Mühasibatlıq tapşırığı 2 Tapşırıq mövzusu: Əlavə dəyər vergisi Tapşırığın mətni



Yüklə 18,71 Kb.
tarix02.01.2022
ölçüsü18,71 Kb.
#47627
Mühasibatlıq tapşırığı 2 - Alxanov Nicat


Mühasibatlıq tapşırığı 2

Tapşırıq mövzusu: Əlavə dəyər vergisi

Tapşırığın mətni: 2020-ci ilin Noyabr ayı ərzində ƏDV ödəyicisi olan “A” MMC üç müxtəlif şirkətə mal və əmtəə satışı etmişdir. Şirkətlərin siyahısı və həmin şirkətlərdən daxil olan məbləğlər cədvəldə göstərilmişdir. (ƏDV dərəcəsi 18%)

Şirkətlər

Məbləğ (AZN)

B” MMC

23600 (ƏDV daxil)


C” MMC

12000 (ƏDV xaric)


D” MMC

2200 (ƏDV)


Bununla yanaşı “A” MMC şirkəti özü dörd müxtəlif şirkətdən alışlar etmiş və qarşılığında aşağıdakı formada ödənişlər etmişdir.

Qeyd: “G” MMC-dən aldığı məhsullar ƏDV-dən azad məhsullardır.

Şirkətlər__Məbləğ_(AZN)___“E”_MMC'>Şirkətlər

Məbləğ (AZN)


E” MMC

8496 (ƏDV daxil)


F” MMC

5000 (ƏDV xaric)


G” MMC

2500


H” MMC

704 (ƏDV)


Verilmiş məlumatlar əsasında “A” MMC tərəfindən ƏDV bəyannaməsi göndərildikdə yaranacaq ƏDV borcunu hesablayın.

Tapşırığın həlli:

A” MMC-nin müxtəlif şirkətlərə etdiyi mal və əmtəə satışından şirkətə daxil olan ƏDV məbləğləri aşağıdakı kimidir. (ƏDV dərəcəsi 18%)



Şirkətlər

ƏDV məbləği (AZN)

B” MMC

(23600 ÷ 118/100) × 18/100 = 3600


C” MMC

12000 × 18⁄100 = 2160

D” MMC

2200


Ümumi məbləğ

3600 + 2160 + 2200 = 7960

A” MMC-nin müxtəlif şirkətlərdən etdiyi alışların nəticəsində ödədiyi ƏDV məbləğləri aşağıdakı kimidir.

Qeyd:G” MMC-dən aldığı məhsullar ƏDV-dən azad məhsullardır.

Şirkətlər

ƏDV məbləği (AZN)

E” MMC

(8496 ÷ 118/100) × 18/100 = 1296

F” MMC

5000 × 18⁄100 = 900

G” MMC

0

H” MMC

704

Ümumi məbləğ

1296 + 900 + 704 = 2900

Verilmiş məlumatlar əsasında “A” MMC tərəfindən ƏDV bəyannaməsi göndərildikdə yaranacaq ƏDV borcu belədir: 7960 – 2900 = 5060 (AZN)
Yüklə 18,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin