Azərbaycan Respublikası Prezidentinin



Yüklə 67 Kb.
səhifə1/7
tarix26.12.2016
ölçüsü67 Kb.
#3602
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 13 noyabr tarixli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla

mübarizə tədbirlərinə dair
DÖVLƏT PROQRAMI
1. Giriş
Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq skleroz xəstəliyindən əziyyət çəkənlərin sayı 1 milyon nəfərdən artıqdır.

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sayı 600 nəfərdən çoxdur. Əksər ölkələrdə olduğu kimi, respublikamızda da xəstələnmə hallarının sayı ilbəil artır və il ərzində hər 100000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydiyyata alınır.

Xəstəliyin etiologiyası və patogenezi elmə tam məlum olmadığından, onun müalicəsinin çətinliyi və böyük məsrəflər tələb etməsi dağınıq skleroz problemini dünyanın bütün dövlətlərində aktual edir. Adekvat müalicəni təyin etmək üçün bu xəstəliyin gedişinin müxtəlif tiplərinin düzgün diaqnostikası vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə nevroloji xəstəliklər arasında dağınıq skleroz xəstəliyi cavan şəxslərdə davamlı əlilliyin əsas səbəblərindən biridir. Xəstəlik başlanandan 10-15 il müddətində bu şəxslərin yarıdan çoxu əmək qabiliyyətini itirir və kənar şəxslərin köməyi ilə hərəkət etmək məcburiyyətində qalır. Bu xəstəlikdən ölüm hallarının sayı çox yüksəkdir.

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanına əsasən hazırlanmış “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Dövlət Proqramı 2013-2017-ci illəri əhatə edir və dağınıq skleroz xəstəliyi ilə bağlı problemlərin köklü surətdə həlli üçün bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin müalicəsindən ötrü onların spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.



Yüklə 67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin