Tərbiyənin prinsipləri


Tərbiyə prosesinə kompleks yanaşma prinsipi



Yüklə 60,52 Kb.
səhifə9/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.9. Tərbiyə prosesinə kompleks yanaşma prinsipi. Insan hissə-hissə deyil, küll halında nəzərdən keçirilir. Odur ki, əslində, müəllim, valideyn tərbiyənin hər hansı sahəsini əlahiddə, onun digər tərkib hissələrindən ayrıca götürüb, tutaq ki, yalnız və yalnız mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi qayğısına qalmır. Hər hansı mənəvi keyfiyyətin formalaşdırılması üzrə iş aparıldıqda da eyni zamanda başqa mənəvi sifətin inkişafı üçün zəmin yaradılır. Bundan başqa, öz-özlüyündə həm də tərbiyənin digər tərkib hissələri üzrə də iş gedir.
Məsələn, vətənpərvərlik tərbiyəsi şagirdin fiziki və əmək tərbiyəsi qayğısına qalmağı tələb edir. Vətəni yaxşı fiziki hazırlığa, dözümə, çevikliyə, əmək bacarıq və vərdişlərinə yiyələnmiş şəxs daha möhkəm müdafiə edər.
Ona görə də tərbiyəyə kompleks yanaşma istər-istəməz zəruri prinsip rolunu oynayır. Tərbiyəyə kompleks yanaşma prinsipinə həm də şəxsiyyəti formalaşdıran bütün amillərin kompleksliliyi və qarşılıqlı əlaqəsi prinsipi də deyirlər. Tədris ocağında məktəbli oğlan və qızların yaş xüsusiyyətlərini hesaba almaqla onların əqli, mənəvi, estetik, fiziki, hüquq, iqtisadi, əmək və s. tərbiyəsinin vəhdətinə nail olmaq və həmin əsasda pedaqoji prosesin səmərəliliyini təmin etmək vacib bilinir.
Tərbiyə işinə kompleks yanaşma zamanı tərbiyənin vəzifələrinin, prinsip, metod və vasitələrinin birliyi, hərtərəflilik mühüm şərtdir. Tərbiyə prosesinə kompleks yanaşma prinsipi aşağıdakı cəhətlərin nəzərə alınmasını tələb edir:
- şəxsiyyətin təşəkkül tapıb formalaşmasına kömək göstərən bütün amillərin vəhdətdə tətbiq edilməsi;
- ailədə, tədris ocaqlarında, məktəb mikrorayonunda, asudə vaxtlarda aparılan tərbiyə işində qarşılıqlı təsirdə varislik;
- tərbiyənin tərkib hissələrinin vahidliyi;
- məqsəd, prinsip və metodların vəhdətdə götürülməsi;
- şagirdlə iş prosesində tarixi təcrübə və tərbiyə ənənələrinin müasirliklə uzlaşdırılması;
- tərbiyə vasitələrinin planlaşdırılması və əlaqələndirilməsi;
- tərbiyə işinə nəzarət və onun nəticəsinin öyrənilməsi.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin