R. F. Sadiqov m e n e c m e n t dərs



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15

İnsani  münasibətlər  məktəbi  hər  bir  işçiyə  fərdi 
qaydada  yanaşmanı  tələb  edir.  Onlar  qeyd  edirdilər  ki, 
əmək  prosesində  işçilərin  fərdi  xüsusiyyətləri,  tələbat  ba-
carığı,  qabiliyyəti,  səriştəsi,  psixologiyası  ayrı-ayrılıqda 
nəzərə alınmalıdır. 
Bu  məktəb  idarəetmənin  və  fəaliyyətin  səmərəliliyi-
nin  artırılması  məqsədilə,  maddi  və  mənəvi  həvəsləndir-
məni,  idarəetmədə  insan  amilini,  iş  şəraitini,  ictimai  mü-
nasibətləri nəzərə almağı zəruri hesab edirdi. 
İnsani  münasibətlər  məktəbinin  nümayəndələrindən 
Meri Follet, Elton Mayo, Abraham Maslou və başqalarını 
misal  göstərmək  olar.  Meri  Follet  menecmenti  “digərlə-
rinin  köməyi  ilə  işlərin  yerinə  yetirilməsinin  təmin  olun-
ması” kimi hesab edirdi. Elton Mayo və Abraham Maslou 
belə  hesab  edirdilər  ki,  əmək  məhsuldarlığının  artırılma-
sına nail olmaq üçün təkcə maddi maraq amili şərt deyil-
dir.  Bu  zaman  işçilərin  arasındakı  münasibətlərin  düzgün 
qurulması  və  idarə  olunması,  məsələn  işçilərlə  məsləhət-
ləşmələr aparmaq, kollektivdə xoş ünsiyyət yaratmaq, on-
ların ehtiyacları, problemləri ilə maraqlanmaq vacibdir. 
İnsani  münasibətlər  məktəbinin    nümayəndələri  aş-
ağıdakı məsələləri tədqiq etmişlər: 
1.  Fərdi davranış. 
2.  Qrupların meydana gəlməsi. 
3.  Qrup davranışı. 
4.  İnsanlararası münasibət. 
5.  Motivasiya. 
6.  Liderlik. 
Müasir  idarəetmə  məktəbi  idarəetmə  məktəbləri 
arasında ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb idarəet-
mədə riyazi- iqtisadi modellər və üsulların tətbiqini nəzər-
də  tutur.  Müasir  idarəetmə  məktəbi  yeni  texnologiyaların 

17 
 
idarəetməyə gətirilməsinə üstünlük verir. Məsələn yeni ra-
bitə texnologiyalarının köməyi ilə informasiyaların ötürül-
məsi,  kompüter  texnologiyası  vasitəsiləriyazi  hesablama-
ların aparılması, məlumatların uçota alınması, saxlanılma-
sı, işlənməsi və ötürülməsi, texniki vasitələrlə hadisələrin 
gedişatını izləmək və müşahidələr aparmaq və s. Bu hallar 
idarəetmə  sahəsində  vaxta,  əl  əməyinə  xeyli  qənaət  olun-
masına,  işin  səmərəliliyinin,  sürətinin  və  keyfiyyətinin 
yüksəldilməsinə səbəb oldu. 
İdarəetmə  məktəbləri  idarəetmə  elminin  formalaş-
ması və inkişafında  böyük rola malik olmuşdur. Çünki bu 
məktəblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş
bu sahədə  tədqiqatlar aparmış və  problemləri  araşdırımış-
dır. İdarəetmə elminin hazırki duruma gəlib çıxmasını ida-
rəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiy-
mətləndirmək olar.  
 
1.5. İdarəetməyə elmi yanaşma 
 
İdarəetməyə elmi yanaşma dedikdə, idarəetmə fəaliy-
yətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prin-
siplərinə elmi-nəzəri baxışların məcmusu başa düşülür. İda-
rəetməyə elmi yanaşmanın aşağıdakı formaları mövcuddur: 
1.Sistemli yanaşma.   
 
 
 
2.Proses yanaşma. 
3.Situasiyalı yanaşma. 
4.Kompleks yanaşma. 
Sistemli yanaşma bütün yanaşmaları özündə birləş-
dirərək, idarəetmənin sistem halında öyrənilməsini həyata 
keçirir.  Sistemli  yanaşma  idarəetmənin  tərkib  hissələrini, 
proseslərini, funksiyalarını, metodlarını, prinsiplərini  qar-

18 
 
şılıqlı əlaqədə öyrənir.
 
Sistem  iki  və  ya  daha  artıq  vahidin  öz  xassələrini 
saxlamaqla,  onların  birləşməsi  nəticəsində  yaranmış  yeni 
xassəli  tam  və  ya  vahiddir.  Sistemi  təşkil  edən  hissələr, 
hadisələr,  elementlər  qarşılıqlı  əlaqədə  olmalıdırlar.  Sis-
temlər 2 cür olur. Açıq və qapalı sistemlər.  
Açıq sistemlərin tərkib elementləri ətraf mühitlə əla-
qədə olur. Məsələn müəssisə açıq sistem kimi digər təşki-
latlarla: sifarişçilərlə, malgöndərənlərlə, podratçılarla, ma-
lalanlarla,  banklarla,  sığorta  təşkilatları  ilə,  dövlət  təşki-
latları ilə,  məsələn  vergi və gömrük xidməti  orqanları ilə, 
sosial müdafiə fondu ilə və s. əlaqədə olurlar. 
Qapalı  sistemlər  isə  ətraf  mühitdən  təcrid  olunmuş, 
başqa sözlə desək, izolə edilmiş sistemlərdir.  Məsələn bu 
cür sistemlərə saat sistemini, dünya iqtisadi sistemini, keç-
miş  sosialist  təsərrüfatı  sistemini,  məxfi  orqanların  məlu-
mat  sistemlərini  və  s.  misal  göstərmək  olar.  Hər  bir  sub-
yekt  özünə  məxsus  olan  sistemləri  qapalı  və  ya  açıq    sis-
tem  kimi  formalaşdıra  bilərlər.  Məsələn:  müəssisə  biznes 
planını  rəqiblərin,  digər  təşkilatların  əlinə  keçməməsi 
üçün məxfi sənəd kimi saxlaya bilər.  
Sistemli  yanaşma  hadisələri  öyrənərkən,  onu  digər 
hadisələrlə əlaqədə öyrənir və  ya onun daxili aləmini əla-
qəli  şəklidə  tədqiq  edir.  Məsələn  hesabat  ili  zərərlə  başa 
vurulmuşdursa, bu zaman zərərin baş verməsinə səbəb ola 
bilən  bütün  amillər:  gəlir  və  xərc  maddələri,  istehsalın 
həcmi, satışın həcmi, keyfiyyət göstəriciləri, qənaət prinsi-
pi və s. bu kimi məsələlər araşdırılır. Çünki bu problemin 
həllinə  sistemli  baxış  qeyd  edilən  amilləri  qarşılıqlı  əla-
qədə araşdırmağı tələb edir.
  
 
Proses  yanaşma.  Proses  başlanğıcı  və  sonu  olan, 

19 
 
arasıkəsilməz  ardıcıllığa  malik  fəaliyyət,  hadisə  və  əmə-
liyyatların  məcmusudur.  Proses  dedikdə  o  hərəkətlərin, 
hadisələrin,  əməliyyatların  məcmusu  başa  düşülür  ki,  ye-
kunda müəyyən nəticə əldə edilsin. Burada hərəkət və nə-
ticə  vardır.  Proseslər  üçün  dövrlük,  mərhələlik,  ardıcıllıq 
prinsipi  mövcuddur.    Proses  yanaşma  hər  hansı  prosesə 
aid  olan  bütün  mərhələlərin  ardıcıl  formada  araşdirilma-
sını, öyrənilməsini və təhlil edilməsini tələb edir. 
Proses yanaşma sistem yanaşmanın tərkib hissəsidir. 
Məsələn  müəssisənin  fəaliyyətinin  nəticələri  təhlil  edilir. 
Biz  bu  təhlili  həm  sistemli,  həm  də  proses  yanaşma 
formasında apara bilərik. Gəlin əvvəl sistemli yanaşaq. Bu 
halda  göstəricilər  sistemini  müəyyən  etmək,  araşdırmaq, 
müqayisə  etmək,  qiymətləndirmək  lazımdır.  Müəssisənin 
fəaliyyətinin göstəricilər sistemini satışdan gəlir, xalis gə-
lir,  istehsal  məsrəfləri,  maya  dəyəri,  məhsulun  qiyməti, 
həcmi,  keyfiyyəti,  əmək  məhsuldarlığı,  rentabellik,  mən-
fəət göstəriciləri və s. təşkil edir. Sistemli təhlil sadalanan 
bütün göstəricilər üzrə araşdırmanı tələb edir.  
Sistemli yanaşma imkan verir ki, biz yuxarıda sada-
lanan göstəricilər üzrə sistemin zəif və güclü tərəflərini və 
ya  həlqələrini  aşkar  edək.  Aşkar  edilmiş  zəif  və  ya  güclü 
tərəflərin, həlqələrin hər birinə ayrı-ayrılıqda yanaşılması, 
öyrənilməsi  və  təhlil  edilməsi  proses  yanaşmanı  əhatə 
edir. Məsələn sistemli yanaşma bütün göstəricilər sistemi-
ni araşdırmış və müəyyən etmişdir ki, gəlirin aşağı düşmə-
sinin  səbəbi  satışın  həvəsləndirilməsi  ilə  bağlı  tədbirlərin 
lazımi  səviyyədə  həyata  keçirilməməsi  ilə  əlaqədar  ol-
muşdur.  Proses yanaşma diqqəti satışın həvəsləndirilməsi 
prosesinin  öyrənilməsinə,  araşdırılmasına  və  bu  sahədə 
problemlərin aradan qaldırılması məsələlərinə yönəldir.  

20 
 
İdarəetmə  prosesi  məkan  və  zaman  baxımından  baş 
verir. Məkan baxımından dedikdə, idarəetmə fəaliyyətinin 
həyata keçirildiyi yer, müəssisə, struktur vahidi (şöbə, böl-
mə)  və  s.  başa  düşülür.  Zaman  baxımından  dedikdə  isə, 
idarəetmə prosesinin və onun ayrı-ayrı  mərhələlərinin  ye-
rinə yetirildiyi müddət və ya zaman kəsiyi hesab edilir.  
Situasiyalı  yanaşma  (məqam  yanaşma)  konkret 
məqamları  və  vəziyyətləri  nəzərdə  tutur.  Situasiyalı  ya-
naşma konkret məqamlarda konkret qaydaların tətbiq edil-
məsini tələb edir. Yəni gözlənilən və gözlənilməyən, plan-
laşdırılan  və  planlaşdırılmayan  halların  baş  verdiyi  mə-
qamlarda  və  vəziyyətlərdə  nə  etmək  lazım  gəldiyi  bu  ya-
naşma forması  ilə müəyyən edilir. Məsələn qəfildən isteh-
sal sexində yanğın hadisəsi baş verir. Həmin anda operativ 
tədbirlər  görülməzsə,  istehsal  sexi  yanıb  yararsız  hala 
düşəcəkdir.  Bu  problemə  situasiyalı  yanaşma  yanğının 
operativ  surətdə  qarşısının  alınmasını,  onun  nəticələrinin 
aradan qaldırılmasını və istehsalın bərpa  olunmasını tələb 
edir. Deməli, situasiyalı yanaşma operativ qərarların qəbul 
olunması  ilə  əlaqədardır.  Lakin  yanğın  problemi  aradan 
qaldırıldıqdan  və  istehsal  prosesinin  bərpası  təmin  olun-
duqdan  sonra,  rəhbərlik  tərəfindən  komissiya  təşkil  edilib 
sistemli,  kompleks  və  proses  yanaşmaları  həyata  keçir-
məklə  nöqsanları,  çatışmamazlıqları,  günahkarları  aşkar 
etmək və gələcəkdə bir daha bu  cür halların  baş verməsi-
nin qarşısını almaq yollarını müəyyən etmək olar.  
İdarəetmə fəaliyyəti ilə əlaqədar başqa bir misal gös-
tərək. Müəssisənin biznes planı tərtib olunmuş, bunun əsa-
sında ilin sonunda əldə ediləcək iqtisadi səmərəlilik göstə-
riciləri  müəyyənləşdirilmişdir.  Lakin  bazarda  qiymətlərin 
aşağı  düşməsi  müəssisənin  fəaliyyətini  iflic  vəziyyətinə 

21 
 
qoymuşdur. Bu zaman müəssisənin qiymət siyasətində də-
yişikliklərin  aparılması,  problemin  yaratdığı  fəsadların 
müəyyən  olunması,  yaranmış  vəziyyətdən  çıxış  yollarının 
axtarılıb    tapılması  situasiyalı  yanaşmanın  həyata  keçiril-
məsini tələb edir. 
Bəzən  situasiyalı  yanaşma  konkret  formaların  tətbiq 
edilməsini  tələb  edir.  Yəni  hansı  konkret  məqamda  hansı 
addımların atılması lazım gəlir? 
Situasiyalı  yanaşma  aşağıdakı  funksiyaların  həyata 
keçirilməsini tələb edir: 
1. Baş  verəcək  situasiyaların  qabaqcadan  müəyyən 
olunması. 
2. Situasiyaların  yaranması  ilə  bağlı  daxili  və  xarici 
təsir ünsürlərinin müəyyənləşdirilməsi. 
3. Baş  verəcək  və  ya  baş  vermiş  situasiyaların  nəti-
cələrinin  müəyyənləşdirilməsi.  (Nəticə  müsbət  və  ya 
mənfi dəyişikliklərlə əlaqədar ola bilər.) 
 Kompleks  yanaşma.  Hər  hansı  bir  hadisəyə  bir 
neçə tərəfdən yanaşılma formasına kompleks yanaşma de-
yilir.  Kompleks  yanaşmada  tərəflər  ayrı-ayrılıqda,  yəni 
qarşılıqlı  əlaqədə  nəzərə  alınmadan  da  araşdırıla və  təhlil 
edilə bilər. Kompleks yanaşma hərtərəfli yanaşma forması 
kimi özünü göstərir. 
  Müəyyən hadisələrlə əlaqədar olaraq bütün yanaşıl-
ma formalarının tətbiq olunması halı da kompleks  yanaş-
ma  hesab  edilir.  Deməli,  digər  yanaşma  formaları  komp-
leks yanaşmanın tərkib hissələri hesab edilə bilər. 
 
 
 
 

22 
 
FƏSİL II. MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR, 
ONLARIN İDARƏETMƏ SİSTEMLƏRİ 
 
 
 
 
2.1. Sahibkarlıq fəaliyyəti və biznes 
 
Sahibkarlıq  fəaliyyəti  dedikdə,  fiziki  və  ya  hüquqi 
şəxs tərəfindən mənfəət və ya şəxsi gəlir əldə etmək məq-
sədilə  həyata  keçirilən  və  qanunla  qadağan  olunmayan 
fəaliyyətlər başa düşülür. Sahibkar nəinki əmlakın, vəsait-
lərin,  kapitalın,  hətta  biznesin,  ideyanın,  markanın  və  s. 
sahibi  kimi  çıxış  edir.  Sahibkarların  məqsədi  cəmiyyətə 
xidmət göstərmək, onların tələbatını ödəmək, əvəzində gə-
lir götürməkdir. İqtisadi ədəbiyyatlarda sahibkarlıq fəaliy-
yəti  ifadəsi  ilə  biznes  ifadəsi  də  birgə  yer  almışdır.  Bu 
məfhumların oxşar və fərqli cəhətləri mövcuddur. 
Biznes sözünün hərfi mənası işdir. Biznes istehlakçıl-
arın tələbatının ödənilməsi və mənfəət əldə etmək məqsədi 
ilə həyata keçirilən insan fəaliyyətidir. Biznes insanlar ara-
sında  işgüzar  münasibətlərin  məcmusudur.  Biznes  hüquqi 
şəxs  yaratmaqla  və  ya  hüquqi  şəxs  yaratmadan  müxtəlif 
növ məhsulların istehsalı, satışı, xidmətlərin göstərilməsi və 
s. bu kimi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar işdir.  
Lakin  bu  prosesdə  hər  iki  subyektin  fəqləndirici  xü-
susiyyətlərini dəyərləndirmək də mümkündür. Sahibkarlıq 
fəaliyyəti  biznes  fəaliyyətindən  daha  genişdir.  Biznes  fə-
aliyyəti  özü  də  sahibkarlıq  fəaliyyətinin  tərkibinə  daxil 
olan aktiv bir fəaliyyətdir. Yəni biznes fəaliyyəti sahibkar-
lıq  fəaliyyəti  hesab  olunur.  Amma  hər  bir  sahibkarlıq 
fəaliyyəti  biznes  fəaliyyəti  hesab  olunmur.  Məsələn  mən 
öz ticarət obyektimi hər hansı bir biznesmenə icarəyə veri-
rəmsə, bu halda mən sahibkarlıq fəaliyyəti ilə məşğul olu-

23 
 
ram, lakin bizneslə məşğul deyiləm. Yaxud mən öz evimi 
kirayəyə verirəmsə, burada sahibkarlıq fəaliyyəti var, am-
ma biznes fəaliyyəti yoxdur.  
İstər sahibkarlar, istərsə də biznesmenlər fəaliyyətlə-
rini, istehsal və ticarət münasibətlərini idarə edirlər. Bu za-
man onlar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 
1. Fəaliyyət istiqamətini seçmək. Fəaliyyət istiqamə-
tini  seçmək  insanda  uzaqgörənlik,  proqnoz  vermək  qabi-
liyyəti,  mövcud  vəziyyəti  düzgün  dəyərləndirmək  baca-
rığının olmasını tələb edir. Biznesmen fəaliyyət istiqamət-
lərini seçən zaman öz qarşısına belə suallar qoymalıdır: 
-  seçdiyi  fəaliyyət  (istehsal,  xidmət  növü)  nə  dərə-
cədə əhəmiyyətlidir?; 
-  həmin  şəxs  müəyyən  etməlidir  ki,  tələbata  uyğun 
məhsul  istehsal  edib  bazara  çıxara  biləcəkmi?  Tələbata 
uyğun məhsul dedikdə, burada məhsulun həcmi, keyfiyyə-
ti, qiyməti, maya dəyəri, məhsulun tərkibi, alıcının istəklə-
ri  və  s.  bu  kimi  parametrlərə  cavab  verən  məhsul  başa 
düşülür; 
- aparılmış tədqiqatlar, araşdırmalar, proqnozlar, təh-
lillər,  ümumiləşdirmələr  əsasında  müəssisənin  fəaliyyət 
planı  tərtib  olunur.  Plan  əsasında  müəyyən  olunur  ki,  bu 
fəaliyyətlə  məşğul olmaqla müəyyən zaman kəsiyində nə 
qədər  mənfəət  əldə  etmək  mümkündür.  Çünki,  biznesin 
əsas məqsədi mənfəət əldə etməkdən ibarətdir.  
2.  Fəaliyyət  istiqamətinin  seçilməsindən  sonra  növ-
bəti mərhələ fəaliyyətin təşkili mərhələsidir. Bu mərhələdə 
istehsal üçün lazım olan ünsürlər, yəni əsas vəsaitlər (tex-
nika, texnologiya, avadanlıq, dəzgah və s.),  dövriyyə və-
saitləri  (xammal,  material,  yanacaq  və  s.),  işçi  qüvvəsi 
cəlb edilir və onlar istehsala hazır vəziyyətə gətirilir.  

24 
 
3. Bundan sonra istehsal prosesinə başlamaq olar. Bu 
mərhələdə  sahibkar  və  ya  biznesmen  fəaliyyətin  həyata 
keçirilməsini  təmin  etməlidir.  İstehsal  xammaldan  hazır 
məhsul  hasil  edilməsi  prosesidir.  Deməli,  bu  mərhələnin 
sonunda bazar üçün maddi nemətlər hasil olur. 
4. Növbəti mərhələdə sahibkar istehsal etdiyi məhsu-
lu  satmaq  haqqında  düşünür.  Çünki  satışdan  əldə  edilən 
maliyyə vəsaiti yenidən istehsala sərf olunacaq və müəssi-
sədə geniş təkrar istehsal prosesi təmin ediləcəkdir. 
5.  Sahibkar  və  ya  biznesmenlər  fəaliyyətə  nəzarəti 
həyata  keçirirlər.  Nəzarət  baş  vermiş  kənarlaşmaları  ara-
dan  qaldırmaq  və  onların    gələcəkdə  bir  daha    təkrarlan-
maması məqsədini daşıyır.  
 
2.2.Müəssisə və təşkilatlar, onların idarə edilməsi 
 
Müəssisələr  özünün  balansına,  möhür  və  ştampına 
malik  olan  hüquqi  şəxslərdir.  Müəssisə  və  təşkilatlar  icti-
mai mənafeyə xidmət etməklə, mənfəət əldə etmək məqsə-
di daşıyır. 
Bazar  iqtisadiyyatı  şəraitində  fəaliyyət  göstərən 
müəssisə və təşkilatlar mülkiyyət formalarının müxtəlifliyi 
ilə  bir-birindən  fərqlənirlər.  Azərbaycan  Respublikasının 
Konstitusiyasına  əsasən  mülkiyyətin  3  forması  mövcud-
dur. Bunlar aşağıdakılardır:   
-  dövlət mülkiyyəti; 
-  xüsusi  mülkiyyət
-  bələdiyyə  mülkiyyyəti. 
Dövlət  mülkiyyəti  bütün  dünya  ölkələrində  olduğu 
kimi Azərbaycanda da mövcuddur. Azərbaycan Respubli-
kasının Mülki Məcəlləsinə əsasən əmlak paylarının bölün-

25 
 
mək hüququ olmayan mülkiyyətçilərin yaratdığı təşkilatlar 
dövlət  müəssisələri  hesab  olunur.  Dövlət  müəssisələrinin 
nizamnamə  fondu  dövlətə  məxsusdur.  Dövlət  müəssisələ-
rinin  timsalında  büdcədən  maliyyələşən  və  təsərrüfat  he-
sablı  müəssisələr fəaliyyət göstərə  bilərlər.  Dövlət  müəs-
sisəsi bütün öhdəliklərinə öz əmlakı ilə cavabdehdir. Döv-
lət müəssisələrinin aşağıdakı növləri vardır: 
1. Əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr. 
2. Səhmlərin  nəzarət  paketi  dövlətə  məxsus  olan  
müəssisələr. 
Dövlət  müəssisələri  təsisçilərin  onlara  verdiyi  hü-
quqlardan asılı olaraq 2 cür təsnifləşdirilirlər. 
-  təsərrüfatçılığı aparmaq hüququ olan müəssisələr; 
-  operativ idarəetmə hüququ olan müəssisələr. 
Təsərrüfatçılığı  aparmaq  hüququ  operativ  idarəetmə 
hüququndan daha genişdir. Təsərrüfatçılığın aparılması hü-
ququna malik olan müəssisələr mövcud qanunvericilik akt-
larına,  dövlət  qərarlarına  uyğun  olaraq  müstəqil  formada 
fəaliyyət  göstərirlər.  Bu  tip  müəssisələr  öz  fəaliyyətlərini, 
perspektivlərini və strategiyasını müstəqil surətdə müəyyən 
edir,  təsisçi  və  ya  yuxarı  təşkilatlar  qarşısında  hesabat  ve-
rirlər. 
Lakin operativ idarəetmə hüququna malik olan müəs-
sisələr  asılılıq  dərəcəsinin  çox  olmasına  görə  fərqlənirlər. 
Bu tip müəssisələr  yalnız  yuxarı təşkilatların və  ya təsisçi-
lərin  planları,  göstərişləri,  tapşırıqları,  təlimatları  əsasında 
fəaliyyət göstərirlər.  
Qeyri-dövlət  müəssisələri  qeyri-dövlət  mülkiyyəti 
əsasında  yaranır.  Qeyri-dövlət  müəssisələri  Vergilər  Na-
zirliyindən və ya Ədliyyə Nazirliyindən qeydiyyatdan keç-

26 
 
məklə  yaranır. Bu cür müəssisələr bir və  ya bir neçə şəxs 
tərəfindən  təşkil  oluna  bilərlər.  Yəni  qeyri-dövlət  müəssi-
sələrinin yaranmasında fəaliyyətdə olan  bir və ya bir neçə 
qeyri-dövlət müəssisələri də iştirak edə bilərlər.  
Qeyri–dövlət müəssisələrinin mülkiyyəti xüsusi mül-
kiyyətdir  və  nizamnamə  kapitalı  dövlətə  məxsus  deyil. 
Qeyri–dövlət  müəssisələri  dövlət  müəssisələrinə  nisbətdə 
daha  çox  müstəqildirlər.  Qeyri-dövlət  müəssisələri  fəaliy-
yətini  özü  planlaşdırır,  daha    müstəqil  strategiya  həyata 
keçirirlər.  Lakin  bütün  cəmiyyətlərdə  olduğu  kimi  Azər-
baycan  Respublikasında  da  qeyri-dövlət  müəssisələrinin 
fəaliyyəti  dövlət  tərəfindən  qanunvericilik  əsasında  tən-
zimlənir.            
Təsərrüfat hesablı dövlət və qeyri-dövlət müəssisələri 
xərclərini  öz  gəlirləri  hesabına  maliyyələşdirirlər.  Təsərrü-
fat  hesablı  müəssisələr  vergi  xidməti  orqanlarına,  Dövlət 
Sosial Müdafiə Fondunun və Dövlət Statistika Komitəsinin 
yerli şöbələrinə və s. təşkilatlara hesabatlar təqdim edirlər. 
Büdcədən  maliyyələşən  dövlət  müəssisələrinin  xərcləri 
büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli maliyyə 
orqanları qarşısında hesabat verirlər.  
Dövlət  ölkənin  sosial-iqtisadi  inkişafının  tələblərinə 
uyğun  olaraq  istər  dövlət,  istərsə  də  qeyri-dövlət  müəs-
sisələrinin fəaliyyətini tənzimləyir və nəzarət edir. Bu pro-
seslər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliy-
yə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, 
prokurorluq,  məhkəmə  orqanları  və  s.  bu  kimi  təşkilatlar 
tərəfindən həyata keçirilir. 
 
 

27 
 
Müəssisələrin təsnifat əlamətlərinə görə növləri
 
№ 
Təsnifat əlamətləri  Müəssisələrin növləri 
1. 
Əsas fəaliyyət 
sferasına görə  
-istehsal 
-tikinti 
-nəqliyyat 
-rabitə 
-maliyyə-kredit 
-ticarət 
-tədris 
-səhiyyə və s. 
2. 
Mülkiyyət 
formasına görə 
-dövlət 
-xüsusi 
3. 
Həcminə (mənfəətin 
və satışın həcminə, 
işçinin sayına görə) 
-iri 
-orta 
-kiçik 
4. 
Nizamnamə 
kapitalının 
mənbəyinə görə  
-xarici 
-birgə 
-milli 
5. 
Təşkilati-hüquqi 
formalarına görə 
 -məhdud məsuliyyətli 
cəmiyyətlər 
-səhmdar cəmiyyətlər 
-ortaqlıqlar  
-kooperativlər və s. 
6. 
Yaratdığı ittifaqlara 
görə 
-holdinq 
-trest 
-konsern 
-assosiasiya 
-maliyyə-sənaye 

28 
 
 
Müəssisələrin  təşkilati  –  hüquqi  formaları. Müəs-
sisə və təşkilatların təşkilati–hüquqi formalarına fərdi (ai-
lə)  müəssisələri,  kooperativləri,  məhdud  məsuliyyətli  cə-
miyyətləri,  açıq  və  qapalı  səhmdar  cəmiyyətləri,  birjaları, 
fondları,  bankları,  ittifaqları  (birlikləri)  və  s.  göstərmək 
olar.  
Fərdi  (ailə)  müəssisələr. Beynəlxalq təcrübəyə əsa-
sən fərdi müəssisələr qeyri-dövlət  müəssisələri hesab edi-
lir.  Fərdi  müəssisələr  bəzən  ailə  üzvləri  tərəfindən  təşkil 
olunur. Fərdi müəssisələrin mülkiyyətçiləri  öhdəliklərinin 
yerinə  yetirilməsinə  görə öz əmlakı (ailəsinin əmlakı) ilə 
məsuliyyət daşıyırlar. 
Fərdi (ailə) müəssisələrə kəndli-fermer təsərrüfatları-
nı,  pərakəndə  ticarət  köşklərini,  avtomobil  təmiri  emalat-
xanalarını,  məişət  cihazları  təmiri  ilə  məşğul  olan  müəs-
sisələri,  ayaqqabı  pinəçilərini  misal  göstərmək  olar.  Fərdi 
müəssisələr  olduqca  kiçik  miqyaslı  müəssisələrdir  və 
onların kapital çərçivəsi məhdud olur. Azərbaycan qanun-
vericiliyində hal-hazırda fərdi müəssisə anlayışı yoxdur. 
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC). MMC-lər 
bir və ya bir neçə şəxs tərəfindən yaradılır. MMC-nin ka-
pitalı  təsis  sənədilə  müəyyən  olunmuş  ölçüdə  paylara  bö-
lünür.  Cəmiyyətin  iştirakçıları  onun  öhdəliklərinə  cavab-
deh  deyildir.  Onlar  qoyduqları  əmlakın  dəyəri  həcmində 
qrupları  
7. 
Sənaye sahələrinə 
görə 
-ağır sənaye 
-yüngül sənaye 
-hasilat sənayesi 
-emal sənayesi 

29 
 
riskə məruz qalırlar. 
 MMC  bir  nəfər  tərəfindən  təsis  edilirsə,    bu  zaman 
o, nizamnaməni tərtib edib təsdiq olunması və dövlət qey-
diyyatından  keçmək  üçün  müvafiq  orqanlara  təqdim  edir. 
Əgər    cəmiyyət  iki  və  ya  daha  artıq  şəxs  tərəfindən  təsis 
olunursa, bu zaman əvvəlcə təsisçilər arasında təsis müqa-
viləsi  bağlanır,  sonra  isə  həmin  müqavilənin  əsasında  ni-
zamnamə  tərtib  olunur,  təsdiq  edilməsi  üçün  təqdim  olu-
nur.  Məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçılarının  sayı 
müəyyən olunmuş həddi keçdikdə, 1 il müddətində səhm-
dar cəmiyyətə çevrilməlidir. Bu  müddət ərzində cəmiyyət 
iştirakçıların sayını azalda da bilər. Əks təqdirdə məhkəmə 
qaydasında cəmiyyət ləğv edilməlidir.  
 MMC-nin ali orqanı onun iştirakçılarının ümumi yı-
ğıncağıdır. Ümumi yığıncaq müstəsna hüquqlara malik o-
lur: 
- nizamnamə və nizamnamə kapitalını dəyişdirmək
-  cəmiyyətin  icra  orqanlarını,  təşkilati  strukturu  ya-
ratmaq; 
-  illik  hesabatları,  müəssisənin  balansını  təsdiq  et-
mək, mənfəəti bölüşdürmək; 
- cəmiyyəti ləğv və ya  yenidən təşkil etmək haqqın-
da qərar  qəbul etmək
- cəmiyyətin təftiş komissiyasını yaratmaq, cəmiyyə-
tin fəaliyyətini yoxlamaq və  ya yoxlatdırmaq. 
Ümumi  yığıncaq  MMC-nin  rəhbərlərini  təyin  edir. 
MMC-yə rəhbərlik kollegial və  ya vahid rəhbərlik qayda-
sında  həyata  keçirilir.  Rəhbər  iştirakçılardan  və  kənar 
adamlardan  seçilə  bilər.  Rəhbər  MMC-nin  fəaliyyətinin 
nəticələrinə görə məsuliyyət daşıyır və onların fəaliyyətini 
idarə edir.  

30 
 
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin