Tərbiyənin prinsipləri


Fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi



Yüklə 60,52 Kb.
səhifə5/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.4. Fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Insanlar xarakter və xasiyyətcə bir-birlərinə bənzəmirlər. Hər bir şəxs özünəməxsus fərdi xüsusiyyətlərə malikdir. Belə isə, deməli, tərbiyə prosesində yalnız həmin fərdi fərqləri hesaba almaqla səmərəli nəticələr qazanmaq mümkündür.
Psixoloqlar dörd temperament tipini göstərirlər: xolerik, sanqvinik, fleqmatik, melanxolik.
Fərdi fərqlər temperamentin bu tiplərindən irəli gəlir.
Hippokrat (e.ə. 460-377) temperamenti qan, öd, qara öd və semuli bədəndəki nisbəti ilə; alman psixiatrı E. Kreçmer, amerikalı U. ŞeldonS. Stivens insan bədəninin quruluşu ilə əlaqələndirirdilərsə, İ.P. Pavlov temperamenti ali sinir fəaliyyətinin tipləri ilə aydınlaşdırırdı.
Psixoloqlar temperament tipləri xassələrinə görə belə səciyyələndirirlər: sanqvinik – zirək, fleqmatik – sakit, xolerik – coşğun, melanxolik – zəif tip.
Xolerik tip üçün xarakterik olan əlamətlər bunlardır: narahat, bir yerdə qərar tuta bilməyən; hövsələsiz, kobud, təşəbbüskar, qətiyyətli, inadkar, hazırcavab, risq edən, kinsiz, tez özündən çıxan, məqsədə çatmaq yolunda inadkar; əhvalı tez dəyişən və s.
Sanqvinik tip üçün aşağıdakı əlamətlər səciyyəvidir: şən, gümrah və işgüzar; başladığı işi bir sıra hallarda axıra çatdırmayan; özünü hədsiz qiymətləndirən, uğursuzluqdan tez təsirlənən; şəraitə uyğunlaşmağı bacaran; hər hansı bir işə girişib həmin işdən başqasına keçən, həmişə gümrah əhval-ruhiyyədə olmaq və s.
Fleqmatik temperament tipi üçün səciyyəvidir: soyuqqanlılıq, ehtiyatlı və ağıllı olmaq; təmkinlilik; qaradinməzlik; boş-boş danışmağı xoşlamamaq; gün rejimini ciddi gözləmək; hamıya eyni gözlə baxmaq; səliqəlik və intizamı xoşlamaq; yeni şəraitə gec alışmaq, özünü ələ ala bilmək və s.
Melanxolik tipə aiddir: utancaqlıq, həssaslıq, hər şeyi ürəyinə salmaq, yeni şəraitdə özünü itirmək; yeni şəxslərlə ünsiyyətə girməkdə çətinlik çəkmək; tənhalığı xoşlamaq; küsmək; asanlıqla təsir altına düşmək; həm özünə, həm də başqalarına tələbkar yanaşmaq və s.
Şagirdin bu kimi fərdi fərqlərini diqqətlə öyrənmədikdə müəllim, valideyn onun tərbiyəsində çətinliklərlə üzləşir.
Nəsirəddin Tusi yazırdı: “Heç bir surət bir-birinə oxşamadığı kimi, heç bir xasiyyət də başqa xasiyyətə oxşamaz. Ona görə də tərbiyə və təlimdə ehmallıq göstərilsə, hər kəsin cilovu öz təbiətinin ixtiyarına verilsə, o, bütün ömrü boyu hansı xasiyyətdə doğulmuşdursa, elə də qalar”.
Ona görə də Tusi ata-analara məsləhət görürdü ki, öz övladlarının tərbiyəsi ilə yaxından məşğul olsunlar və onlara vicdanlı olmağı öyrətsinlər.
Hər bir şagirdin fərdi xüsusiyyətlərinə bələd olmaq və həmin xüsusiyyətləri nəzərə almaq tərbiyə prosesində müvəffəqiyyətin rəhnidir. Bu sahədə xüsusən sinif rəhbərlərinin, eləcə də fənn müəllimlərinin üzərinə mühüm vəzifələr düşür.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin