Avqust 2016 İş yeri statistikası açıqlanıb


Məhkəmə bankirləri azadlığa buraxdı



Yüklə 0.53 Mb.
səhifə3/25
tarix16.12.2016
ölçüsü0.53 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

Məhkəmə bankirləri azadlığa buraxdı


22.08.2016

bacm 1
Bakı Ağır Cinayətlər Məhkəməsi külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən “Atrabank” ASC-nin həbsdə olan vəzifəli şəxslərinin işi üzrə prosesi başa çatdırıb. Avqustun 22-də Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Report.az-ın məlumatına görə, hər biri 2 il sınaq müddəti olmaqla şərti cəza alan bankirlər məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslər “Atrabank”ın 200 min manat məbləğində pulunu mənimsəməkdə ittiham olunublar.

Bu il yanvarın 27-də Mərkəzi Bankın İdarə Heyəti “Atrabank”ın lisenziyasını ləğv edib. Rəsmi məlumatda bildirilib ki, “Atrabank” məcmu kapitalın minimum məbləği tələbinə, kreditorlar qarşısında öhdəliklərinə əməl etməyib, fəaliyyətini etibarlı və prudensial qaydada qurmayıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust qərardadı ilə isə “Atrabank” ASC müflis elan olunub.

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərraclar elan edib


22.08.2016

emlak komitesi
Böyük özəlləşdirmə prosesi aparan Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də növbəti hərraclar elan edib. Hərraclara 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir (Siyahı).

Kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də özəlləşməyə çıxarılıb (Müəssisələr).

Komitənin özəlləşdirməyə çıxardığı 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları da özəlləşdirmə portalında yerləşdirilib.


Rusiyada səsini 2 manat yarıma satmaq istəyənlər var


22.08.2016

secki 1
Rusiyanın “Levada” Araşdırmalar Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, əhalinin 23%-i Dövlət Dumasına seçkidə öz səsini 100 rubla (2 manat 50 qəpik) və daha artıq məbləğə satmağa hazırdır.

Sorğu 2016-cı il avqustun 5-dən 8-nə qədər ölkənin 48 bölgəsinin 137 yaşayış məntəqəsində yaşı 18-dən yuxarı 1600 respondent arasında aparılıb.

Novator.az bildirir ki, səsini satmağa hazır olan respondentlərin 11%-i bu sövdələşməyə 5 min rubla (125 manat) getməyə hazır olduğunu deyib. Sorğuya cəlb olunanların 63%-i isə seçkidə öz səsini heç bir məbləğə satmaq istəmədiyini bəyan edib.

Sorğuya qatılanların 21%-i hesab edir ki, parlament seçkisində yerli və regional seçki komissiyaları nəticələri saxtalaşdıracaq. Onların 15%-i hesab edir ki, hakimiyyət seçicilərin səsini satın alacaq, 13% isə Mərkəzi Seçki Komissiyasının nəticələri saxtalaşadırmaq imkanında olduğunu bildirib.

Sorğuda iştirak edənlərin 22%-i parlament seçkisində saxtakarlığın olmayacağına inandığını vurğulayıb.

Parlamentin aşağı palatası olan 450 nəfərlik Dövlət Dumasına seçki sentyabrın 18-nə təyin edilib. Seçkiyə 14 partiya qatılıb.


4 milyon 200 min manatlıq qələbə


22.08.2016

Azərbaycanın Rio-de-Janeyro olimpiadasını 18 medalla başa vurması dövlət büdcəsinə neçəyə başa gələcək? Transparency.az bunu hesablayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan idmançılarının və məşqçilərinin XXXI Yay Olimpiya Oyunlarında mükafatlandırılması belə müəyyən edilib:

— birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

— ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

— üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Azərbaycanı təmsil edən idmançılar olimpiadada 1 qızıl, 7 gümüş, 10 bürünc medal qazanıblar. Qızıl medala görə dövlət büdcəsindən 600 min manat, gümüş medallara görə 2 milyon 100 min manat, bürünc medallara görə 1 milyon 500 min manat ayrılacaq. Qaliblərə və məşqçilərə üst-üstə 4 milyon 200 min manat məbləğində pul mükafatı təqdim ediləcək.

qizil medal 1

Hərbi Dəniz Qüvvələri təlim keçirir


22.08.2016

Avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb. Mod.gov.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi gəmilərin daimi baza məntəqəsində olub, döyüşə hazırlıq səviyyəsini yoxlayıb. Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə qüvvə və vasitələrin tam döyüşə hazır olma dərəcəsinə gətirilmə qərarını məruzə edib.

Komanda Məntəqəsinə gələn müdafiə nazirinə təlimlərdə iştirak edən gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və Hərbi Dəniz Qüvvələrinin idarə olunması barədə operativ məlumat verilib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılması olduğu bildirilir.

Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də bitəcək.

telim

telim2

telim 3




1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə