R. F. Sadiqov m e n e c m e n t dərs



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 
 

84 
 
3.5. Nəzarət funksiyası 
 
Nəzarətetmə  idarəetmənin  mühüm  funksiyalarından 
biridir.  Nəzarət  sözü  nəzər  yetirmək,  baxmaq,  müşahidə 
aparmaq mənasını daşıyır. Nəzarətetmə müəssisədə intiza-
mın  yaranmasını,  fəaliyyətin  tənzimlənməsini,  qayda-
qanunlara,  təlimatlara  əməl  olunmasını  təmin  edən  idarə-
çilik funksiyasıdır.  
Nəzarət idarəetmənin obyektini və subyektlərini əha-
tə  edir.  Nəzarətin  obyekti  bütün  istehsal  sistemləri  və  ya-
rımsistemləri, funksional və xətti sistemlər, istehsal, təda-
vül  və  s.  sahələr  ola  bilər.  Nəzarətin  subyekti  isə,  fərdi 
adamlar, sosial qruplar  və bütövlükdə təşkilat ola bilər.  
Nəzarətin  əsas  məqsədi  qərarların  qəbulu  ilə  icrası 
arasındakı  vəhdətliyi  təmin  etməkdən,  müəssisələrin  sə-
rəncamında  olan  maddi  dəyərləri  mühafizə  etməkdən, 
problemləri aşkar etməkdən, aradan qaldırmaqdan və gələ-
cəkdə  baş  verməməsi  üçün  tədbirlər  görülməkdən  iba-
rətdir. 
Nəzarət  təşkilatın  öz  məqsədinə  çatmasını  təmin 
edən bir prosesdir. İdarəetmədə nəzarət tətbiqi sahələri ilə 
əlaqədar olaraq aşağıdakı məqsədlər üçün istifadə olunur: 
1. Nizam-intizam  qaydalarına  əməl  edilməsi  məqsə-
dilə nəzarət;  
2. Norma  və  normativlərə  əməl  edilməsi  məqsədilə 
nəzarət.  
3. İcraçılıq intizamına əməl edilməsi baxımından nə-
zarət. 
4. Funksiyaların yerinə yetirilməsinə nəzarət.  
5. İdarəçilik qərarlarının icrasına nəzarət. 
6. Planların yerinə yetirilməsinə nəzarət.     

85 
 
Nəzarəti həyata keçirən rəhbərlər aşağıdakı funksiya-
ları yerinə yetirməlidirlər:  
1. Nəzarətin mexanizminin yaradılması. 
2. Nəzarətin zaman və məkan aspektindən planlaşdı-
rılması. 
3. Müəssisədə nəzarət strukturunun yaradılması. 
4. Nəzarəti gücləndirmək məqsədilə informasiya ma-
teriallarının cəlb edilməsi. 
5. Nəzarət edilən obyektin real vəziyyətinin qiymət-
ləndirilməsi və aşkara çıxarılması. 
6. Norma  və  standartların,  tapşırıqların,  qaydaların  
pozulması hallarının  müəyyən edilməsi. 
7. Həmin  kənarlaşma  hallarının  səbəblərinin  aşkara 
çıxarılması. 
8. Yoxlanılan  obyektin  fəaliyyətinin  qaydaya  salın-
ması üçün təsirli tədbirlərin görülməsi. 
Nəzarət  ayrı-ayrı  təşkilatlarda  və  onların  daxili  böl-
mələrində  əlverişli  şəraitin  yaradılmasına  imkan  yaratma-
lıdır.  Bunun  üçün  təşkilatların  özlərində  və  onlardan  kə-
narda müxtəlif nəzarətetmə sistemləri yaradılır. Nəzarət öz 
təbiətinə  görə  əks  əlaqə  prinsipinə,  ideyasına  əsaslanır. 
Başqa sahələrdə (Məsələn idarəetmə qərarlarında) olduğu 
kimi nəzarətin də özünəməxsus texnologiyası vardır: 
1) nəzarət  konsepsiyasının  müəyyən  edilməsi,  seçil-
məsi 
2) nəzarət məqsədinin seçilməsi        
3) nəzarət metodlarının seçilməsi 
4) nəzarət normalarının seçilməsi 
5) nəzarət sferalarının seçilməsi 
6) nəzarət müddətlərinin seçilməsi 
Nəzarətin məqsədi stres vəziyyəti, qorxu xofu yarat-

86 
 
maq  deyil,  nöqsanların  aradan  qaldırılmasına  kömək  et-
məkdir. Menecer həmişə nəzarətin səmərəli olmasına, nə-
ticədə müsbət halətin yaranmasına çalışmalıdır. 
Nəzarətdə  ən  başlıca  məsələ  obyektin  arzu  olunan 
standartdan kənarlaşma səbəblərinin sistemli  halda aşkara 
çıxarılması  və  qiymətləndirilməsi,  tənzimləmə  proqramı-
nın tərtib edilməsidir. Ən vacib məsələdən biri də nəzarə-
tin idarəetmə tsikli, menecmentin digər funksiyaları ilə op-
timal  halda  əlaqələndirilməsidir.  Nəzarətdə,  həmçinin  nə-
zarət vaxtının (ilkin, cari, son), nəzarət məqsədinin (opera-
tiv, strateji), nəzarət predmetinin (inzibati, maliyyə), nəza-
rətin  məzmununun  və  nəzarət  metodlarının  dəqiqliyi,  nə-
zarət  fəaliyyətinin  səmərəli  təşkili  son  dərəcə  vacibdir. 
Hər bir nəzarət növünün öz konkret  məzmunu vardır. Bir 
qayda  olaraq  kənarlaşmalar  yol  verilən,  yol  veriləndən 
aşağı və yuxarı hədlərdə olur. Ona görə də ən vacib prob-
lemlərdən  biri  həmin  kənarlaşmaların  faktiki  miqyasının 
müəyyən edilməsidir. 
Nəzarət prosesi dörd mərhələdən ibarətdir.  
Birinci  mərhələdə  idarəetmə  məqsədləri  və  strategi-
yasına  uyğun  qiymətləndirmə  meyarları  və  standartları 
müəyyən edilir.  
İkinci mərhələdə  idarəetmə obyektlərinin faktiki nə-
ticələri  qəbul  edilmiş  standartlarla  müqayisə  olunur,  yol 
verilən kənarlaşma intervalı aydınlaşdırılır və müəyyənlə-
şdirilir.  
Üçüncü  mərhələdə  kənarlaşmaların,  fəsadların  ara-
dan qaldırılması baş verir. 
Dörüncü  mərhələdə  həmin  kənarlaşmaların  gələcək-
də bir daha baş verməməsi üçün tədbirlər görülür.  
İdarəçilik nəzarəti firmaların bütün imkanlarının nə-

87 
 
zərə  alınması  və  onların  potensialından  səmərəli  istifadə 
edilməsində mühüm əhəmiyyət kəsb edir.  
Kənarlaşmaların  operativ  qaydada  aradan  qaldırılma-
sında firmadaxili avtomatlaşdırılmış informasiya sistemi və 
elektron-hesablama texnikasından  geniş istifadə edilir. Fir-
malarda operativ nəzarətlə yanaşı mərkəzləşdirilmiş nəzarət 
sistemi  də  formalaşır.  Nəzarətin  həyata  keçirilməsində  və 
informasiyaların  təhlilində  yuxarıda  göstərilən  iqtisadi 
xidmət qrupları ilə yanaşı firmaların sahə menecerləri və ya 
struktur bölmələrinin rəhbərləri mühüm rola malikdir. 
Firmaxarici sistemlərə dövlət və qeyri-dövlət nəzarət 
sistemlərini  aid  etmək  olar.  Məsələn  İqtisadi  İnkişaf  Na-
zirliyi,  Maliyyə  Nazirliyi,  Vergilər  Nazirliyi,  prokurorluq 
orqanları,  sahibkarların,  istehlakçıların  hüquqlarının  mü-
dafiəsi ilə məşğul olan təşkilatları misal göstərmək olar. 
Nəzarət baş vermə vaxtına görə ilkin, cari və yekun 
xarakterli nəzarət formalarından ibarətdir.  
İlkin  nəzarət  fəaliyyətə  başlamazdan  əvvəl  həyata 
keçirilir.  İlkin  nəzarət  –  inventarlaşma,  mühasibat  uçotu, 
maliyyə uçotu, statistik uçot formasında həyata keçirilir. 
 İlkin  nəzarət  müəssisədə  nəzarət  sisteminin  təşkil 
olunması  və  həyata  keçirilməsinin  mexanizminin  sxemi-
nin, layihəsinin, modelinin tərtib olunması ilə əlaqədardır. 
Deməli,  ilkin  nəzarət  gələcəkdə  nöqsanların  və  kənarlaş-
maların  qarşısının  alınmasına  xidmət  edir.  Bundan  başqa 
ilkin  nəzarət  nəzarətin  subyektlərinin,  obyektlərinin,  pro-
seslərinin qeydə alınmasını da özündə əks etdirir. 
Cari  nəzarət  hadisə  və  fəaliyyətin  baş  verdiyi  və 
yerinə yetirildiyi zaman həyata keçirilir. Yəni cari nəzarət 
işin  həyata  keçirildiyi  müddətdə  yerinə  yetirilir.  Bu  nə-
zarət forması kənarlaşmaların, nöqsanların və pozuntuların 

88 
 
vaxtında  və  yerində  müəyyən  olunub  aradan  qaldırılma-
sına xidmət edir. Məhz buna görə də, cari nəzarət prosesi 
rəhbərlər  tərəfindən  daim  reydlərin,  yoxlamaların  keçiril-
məsi, müşahidələrin aparılması ilə xarakterizə olunur. 
Yekun  nəzarət  sonradan  nəzarət  məfhumu  kimi  də 
işlədilir. Yekun nəzarət hadisə və proseslər baş verdikdən 
sonra,  yəni fəaliyyət başa çatdıqdan sonra aparılır. Yekun  
və  ya  sonradan  nəzarətin  aparılması  məqsədilə  rəhbərlər 
ay,  rüb  və  ya  il  başa  çatdıqda  işçilərdən  həmin  dövrlər 
üzrə  görülən  işlər  barəsində  hesabatlar  alır  və  hesabat 
göstəricilərini  faktiki  göstəricilərlə  müqayisə  edirlər.  Mə-
sələn işçi hər ayın axırı gördüyü işin hesabatlarını rəhbər-
liyə təqdim edir. İlin axırı rəhbərlik təqdim olunmuş hesa-
batları aylar üzrə  yoxlayır və  yoxlama nəticəsində faktiki 
sənədlərlə  təqdim  olunmuş  hesabat  göstəricilərini  müqa-
yisə  edir.  Müqayisə  zamanı  kənarlaşmaların  olub-olma-
ması  müəyyən  edilir.  Deməli,  sonradan  nəzarət  əvvəlki 
dövrlərdə buraxılmış nöqsanların aşkara çıxarılıb, gələcək 
dövrlərdə  bir  daha  baş  verməməsi  üçün  böyük  əhəmiyyət 
kəsb edir.  
Nəzarətin aşağıdakı formaları vardır: 
1) Dövlət  nəzarəti  (Səlahiyyətli  dövlət  orqanlarının 
həyata  keçirdiyi  nəzarət).  Dövlət  nəzarəti  icra  orqanları, 
məhkəmə,  prokurorluq,  vergi,  gömrük,  ədliyyə  orqanları 
və s. tərəfindən həyata keçirilir. 
2) İctimai  nəzarət  (Müxtəlif  ictimai  təşkilatlar,  icti-
mai partiyalar tərəfindən həyata keçirilən nəzarət, xalq nə-
zarəti). 
3) Daxili  nəzarət  (Hər  bir  müəssisə  və  təşkilatların 
tərkibində daxili struktur vahidləri). 
Nəzarət  uçot,  yoxlama  (audit),  təhlil  və  tənzimləmə 

89 
 
kimi prosesləri özündə cəmləşdirir.  
Nəzarətin  həyata  keçirilməsində  uçot  mühüm  rol 
oynayır. O nəzarətetmə üçün kəmiyyət və keyfiyyət səpki-
li informasiya  verir. Uçot həmçinin maliyyə və maddi re-
surslardan  istifadənin  təhlil  edilməsi  üçün  də  müstəsna 
əhəmiyyətə  malikdir.  İctimai  istehsalda  istifadə  olunan 
uçot sisteminə 4 uçot forması–operativ, mühasibat, maliy-
yə və statistika uçotu daxildir. Hər bir uçot formasının öz 
növbəsində  xüsusi  vəzifələri,  metodları  və  təşkil  olunma 
qaydası vardır. 
Yoxlama  (audit) prosesin gedişində və başa çatdıq-
dan  sonra  kənarlaşmaların  aşkar  edilib  aradan  qaldırılma-
sını təmin edir. 
Təhlil (təsvir  etmə). Təhlil ərəb sözü olub, təsviret-
mə  mənasını  daşıyır.  Bəzi  dillərdə  analiz  məfhumu  kimi 
istifadə olunur. Analiz yunanca “Analisis” sözündən götü-
rülmüş  parçalanma  deməkdir.  Təhlilin  məqsədi  hər  hansı 
bir  hadisəni,  prosesi  və  ya  göstəricini  araşdırarkən  onu 
hissələrə,  elementlərə  ayıraraq  öyrənilməsi  başa  düşülür. 
İqtisadi təhlillər iqtisadi proqnozların verilməsi və iqtisadi 
qərarların  qəbul  edilməsi  üçün  çıxış  nöqtəsidir.  Təhlil 
daha  ətraflı  araşdırma  və  ya  tədqiqat  formasıdır.  Çünki 
təhlil nəticəsində əgər hadisə, proses və obyektlər daha ki-
çik  tərkib  hissələrinə  ayrılırsa,  deməli  araşdıran  şəxs  hə-
min  sistemin  tərkibinə  nüfuz  edir  və  özünü  problemin 
içərisində  hiss  edir.  Təhlil  məhsul  istehsalını,  istehsal  gü-
cünü,  bazar  tələbatını,  maya  dəyərini  və  s.  öyrənməklə 
planların  yerinə  yetrilməsinin  mümkünlüyünü,  hətta  iqti-
sadi  səmərəliliyini  düzgün    qiymətləndirilməsi  məqsədilə 
aparılır. 
İqtisadi təhlil müəssisə və təşkilatların işinin öyrənil-

90 
 
məsinə,  maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrinin  qiy-
mətləndirilməsinə,  gələcəkdə  maddi,  əmək  və  maliyyə 
resurslarının  hərəkətə  gətirilməsi  imkanlarının  aşkar  edil-
məsinə  xidmət  göstərir.  Təhlil  nəticəsində  qəbul  ediləcək 
idarəetmə qərarları, əmr, sərəncam və göstərişlər müəyyən 
dərəcədə  əsaslandırılır.  Deməli,  təhlil  idarəetmə  qərar-
larını yararlı hala gətirilməsində əhəmiyyətli rol oynayır. 
Nəzarətlə  tənzimləmə  arasında  üzvi  əlaqə  vardır. 
Nəzarət vasitəsilə sosial-iqtisadi proseslərdə baş verən kə-
narlaşmalar, qeyri-sabitlik yaradan amillər haqqında infor-
masiyalar  toplanır,  səbəbləri  öyrənilir,  situasiyaların  fak-
tiki və proqnozlaşdırılan səviyyəsi araşdırılır. Tənzimləmə 
vasitəsilə  aşkara  çıxarılmış  nöqsanların  aradan  qaldırıl-
ması,  problemlərin  həll  edilməsi  üçün  təşkilati-iqtisadi 
tədbirlər  sistemi  işlənib  hazırlanaraq  həyata  keçirilir  və 
belə bir sistem halını alır: 
nəzarət–kənarlaşmanın  qiymətləndirilməsi-tənzimlə-
mə–idarəetmə qərarı.  
Tənzimləmə  hadisə  və  prosesləri  izləyir,  onları  ni-
zamlayır.  Tənzimləmə  idarəetmə  strukturunda  nizam-inti-
zamın yaranmasını şərtləndirir. 
 
 
 
 
 
 
 
 
 
 

91 
 
FƏSİL IV. MENECMENTİN METODLARI 
 
4.1.Menecmentin metodları və idarəetmədə onların 
rolu 
 
Metod  yunan  sözü  olub  üsul  deməkdir.  Bütün  elm-
lərdə  olduğu  kimi  menecmentin  də  metodları  vardır.  Bu 
metodlar  idarəetmə  elminin  öyrənilməsi,  bu  elmdən  irəli 
gələn  funksiyaların  və  prinsiplərin  həyata  keçirilməsinin 
üsuludur.  Menecmentin  metodu  idarəetmə  subyektinin 
idarəetmə  obyektinə  təsir  mexanizmidir.  İdarəetmə  meto-
du idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir 
etmək lazım olduğunu bildirir.   
Menecmentin metodu idarə olunan kollektivin xüsu-
siyyətlərindən, mədəniyyət səviyyəsi və psixoloji iqlimin-
dən asılı olaraq,  idarəetmə sisteminə tərs vasitəsidir.  
Menecmentin  metodlarının  aşağıdakı  cəhətlərini 
xarakterizə edə bilərik.  
1. Menecmentin  metodu  idarəetmə  funksiyalarının 
həyata keçirilməsini təmin edir.  
2. Menecmentin  metodu  idarə  olunanı  idarə  edənin 
iradəsinə tabe etdirmək üsuludur. 
3. Menecmentin  metodları  fərdin  fərdə,  fərdin  kol-
lektivə,  kollektivin  kollektivə,  kollektivin  fərdə  təsir  üsu-
ludur.  
4. Menecmentin üsulu təşkilatın məqsədinə nail olun-
ması üsuludur. 
Təcrübəli rəhbərlər bütün idarəetmə metodlarından ba-
carıqla istifadə edir və onları üzvi surətdə əlaqələndirirlər.  
Bu üsullar müəssisənin maliyyə-iqstisadi fəaliyyətini 
genişləndirməyə,  təsərrüfatçılıq  fəaliyyətinin  inkişafına, 

92 
 
əmək ehtiyatlarının əmək prosesində fəallığının artırılma-
sına,  tərəfdaşların,  partnyorların,  təchizatçıların,  alıcıların 
cəlb  olunmasına,  rəqabət  qabiliyyətinin  gücləndirilməsinə  
təsir  göstərir.  İdarəetmənin  aşağıdakı  metodları  mövcud-
dur: 
1) İqtisadi metodlar. 
2) İnzibati metodlar. 
3) Sosial-psixoloji metodlar. 
 
4.2. İqtisadi metod 
 
İqtisadi  inkişafa  nail  olunması,  iqtisadi  maraqların 
təmin olunması məqsədilə həyata keçirilən metodlara ida-
rəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod iqtisa-
di  siyasətin  və  maddi  maraq  prinsiplərinin  tətbiqi  ilə  işin 
icrasının yerinə yetirilməsini təmin edir.  
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur: 
1)Müəssisədaxili iqtisadi metodlar. 
2 )Müəssisəxarici iqtisadi metodlar. 
Müəssisədaxili  iqtisadi  metodlar  həm  müəssisənin 
iqtisadi  maraqlarının,  həm  də  personalının  və  ya  işçilərin 
sosial-iqtisadi  tələbatlarının  təmin  olunmasına  xidmət 
edir.  
Müəssisəxarici  iqtisadi  metodlar  təsərrüfatlararası 
hesablaşmaları,  müəssisə  və  təşkilatın  digər  müəssisə  və 
təşkilatlarla, alıcılarla, satıcılarla, sifarişçilərlə iqtisadi əla-
qələri, əqdlərin bağlanmasını, təsərrüfat, iqtisadi və maliy-
yə münasibətlərinin formalaşdırılmasını əhatə edir.  
İqtisadi  metodlar  bazar  sistemində  aparıcı  mövqeyə 
malikdir.  Bu  metodlar  vasitəsilə  firmaların  fəaliyyətinə 
təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.  

93 
 
İqtisadi  metod idarəetmə  obyektinin  müəyyən tərəf-
lərinə  -  istehsalın  təşkilinə  və  onun    nizama  salınmasına, 
kollektivin  və  onun  üzvlərinin  maddi  maraqlarına  təsir 
edir, istehsalın ahəngdar olmasına xidmət edir. 
İqtisadi metod müəssisənin iqtisadi inkişafı ilə əlaqə-
dar olub, onun iqtisadi potensialının, maliyyə imkanlarının 
genişləndirilməsini nəzərdə tutur. Bu üsul daha çox kapital 
qoyuluşu  həyata  keçirməklə,  investisiyalar  və  maliyyə 
kapitalı  cəlb  etmək,  iqtisadi  sferada  münasibətləri  geniş-
ləndirməklə,  müəssisəyə  tərəfdaşlar  cəlb  etməklə  müəssi-
sənin  iqtisadi  inkişafına  nail  olmağa  imkan  yaradır.  İqti-
sadi  metodun  tətbiqi  ilə  planlaşdırma,  təsərrüfat  hesabı, 
əmək  haqqı,  qiymət,  maddi  həvəsləndirmə,  maya  dəyəri, 
mənfəət,  gəlir  və  başqa  mexanizmlər  məqsədyönlü  təsirə 
çevrilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya də-
yərinin  aşağı  salınmasına,  mal  və  xidmətlərin  keyfiyyəti-
nin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin ar-
tırılmasına yönəldilir.  
Bu metoda bəzən iqtisadi-təsərrüfatçılıq üsulu da de-
yirlər.  Bu  zaman  metod  özünün  hədəf  sferasını  geniş-
ləndirərək  təsərrüfat  sahəsini  də  öz  təsirinə  məruz  qoyur. 
Təsərrüfatçılıq  üsulu  yeni  texnika  və  texnologiyanı  tətbiq 
etməklə,  maddi-texniki  bazanı  inkişaf  etdirməklə,  məhsul 
istehsalı  prosesini  təkmilləşdirməklə  gəlirin  artırılmasını 
təmin edən idarərtmə  üsulu kimi başa düşülür.  Bu üsul əl 
əməyinin  yüngülləşdirilməsinə  və  elmi  texniki  tərəqqinin 
nailiyyətlərinin  tətbiqinə  nail  olmaqla  təsərrüfatçılığın 
aparılması üsuludur. 
Müəssisə  təsərrüfat  sferasını  genişləndirməklə,  ayrı-
ayrı təsərrüfat sahələri  yaratmaqla  məhsul istehsalı prose-
sini  daha  da  genişləndirir.  Həmin  sahələrin  fəaliyyəti  bir-

94 
 
biri  ilə  əlaqələndirilə  və  ya  əlqalənləndirilməyə  bilər. 
Məsələn dəri məhsulları fabriki paralel olaraq 3 təsərrüfat 
sahəsi yaradır. Birinci sahə dəri ayaqqabı, ikinci sahə dəri 
gödəkcə, üçüncü sahə isə dəri çanta istehsalını həyata ke-
çirir. Dəri məhsulları istehsalı ilə məşğul olmaq istəyən di-
gər fabrik də, 3 təsərrüfat sahəsi yaradır. Birinci sahə gön-
dəri  tədarükü  ilə,  ikinci  təsərrüfatçılıq  sahəsi  dəri  məmu-
latlarının emalı ilə, üçüncü sahə isə dəri çanta istehsalı ilə 
məşğul olur. Göründüyü kimi birinci müəssisədə bütün tə-
sərrüfatçılıq sahələri paralel olaraq ayrı–ayrı çeşiddə məh-
sullar istehsal edir. İkinci müəssisədə isə bir təsərrüfat böl-
məsi  digəri  üçün  xammal  istehsal  edir.  Müəssisənin  özü 
üçün xammal istehsal etməsi maya dəyərini aşağı salır, nə-
ticədə  iqtisadi  səmərəlilik  göstəricilərinə  müsbət  təsir 
göstərilir. 
İqtisadi və təsərrüfatçılıq üsulu həm iqtisadi, həm də 
təsərrüfatçılıq  üsullarının  tətbiqini  tələb  etdiyi  üçün  
təşkilatın rəhbəri həm iqtisadi, həm də təsərrüfat fəaliyyəti 
ilə  əlaqədar  nəzəri  və  təcrübi  biliklərə  malik  olmalıdır. 
Məsələn ticarət müəssisəsinin rəhbəri ticarət sahəsini, icti-
mai iaşə müəssisəsinin rəhbəri ictimai iaşə sahəsini, tikinti 
müəssisəsinin  rəhbəri  tikinti  sahəsini  mükəmməl  bilmə-
lidir.  Çünki  istehsalın  inkişafı  və  genişləndirilməsi,  yeni 
texnologiyaların  tətbiqi  ilə  bağlı  ideyalar,  təkliflər  və 
fikirlər  müəssisənin  rəhbərində  cəmlənir.  Bu  istiqamətdə 
ən optimal variantların seçilməsi ilə bağlı qərar rəhbər tə-
rəfindən  qəbul  edilir.  Məhz  buna  görə  də  təsərrüfatçılığın 
bu  sahəsində  bilik  və  bacarığı  olmayan  rəhbərlər  düzgün 
qərarlar  qəbul  etməkdə  çətinlik  çəkirlər.  Nəticədə  fəaliy-
yət səmərəsiz olur.  
Rəhbərlər  təsərrüfatı  inkişaf  etdirmək,  genişləndir-

95 
 
mək üçün iqtisadi sahədə də bilik və bacarıqlara malik ol-
malıdırlar.  Müəssisənin  inkişafının  əsasını  onun  maliyyə 
imkanları  və  maliyyə  fəaliyyəti  təşkil  edir.  Bunun  üçün 
rəhbərlər  müəssisənin  maliyyə  imkanlarının  genişləndiril-
məsi,  yüksək  mənfəət  əldə  etmək,  başqa  sözlə  desək 
müəssisənin  iqtisadi  qüdrətini  artırmaq  üçün  daim  yollar 
axtarırlar.  Maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrinə 
dair vergi xidməti orqanlarına, statistika şöbələrinə, sosial 
müdafiə fondlarına hesabatların verilməsi təşkilatın rəhbə-
rinin  məsuliyyətinə aid edildiyi üçün idarəetmədə iqtisadi 
üsulun vacibliyi məsələsi burada da önə çıxır. 
İqtisadi  metod  personalda  əməyə  maddi  maraq  
(stimul)  yaradır.  Çünki  sosial-iqtisadi  tələbatların  ödənil-
məsi işçinin əmək fəallığını artırır. Sosial-iqtisadi tələbat-
ların  ödənilməsi  dedikdə,  işçiyə  əmək  haqqının,  əlavə 
əmək haqqının, mükafatların, maddi yardımların verilməsi 
başa  düşülür.  İqtisadi  metod  əl  əməyinin  yüngülləşdiril-
məsini və əmək şəraitinin yaxşılaşdırılmasını təmin edir. 
 
4.3. İnzibati metod 
 
İnzibati  üsul  idarə  edənin  idarə  olunan  obyektə  bir-
başa və bilavasitə təsir üsuludur. İnzibati üsul məcburedici 
üsuldur  və  yüksək  tələbkarlıq  əsasında  insanları  fəaliy-
yətə, icraçılığa, nizama, intizama sövq edir. Müəssisələrin 
rəhbərləri bu  cür üsulların tətbiqi  üçün  əmr  etmək, sərən-
camlar,  göstərişlər,  tapşırıqlar  vermək  səlahiyyətlərinə 
malikdirlər. 
İnzibati  metodlar  qanunların,  qaydaların  rəhbərlərə 
verdiyi  səlahiyyətlər  əsasında  həyata  keçirilir.  İnzibati 
metod normativ-sərəncam xarakteri daşıyır və onun yerinə 

96 
 
yetirilməsi  məcburidir.  İnzibati-sərəncam  metodlarının 
obyekti  geniş  və  çoxcəhətlidir.  Lakin  bunu  müəyyən  isti-
qamət  üzrə  təsnifata  ayırmaq  olar.  İnzibati  təsir  metodu-
nun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların 
idarəetmə  orqanları,  əməyin  təşkili  formaları,  işçi-rəhbər 
münasibətləri formalaşdırılır  və təkmilləşdirilir. 
 İnzibati  idarəetmə  subyektlərin  birinin  digərinə  ta-
beçiliyi ilə bağlıdır. İnzibati idarəetmə hər hansı subyektin 
öz iradəsini bir tərəfli qaydada bildirməsi ilə əlaqədardır.  
İnzibati  idarəetmə  işçilərin  vəzifə  və  funksiyalarını 
müəyyənləşdirir.  İnzibati  təsir  üsulları  aşağıdakı  inzibati 
davranış  və  hərəkətləri  yerinə  yetirməklə  həyata  keçirilir: 
əmr  etməklə,  tapşırıqlar,  göstərişlər  verməklə,  diktə  et-
məklə, vadar etməklə və s. 
İnzibati üsulları aşağıdakı kimi təsnifləşdirmək olar: 
1.  Məcbur  edici  (Hərəkəti  etməyə  məcbur  etmək 
üsulu). 
2.  Qadağan  edici  (Hərəkəti  etməyi  qadağan  etmək  
üsulu).  Bu  üsul  inzibati  tədbirlərlə,  qorxutmaqla,  hədələ-
məklə həyata keçirilir.  
3. Səlahiyyət verici. 
4. Həvəsləndirici üsul. 
İnzibatçılıq  yüksək  idarəetmə  bacarığı  və  qabiliy-
yətidir.  İnzibati  təsir  metodunun  başlıca  xüsusiyyətləri 
aşağıdakılardan ibarətdir:  
- inzibati üsul müəssisə və təşkilatlarda kollektiv mü-
nasibətləri formalaşdırır və tənzimləyir
- inzibati üsul idarəetmə münasibətlərində, sərəncam 
verici-icraedici strukturlarda subyektlər arasında hakimiy-
yət və tabeçilik münasibətlərini formalaşdırır;  
- inzibati  üsul  öhdəlikləri,  yerinə  yetirilməməsinə 
görə cavabdeh şəxslərin məsuliyyətini müəyyən edir. 

97 
 
 İnzibatçılıq  inzibati  proses  olaraq  üç  funksiyanı  ye-
rinə yetirir.  
1. Hüquqyaradıcı.  İnzibati  üsul  müəssisədə  qanun-
vericilik  aktlarının,  dövlət  standartlarının  və  normativ  sə-
nədlərin tətbiqini, daxili qaydaların, təlimatların formalaş-
dırılmasını və onlara əməl edilməsini tələb edir.  
2. Hüquqverici.  Qanunlara,  qaydalara  əsaslanaraq 
funksiyaların  həyata  keçirilməsini  konkret  strukturlara  və 
şəxslərə həvalə edilir. 
3. Tənzimləyici.  İnzibati  proses  hüquqi  proses  ola-
raq  bütün  sahələrin  tənzimlənməsini  həyata  keçirir.    İnzi-
batçılıq  fəaliyyətin  normalar  əsasında  tənzimlənməsinə 
yönəldilir.  
İnzibatçılıq  idarəçilik  işlərinin  həllinə  və  nəticələr 
əldə edilməsinə  yönəldilir. İnzibatçılar səlahiyyətlərə  ma-
lik  olan  və  həmin  səlahiyyətlərdən  fəaliyyətin  tənzimlən-
məsində istifadə edən şəxslərdir. İnzibatçı rəhbər rəhbərlik 
etikasına  ciddi  riayət  etməlidirlər.  Yəni  işçilərlə  davranı-
şında  ciddi,  ədalətli  və  nəzakətli  olmalı,  işçini  dinləməyi 
bacarmalıdır.  Onlar  işçilərin  tənqidi  çıxışlarına  qulaq  as-
malı, qanunvericiliyə dürüst riayət etməlidirlər. 
 
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin