Xidmətlər son zamanlara qədər mühüm iqtisadi fəaliyyət kimi qəbul edilməmişdir. Xidmətlər son zamanlara qədər mühüm iqtisadi fəaliyyət kimi qəbul edilməmişdir



Yüklə 445 b.
tarix22.04.2017
ölçüsü445 b.
#15404



Xidmətlər son zamanlara qədər mühüm iqtisadi fəaliyyət kimi qəbul edilməmişdir.

  • Xidmətlər son zamanlara qədər mühüm iqtisadi fəaliyyət kimi qəbul edilməmişdir.

  • Xidmətlərin ikinci dərəcəli bir fəaliyyət kimi qəbul edilməsində bu bölmədə məhsuldarlığın aşağı olması yönündəki ənənəvi inancın böyük təsiri olmuşdur.

  • Bunun da kökləri Adam Smitə qədər uzanır.



Klassik məktəbin qurucusu olan Adam Smit, xidmətləri iqtsiadiyyatda bir növ verimsiz bir sahə kimi ifadə etmişdir.

  • Klassik məktəbin qurucusu olan Adam Smit, xidmətləri iqtsiadiyyatda bir növ verimsiz bir sahə kimi ifadə etmişdir.

  • Sonralar isə xidmət fəaliyyətlərindəki artım, birinci (aqrar)ikinci (sənaye) sektorlarında baş verən inkişaf proseslərinin dolayı nəticəsi kimi görünməyə başlandı və xidmətlərə üçüncü sektor adı verildi.

  • Bu baxımdan xidmətlərin milli gəlirdəki payı ilk iki sektordan yerdə qalan bir pay və ya “artıq” kimi qəbul edilirdi.



Bu yanaşma, yaxın zamanlara qədər öz təsirini davam etdirmişdir.

  • Bu yanaşma, yaxın zamanlara qədər öz təsirini davam etdirmişdir.

  • Bu gün belə, bəzən xidmətlərin əməktutumlu və məhsuldarlığı nisbtətən aşağı sektorlar olduğu düşünülməklə, bunların daha çox məşğulluq yaradıcı təsirləri üzərində dayanılır.

  • Ancaq müasir dövrdə texnologiyada, xüsusilə kompüter və rabitə texnologiyalarında baş verən inkişaf prosesləri xidmətlərlə bağlı bu ənənəvi düşüncələri sürətlə dəyişdirmişdir.



Beləliklə, bu gün istehsala fokuslanmış xidmətlərdəki inkişaf prosesləri yalnız inkişafın bir nəticəsi deyil, onun təməl ilkin şərtlərindən biri kimi qəbul edilməyə başlanmışdır.

  • Beləliklə, bu gün istehsala fokuslanmış xidmətlərdəki inkişaf prosesləri yalnız inkişafın bir nəticəsi deyil, onun təməl ilkin şərtlərindən biri kimi qəbul edilməyə başlanmışdır.

  • Xidmətlər sektoru çox geniş bir iqtisadi fəaliyyət sahəsini əhatə edir. Bu səbəbdən sektorun ümumi tərifini vermək çətindir.

  • Bununla yanaşı, istehsal ilə istehlakın eyni yerdə və eyni anda reallaşması, başqa sözlə xidməti göstərən ilə bundan faydalanan arasında birbaşa əlaqənin mövcud olması, xidmətlərin abstrakt xarakter daşıması bəzi ümumi xüsusiyyətləri təşkil edir.



Aparılan bir təsnifata görə xidmətlər texnoloji mahiyyətlərinə görə biliyə əsaslananlar və ənənəvi xidmətlər olmaqla iki yerə ayrılırlar:

  • Aparılan bir təsnifata görə xidmətlər texnoloji mahiyyətlərinə görə biliyə əsaslananlar və ənənəvi xidmətlər olmaqla iki yerə ayrılırlar:

    • Birinci qrupa aiddir: bankçılıq, sığortaçılıq, informasiya texnologiyası, konsaltinq fəaliyyəti, inşaat və texniki xidmətlər, reklamçılıq və logistika, səhiyyə, təhsil, dövlət xidmətləri və.s.
    • İkinci qrupa aiddir: ticarət, turizm, nəqliyyat, sosial xidmətlər. Bunlar sadə üsullarla həyata keçirilən ənənəvi fəaliyyətlərdir.


Xidmətləri daha detallı şəkildə də 4 əsas qrupa ayırmaq olar:

  • Xidmətləri daha detallı şəkildə də 4 əsas qrupa ayırmaq olar:

    • Logistika xidmətləri:
      • Nəqliyyat və depo xidmətləri;
      • Rabitə xidmətləri;
      • Toptansatış ticarət xidmətləri;
      • Pərakəndəsatış ticarət xidmətləri (iaşə yerləri xaric).


İstehsalçı xidmətləri (istehsalçılara xidmət edən sahələr):

  • İstehsalçı xidmətləri (istehsalçılara xidmət edən sahələr):

    • Bankçılıq, maliyyə xidmətləri;
    • Sığorta xidmətləri;
    • Daşınmaz əmlak alqı-satqı xidmətləri;
    • Mühəndislik və memarlıq xidmətləri;
    • Muhasibat xidmətləri;
    • Müxtəlif kommersiya xidmətləri;
    • Hüquq xidmətləri;
    • Mehmanxana xidmətləri;


İctimai xidmətlər (əhaliyə ümumi olaraq göstərilən xidmətlər):

  • İctimai xidmətlər (əhaliyə ümumi olaraq göstərilən xidmətlər):

    • Səhiyyə xidmətləri:
    • Xəstəxanalar;
    • Təhsil;
    • Din xidmətləri;
    • Dərnək və vəqflər;
    • Poçt xidmətləri
    • Dövlət xidmətləri;
    • Müxtəlif peşə və sosial xidmətlər


Fərdi xidmətlər (fərdlərə göstərilən xidmətlər):

  • Fərdi xidmətlər (fərdlərə göstərilən xidmətlər):

    • Ev xidmətləri;
    • Mehmanxana xidmətləri;
    • İaşə xidmətləri;
    • Təmir xidmətləri;
    • Camaşırxana xidmətləri;
    • Bərbər xidmətləri və gözəllik salonları;
    • Əyləncə və tətil xidmətləri;
    • Müxtəlif fərdi xidmətlər;
    • Səyahət konsaltinqi və git xidməti.


Biliyə əsaslanan xidmətlər daha çox istehsala fokslanmışdır.

  • Biliyə əsaslanan xidmətlər daha çox istehsala fokslanmışdır.

  • Bunlar xidmət sektorunda olduğu qədər sənaye və aqrar sektorlarda da istehsalən ayrılmaz bir hissəsidirlər.

  • Məsələn, ehtiyatın idarə edilməsi, keyfiyyətə nəzarət, katiblik, marketinq, muhasibat və.s kimi xidmətlər olmadan sənaye istehsalı realalşdırıla bilməz.

  • Məsələn, ABŞ-da emal sənayedə çalışanların 65-75%-i xidmət fəaliyyətləri ilə əlaqəlidir.



Müasir dövrdə xidmətlər sahəsində baş verən “inqilab”ın iki əsas xüsusiyyəti diqqəti cəlb edir:

  • Müasir dövrdə xidmətlər sahəsində baş verən “inqilab”ın iki əsas xüsusiyyəti diqqəti cəlb edir:

    • Birincisi, biliyə əsaslanan xidmətlərdəki (əsasən istehsala fokslanmış xidmətlər) sürətli inkişaf;
    • İkincisi, xidmətlərin getdikcə daha çox ticarət edilə bilən vəziyyətə gəlməsi;


Xidmətlər, ənənəvi olaraq beynəlxalq ticarətə girməyən fəaliyyətlərə (nontradables) nümunə kimi göstərilir.

  • Xidmətlər, ənənəvi olaraq beynəlxalq ticarətə girməyən fəaliyyətlərə (nontradables) nümunə kimi göstərilir.

  • Xarakter etibarilə xidmətlərin xarici ticarətin predmeti olma xüsusiyyətinin fiziki məhsullar kimi geniş yayılmaış olmayacağı aydındır.

  • Çünkü, geniş bir qrup xidmət fəaliyyəti, istehsalçı ilə istehlakçı arasında eyni anda birbaşa əlaqə qurulmasını tələb edir.



Başqa sözlə, ticarətin reallaşması üçün ya satıcının alıcının ölkəsinə getməsi, ya da bunun əksinin olması zəruridir.

  • Başqa sözlə, ticarətin reallaşması üçün ya satıcının alıcının ölkəsinə getməsi, ya da bunun əksinin olması zəruridir.

  • Bu sahədə isə bəzi fiziki imkansızlıqlarla yanaşı, hökumətlərin xarici əmək və ya kapitaln ölkəyə girişini məhdudlaşdırmaq məqsədilə müəyyən etdikləri çoxlu sayda əngəl də ola bilər.



Bununla yanaşı bir sıra xidmət növləri üzərindəki ticarət yeni deyildir.

  • Bununla yanaşı bir sıra xidmət növləri üzərindəki ticarət yeni deyildir.

  • Məsələn, nəqliyyat, turizm, sığortaçılıq və bankçılıq kimi xidmətlər əvvəldən xarici ticarətin əhatə dairəsinə girmişdir.

  • Yeni olan, son 20-30 ildən bu tərəfə beynəlxalq xidmət ticarətində görülən böyük artımlar və yeni yeni xidmət növlərinin meydana gəlməsidir.



Bilik texnologiyalarında baş verən son inkişaf prosesləri emal məhsulların istehsalında daha böyük nisbətdə xidmət istifadəsi ilə nəticələnmişdir.

  • Bilik texnologiyalarında baş verən son inkişaf prosesləri emal məhsulların istehsalında daha böyük nisbətdə xidmət istifadəsi ilə nəticələnmişdir.

  • Beləliklə xidmət ixrac və idxalı böyük miqyasda artmışdır.

  • Araşdırmalar, sənayeləşmiş ölkələrdə əmtəə ixracının 60-80%-lik bir hissəsinin xidmətlərdən (öz ölkələrindən və ya xaricdən təmin etdikləri) təşkil edildiyini göstərir.



Beynəlxalq Əmək Təşkilatının (ILO) 1990-cı illər üzrə verdiyi statistik məlumatalara görə inkişaf etmiş ölkələr xidmətlər sektorunda daha çox nisbətdə məşğulluğa malikdir.

  • Beynəlxalq Əmək Təşkilatının (ILO) 1990-cı illər üzrə verdiyi statistik məlumatalara görə inkişaf etmiş ölkələr xidmətlər sektorunda daha çox nisbətdə məşğulluğa malikdir.

  • Məsələn, bu nisbət ABŞ-da 75,6%, Kanadada 75,2%, Avstraliyada 74,2%, İngiltərədə 70,6% olduğu halda, bu ölkələrə görə nisbətən daha az inkişaf etmiş ölkələrdə xidmət sektorunda daha az məşğulluq mövcuddur.



Bu nisbət, İspaniyada 59,7%, Portuqaliyada 53,2%, Yunanıstanda 49,9%-dir. Zəif inkişaf etmiş ölkələrdə isə bu rəqəmlər, məsələn Meksikada 29,9% və Banqladeşdə 28,3% səviyyəsindədir.

  • Bu nisbət, İspaniyada 59,7%, Portuqaliyada 53,2%, Yunanıstanda 49,9%-dir. Zəif inkişaf etmiş ölkələrdə isə bu rəqəmlər, məsələn Meksikada 29,9% və Banqladeşdə 28,3% səviyyəsindədir.

  • Bu statistik məlumatlar xidmətlər sektorunun inkişafının eyni zamanda iqtisadi inkişaf və rifah səviyyəsinin də mühüm bir göstəricisi olduğunu ortaya qoyur.



Xidmətlərin beynəlxalq xarakter qazanmasındakı hərəkətverici qüvvələrin başında heç şübhəsiz ki, beynəlxalq kompüter şəbəkələrinin geniş yayılması və bu şəbəkələr üzərindən uzun məsafəli xidmət ticarətinin həyata keçirilməsi dayanır.

  • Xidmətlərin beynəlxalq xarakter qazanmasındakı hərəkətverici qüvvələrin başında heç şübhəsiz ki, beynəlxalq kompüter şəbəkələrinin geniş yayılması və bu şəbəkələr üzərindən uzun məsafəli xidmət ticarətinin həyata keçirilməsi dayanır.

  • İnternet kanalından bu gün çox geniş bir beynəlxalq bilik mübadiləsinin həyata keçirilməkdə olduğu buna bir nümunədir.

  • Həmçinin, internet xidmətlərinin geniş yayaılması elektron ticarət (e-trade) əməliyyatlarını da doğurmuşdur.



Gələcəkdə xidmətlər daha sürətlə beynəlxalq xarakter almaya başlayacaqdır.

  • Gələcəkdə xidmətlər daha sürətlə beynəlxalq xarakter almaya başlayacaqdır.

  • Bunun səbəbləri isə rabitə və digər informasiya texnologiyalarındakı inkişaf prosesləri, xidmət sektorlarında artan rəqabət və Xidmətlər Ticarəti Baş Sazişinin (General Agreement on Trade in Services - GATS) dünya xidmətlər ticarətini çox tərəfli sərbəstləşdirməyə istiqamətlənmiş tədbirləridir.



Ticarət və Taariflər Üzrə Baş Sazişin Uruqvay Müzakirələrində beynəlxalq xidmət ticarətinin çoxtərəfli qaydada sərbəsləşdirilməsini təmin etmək məqsədilə saziş (GATS) imzalanmış və xidmətlər də əmtəə ticarəti kimi Dünya Ticarət Təşkilatının əhatə dairəsinə daxil edilmişdir.

  • Ticarət və Taariflər Üzrə Baş Sazişin Uruqvay Müzakirələrində beynəlxalq xidmət ticarətinin çoxtərəfli qaydada sərbəsləşdirilməsini təmin etmək məqsədilə saziş (GATS) imzalanmış və xidmətlər də əmtəə ticarəti kimi Dünya Ticarət Təşkilatının əhatə dairəsinə daxil edilmişdir.

  • Xidmətlər ticarətini sərbəstləşdirməyi ən çox istəyən ölkə ABŞ olmuşdur.

  • Bunun səbəbləri arasında isə transmilli ABŞ şirkətlərinin bu istiqamətdə təzyiq göstərməsi, xidmətlərin ABŞ ticarətində payının artması, proteksionizmi müdafiə edən mənafe qruplarının siyasi gücünü qırmaq, sərbəst ticarətə dəstək vermək və.s kimi faktorlardır.



Xidmət sektorlarının artan miqyaslarda informasiya texnologiyasına əsaslanması, bunların da daha çox fiziki və insan kapitalı tələb etməsi səbəbindən, yüksək gəlirli ölkələr, xüsusilə kommeriysa xidmətləri ixracında ixtisaslaşmışlar.

  • Xidmət sektorlarının artan miqyaslarda informasiya texnologiyasına əsaslanması, bunların da daha çox fiziki və insan kapitalı tələb etməsi səbəbindən, yüksək gəlirli ölkələr, xüsusilə kommeriysa xidmətləri ixracında ixtisaslaşmışlar.

  • Kommersiya xidmətləri bu ölkələrin məcmu ixracatında daha böyük bir paya malikdir. Eyni xüsusiyyət nəqliyyat, maliyyə, texnika və rabitə xidmətləri kimi xüsusi sahələr üçün də keçərlidir.



Geri qalmış ölkələrdə vəziyyət daha fərqlidir.

  • Geri qalmış ölkələrdə vəziyyət daha fərqlidir.

  • Bunların bir çoxu hələ də xidmətlər sahəsində açıq şəkildə görünən bir müqayisəli üstünlüyə malikdir.

  • Ancaq müqayisəli üstünlük sahələri fərqlidir. Bəziləri turizmdə, bəziləri xaricdə inşaat fəaliyyətlərində, bəziləri də məhdudlaşdırılmadığı təqdirdə iş qüvvəsi ixracatında mühüm potensiala malikdir.



Beynəlxalq xidmət ticarəti və xidmətlərlə bağlı birbaşa xarici investisiyalardakı artımın əsas səbəblərindən biri zəngin ölkələrin sənaye cəmiyyətindən post-sənaye cəmiyyətinə keçidi yaşamalarıdır.

  • Beynəlxalq xidmət ticarəti və xidmətlərlə bağlı birbaşa xarici investisiyalardakı artımın əsas səbəblərindən biri zəngin ölkələrin sənaye cəmiyyətindən post-sənaye cəmiyyətinə keçidi yaşamalarıdır.

  • İstər milli gəlir, istərsə məcmu məşğulluqda payı baxımından xidmətlər hələ də bu ölkələrdə ən böyük sektordur.



P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley, 2006

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley, 2006

  • James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.

  • Raymond Miller, International Political Economy: Contrasting World Views, Routledge, 2008

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2007.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin