Bank kartlarinizdan təHLÜKƏSİZ İSTİfadə qaydalari



Yüklə 13,46 Kb.
tarix21.10.2023
ölçüsü13,46 Kb.
#158857
növüQaydalar
BANK KARTLARINIZDAN TƏHLÜKƏSİZ İSTİFADƏ QAYDALARI


BANK KARTLARINIZDAN TƏHLÜKƏSİZ İSTİFADƏ QAYDALARI

Günümüzdə internet müxtəlif məqsədlər üçün istifadə olunur. İnsanlar evlərini, iş yerlərini tərk etmədən alış-veriş edə və ya bank əməliyyatlarını internet üzərindən həyata keçirə bilirlər. Kredit kartlarının köməyi ilə etdiyiniz bu fəaliyyətlər zamanı dələduzluq halları ilə üzləşməyiniz qaçılmazdır. Buna görə kredit kartlarının fırıldaqçılığı hallarından yayınmaq və şəxsi məlumatlarınızın qorunması yollarını bilməyiniz vacibdir. Belə ki, öz bank hesab məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyiniz vacibdir:


-kompüterinizdə brauzer və antivirusun yenilənmiş vəziyyətdə olmasından əmin olun
-ictimai kompüterlərdən istifadə etdikdən sonra, brauzerləri bağlayın və yaxud daxil olduğunuz veb səhifələrdən çıxış edin. Bu, başqa bir istifadəçinin “geriyə düyməsini” basaraq, sizin şəxsi məlumatlarınızı aşkar etməsinin qarşısını alır
-onlayn alış-veriş edərkən, etibarlı və nüfuzu olan mağazaların saytlarına müraciət edin
-alış-veriş etdiyiniz saytda məxfilik siyasətini oxuyun (əgər yoxdursa bu artıq mənfi haldır) və təhlükəsizlik vəziyyətinin hansı yerdə olduğunu müəyyənləşdirin
-şəxsi hesab məlumatlarınızı (kartınızın parolunu, nömrəsini) e-poçt və ya telefonla heç kimə deməyin və ya göndərməyin
-tanımadığınız şəxslərə və ya şirkətlərə öz hesab kartınızın məlumatlarını göndərməyin. Məlumdur ki, məhşur e-poçt fırıldaqçılıq formalarından biri “ fişinqdir”. Bu cür e-poçtlar sizdən kart hesab məlumatlarınızı istəyir və ya sizi saxta veb səhifəyə yönləndirir. Beləliklə, öz hesab məlumatlarınızı saxta səhifəyə daxil etməyinizlə, bədniyyətli şəxsi məlumatlarınızı oğurlamış olur
-onlayn alış- veriş zamanı, saytda olan bəzi təhlükəsizlik simvollarına nəzər yetirin. Brauzerin vəziyyət panelində kilid ( padlock), URL-də “http” –dən sonra “s” və ya "Secure Sockets Layer (SSL)-in olması vacibdir
-xəbərdarlıq mesajı xidmətindən istifadə edin. Belə ki, bu xidmətdən istifadə etdikdə bank hesabınıza edilən müdaxilələr barədə sizə xəbərdarlıq mesajı göndəriləcək
-onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərkən altı simvoldan çox olan mürəkkəb şifrələrdən istifadə edin və çalışın ki, hərflər və rəqəmlər fərqli yerlərdə olsun
-kredit kartınızın parolunu və nömrəsini elektron poçt hesabınızda və yaxud kompüterdəki fayllarda saxlamayın
Yüklə 13,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin