Avqust 2016 İş yeri statistikası açıqlanıb


Vergi qanununa dəyişikliklər hazırlanır



Yüklə 0.53 Mb.
səhifə12/25
tarix16.12.2016
ölçüsü0.53 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Vergi qanununa dəyişikliklər hazırlanır


25.08.2016

vnAvqustun 25-də Vergilər Nazirliyi yeni açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, prezidentin avqustun 4-də imzaladığı vergi islahatları sərəncamı Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara tam cavab verməsi istiqamətində ciddi addımdır: “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqini və vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutan sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha da təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra metodların tətbiqinə yol açır.

Sərəncamda diqqət çəkən məqamlardan biri də vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (“Advance tax ruling”) qaydasının tətbiqidir. Həmin sistem inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər.

Məlum olduğu kimi, sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, son nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır. Hazırda vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanun dəyişiklikləri layihəsi üzərində iş gedir.

Sərəncamda öz əksini tapmış digər məsələ kameral vergi yoxlamaları ilə bağlıdır. Kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində aparılır. Lakin bir sıra hallarda vergi ödəyiciləri müvafiq sənədləri vaxtında təqdim etmədikdə və ya ümumiyyətlə sənədləşmə aparmadıqda yoxlamaların müddəti uzanır. Belə halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün dövlət başçısının sərəncamı ilə kameral vergi nəzarətinin konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb. Yəni sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində həmin sahibkarlıq subyektində kameral yoxlama aparılmayıbsa, vergi orqanı həmin vergi ödəyicisində bu yoxlamanı aparmaq hüququnu itirir. Bu məqsədlə Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində dəyişikliklər edilməsi nəzərdə tutulur.

Digər vacib məsələlərdən biri vergidən yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır. Vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək. “Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma” (“Whistleblow”) adlanan həmin mexanizm dünya təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media vasitəsilə ictimailləşdirilməsindən də geniş istifadə olunur.

Sərəncamla hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da yaradılır. Bu, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disdosure”) sisteminin tətbiqi ilə bağlıdır. Könüllü vergi açıqlaması vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Mütəxəssislərin qənaətinə görə, sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq”.

Nazirlik yeni elektron xidmət istifadəyə verib


25.08.2016

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini istifadəyə təqdim edib. Avqustun 25-də yayılan rəsmi açıqlamada qeyd olunur ki, hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur: “Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır.

“Elektron hökumət” portalında təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlərin məlumat verməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır. Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir (Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir).

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti komissiya yaradaraq həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlayır”.

Bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələri üzrə artıq 26 elektron xidməti vətəndaşların istifadəsindədir.




Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə