R. F. Sadiqov m e n e c m e n t dərs


 Maddi-texniki təchizatın idarəedilməsi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15

 
10.3. Maddi-texniki təchizatın idarəedilməsi 
 
Maddi-texniki  təchizat  istehsalı  maddi-texniki  re-
surslarla təmin edir. Maddi-texniki təchizat istehsaldan qa-
baq həyata keçirilir. Yəni istehsala lazım olan əsas vəsait-
lər  və  xammal-material  resursları  lazım  olan  vaxtda  və 
həcmdə təmin olunmalıdır.  
Maddi-texniki təchizat 2 formada həyata keçirilir: 
1. Birbaşa (tranzit) təchizat. 
2. Anbar təchizatı. 
Birbaşa  təchizat  resursların  istifadə  olunduqca  təda-
rük olunaraq təmin olunması formasıdır. Bu forma dövriy-
yədə  olan  vəsaitlərin  dövriyyə  sürətinin  yüksəldilməsinə 
xidmət  edir.  Yəni  maddi-texniki  resurslar  gətirildikcə 
istehsala  yönəldilir.  Elə  xammal  -  materiallar  var  ki,  on-
ların saxlanma  müddətləri bir necə gündür.  Məsələn  kərə 
yağı,  xama,  kəsmik  istehsalı  üçün  istifadə  olunan  süd 
məhsulunun  saxlanma  müddəti  çox  qısa  müddət  təşkil 
edir. Buna görə də, istehsalçılar həmin məmulatların təchi-
zatını elə təşkil etməlidirlər ki, süd məhsulu hər gün müəs-
sisəyə daxil olan kimi istehsala yönəldilsin. 
Amma elə sahələr də vardır ki, xammal və material-
ları il boyu daxil etmək çətinlik  yaradır.  Məsələn  broyler 
müəssisələri üçün istifadə olunan buğda və digər dənli bit-
kilər  yay  mövsümündə  daha  ucuz  olur.  Çünki  taxılın    bi-
çin vaxtı mövsümü xarakter daşıyır. Buna görə də broyler 
müəssisələri  illik  normanı  müəyyənləşdirir,  biçin  vaxtı 
buğda  ehtiyatını  anbarlara  tədarük  edir  və  ondan  il  boyu 
istifadə edir. 

185 
 
Müəssisədə  xammal  və  materialların  təmin  olunması 
ilə maddi- texniki təchizat şöbəsi məşğul olur. Maddi-texni-
ki  təchizat  şöbəsi  əvvəlcə  öz  fəaliyyətini  planlaşdırır.  Təc-
hizat  planı istehsal,  maliyyə, satış və  s. planları ilə  əlaqəli 
şəkildə  tərtib  edilir.  Maddi-texniki təchizat  planları  əsasən 
cari xarakter daşıyır. Çünki təchizat fəaliyyəti faktiki bağ-
lanmış müqavilələr  və ya dövrü müraciətlər əsasında həya-
ta  keçirilir.  Lakin  müəssisə  maddi  təchizat  sahəsində  han-
sısa tədarükçü təşkilat ilə strateji əməkdaşlıq edə bilər. 
  Maddi-texniki  təchizatın  idarə  edilməsinin  funksi-
yaları aşağıdakılardan ibarətdir. 
1. Maddi-texniki təchizatın planlaşdırılması. 
a) tələb olunacaq  resursların növlərinin və həcminin 
müəyyən olunması; 
b) onların qiymətlərinin müəyyən olunması; 
c) resursların  təchiz  olunma  formalarının  müəyyən 
edilməsi; 
d) təchizat müddətlərinin müəyyən olunması; 
e) təchiz  olunacaq  resursların  yerləşdirilməsi  (anbar 
təsərrüfatı) məsələlərinin qabaqcadan həll edilməsi
f)  hazır  məhsulun  satış  obyektlərinə  daşınmasını 
planlaşdırmaq. 
2. Təchizat planının reallaşdırılması. 
a) tədarükçülərlə müqavilələrin bağlanması; 
b) resursların alınması və anbarlarda saxlanılması; 
c) resursların istehsal sexlərinə verilməsi; 
d) hazır məhsulun satış obyektlərinə daşınması. 
3. Təchizat  işinin  həyata  keçirilməsinə  nəzarət 
etmək. 
Tədarükçülər  seçilərkən  təchizatçılar  bu  məsələyə 
kompleks  yanaşmalıdırlar.  Bu  zaman  aşağıdakı  tələblər 

186 
 
nəzərə alınmalıdır: 
-  tədarükçünün  yaxın  və  ya  uzaq  məsafədə  yerləş-
məsi; 
-  tədarükçünün  təqdim  edəcəyi  məhsulların  həcmi, 
çeşidi, qiyməti, keyfiyyəti
-  tədarükçünün göstərəcəyi xidmətlər; 
-  tədarükçünün etibarlılığı; 
-  tədarükçünün verdiyi mala zəmanəti. 
Maddi-texniki  təchizat  şöbəsi  bu  tələbləri  nəzərə 
alarsa,  istehsalın  xammal-materiallarla  təmin  olunması 
prosesi  səmərəli  formada,  vaxtında  və  lazımi  səviyyədə 
yerinə yetirilə bilər. Bu da geniş təkrar istehsalın ahəngdar 
həyata keçirilməsi üçün olduqca əhəmiyyətlidir.  
 
 
10.4. İnvestisiya menecmenti 
 
İnvestisiya ingilis sözü olub, sərmayə, kapital məna-
sında işlədilir. İnvestisiyaların mahiyyəti, məqsədi bir sıra 
ədəbiyyatlarda  müxtəlif mənalarda işlədilir. Məsələn bəzi 
ədəbiyyatlarda investisiyalar kapital qoyuluşu ilə eyniləş-
dirilir.  Bəzi  ədəbiyyatlarda    gəlir  əldə  etmək  məqsədi  ilə 
uzun  müddətli  kapital  qoyuluşu  şəklində  həyata  keçirilən 
məsrəflərin məcmusu kimi izah edilir. Bəzi ədəbiyyatlarda 
isə,  investisiyalar  istehsal  vasitələrinə  əlavələr  kimi  də-
yərləndirilir.  
Əsaslı  vəsait  qoyuluşu  istehsal  və  qeyri  –  istehsal 
sahələrində  əsas  fondların  yaradılması,  onların  genişlən-
dirilməsi və yenidən qurulması, istehsalın texniki cəhətdən 
silahlandırılmasına  yönəldilmiş  vəsaitlərin  məcmusudur. 
İnvestisiya  qoyuluşları  isə  maddi,  əmək  və  maliyyə  məs-

187 
 
rəflərindən ibarətdir.  
İnvestisiyalar əsas fondların yaradılmasına və geniş-
ləndirilməsinə, həmçinin dövriyyə vəsaitlərinin alınmasına 
sərf edilən kapitalın məcmusudur.                                                                                       
İnvestisiyalar  aktiv  və  passiv  təyinata  malikdirlər. 
Aktiv  təyinatlı  investisiyalar  avadanlıqlar  və  dəzgahların, 
texnikanın,  texnologiyanın  alınmasına  çəkilən  məsrəf-
lərdir. Passiv təyinatlı investisiyalara isə binaların, mənzil-
lərin,  kommunikasiyaların  tikintisinə,  yol  tikintisinə  çəki-
lən xərclər aiddir.   
İnvestisiya  qoyuluşları  həm  maddi,  həm  də  intel-
lektual  sərvətlərdən  ibarətdir.  Bunlara  aşağıdakıları  aid 
etmək olar. 
1. Pul  vəsaitləri,  səhmlər,  paylar  və  digər  qiymətli 
kağızlar. 
2. Daşınar  və  daşınmaz  əmlak,  həmçinin  onlardan 
istifadə hüququ. 
3.  Elmi–təcrübi, texniki, texnoloji biliklərin məcmusu. 
4. Xammal və materiallar, yanacaq və s. 
İnvestisiyaların  praktik  olaraq  həyata  keçirilməsi 
prosesi  investisiya  fəaliyyəti,  onları  həyata  keçirənlər  isə 
investorlar adlanır.  
İnvestisiyaların  idarə  edilməsi  aşağıdakı  funksiyala-
rının həyata keçirilməsini tələb edir: 
1. Məqsədlərin qoyuluşu. İdeyanın yaranması. 
2. Ətraf mühitin öyrənilməsi. 
3. Tikinti quraşdırma işlərinin planlaşdırılması. 
4. İnvestisiya qoyuluşunun həcminin müəyyən olun-
ması. 
5. Maliyyə mənbələrinin müəyyən olunması. 
6. İnvestisiya layihələrinin həyata keçilməsi; 

188 
 
7. İnvestisiya  fəaliyyətinə  nəzarət,  nəticələrinin  qiy-
mətləndirilməsi. 
Planlaşdırılan və həyata keçirilən kapital qoyuluşları 
investisiya layihəsi formasını alır. Bu zaman layihənin sə-
mərəlilik  nöqteyi-nəzərdən  təhlili  və  qiymətləndirilməsi 
olduqca  önəmlidir.  Layihənin  təhlili  layihənin  gəlirliyinin 
əsaslandırılmasıdır.  Başqa  sözlə  desək,  bu  cür  təhlillər 
nəticəsində layihəyə çəkilən xərclərlə əldə edilən gəlirləri 
müqayisə etmək mümkündür.  
Layihənin  tərtib  olunması  zamanı  fəaliyyətə  təsir 
edəcək xarici amillərin öyrənilməsi, onların təsir dərəcələ-
rinin  müəyyən  olunması  vacibidir.  Bu  cür  amillərə  aşağı-
dakıları aid etmək olar: əlverişli coğrafi şərait, ölkənin iq-
tisadi inkişaf səviyyəsi (vergi, gömrük siyasəti), inflyasiya 
səviyyəsi, xüsusi valyuta rejimi, bank xidməti, sığorta xid-
məti,  nəqliyyat,  rabitə  xidmətləri  və  s.  İnvestorlar  layıhə-
nin  tərtibi  zamanı  investisiya  risklərinə  ciddi  diqqət  yeti-
rirlər.  Bu  cür  risklərə  siyasi,  iqtisadi,  maliyyə,  xarici 
ticarət fəaliyyətindəki riskləri aid etmək olar.  
İnvestisiyalar müxtəlif mənbələr hesabına həyata ke-
çirilə bilər.  
-  investorun şəxsi vəsaiti; 
-  borc vəsaiti; 
-  cəlb  olunmuş  vəsait  (səhmlər  və  ya  qiymətli  ka-
ğızların satışından əldə edilən gəlirlər
-  büdcə və qeyri – büdcə fondlarının vəsaitləri. 
İnvestisiya  layihələrinin  həyata  keçirilməsi  dedikdə, 
layihənin bölmələr üzrə konkret müddəalarının yerinə yeti-
rilməsi başa  düşülür. Layihənin  müddəaları  aid olduğu  şö-
bələr və ya struktur bölmələri üzrə təsnifləşir və icra olunur. 

189 
 
İnvestisiya fəaliyyəti  üzərində  nəzarət  layihədə  gös-
tərilən  məsələlərin,  vəzifələrin,  öhdəliklərin  lazımı  səviy-
yədə,  tələb  olunduğu  formada  həyata  keçirilməsini  təmin 
edir. Düzgün nəzarət məqsədə nail olunmasının ehtimalını 
artırır. Nəticədə mənfəət müəyyən olunur, rentabellik gös-
təricisi  hesablanır,  qarşıya  qoyulmuş  məqsədə  nail  olun-
ması, öhdəliklərin yerinə yetirilməsi səviyyəsi ölçülür. 
Layihələrin  tərtib  edilməsi  və  həyata  keçirilməsində 
müəssisənin  struktur  vahidləri  və  kənar  təşkilatlar  çıxış 
edirlər.  
Kənar təşkilatlara: 
-  sponsorları; 
-  biznes portnyorları; 
-  müştərilər. 
Daxili struktur vahidlərinə: 
-  müəssisənin rəhbəri; 
-  layihənin idarəetmə ofisi; 
-  layihə meneceri; 
-  proqram meneceri daxildir. 
 
İnvestisiyalar aşağıdakı kimi təsnifləşir: 
1.Xarici  investisiyalar.  (Xarici  şirkətlər,  Beynəlxalq 
Konsersiumlar və s. tərəfindən) 
2.Beynəlxalq  maliyyə-kredit  institutları.  (Dünya 
Bankı,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  Beynəl-
xalq İnkişaf və Yenidənqurma Bankı və s.) 
3.Dövlətin birbaşa investisiyaları. 
4.Yerli  hüquqi və fiziki şəxslər. 
 
 
 

190 
 
10.5. İnnovasiya menecmenti 
 
İnnovasiya  latın  dilində  innavato  sözündən  olub, 
yeniləşmə və yaxşılaşma deməkdir. Termin elmi-tədqiqat-
da XIX əsrlərdə meydana gəlmişdir. Ədəbiyyatda ilk dəfə 
Yozef  Şumpeterin  “The  Theory  of  Economic  Develop-
ment” əsərində 1934-cü ildə ictimaiyyətə  təqdim olundu. 
İnnovasiya  yüksək  səmərəliliyə  malik  yeniliyin  tət-
biqi, insanların ixtiralarının və kəşflərinin  son nəticəsidir.  
İnnovasiya fəaliyyəti iqtisadi inkişafı və rəqabətliliyi 
təmin  etmək  üçün  elmi  biliklərin,  yeni  ideyaların,  yeni 
texnologiyaların istehsalata və idarəetməyə tətbiqidir. 
İnnovasiyanın məqsədi müəssisənin istehsal və elmi 
texniki  fəaliyyət  istiqamətlərini  müəyyən  etməkdən    iba-
rətdir. İstehsal sferasında innovasiyanın əsas məqsədi aşa-
ğıdakılardan ibarətdir: 
- yeni məhsulların istehsalı; 
- mövcud məhsulların təkmilləşdirilməsi; 
- istehsal texnologiyasının yeniləşdirilməsi; 
- yeni texniki vasitə və avadanlıqlardan istifadə edil-
məsi; 
- elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  istehsala 
tətbiqi; 
- köhnəlmiş  məhsulların  istehsaldan  çıxarılması  və 
yenisi ilə əvəz olunması. 
İnnovasiya  təkmilləşdirmə  səylərini  artırır,  işin  in-
tensivliyini,  əmək  məhsuldarlığını  yüksəldir,  məhsulun 
maya  dəyərinin,  qiymətinin  aşağı  düşməsinə  səbəb  olur. 
Nəticədə innovasiya müəssisənin maliyyə nəticələrinə, iq-
tisadi səmərəlilik göstəricilərinə müsbət təsirini göstərir. 

191 
 
İnnovasiyaların  idarə  edilməsi  strateji  fəaliyyətdir. 
Çünki  innovasiya  fəaliyyətinin  həyata  keçirilməsi  strateji 
məqsədlər  sisteminə  daxil  olub,  müəssisənin  uzun  müd-
dətli perspektiv inkişaf planında yer alır.  
Yeni  məhsulların  istehsalı  innovasiya  xarakterli 
fəaliyyət olmaqla aşağıdakı mərhələlərdən ibarətdir: 
-  yeni məhsul ideyasının işlənib hazırlanması; 
-  yeni məhsulun iqtisadi səmərəliliyinin təhlili; 
-  yeni məhsulun yaradılması; 
-  yeni məhsulun bazarda testerinin aparılması; 
-  məhsulun  kütləvi  istehsalına  başlamaq  haqqında 
qərar qəbul edilməsi. 
Innovasiya  fəaliyyəti  ilə  məşğul  olan  müəssisələr 
aşağıdakılardır: 
1. Vençur  firmaları.  Vençur  firmalarına  «riskli  fir-
malar» deyirlər. Bu firmaların yaradıcıları əsasən tədqiqat-
çılar, ixtiraçılardır. 
2. Eksperiment  firmalar  yeni  məhsulun  yaradılması 
rolunu  oynayan  firmalardır.  Eksperiment  firmalar  çox  da 
böyük  olmurlar.  Onlar  yeni  məhsul  nümunələri  istehsal 
edərək, onları bazarda test etməklə, həmin məhsullara ba-
zar tələbatını öyrənirlər. 
3. Patent  firmalar  eksperiment  -  firmalardan  fərqli 
olaraq yeni məhsulların yaradılması və ya ixtira edilməsi-
nə  yox,  yaranmış  məhsulun  yayılması,  istehsalının  artırıl-
ması sahəsində daha çox səy göstərirlər.  
4. Violent  firmalar  -  innovasiyaya  investisiya  qoy-
maqla kütləvi  məhsul istehsalı ilə  məşğul olurlar. Onların 
əsas məqsədi istehsalı genişləndirmək, məhsul istehsalının 
həcmini artırmaq, geniş alıcı dairəsini formalaşdırmaqdır.  

192 
 
5.  Biznes  inkubatorlar  isə  innovasiya  strukturları 
üçün istehsal mühiti formalaşdırır, onları texnika və texno-
logiya ilə, avadanlıqlarla təmin edirlər. İnkubatorlar həm-
çinin  innovasiya  təşkiltlarına  məlumatların  toplanması, 
fəaliyyətin  təşkil  olunması  sahəsində  məsləhətlərin  veril-
məsi,  hüquqi  xidmətlərin  göstərilməsi  ilə  əlaqədar  yaxın-
dan köməkliklər göstərirlər.  
İnnovasiyanın tətbiqi ilə əlaqədar olaraq müəssisədə 
aşağıdakı hallar və dəyişikliklər  baş verir: 
1) Yeni texnikanın  istifadəsi. 
2)  Yeni  texnologiya  ilə  məhsul  istehsalının  həyata 
keçirilməsi.  
3) Yeni xammalın istifadəsi.  
4) İstehsalın təşkilində və maddi-texniki təchizat sa-
həsində dəyişiklik.  
5) Yeni bazarların meydana çıxması. 
İnnovasiya fəaliyyəti və ona olan tələbat innovasiya 
prosesləri  nəzəriyyəsini  irəli  sürür.  İnnovasiya  fəaliyyəti 
texniki  tərəqqinin  strateji  idarəetmə  problemləri  ilə  bila-
vasitə bağlıdır. 
İnnovasiya  menecmenti  innovasiya  proseslərinin, 
innovasiya fəaliyyətinin, bu fəaliyyətlə məşğul olan təşki-
lati strukturun və heyətin idarə edilməsinin prinsip, metod 
və formalarının məcmusudur. 
İnnovasiya  meneceri  innovasiya  prosesinin  müxtəlif 
fazalarında  fəaliyyət  göstərir  və  bu  sahədə  özünün  ida-
rəetmə fəaliyyətini qurur. Müəssisə və təşkilatlar innovasi-
ya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə aşağıdakı təşki-
lati strukturları yarada bilərlər: 
1. Elmi tədqiqat institutları və ya elmi mərkəzlər. 

193 
 
2. Layihə - konstruktor şöbələri. 
3. Strateji araşdırma mərkəzləri. 
4. Marketinq  şöbəsi  nəzdində  marketinq  tədqiqatları 
bölməsi. 
5. Laboratoriyalar. 
6. Məsləhət (konsaltinq) şöbələri və s. 
Müəssisədə innovasiya ilə bağlı struktur vahidləri in-
novasiya fəaliyyəti, innovasiya prosesi, elmi tədqiqat işləri 
ilə məşğul olan şöbə və ya bölmələrdir. İnnovasiya fəaliy-
yəti  ilə  məşğul  olan  elmi  institutların  və  qurumların  əsas 
fəaliyyəti  fundamental  elmi  tədqiqatların,  araşdırmaların  
aparılmasından  ibarətdir.  İnnovasiyanın  inkişafında  bu 
fəaliyyətlə  məşğul  olan  firmaların,  təşkilatların,  kiçik 
müəssisələrin rolu böyükdür. Həmin təşkilatların bu sfera-
dakı fəaliyyəti vençur biznesi (vençur fəaliyyəti) ilə xarak-
terizə olunur.  
Vençur biznesi ilə məşğul olan firmalar yeni məhsul-
ların layihələşdirilməsini, tədqiqini və istehsalını, ixtiraçı-
lıq və elmi axtarışla bağlı fəaliyyəti həyata keçirirlər. Ma-
hiyyətinə  və  məzmununa  görə  vençur  biznesi  riskli  biz-
nesdir. (Vençur sözü ingilis dilindən “venture” sözündən-
dir. Mənası “risk”, “cəsarətli addım” deməkdir. Yəni ven-
çur müəssisələrinin həyata keçirdikləri kapital qoyuluşları 
olduqca riskli bir işdir. Çünki istehlakçılar yeni layihələri, 
məhsulları    necə  qəbul  edəcək,  yeniliklərin  nəticəsi  necə 
olacaq  bunu  qabaqcadan  proqnozlaşdırmaq  çox  çətindir. 
Ona görə də, vençur kapitalı riskli kapital hesab olunur.         
Vençur  firmaları  böyük  firmaların  struktur  vahidi 
kimi törəmə müəssisələri formasında da fəaliyyət göstərir-
lər. Vençur firmasının təşkil edilməsi və yaradılması üçün 
lazım olan şərtlər aşağıdakılar hesab olunur:     

194 
 
1) Maliyyələşmə mənbəyi − risk kapitalı.   
2) Vençur firmasının gəlir gətirə bilmək potensialı.  
3) İnnovasiya ideyalarının mövcudluğu.   
4) Firmanın məhsuluna bazar tələbatının yaranması. 
İnnovasiya firmalarına və qurumlarına rəhbərlik mü-
həndislər və menecerlər tərəfindən həyata keçirilir. 
  Menecerlər  −  innovasiyanın  təşkili,  həyata  keçiril-
məsi,  maliyyə  mənbələrinin  müəyyən  olunması,  yeni  tex-
nikanın, texnologiyanın cəlb edilməsi, yeni məhsulların is-
tehsalı  proseslərini  idarə  edirlər.  Menecerlər  bu  sahənin 
idarə  edilməsini  təşkilati  struktur  bölmələri  vasitəsilə  hə-
yata keçirirlər. Mühəndislər isə layihənin texniki tərəfləri-
ni  işləyir,  məhsul  istehsalının  texnologiyasında  dəyişik-
liklər  edirlər.  Onlar    yeni  məhsulların  layihəsini  işləyir, 
əsas vəsaitlərin rekonstruksiyasını hazırlayırlar. 
İnnovasiya  layihələri  elmi-tədqiqat  layihələrinin 
bir  formasıdır.  Elmi-tədqiqat  layihəsi  kimi  təşəbbüs  layi-
hələri böyük əhəmiyyət kəsb edir. Təşəbbüs layihələri heç 
bir sifarişlərə əsaslanmır, müəssisənin öz təşəbbüsü ilə hə-
yata  keçirilir.  Təşəbbüs  layihələrinin  tərkibi  aşağıdakılar-
dan ibarətdir: 
1) Fundamental elmi problemlər. 
2) Problemlərinin  həll  olunması  məqsədi  ilə  qarşıya 
qoyulan konkret fundamental məsələlər. 
3) Gözlənilən elmi nəticələr. 
4) Elmi əsərlərin siyahısı. 
İnnovasiya  layihələri  sənəd  şəklində  tərtib  edilir. 
Onun  rəsmiləşdirilməsi  vacib  məsələdir.  İnnovasiya  layi-
hələrinin  rəsmiləşdirilməsi  üçün  lazım  olan  elementlər 
aşağıdakılardan ibarətdir. Layihənin konkret adı, məqsədi, 
icraçıların  sayı,  onların  vəzifəsi,  yerinə  yetiriləcəyi  müd-

195 
 
dət, maliyyələşmənin həcmi və mənbəyi. 
Layihənin  maliyyələşmə  mənbələri  dövlət  vəsaiti, 
qrantlar, kreditlər, müəssisənin xüsusi vəsaitləri, cəlb edil-
miş vəsaitlər hesab olunur. 
İnnovasiyanın  tətbiq  edilməsi  və  həyata  keçirilməsi 
zamanı  işçi  qrupunun  və  koordinasiya  şurasının  rolu  ol-
duqca  böyükdür.  İşçi  qrupunun  işi  fəaliyyətin  icrasından 
ibarətdir.  Qrupun  strukturu  layihənin  mürəkkəbliyindən 
asılıdır. Layihəni rəhbər idarə edir. Koordinasiya şurasının 
funksiyası  və  vəzifələri  layihənin  məqsədinin  müəyyən 
olunmasından,  işçi  qrupların  formalaşdırılmasından,  işçi 
qrupların  rəhbərlərinin  seçilməsindən,  layihənin  həyata 
keçirilməsinə  nəzarət  edilməsindən,  layihənin  icrası  ilə 
əlaqədar qərarların qəbul edilməsindən ibarətdir. 
İşçi qruplarında namizədliyin qeydə alınması zamanı 
nəzərə  alınan  elementlər  təcrübənin,  nəzəri  biliklərin  əldə 
edilməsi,  təşkilatda  hakimiyyət  və  nüfuz,  işə    münasibət, 
şəxsi maraq və motivasiya hesab olunur.     
İşçi qrupu innovasiya menecmentinin təşkilati struk-
turuna  daxil    olub,  fəaliyyətin  təşkilində,  həyata  keçiril-
məsində və inkişaf etdirilməsində mühüm rol oynayır  
 
 
 
 
 
 
 
 
 
 

196 
 
FƏSİL XI. MALİYYƏ RESURSLARI VƏ 
ONLARIN İDARƏ EDİLMƏSİ 
 
11.1. Maliyyə menecmenti 
 
Maliyyə  dövlət  maliyyəsindən  və  müəssisələrin  ma-
liyyəsindən  ibarətdir.  Maliyyə  ümummilli  məhsulun  və 
milli gəlirin bölgüsü və yenidən bölgüsü, dövlətin mərkəz-
ləşdirilmiş  pul  vəsaitləri  fondunun  yaradılması  və  istifa-
dəsi  ilə  əlaqədar  iqtisadi  münasibətlər  sistemidir.  Müəssi-
sələrin  maliyyəsi  pul  fondlarının  yaradılması  və  istifadəsi 
ilə əlaqədar iqtisadi münasibətləri əhatə edir. Maliyyə me-
necmenti  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  müəssi-
sələrin maliyyəsinə şamil olunur. Deməli, maliyyə menec-
mentindən  danışarkən,  müəssisə  və  təşkilatların  maliyyə 
fəaliyyətinin  planlaşdırılması,  təşkili,  həyata  keçirilməsi 
və  bütün  bu  proseslərə  nəzarət  olunmasından  bəhs  edə-
cəyik. 
Maliyyə  menecmenti  mülkiyyət  formasından  asılı 
olmayaraq,  bütün  müəssisə  və  firmalarda  maliyyə  fəaliy-
yətinin və münasibətlərinin idarə edilməsini özündə birləş-
dirir.  
Maliyyə  menecmenti  maliyyə  münasibətlərinin  ida-
rəedilməsinə  istiqamətlənmiş  fəaliyyətdir.  Bu  münasibət 
maliyyə  resurslarının  hərəkəti  ilə  xarakterizə  olunur.  Ma-
liyyə menecmenti müəssisə və təşkilatların, firmaların ma-
liyyə  vəsaitlərinin  formalaşması  və  ondan  istifadə  olun-
ması ilə əlaqədar qərarlar qəbul edilməsini əhatə edir. 
 Maliyyə  menecmenti  qiymətli  kağızlar  bazarlarında 
baş verən dəyişikliklərə uyğun olaraq müəssisələrdə səhm-
lərin buraxılışı və satışına nəzarəti həyata keçirir. Maliyyə 

197 
 
menecmenti  müəssisə  və  firmaların  maliyyə  aktivlərini 
qiymətləndirir, onları uçota alır, maliyyə fəaliyyətini plan-
laşdırır və təhlillər aparır, hesabatları, maliyyə nəticələrini 
işləyir və təqdim edir. 
Maliyyə  menecmenti  özündə  aşağıdakı  funksiyaları 
birləşdirir: 
1. Maliyyə planlarının tərtib edilməsi; 
a) Müəssisənin balansı.        
b) Pul vəsaitlərinin hərəkət planı. 
c) Mənfəət planı. 
2.Maliyyə fəaliyyətinin təşkili; 
a)Maliyyə mənbələrinin müəyyən olunması. 
b) Pul vəsaitləri fondunun təşkili. 
v)Maliyyə münasibətlərinin formalaşması. 
3.  Maliyyə fəaliyyətinin həyata keçirilməsi
a) Pul vəsaitlərinin cəlb olunması. 
b) Maliyyə ödənişlərinin həyata keçirilməsi. 
c) Cari hesablamaların həyata keçirilməsi. 
4.  Müəssisənin  fəaliyyətinin  iqtisadi  cəhətdən  qiy-
mətləndirilməsi: 
a)  Kapital  qoyuluşunun  səmərəliliyinin  qiymətləndi-
rilməsi; 
b)Fəaliyyətin  nəticəsinə  görə  iqtisadi  səmərəlilik 
göstəricilərinin müəyyən olunması. 
5. Maliyyə nəzarəti; 
 a)Maliyyə sahəsində uçotun aparılması.   
 b)Maliyyə təhlili. 
 c)Maliyyə  hesabatlarının  işlənməsi  və  təqdim  edil-
məsi. 
Hər  bir  müəssisənin  əsas  məqsədi  mənfəət  əldə  et-
məkdən ibarətdir. Bu zaman isə maliyyə münasibətlərinin 

198 
 
baş verməsi vacibdir. İşgüzar təşkilatlarda maliyyə müna-
sibətləri adətən pul formasında çıxış edir. Maliyyə menec-
menti  maliyyə  münasibətlərini  idarə  edir.  Maliyyə  müna-
sibətləri müəssisədaxili və müəssisəxarici olur. 
Müəssisədaxili  maliyyə  münasibətlərinə  işçilərin 
əmək haqqının verilməsi, layiqli işçilərə  maddi yardımla-
rın və  pul  mükafatlarının verilməsi, ayrı-ayrı struktur  va-
hidləri  arasındakı  hesablaşmalar  aiddir.  Müəssisəxarici 
maliyyə  münasibətlərinə  alıcılarla,  malgöndərənlərlə,  tə-
rəfdaş  müəssisələrlə,  banklarla,  kredit  təşkilatları  ilə,  sı-
ğorta  təşkilatları  ilə,  dövlət  büdcəsi  və  büdcədənkənar 
fondlarla maliyyə münasibətlərini aid etmək olar.  
Müəssisə  və  təşkilatlarda  maliyyələşmələri  həyata 
keçirmək  üçün  maliyyə  mənbələrini  aşkar  etmək  və  ma-
liyyə vəsaitlərini cəlb etmək tələb olunur. Maliyyə mənbə-
ləri aşağıdakılar hesab edilə bilər: 
- təsisçinin vəsaiti; 
- müəssisənin vəsaiti; 
- müəssisənin və ya təsisçinin əmlakı; 
- qiymətli kağızlar (istiqrazlar, veksellər, çeklər və s). 
- cəlb  edilmiş  vəsaitlər  (bank  kreditləri,  maliyyə 
yardımları, səhmdarların kapitalları və s.). 
 
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin