Avqust 2016 İş yeri statistikası açıqlanıb



Yüklə 0.53 Mb.
səhifə1/25
tarix16.12.2016
ölçüsü0.53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25
Xəbər bülleteni № 42

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Avqust 2016


İş yeri statistikası açıqlanıb


22.08.2016

2016-cı ilin birinci yarısı ölkədə 73,1 mini daimi olmaqla 93,1 min yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorunda yaradılıb.

Statistikaya görə, yeni iş yerlərinin 26,3 faizi Bakı şəhərinin, 1,9 faizi Naxçıvan Muxtar Respublikasının, 71,8 faizi regionların, o cümlədən 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

2016-cı il avqustun 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4 milyon 962,3 min nəfər olub, onlardan 4 milyon 716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

İyulun 1-nə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,6 min nəfər çalışıb.

ish yeri 1

İlin ilk yarısı 225,7 milyon dollarlıq mənfi ticarət saldosu ilə bitib


22.08.2016

ticaret 1
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətində 225,7 milyon dollarlıq mənfi saldo yaranıb. Dövlət Statistika Komitəsi bildirir ki, 6 ayda xarici ölkələrlə 3 milyard 821,5 milyon dollarlıq ixrac, 4 milyard 47,2 milyon dollarlıq idxal əməliyyatları aparılıb.

6 aylıq hesabata görə, 2015-ci ilin eyni dövrünə nisbətən məhsul mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 14 faiz azalıb. Ticarət dövriyyəsinin 16,5 faizi MDB üzvü dövlətlərinin, 83,5 faizi digər ölkələrin payına düşüb. Dövriyyənin 40 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin nəticəsində yaranıb.

Yanvar-iyun aylarında ölkədən ixrac olunmuş məhsulların dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz enib. MDB ölkələrinə ixrac olunmuş məhsulların dəyəri real ifadədə 33,5 faiz artaraq 313,9 milyon dollar təşkil edib, digər ölkələrə isə 16,1 faiz az məhsul göndərilib. İxracın ümumi dəyərinin 53,5 faizi Avropa İttifaqı ölkələrinin, 8,2 faizi MDB üzvü dövlətlərinin, 38,3 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 14,1 faiz azalıb, MDB məkanından 2,9 faiz, digər ölkələrdən isə 17,3 faiz az məhsul idxal olunub.

Xarici ticarət dövriyyəsinin 81,9 faizi İtaliya, Rusiya, Türkiyə, Almaniya, Fransa, Tayvan, ABŞ, Çin, Birləşmiş Krallıq, İsrail, Çexiya, Gürcüstan, Sinqapur, Yaponiya, Hindistan, Portuqaliya, Ukrayna, Norveç, Tailand, İsveçrə və Xorvatiya dövlətlərinin hesabına formalaşıb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 13 faizi Türkiyənin, 6,4 faizi Çinin, 6,3 faizi Birləşmiş Krallığın, 6,1 faizi ABŞ-ın, 4,5 faizi İtaliyanın, 4,4 faizi Sinqapurun, 4,2 faizi Almaniyanın, 4,1 faizi Yaponiyanın, 3 faizi Ukraynanın, 2,8 faizi Norveçin, 1,8 faizi Fransanın, 1,7 faizi Braziliyanın, hər biri 1,6 faiz olmaqla İran və Qazaxıstanın, 1,2 faizi Xorvatiyanın, hər biri 1,1 faiz olmaqla Niderland və Avstriyanın, hər biri 1 faiz olmaqla Koreya və Birləşmiş Ərəb Əmirliklərinin, 14,7 faizi isə digər ölkələrin payına düşüb.


Dolların kursu dəyişməyib


22.08.2016

dollar 2Avqustun 22-də ABŞ dollarının rəsmi kursu dəyişməyib. Mərkəzi Bank 1 dolları ötən həftənin son iş günündə olduğu kimi 1,6204 manata satır.

Transparency.az-ın məlumatına görə, avro və Rusiya rublu ucuzlaşıb. 1 avronun rəsmi məzənnəsi 1,837 manatdan 1,8281 manata, 1 rublun dəyəri 0,0254 manatdan 0,0252 manata endirilib.

Mərkəzi Bank 1 gürcü larisinə 0,7179 manat, 1 ingilis funt sterlinqinə 2,1136 manat, 1 türk lirəsinə 0,5512 manat qiymət qoyub (Valyutalar).

Ötən il Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb. Manatın kursunu nizamlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankla Dövlət Neft Fondu üst-üstə 3 milyard 941,3 milyon dollar satıblar.


Azərbaycan Yay Olimpiya Oyunlarını 18 medalla başa vurdu


22.08.2016

rio 1Azərbaycan avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarını 18 medalla başa vurub. Transparency.az bildirir ki, Azərbaycanı təmsil edən idmançılar olimpiadada 1 qızıl (taekvondo), 7 gümüş (3-ü güləş, 2-si cüdo, 1-i avarçəkmə, 1-i boks), 10 bürünc (6-sı güləş, 2-si taekvondo, 1-i avarçəkmə, 1-i boks) qazanıblar. 18 medalın 11-ni legionerlər (gəlmələr) əldə edib.

Ümumən 86 ölkə olimpiadada medal götürə bilib. 58 ölkə qızıl medala sahib çıxıb. Daha 1 qızılı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı qazanıb.

Yay Olimpiya Oyunlarında ABŞ 46 qızıl medalla hamını geridə qoyub. Böyük Britaniya 27, Çin 26 qızıl əldə edib.

Keçmiş SSRİ məkanı ölkələrindən Rusiya 19, Özbəkistan 4, Qazaxıstan 3, Ukrayna və Gürcüstan 2, Belarus, Ermənistan, Tacikistan 1 qızıl götürüb.

Qonşu İran aktivinə 3 qızıl, Türkiyə 1 qızıl yazdırıb.

Rio-2016 Azərbaycanın qatıldığı 6-cı olimpiada idi. 1996-cı il olimpiadası Azərbaycan üçün 1 gümüş medal, 2000-ci il olimpiadası 2 qızıl, 1 bürünc medal, 2004-cü il olimpiadası 1 qızıl, 4 bürünc medal, 2008-ci il olimpiadası 1 qızıl, 2 gümüş, 4 bürünc medal, 2012-ci il olimpiadası 2 qızıl, 2 gümüş, 6 bürünc medalla bitib.





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə