

11

Mədəniyyət

№08 (183) 29.05.2015

10

Türk dünyasının yeddi böyük dahisi:  - Nəsimi, Xətai, Füzuli, 

Yemini, Virani, Pir Sultan Abdal, Qul Hümmət. Cari il mayın 

7-dən  10-dək  Bakıda  “Azərbaycan-Türkiyə:  yeddi  ulu  ozan” 

mövzusunda keçirilən Beynəlxalq Elmi Simpoziumda bir daha 

anıldı.  Azərbaycan  Milli  Elmlər  Akademiyasında  gerçəkləşən 

sompozim  AMEA  Nizami  adına  Ədəbiyyat  İnstitutu,  AMEA 

Folklor İnstitutu, Hacı Bektaş Vəli Kültür dərnəyi və TİKA-nın 

birlikdə təşkili və dəstəyi ilə baş tutdu. 

“Yeddi  ulu  ozan”  elmi  simpoziumunda  dünyanın  müxtəlif 

ölkələrindən yüzə yaxın tanınmış türkoloq-alim iştirak edirdi. 

Bu  mötəbər  elmi  yığıncağa  ev  sahibliyi  edən  Azərbaycan 

Respublikasını  akademiklərdən  İsa  Həbibbəyli,  Muxtar  İma-

nov,  Teymur  Kərimli,  professorlardan  Məhərrəm  Qasımlı, 

Qəzənfər Paşayev, Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Əhməd 

Qəşəmoğlu və bir çox alim təmsil edirdi. 

Türkiyə  Cumhuriyyəti  də  böyük  bir  heyətlə  ölkənin  müxtəlif 

nüfuzlu elm ocaqlarının ünlü bilim adamları ilə iştirak edirdi. 

Onların  arasında  professorlardan  Nail  Tan,  Fikrət  Türkmən, 

Hayraddin İvgin, Şərəf Bayraz və s. kimi böyük elm adamları 

da vardı.  

İran  İslam  Respublikasını  simpoziumda  professorlardan 

Beytulla Cəfəri, Əli Əkbər Səfipur, Tohid Məlikzadə, Qazaxıstanı 

Əl-Fərabi Qazax Milli Universitetinin dosenti Əsgər Turqan-

bayev, Dağıstan Dövlət Universitetini dosenti Ağarəhim Sultan-

muradov, Ruhaniyyət Musayeva və başqaları təmsil edirdilər. 

Ölkəmizdən  isə  İ.Cavaxişvili  adına  Tbilisi  Dövlət  Univer-

sitetinin  professoru  Mzisa  Buskivadze  və  Ukrayna-Gürcüstan 

Beynəlxalq Elmi-Tədris İnstitutunun elmi işlər üzrə prorektoru, 

professor Mahmud Kamaloğlu iştirak edirdi. 

Yığıncağın yekun iclasında simpozimun idarə heyəti tərəfindən 

AMEA  Folklor  İnstitutunun  əməkdaşı,  görkəmli  folklorşünas 

alim  Əli  Şamilin  simpoziumun  işindəki  böyük  əməyi  yüksək 

qiymətləndirilərək ona təşəkkür elan edildi. 

Aşağıda  həmyerlimiz,  professor  M.Kamaloğlunun  simpo-

ziumdakı çıxışının qısa mətnini veririk. Qeyd edək ki, onun çıxışı 

yığıncaqda böyük marağa səbəb olmuş və məruzə ətrafında xe-

yli müzakirələrlə davam etmişdi.

Pir Sultan abdalın borçalıda izləri 

Qarapapaq türklərinin yaşadığı ərazilərdə - Borçalı bölgəsində 

çox sayda müqəddəs hesab edilən yerlər: ocaqlar, pirlər və s. 

dini  inanclara  bağlı  ziyarətgahlar  mövcuddur.  Bu  cür  yerlər 

elə  ilk  yarandığı  gündən  indiyədək  öz  müqəddəsliyində  qal-

maqda, əhali tərəfindən böyük hörmət və ehtiramla daima yad 

edilməkdədir.  Belə  müqəddəs  yerlərdən  Marneuli  rayonunun 

Qasımlı  kəndindəki  Qaraürgən,  Araplı  kəndindəki  Dəmirçi 

künbəzi,  Qara  Seyidin  ziyarətgahı  (Marneuli  rayonu),  Böyük 

Bəylər  kəndindəki  Türyan  ocağı  (Marneuli  rayonu),  Abdallı 

kəndindəki  Pir  (Bolnisi  rayonu),  Mollaoğlu  kəndindəki  Pir 

təpəsi,  Sadaxlı  kəndindən  QaraNər, Yetər  nənənin  ocağı,  Mir 

Yunusun  türbəsi  (Marneuli  rayonu),  Qardabani  rayonunun 

Candar kəndindəki Seyid Abbas ziyarətgahı, Başkeçidin (Dma-

nisi  rayonu),  Yırğançay  kəndi  yaxınlığındakı  Hacıxəlil  ocağı 

(təəssüflər  olsun  ki,  hazırda  Ermənistan  sınırları  içərisində 

qalmışdır) və s. misal gətirmək olar.   

Bu dini ocaqlar arasında hamısından çox tanınan və müqəd-

dəsliyi ilə daha çox məşhur olan Pir Sultan ziyarətgahıdır. Bu 

ziyarətgah Yağlıca dağının Güneyində Borçalı Qarapapaqlarının 

yaylaqlara gedən köç yolunun üstündə Meçidli Gorarxı kəndinin 

(Marneuli rayonu) təxminən 1-2 kilometr quzey səmtində kiçik 

bir  təpənin  üzərində  yerləşir.  Bəs  bu  ziyarətgah  nəyə  görə 

digərlərindən fərqlənir? Onu fərqləndirən başlıca və əsas səbəb 

nədir? 

Təbii ki, digər ziyarətgahlar kimi ona da deyin deyirlər: qur-



ban kəsirlər, nəzir verirlər. Belə ki, uzun müddət uşağı olma-

yan, xəstə olan, işi, gücüdür gətirməyən, səfərə çıxanlar qəbrin 

yanında  qurban  kəsər,  müqəddəs  övliyaya  dualar  oxuyar,  on-

dan  kömək  diləyirdilər.  Ziyarətgah  yaylağa  gedən  köç  yolu-

nun  üstündə  olduğuna  görə,  oradan  keçən  hər  bir  mal-qoyun 

sürülərini aparanlar, orada dayanıb qurban kəsir və dua edirdilər 

ki,  sürülərimizi  mənzil  başına  sağ-salamat  aparıb  çıxaraq, 

yaylaq  mövsümünü  salamatlıqla  başa  vurub,  qayıdanda  da 

hökmən  burada  qurban  kəsəcəyik.  Bəzən  də  sadəcə  olaraq, 

uğura çıxanların, yolu ziyarətgahın yanından keçirdisə, mütləq 

ora  nəzər  qoyurdular  ki,  səfərləri  uğurlu  alınsın.  Hətta  bəzən 

heç bir nəzir deməyən, sadəcə yaxınlıqdan keçənlər də oraya 

nəzir  qoyar  və  ziyarətgahda  uyuyan  müqəddəs  şəxsin  ruhuna 

dualar oxuyardılar. Ziyarətgaha deyin deyib əməl etməyənlərin 

təsadüfən  başına  bir  iş  gəlsəydi,  onlar  çox  peşmanlanar, 

üzülərdilər. Bir də belə etməyəcəklərinə and içərdilər. 

Yerli  Qarapapaq  türklərinin  söylədiklərinə  görə,  məhz  bu 

ziyarətgahda dəfn olunan şəxs Pir Sultan Abdal dədədir. (Yeri 

gəlmişkən  onu  da  qeyd  etmək  istəyirik  ki,  Pir  Sultanı  yerli 

əhalinin  çox  cüzi  bir  hissəsi  şair-ozan  kimi  bilir).  Əksəriyyət 

əhali  onun  məşhur  din  xadimi  kimi  tanıyır  və  qəbul  edirlər. 

Bəzi  versiyalarda  ziyarətgah  haqqında  bir  çox  versiyalar 

söylənilməkdədir. Pir Sultanın ərəb mənşəli, islamiyyəti yayan 

bir şəxs olduğunu, digər bir versiyada isə onun üç qardaş olduğu 

və hər birinin Güney Qafqazda böyük kəramət sahibi olduğu 

söylənir. Ancaq  təkrarən  söyləyirik  ki,  elm  sübut  etmişdir  ki, 

xalq etimologiyası dəqiq mənbə hesab edilmir. Qəbrin üzərində 

məzar daşı olmadığına görə (kim bilir, bəlkə də olmuşdur, ola 

bilsin  ki,  Sovet  təbliğatının  qadağasından  dolayı  yox  edilmiş 

və  ya  başqa  bir  səbəb  üzündənmi  götürülmüşdür,  dəqiq  deyə 

bilmərik)  onun  dəqiq  tarixini  deməkdə  çətinlik  yaranır. 

Yerli yaşlı sakinlərin öz gözləriylə gördükləri belədir ki, Sovet 

hökumətinin  yarandığı  ilk  illərdə  qəbrin  üzərində  kümbəz 

olmuşdur.  Şahidlərin  söylədiklərinə  görə,  kümbəz  o  zaman 

rayonda  rəhbər  vəzifəsində  çalışan  kommunistlər  tərəfindən 

dağıdılmışdır. Ötən yüz illiyin 80-ci illərində yaxın kəndlərin 

əhalisi  tərəfindən  qəbrin  ətrafına  hərəm  (hasar)  çəkilərkən, 

(qəbrin  ətrafında  tikintini  Marneuli  rayonunun  Keşəli  kənd 

sakini  Nizam  Qurbanov  apartdırırmış)  xəbər  rayon  icraiyyə 

komitəsinin sədrinə çatır. Rayon mərkəzindən təxminən 4 ki-

lometr  aralıda  yerləşən  ziyarətgaha  dərhal  adam  göndərilir 

və  hasarın  nəzərdə  tutulan  hündürlüyü  yarıbayarıda  yarımçıq 

saxladılır.  Bu  prosesin  baş  verdiyi  həmin  gün  çox  qəribə  bir 

hadisə olur. Ölkəyə Azərbaycandan gəlmiş rəsmi qonaqları ray-

on icraiyyə komitəsi sədrinin maşını paytaxta – Tbilisiyə aparır 

və geri rayona dönərkən sürücü yolda böyük qəza törədir. 

Ola  bilsin  ki,  bu  hadisələrin  üst-üstə  düşməsi  tamamilə  bir 

təsadüf idi. Ancaq yerli əhalidə bu hər iki hadisənin eyni gündə 

baş  verməsi  məhz  ziyarətgaha 

edilən  çox  böyük  haqsızlıq, 

hörmətsizlik  kimi  qəbul  edilmiş 

və onun nəticəsi olaraq günahkar-

lar cəzalarını almışlar.

Görünür,  zaman-zaman  buna 

bənzər  hadisələrin  baş  verməsi 

xalq  arasında  ziyarətgaha  olan 

inamın  günbəgün  artmasına  sə-

bəb  olmuşdur.  Sovet  höküməti 

dağıldıqdan  sonra  qəbrin  ətrafında  yenidən,  həm  də  daha 

hündür, böyük ölçüdə Alget (keçmiş Alget üzümçülük sovxozu) 

kənd sakini İsmayıl Cəlilov tərəfindən daş hasara alındı. 

Ətraf Qarapapaq kəndlərinin əhalisi Pir Sultan ziyarətgahına 

o qədər böyük inam bəsləmiş və onun kəramətinə çox möhkəm 

inandıqları üçün ona sidq-ürəklə bağlı olan insanlar dünyasını 

dəyişərkən  hətta  vəsiyyət  edirdilər  ki,  onları  məhz  həmin 

ziyarətgahda  dəfn  etsinlər.  Təbii  ki,  əməlisaleh  insanların 

vəsiyyətlərinə  əməl  olunurdu.  Pir  Sultanın  qəbrinin  yanında, 

ötən yüz illiyin əvvəllərində 3 nəfər şəxs də dəfn olunmuşdur. 

Onlar Borçalının Dəmirçihasannı nahiyyəsindəki Ağkeşəli kənd 

sakinləri Qıllözdü Anaqız nənə, Əfəndiöyündən Fatmanisə qarı 

və onun həyat yoldaşı Məmməd əfəndinin məzarlarıdır.

 Bəs bu ziyarətgahda uyuyan bu müqəddəs insan – Pir Sul-

tan  kimdir?  O,  nə  zaman  yaşamışdır?  Pir  Sultan  haqqında 

yerli  yaşlı  əhalinin  keçmişlərə  dayanaraq  söylədiyi  (yuxarıda 

qeyd  etdiyimiz  kimi)  müxtəlif  versiyalar  vardır.  Əksəriyyəti 

xalq  etimalogiyasına  söykənən  həmin  versiyalar  o  qədər  də 

ağlabatan  deyil.  Bir  də  ki,  təkrar  edirik,  xalq  etimalogiyası  o 

qədər də etibarlı mənbə hesab edilmir. 

Bəs  araşdırmaçı  alimlər  Pir  Sultan  haqqında  hansı  fikirlər 

söyləyirlər?  Tanınmış  Azərbaycan  folklorşünas  alimlərindən 

professor Sədnik Paşayev, professor Azad Nəbiyev və başqaları 

onun  haqqında  xeyli  araşdırmalar  aparmış,  məqalələr  çap 

etdirmişlər.  Əlbəttə,  Türkiyədə  Pir  Sultan  araşdırmaçılarının 

sayı  daha  çoxdur.  Onlardan  professor  Şərəf  Bayraz,  dosent 

doktor  Ayten  Kaplan,  İstem  Köçər  Kələş,  professor  Gülağ 

Öz,  Ali  Yıldırım  və  s.  onlarca  tədqiqatçıların  xeyli  kitabları 

və  məqalələri  vardır.  Bu  elm  adamlarının  araşdırmalarından 

məlum olur ki, türk ölkələrində eyni adda bir neçə tanınmış şəxs 

olmuşdur. Bilim adamlarının fikirlərincə onların da hamısının 

kökünün eyni şəcərə ilə bağlılığı güman edilir. 

Mərhum professor Sədnik Paşayevin bu sahədəki araşdırmaları 

daha maraqlıdır. Alim-araşdırmaçı hətta özünə Pirsultanlı soy 

adını  da  götürmüşdür.  Professor  özünün  “Pirsultan  dağdımı, 

kənddimi,  şəxsiyyətdimi?”  adlı  məqaləsində  yazır  ki,  “Pir-

sultan  Gəncə  yaxınlığında  dağdı, Təbriz  yaxınlığında  kənddi, 

Türkiyədə  isə  şair,  aşıqdı.  Həmçinin  müqəddəs  övliyadır.  Pir 

Sultan  Abdal  Türkiyənin  Sivas  vilayətinin  Banaz  kəndində 

dünyaya göz açmış, orada böyümüş, şair olmuşdur...”. 

Türkiyəli  araşdırmaçıların  kitablarında  ulu  ozan  Pir  Sultan 

Abdalın  Sivaeda  edam  edildiyi  yazılır.  Onun  cənazəsinin  dar 

ağacından müəmmalı şəkildə yoxa çıxması da söylənilir. 

S.Paşayev Pirsultanlı Şəcərəsinin tarixini XVI əsrə Pir Sultan 

Abdala  gedib  çıxdığını  söyləyir.  Bizim  qənaətimizə  görə,  Pir 

Sultan toponiminin müxtəlif məkanlarda eyni cür adlanmaları ilə 

onların arasında müəyyən uyğunluq var. Elə Borçalı ərazisində 

Pir Sultan ziyarətgahının tarixi də təxminən orta əsrlərə gedib 

çıxması ehtimalı da daha ağlabatandır. Bu ziyarətgahdakı qəbrin 

Pir Sultan dədəyə aid olub-olmaması haqqında əlimizdə heç bir 

tarixi və elmi dəlillər olmasa da, orada uyuyan şəxsin bəlkə də, 

dədənin ən yaxın övliyalarından birinə aid olması versiyasına 

güman qaçır. Kim bilir, bəlkə də yanılırıq, günaha batırıq, ola 

bilsin ki, qəbir elə Pir Sultan dədənin özününküdür. Hər halda, 

yerli əhali onu uzun əsrlərdir ki, bu cür qəbul edib və ona tam 

əminliklə inanırlar. 

Uzun illərdir ki, yeddi ulu ozan haqqında aparılan araşdırmalar 

göstərmişdir ki, onların hər biri böyük kəramət sahibi olduqları 

üçün sonralar bu ünlülərin qəbirləri xalq tərəfindən ziyarətgaha 

çevrilmişdir. 



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin