Avqust 2016 İş yeri statistikası açıqlanıb



Yüklə 0.53 Mb.
səhifə14/25
tarix16.12.2016
ölçüsü0.53 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Tramadol” nədir?


25.08.2016

tramadol 1Keçmiş səhiyyə naziri Əli İnsanova yeni ittihamların biri də psixotrop maddə saxlama ittihamıdır. Onun Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı bildirilir.

Transparency.az qeyd edir ki, “Tramadol” güclü təsir edən maddələr siyahısına daxildir.Siyahı bu il martın 18-də imzalanmış qanunla təsdiqlənib.

Az-tibb.com saytında “Tramadol”un farmakoloji xüsusiyyətləri haqqında bunlar yazılır: “Güclü ağrıkəsici təsirə malikdir. Tez və uzunmüddətli təsir edir. “Tramadol” güclü kəskin və xroniki ağrılar, travmalar, onkoloji xəstəliklər zamanı, əməliyyatdan sonrakı dövrdə, cərrahi əməliyyatdan əvvəl (ağrının profilaktikası məqsədilə), ağrılı diaqnostik və terapevtik manipulyasiyalar zamanı istifadə olunur”.

Transparency.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, “Tramadol” açıq satışda olan dərmandır: “Bu preparat psixotrop və digər xüsusi qrup dərmanlara aid deyil, ondan ağrıkəsici kimi istifadə olunur, istər xəstəxanada, istərsə də ev şəraitində müalicə alanlara tətbiq edilir. Azərbaycanda bəzən SSRİ dövründən qalan stereotiplər üzrə hərəkət edirlər –  hüquq mühafizə orqanları “Tramadol” tipli dərmanların yayımına əngəllər törədir, apteklər də bundan ehtiyatlanır”.



Sabiq nazirə nə qədər iş düşür?

İctimai iaşə dövriyyəsi 3 faiz artıb


26.08.2016

2016-cı ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3 faiz artaraq 627,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 257,1 milyon manat təşkil edib.



kafe 1

Qəza statistikası


26.08.2016

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı azalıb. 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz düşüb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri həlak olub.



qeza 1Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1 faiz, yaralananların sayı 13,6 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 42,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9 faiz, 26 faiz və 14,2 faiz düşüb.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib. Belə hadisələrin 87 faizini minik avtomobillərinin sürücüləri törədib.

2016-cı ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə qeydə alınıb. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.


Xarici valyutalar yuxarı üz tutub


26.08.2016

pul 1Mərkəzi Bank avqustun 26-da xarici valyutaların böyük əksəriyyətinin kursunu yuxarı istiqamətdə dəyişib (Məzənnələr). Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6245 manatdan 1,628 manata, 1 avro 1,8308 manatdan 1,8374 manata qalxıb. Digər valyutalara bu qiymətlər qoyulub:

1 gürcü larisi – 0,7125 manat

1 ingilis funt sterlinqi – 2,1501 manat

1 Rusiya rublu – 0,0251 manat

1 türk lirəsi – 0,5544 manat.

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 201,9 milyon dollara çatıb. Mərkəzi Bankdan 835,4 milyon dollar alındığını da hesablayanda 2016-cı ilin yanvar-avqust aylarında manatın məzənnəsini nizamlamağa 4 milyard 37,3 milyon dollar gedib.


Türkiyə Azərbaycana yeni səfir göndərir


26.08.2016

turk bayragi 1Türkiyə Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub: Erkan Özoral. Xarici İşlər Nazirliyinin baş direktor müavini postundan səfir vəzifəsinə keçirilən Erkan Özoralın yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacağı gözlənir.

Xəbəri Türkiyə səfirliyi avqustun 26-da yayıb.


Antikorrupsiya yay məktəbi açılıb


26.08.2016

Avqustun 26-sı Bakıda Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) antikorrupsiya yay məktəbinin açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən AZAKA-nın keçid qrupunun üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov akademiyanın bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyini deyib. O bildirib ki, fəaliyyət istiqamətlərindən biri də antikorrupsiya sahəsinə maraq göstərən şəxslər üçün yay məktəbi formatlı məktəblər olacaq: “Burada korrupsiya ilə mübarizə metodları, təcrübələr müzakirə ediləcək. Yay məktəbində 35 iştirakçı müsabiqə əsasından seçilib. Onlar müxtəlif regionlardan olan gənclərdir. Ümid edirəm ki, bu təlim gözləntiləri doğruldacaq, bu sahədə müəyyən biliklərin qazanılmasına şərait yaradacaq”.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynli Azərbaycan Antikorrupsiya Akademiyasının bu təşəbbüsünün təsadüfi olmadığını deyib: “Korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu elə bir problemdir ki, davamlı öyrənilməlidir. Bu baxımdan Antikorrupsiya Akademiyasının yay məktəbi keçirməsi çox əhəmiyyətlidir”.

Digər çıxışçılar yay məktəbinin əhəmiyyətindən danışıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər.

Sonra yay məktəbi panel iclasları ilə davam edib.

mekteb

mekteb 2




1   ...   10   11   12   13   14   15   16   17   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə