Tərbiyənin prinsipləri



Yüklə 60,52 Kb.
səhifə1/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
  1   2   3   4   5   6   7   8   9   10
referat 4152





Tərbiyənin prinsipləri
Plan:

  1. Tərbiyə sözünün etimioloji mənası;

  2. Tərbiyənin prinsipləri anlayışı;

  3. Tərbiyənin prinsiplərinin xarakteristikası ;

    1. Tərbiyədə məqsədaydınlığı prinsipi;

    2. Tərbiyə işinin həyatla, əməklə və Azərbaycan Respublikasında dinc quruculuq işləri ilə əlaqələndirilməsi prinsipi;

    3. Yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipi;

    4. Fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi;

    5. Tərbiyədə sistemlilik, ardıcıllıq və fasiləsizlik prinsipi;

    6. Nikbinlik prinsipi;

    7. Şagirdin şəxsiyyətinə hörmətlə düzgün tələbkarlığın uzlaşdırılması (tərbiyədə hörmət və tələbkarlıq) prinsipi.;

    8. Tələblərdə vahidliyin gözlənilməsi prinsipi.;

    9. Tərbiyə prosesinə kompleks yanaşma prinsipi;

    10. Kollektivdə, kollektiv vasitəsilə və kollektiv üçün tərbiyə prinsipi;

1. Tərbiyə sözünün etimioloji mənası. “Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökün­dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol gös­tər­mək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “ri­ba”-çoxaltmaq.


Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö­zün­dən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər­sə­yə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir.
Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haq­qında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya sal­maq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yi­yə­lənmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.
Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə ya­naşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Pey­ğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.
Ərəb-fars dillərində “tərbiyə”, Türkiyə türkcəsində “terbiye”, Başqırdların dilində “trbiyə”, qırğızların deyimində “tarbiya”, qazaxca “tərbiyə”, türkməncə “tərbiye”, özbəkcə “tərbiyə”, uyğurların və uyğur qrupuna daxil olan xalqların (uyğurlar, kaşğarlar, dolanlar, xotonlar, ililər) dilində “tərbiyə”, qaraqalpaq dilində “torbiya”, çuvaş dilində “tirpey”, tatar dilində “tərbiyə” kimi işlənən sözün yalnız bir mənası var: O, da davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin adamlarda inkişaf etdirilməsi, formalaşdırılıb təkmilləşdirilməsinin məcmuyudur.
“Tərbiyə” sözünü ərəb, bəzən də fars sözü kimi təqdin etsələr də qədim türk mənbələrində bu sözün türklərə məxsus olduğu göstərilir. “Tərbiyə” sözünə və onun digər məna çalarlarına qədim türk abidələrində, o cümlədən “Bilqamus”, “Orxan-Yenisey”, “Dirsəxan” kimi türkdilli xalqlara məxsus olan milli-mənəvi dəyərlərdə rast gəlmək mümkün olduğu kimi Mahmud Kaşğari tərəfindən 1072-1073-cü illərdə (hicri tarixində 466-cı ildə) qələmə alınmış “Divani Lüğat – İT - Türk” kitabında da işlənilməsinin şahidi oluruq. XI əsrdə yaşamış görkəmli türk mütəfəkkiri Mahmud Kaşğari bi kitabı ərəblərə türk dilini öyrətmək məqsədilə yazmışdır.
Məlum olduğu kimi, bir sıra ərəb ölkələrində türklərin məskən salması və bəzi məmləkətlərdə türklərin yaşaması bu iki xalqın ünsiyyət tapmasını daha zəruri edirdi. Bunları nəzərə alan Mahmud Kaşğari belə bir kitabı yazmaqla XI əsrdə türk xalqlarına məxsus olan vahid bir dilin olmasını zəruri hesab etmiş, həm də ərəb xalqlarına türk dilinin öyrədilməsini lazım bilmişdir.
Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk “Tərbiyə hər şeyə qadirdir” deyir və göstərirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.
Görkəmli etnopedaqoq professor Əliheydər Həşimov yazır ki, “Tərbiyənin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir. Cəmiyyətin inkişafı tarixində elə bir dövr olmamışdır ki, orada yaşlı nəslin nümayəndələri gənc nəslin tərbiyəsi qayğısına qalmamış olsun. Lakin müxtəlif zamanlarda, müxtəlif inkişaf mərhələlərində tərbiyənin mahiyyəti, xarakteri və uşaqlara aşılanması yolları eyni səviyyədə olmamışdır”.
Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xe­yir­xah, mədəni, humanist insanlar yetişdirməkdir.
Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti gö­s­tərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inki­şa­fı­nın nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçün­cü, təş­kil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.
Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”.
Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrü­bə­nin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılan­ma­sıdır”



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin