1. Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi Marketinq kanallarının xarakteri və əhəmiyyəti Kanal rejimi və quruluşu



Yüklə 90,14 Kb.
səhifə1/16
tarix12.05.2022
ölçüsü90,14 Kb.
#57694
  1   2   3   4   5   6   7   8   9   ...   16
marketinq 10



Mövzu:10.Marketinqdə paylama kanalları və tədarük şəbəkələrinin idarə edilməsi

Plan

1.Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi

2.Marketinq kanallarının xarakteri və əhəmiyyəti

3.Kanal rejimi və quruluşu

4.Kanal yaratma qərarları

5.Kanalın idarə edilməsi haqqında qərarlar

6.İctimai siyasət və paylama qərarları

7. Marketinq logistikası və təchizat şəbəkəsinin idarə edilməsi

1.Təchizatçılar və dəyərin çatdırılması şəbəkəsi
Müştərilərin təlabatına uyğun məhsul və xidmətlərin istehsalı və bazara təklif edilməsi nəninki təkcə müştərilərin özləri ilə, həm də təchizatçılar və vasitəçilərlə əməkdaşlıq edilməsini şərtləndirir. Təchizat şəbəkəsi təchizatçılar, vasitəçilər və hətta vasitəçilərin müştəriləri də daxil olmaqla “yuxarı axın” və “aşağı axın” tərəfdaşlarından ibarətdir. İstehsalçı və xidmət göstərənlərdən ibarət “yuxarı axın” xammal, komponentlər, ehtiyyat hissələri, maliyyə, məhsul və məhsul yaratmaq üçün zəruri ekspertizanı təmin edən firmaların şəbəkəsidir. Buna baxmayaraq, marketoloqlar öz fəaliyyətlərini təchizat şəbəkəsinin “aşağı axın” istiqamətinə yönəldirlər. “Aşağı axın” deyərkən marketinq kanallarında baş verən axınlar başa düşülür. Sözügedən axınlar nəticəsində istehsal edilmiş dəyərlər istehsalçıdan istehlakçıya çatdırılır. Bu axınlar marketinq və yaxud paylama kanallarında özünü göstərir. Bu zaman topdan və pərakəındə satıcılar firma ilə hədəf bazarında olan müştərilər arasında zəruri əlaqələrin formalaşdırılmasında çox mühüm rola malik olurlar.

Nəzərə almaq lazımdır ki, istər “yuxarı axın”, istərsə də “aşağı axın” iştirakçıları digər firmaların da təchizat şəbəkəsinin bir hissəsi ola bilərlər.

Təchizat şəbəkəsi çox məhdud mənada işlədilə bilər.Belə ki, o, biznesə istehsal et və sat prizmasından yanaşır. O, xammala, istehsal güclərinə və fabrikin imkanlarına marketinqin planlaşdırılmasının başlağıc nöqtəsi kimi baxır. Bu baxımdan ən yaxş termin təlabat şəbəkəsidir. Çünki bu zaman bazarı düşün və cavab ver prizması qabardılır və həmin prizmadan baxmaqla müştərilərin təlabatlarının ödənilməsinə çalışılır.

Hazırkı dövrdə şirkətlər öz bizneslərinin inkişafına nail olmaq üçün dəyərin çatdırılması şəbəkəsinin inzamlanmasına daha çox fikir verirlər. Dəyərin çatdırılması şəbəkəsi şirkətlərdən, təchizatçılardan, distribyutorlardan və ən nəhayət bütün sistemin fəaliyyətini inkişaf etdirmək məqsədilə biri-biri ilə əməkdaşlıq edən istehlakçılardan ibarətdir. Məsələn, portativ avadanlıqlar istehsal etmək üzrə məşhur olan “Palm” şirkəti təchizatçıların və elektrik cərəyanı keçirməyən komponentlər, plastik əşyalar, “LCD” ekranlar və aksessuarlar toplayanların birliklərini idarə edir.



Yüklə 90,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin