R. F. Sadiqov m e n e c m e n t dərs


Riyazi modelləşdirmə üsulu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15

Riyazi modelləşdirmə üsulu. Riyazi modelləşdirmə 
üsulu    proqnozlaşdırılan  obyektin  və  ya  prosesin    öncə 
modelinin,  quruluşunun,  sisteminin  yaradılmasını,  tərtib 
edilməsini, sonra isə müvafiq riyazi-iqtisadi üsullarla onun 
qiymətləndirilməsini nəzərdə tutur. 
Proqnozlaşdırma təşkilatın zəif və  güclü tərəflərinin 
tədqiqi yolu ilə məqsədlərin müəyyən olunmasına kömək-
lik  göstərir.  Proqnozlaşdırma  müəssisənin  gələcək  pers-
pektivlərinə  xidmət  edir.  Müəssisə  səviyyəsində  proq-
nozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında  
məlumatların  verilməsi ilə əlaqədardır. Proqnozlar planlar 
üçün  material xarakteri daşıyır.  Yəni proqnozlar planların 
tərtib edilməsi üçün istifadə olunan informasiya xarakterli 
amillər və ünsürlər kimi qəbul edilir. Müəssisə çərçivəsin-
də proqnozlara aşağıdakılar aiddir: 
1. Regionun iqtisadi vəziyyətinin proqnozu. 
2. Rəqib müəssisələr haqqında  proqnozlar. 
3. Firma  tərəfindən  istehsal  edilib  satılan  məhsula 
olan  tələbatın proqnozu. 
4. İnvestisiyalar  haqqında proqnoz. 
5. Texnoloji proqnozlar. 
6. Əmtəə bazarında yeni tələbatların proqnozu. 
Regionun  iqtisadi  vəziyyətinin  proqnozu  dedikdə, 
firmanın  fəaliyyət  göstərdiyi  ərazidə  iqtisadiyyatın  gələ-
cək vəziyyəti haqqında proqnozlar başa düşülür. 
Ayrı-ayrı  rəqib  müəssisələrin  proqnozu  dedikdə  isə, 
rəqiblərin  gələcək  inkişafı,  bazara  çıxaracağı  məhsulların 
həcmi,  keyfiyyəti,  qiyməti,  onların  gələcək  perspektivləri 
haqqında proqnozlar başa düşülür.  

57 
 
Satılacaq  məhsula  olan  tələbatın  proqnozu  olduqca 
vacib məsələlərdən biridir. Çünki bu, gələcəkdə məhsulun 
bazarda  satışının  intensivliyinin  nə  dərəcədə  olacağını 
müəyyən etmək üçün əsas meyardır. 
Bu cür proqnozlar içərisində investisiyalar proqnozu 
da  mühüm  yer  tutur.  Çünki  təşkilatın  fəaliyyət  göstərdiyi 
sahəyə  gələcəkdə  qoyulacaq  investisiyalara  dair  informa-
siyalar  olduqca  əhəmiyyətlidir.  Çünki  investisiya  qoyulu-
şu  həmin  fəaliyyət  sferasında  məhsul  istehsalının  kəmiy-
yət  və  keyfiyyət  göstəricilərinə  müsbət  təsir  göstərir.  Bu 
da  özünü  gələcəkdə  müəssisənin  fəaliyyətinə  təsir  edəcək  
xarici amil kimi büruzə verir.  
Texnoloji proqnoz müəssisənin istifadə etdiyi və gə-
ləcəkdə  istifadə  edəcəyi  texnoloji  avadanlıqlar,  vasitələr 
və  üsullar  haqqında,  onların  kəşfi  ilə  əlaqədar  informasi-
yalar  verir.  
Yeni tələbatların proqnozu yeni elmi axtarışlar, inno-
vasiya  tədqiqatları  və  mütərəqqi  məhsulların  gələcək  is-
tehsalı ilə bağlıdır. Çünki müəssisə istehsalı nəzərdə tutu-
lan,  lakin  alıcılarda  hələ  heç  bir  təsəvvür  olmayan  mütə-
rəqqi  və  yeni  məhsullara  tələbatı  müəyyən  etməli,  sonra 
isə həmin məhsulların istehsalını həyata keçirməlidir. Ye-
ni  tələbat  proqnozu  müəssisəni  istehsal  ediləcək  yeni  və 
mütərəqqi məhsulun bazarda yüksək səviyyədə satıla bilə-
cəyinə əmin edir.  
 
3.2.Təşkiletmə funksiyası 
 
İdarəetmənin  növbəti  əsas  funksiyalarından  biri  də 
təşkiletmədir.  Bu  funksiyanın  məqsədi  qəbul  olunmuş  iş 
planının  həyata  keçirilməsini  təmin  etməkdən  ibarətdir. 
Təşkiletmə  funksiyası  fəaliyyətin  həyata  keçirilməsi  ilə 

58 
 
əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir.  
Təşkiletmə  funksiyası  fəaliyyətin  planlaşdırma  mər-
hələsindən  fəaliyyətin  həyata  keçirilməsi  mərhələsinə  ke-
çid mərhələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan 
ünsürləri  cəlb  edir,  yerləşdirir,  onların  gələcəkdə  birgə 
fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziy-
yətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün element-
ləri  arasında  daimi  və  mütərəqqi  əlaqələri  müəyyən  edir, 
onların fəaliyyətinin qaydalarını və şərtlərini müəyyənləş-
dirir. 
Təşkiletmə  funksiyasının  vəzifəsi  istehsal  və  insan 
ehtiyatlarını elə qarşılıqlı əlaqəli sistemdə birləşdirməkdən 
ibarətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surətdə nail 
olmaq  mümkün  olsun.  Burada  sistemin  quruluşunun 
müəyyənləşdirilməsi, altsistemlər arasında qarşılıqlı əlaqə-
lər,  bölmələr  arasında  funksiyaların  paylanması,  müvafiq 
hüquqların verilməsi və s. nəzərdə tutulur. 
Plan  tapşırıqlarının  ritmik  və  nəzərdə  tutulan  həcm-
də,  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilməsi  idarəetmə-
nin təşkiletmə funksiyasının başlıca məsələsidir. 
Hər  bir  düşünülmüş    hadisə  və  proses,  onun  təşkil 
olunması ilə başlayır. Burada belə bir sual meydana çıxır. 
Onda  niyə  idarəetmənin  birinci  funksiyası  təşkiletmə 
deyil, planlaşdırma hesab olunur?  
Çünki hər hansı bir müəssisə və fəaliyyət təşkil olun-
mamışdan qabaq əvvəlcə məqsəd ortaya çıxır və ya müəy-
yən  olunur.  Məqsədin  müəyyən  olunması  isə  planlaş-
dırmanın  ilkin  mərhələsi  hesab  edilir.  Deməli,  məqsədin 
öncə yaranması fikri təşkiletmədən qabaq planlaşdırmanın 
yazılı  və  ya  insan  beynində  ideya  formasında  meydana 
gəlməsini təsdiqləyir.  

59 
 
Təşkiletmə,  həmçinin  bir  prosesdir.  Bu  prosesi  3 
mərhələyə bölmək olar. 
1. Müəssisənin təşkil edilməsi. 
2. İstehsalın təşkil edilməsi. 
3. İdarəetmənin təşkili. 
Təşkiletmənin  birinci  mərhələsi  müəssisənin  hüquqi 
cəhətdən  təsis  edilməsi  və  müvafiq  dövlət  orqanlarında 
qeydiyyatdan  keçirilməsi  ilə  əlaqədardır.  Bu  mərhələ 
müəssisənin  hüquqi  cəhətdən  təşkil  olunması  mərhələsi 
kimi başa düşülür. Çünki istehsal fəaliyyəti ilə məşğul ola-
raq pul qazanmaq istəyən sahibkar həmin istəyinə çatmaq 
və  ideyalarını  reallaşdırmaq  üçün  birinci  növbədə  müəs-
sisəni  təsis  etməli,  başqa  sözlə  desək,  hüquqi  şəxs  yarat-
malıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hü-
quqi şəxs yaratmadan fiziki şəxs kimi də fəaliyyət göstər-
mək  mümkündür.  Amma  bu  kiçik  həcmli  təsərrüfat  sub-
yektləri üçün daha çox əlverişlidir.  
Hüquqi şəxsin yaradılması üçün əvvəlcə müəssisənin 
təşkil olunmasının hüquqi və texniki tərəflərini həyata ke-
çirmək lazım gəlir. 
Müəssisənin təşkilinin hüquqi və texniki tərəfləri ni-
zamnamənin  tərtib  edilib  müvafiq  dövlət  orqanlarında 
qeydiyyata  alınmasından  tutmuş,  banklarda  hesablaşma 
hesabı  açmağa  qədər  olan  bütün  mərhələləri  özündə  əks 
etdirir.  
İkinci mərhələ isə istehsalın təşkili mərhələsidir. Bu 
mərhələ istehsal üçün lazım olan ünsürlərin təşkili ilə əla-
qədardır.  İstehsalın  baş  verməsi  üçün  üç  ünsürün  olması 
vacibdir. 1) əmək alətləri (əsas vəsaitlər); 2) əmək cisimlə-
ri (dövriyyə vəsaitləri); 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək 
alətləri  vasitəsi  ilə  əmək  cisimlərinə  təsir  etməklə  məhsul 

60 
 
istehsal edir. 
Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşağı-
dakı funksiyaları yerinə yetirməlidirlər. 
1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi. 
2. Müəssisənin istehsal gücünün artırılması ilə əlaqə-
dar texniki-təşkilati işlərin yerinə yetirilməsi. 
3. Dövriyyə vəsaitlərinin cəlb edilməsi.  
4.  Maliyyə  kapitalının  cəlb  edilməsi  və  maliyyə  im-
kanlarının genişləndirilməsi. 
5. İşçi qüvvəsinin cəlb edilməsi və əmək bölgüsünün 
aparılması. 
6. Təhlükəsizlik və ekoloji tələblərin təmin olunması 
və s. 
İstehsal  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  əvvəlcə 
əsas vəsaitlərin – inzibati binanın, istehsal binasının təmin 
olunması,  yəni  alınması  və  ya  icarəyə  götürülməsi  lazım-
dır. Bundan sonra texniki vəsaitlərin (maşın və avadanlıq-
ların,  dəzgahların)  təchiz  edilməsi  vacib  məsələdir.  Əsas 
vəsaitlərin təşkilindən  sonra isə  material təchizatını təmin 
etmək lazım gəlir. Daha sonra sadalanan maddi və texniki 
vəsaitləri  hərəkətə  gətirmək,  onların  bir-birinə  təsirini  ya-
ratmaq üçün, daha dəqiq desək,  istehsalı həyata keçirmək 
üçün  işçi  qüvvəsini,  yəni  əmək  ehtiyatlarını  cəlb  etmək 
lazımdır.  Bundan  sonra  təşkilati idarəetmənin ikinci mər-
hələsi başa çatır.  
Üçüncü mərhələ idarəetmənin təşkili ilə əlaqədardır. 
Yəni  istehsal  üçün  bütün  ünsürlər  vardır.  Sadəcə  olaraq, 
bu ünsürləri hərəkətə gətirməklə məhsulun istehsalı prose-
sini həyata keçirmək  lazımdır. İstehsal prosesi isə olduqca 
çətin və mürəkkəb prosesdir. Bu prosesi idarə etmək üçün  
müəssisənin  idarəetmə  aparatını,  təşkilati  strukturunu  ya-

61 
 
ratmaq  lazımdır.  Çünki  istehsala  xidmət  edən  sahələri 
(təchizat,  marketinq,  maliyyə,  satış  və  s.)  idarə  etmək  bir 
nəfərin  işi  deyildir.  Buna  görə  də  müəssisədə  təşkilati 
strukturu yaratmaq, idarə heyətini təşkil etmək, əmək böl-
güsünü həyata keçirmək, onun əlaqəli fəaliyyətini qurmaq, 
yəni  idarə  etmə  mexanizmini  təşkil  etmək  lazımdır.  Bu 
zaman  təşkiletmə  prosesi  daha  da  mürəkkəbləşir  və  elmi-
ləşir.  
Təşkiletmə,  müəssisənin  bütün  sferalarını  əhatə  edir 
və özündən sonrakı proseslərin həyata keçirilməsində mü-
hüm rol oynayır.  
 
3.3.Motivləşdirmə funksiyası 
 
Motivləşmə  daha  çox  psixoloji  termindir.  Motivləş-
mə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə 
sövq edən, onu hərəkətə gətirən bir prosesdir.  
Motivləşmə  prosesinin  baş  verməsində  motivasiya-
nın  rolu  olduqca  böyükdür.  Motivasiya  motivlər  toplusu-
dur.  Motivlər  dedikdə,  prosesin  baş  verməsi  üçün  lazım 
olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər 
başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Demə-
li,  motivasiya  insanı  fəaliyyətə  sövq  etdirən  və  ya  onu 
fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillə-
rin  məcmusudur.  Burada  daxili  və  xarici  hərəkətverici 
qüvvələr motivlərdir.  
Motivləşmə  prosesi  isə  insanda  motivlərin  köməyi 
ilə fəaliyyətin başlaması, davam etməsi və fəallığın artma-
sı prosesidir. Motivləşmənin əsasında insan tələbatları da-
yanır.  Maddi  və  mənəvi  ehtiyaclar  insanın  maddi  və  mə-
nəvi tələbatlarını yaradır. İnsan öz tələbatını ödəmək üçün 

62 
 
müxtəlif  üsul  və  vasitələr  axtarır.  Tələbatlar  insanı  həyat  
və  əmək  fəaliyyətinə  sövq  edir.  Buradan  belə  aydın  olur 
ki, tələbatlar insanın fəallığının mənbəyini təşkil edir. De-
məli, motivləşmə prosesinin əsas mənbəyi tələbatlardır. 
İnsan hər hansı fəaliyyətlə məşğul olmaq üçün qarşı-
sına  məqsəd  qoyur.  Nə  iş  görməli  və  hansı  sahədə  çalış-
malıdır ki, o  yeməyə,  geyimə və s. olan tələbatlarını ödə-
sin. Bu suala cavab tapdıqdan sonra insan  özünə müvafiq 
fəaliyyət sferasında çalışmaq üçün əvvəl həmin fəaliyyətin 
ünsürlərinə (motivlər: ixtisas, bilik, informaşıyalar, maliy-
yə  vəsaiti,  texniki  vəsaitlərə)  malik  olur,  sonra  isə  fəaliy-
yət göstərməyə başlayır (motivləşir). 
 
 
 
Biz qeyd etdik ki, istehsalın baş verməsi üçün üç ün-
sürün olması vacibdir.  1) əmək alətləri; 2) əmək cisimləri; 
3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək 
predmetlərinə  təsir  etməklə  məhsul  istehsal  edir.  Məsələn 
metal  lövhələri  tokar  dəzgahında  yonmaqla  yivlər  istehsal 
etməliyik. Təsəvvür edək ki, biz istehsalın hər üç ünsürləri-
ni  cəlb  etmişik.  Yəni  fəaliyyət  təşkil  olunmuşdur.  Burada 
əmək  aləti  kimi  tokar  dəzgahı,  əmək  cisimləri  kimi  metal 
lövhələr,  işçi  qüvvəsi  kimi  bu  işi  yerinə  yetirəcək  insanlar 
çıxış edir. Bu ünsürləri bir yerə toplamaq hələ istehsal pro-
sesinə  başlamaq  demək  deyildir.  Çünki  ünsürləri  təşkil  et-
dikdən sonra, istehsal prosesi üçün onların bir-birinə təsiri-
ni təmin etmək, yəni idarəetmənin üçüncü funksiyası hesab 
edilən  motivləşmə  prosesini  yaratmaq  və  həyata  keçirmək 
lazımdır.  Motivləşmə  insanı  əmək  alətləri  vasitəsilə  əmək 
predmetinə  şüurlu  surətdə  təsir  etməyə  vadar  edir.  Bəs 
Fəaliyyət 
Tələbat 
Motivlər 
Məqsəd 
Motivləşmə 

63 
 
motivlər bu prosesdə özünü necə büruzə verir? 
Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu 
qüvvəni  yaradan  səbəb  və  ya  amildir.  Məsələn  istehsal 
prosesinin baş verməsi üçün dəzgah və metal lövhə vardır. 
Lakin işçi qüvvəsini cəlb etmək lazımdır. İşçi qüvvəsinin 
alacağı əmək haqqının məbləği onu qane etməzsə, o, işlə-
məyəcəkdir.  Nəticədə  istehsal  prosesi  baş  tutmayacaqdır. 
Deməli, əmək haqqı işçini işləməyə sövq edən əsas motiv-
lərdən biridir.  
Başqa  bir  misal  göstərək.  Yiv  istehsal  etmək  üçün 
tokar dəzgahı və metal lövhə vardır. İndi isə işçi qüvvəsini 
cəlb  etmək  lazımdır.  Əgər  biz  ixtisasını  və  ya  peşəsini 
nəzərə  almadan,  bu  işi  təsadüfü  bir  şəxsə  təklif  edəriksə, 
istehsal  prosesi  yenə  də  baş  tutmayacaqdır.  Çünki  həmin 
şəxs dülgərlik peşəsinə sahib deyildir. Deməli, işçinin ba-
carığı,  qabiliyyəti,  ixtisası,  peşə  vərdişləri  fəaliyyət  üçün 
motivdir. 
Motiv  təkcə  hərəkətin  və  fəaliyyətin  başlanmasında 
və  həyata  keçirilməsində  rol  oynamır.  Motiv,  həmçinin 
fəaliyyətin  aktivləşməsində  və  sürətləndirilməsində  də 
əhəmiyyət  kəsb  edir.  Məsələn  yiv  istehsal  edən  dülgər 
müəssisə  rəhbəri  ilə  bağladığı  müqaviləyə  əsasən,  yerinə 
yetirdiyi işə görə ayda 300 manat əmək haqqı alır. Müəssi-
sə  rəhbəri  aylıq  normadan  artıq  məhsul  istehsal  edəcəyi 
təqdirdə işçiyə əlavə əmək haqqı verəcəyini vəd edir. Ve-
rilən vəd işçini əvvəlkindən daha artıq məhsul istehsal et-
məyə  ruhlandırır.  Bu  hal  müəssisədə  istehsalın  həcminin 
və tempinin yüksəlməsinə səbəb olur. 
Motivlər,  yəni  hərəkətverici  qüvvələr  insanın  xari-
cində  və  daxilində  olur.  Motivlərlə  əlaqədar  yuxarıda  3 
misal göstərdik.  

64 
 
Birinci  misalda  motivləşmə  rəhbərin  işçiyə  təklif 
etdiyi əmək haqqı ilə əlaqədar  yaranır. İşçiyə  əmək haqqı 
təklifi kənardan edildiyi üçün, həmin amil xarici motiv he-
sab olunur.  
İkinci  misalda  izah  olunur  ki,  yiv  istehsal  etmək 
üçün tələb olunan motivlərdən biri dülgərlik peşəsidir. İn-
san  peşəyə  əldə  etdiyi  nəzəri  və  təcrübi  biliklər  əsasında 
nail  olur.  Nəzəri  və  təcrübi  biliklər  insanın  daxili  aləmini 
təşkil etdiyi üçün, peşə bacarığı daxili motiv hesab olunur. 
Üçüncü misal isə həvəsləndirmə sistemi ilə əlaqədar 
oldu.  Belə  ki,  əlavə  əmək  haqqı  sisteminin  tətbiqi  işçini 
əmək  fəaliyyətində  aktivləşdirdi.  Amma  əmək  haqqının 
artırılması  təklifi  işçiyə  ətraf  mühitdən,  yəni  rəhbərdən 
gəldiyi  üçün,  əmək  haqqı  və  digər  bu  kimi  amillər  (əlavə 
əmək haqqı, maddi yardımlar, mükafatlar) xarici motivlərə 
aid olub, işçini əmək prosesində stimullaşdırır və fəallığını 
artırır. 
Daxili  motivlər  insanın  daxilində  mövcud  olur,  onun 
fəaliyyəti üçün vacib amil hesab  edilir.  Daxili motivlər  in-
sanın  daxili  imkanları  və  potensialıdır.  İdarəetmənin  əsas 
şərtlərindən  biri  də,  işçinin  daxili  potensialını  təşkilatın 
məqsədləri  naminə  səfərbər  etmək  və  ondan  səmərəli  isti-
fadə  etməkdir.  Bunun  üçün  rəhbərlər  daxili  motivləri  öy-
rənmədən  və  araşdırmadan  ondan  səmərəli  şəkildə  istifadə 
edə bilməzlər. Bu məqsədlə də təşkilat rəhbərləri psixologi-
ya, idarəetmə psixologiyası, məntiq elmlərinə dair biliklərə 
yiyələnməlidirlər.  
Daxili motivləri aşağıdakı kimi təsnifləşdirmək olar:  
1)  Təhsil (ali, orta ixtisas, peşə, orta). 
2)  Dünyagörüşü (biliklər, bacarıqlar, vərdişlər). 

65 
 
3)  Davranış  motivləri  (xarakter,  səylər,  maraqlar 
cəhd, qətiyyət,). 
4)  Psixoloji  keyfiyyətlər  (təşəbbüskarlıq,  diqqətlilik, 
həssaslıq). 
Təhsil  biliklərin  insana  aşılanmasında  rol  oynayır. 
İnsan  malik  olduğu  təhsilin  formasına  görə  idarəetmə  və 
əmək fəaliyyətində vəzifələrə nail olur. Məsələn idarəetmə 
fəaliyyəti ilə məşğul olmaq üçün ali təhsil almaq məqsədə-
uyğun hesab edilir. 
İnsanın  dünyagörüşü  dedikdə,  onun  nail  olduğu  bi-
liklər, bacarıqlar və vərdişlər başa düşülür. 
Bilik  təbiət,  cəmiyyət  və  idraka  aid  olan  məlumat-
ların,  qanun  və  qanunauyğunluqların  məcmusudur.  Baca-
rıq  biliklərin  həyatda  və  fəaliyyətdə  tətbiqidir.  Vərdiş  isə 
bacarığın avtomatlaşdırılmış formasıdır. Məsələn avtomo-
bil  sürmək,  paltar  tikmək,  musiqi  alətində  ifa  etmək, 
dəzgah, avadanlıq və texniki vasitələrdə çalışmaq və s.  
Qabiliyyət  isə  fəaliyyətin  müvəffəqiyyətli  icrasının 
şərti olub, onun üçün zəruri olan bilik, bacarıq və vərdişlə-
rə  yiyələnmə  dinamikasının  fərdlərdə  təzahürüdür.  Qabi-
liyyətli insanlar bilik, bacarıq və vərdişlərə sürətlə yiyələ-
nirlər. 
Xarakter  insanın  fərdi-psixoloji  xüsusiyyətlərindən 
biri  kimi  daxili  motivasiya  amilləri  içərisində  böyük  əhə-
miyyət kəsb edən ünsürlər toplusuna aiddir. İnsanın xarak-
teri  ailədə,  əmək  kollektivində,  cəmiyyətdə  formalaşır  və 
davranışın təsir vasitəsinə çevrilir. Xarakter insanda özünü 
davamlı formada büruzə verir. Məsələn insan iş yoldaşları 
ilə bir dəfə humanist davranmaqla ona humanist insan de-
mək  olmaz.  Əgər  bu  xüsusiyyət  davamlı  formada  onun 

66 
 
davranış  tərzində  müşahidə  olunursa,  həmin  insan  huma-
nist xarakterli insan kimi qəbul oluna bilər. Xarakterik əla-
mətlər 4 cür təsnifləşdirilir: 
1) Kollektivə və insanlara münasibəti ifadə edən xa-
rakterik əlamətlər (kollektivçilik, humanistlik, xeyirxahlıq, 
qayğıkeşlik,  sədaqətlilik,  səmimilik,  diqqətlilik,  sadəlik, 
nəzakətlilik, ədalətlilik); 
2) Əməyə münasibəti ifadə edən xarakterik əlamətlər 
(əməksevərlik, işgüzarlıq, məsuliyyətlilik); 
3)  İnsanın  özünə  münasibətini  ifadə  edən  xarakterik 
əlamətləri (təvazökarlıq və ya şöhrətpərəstlik); 
4) Əşyalara münasibəti ifadə edən xarakterik əlamət-
lər (səliqəlilik, ehtiyatlılıq, qayğıkeşlik və s.). 
Daxili  motivlərlə  bərabər  insanın  motivləşməsində 
xarici motivlərin də rolu böyükdür. 
Xarici  motivlərin  mənbəyi  müəssisənin  rəhbərliyi, 
müştərilər,  tərəfdaşlar,  sifarişçilər  hesab  olunurlar.  Xarici 
motivlər 2 cür qruplaşdırılır. Maddi və mənəvi.  
Maddi motivlərə əmək haqqı, əlavə əmək haqqı mü-
kafatlar,  maddi  yardımlar  və  s.  aiddir.  Mənəvi  motivlərə 
isə  tərifnamələr,  fəxri fərmanlar,  diplomlar,  orden  və  me-
dallar, fəxri adlar və s. aiddir.  
Xarici motivlərin köməyi ilə motivləşmənin iki üsulu 
mövcuddur.  Qamçı və qoğal üsulu. 
Qoğal üsulu iqtisadi üsul hesab edilir. Rəhbər işçi ça-
lışdığı təşkilat ilə əmək müqaviləsi bağlayır. İşçi ona  aid 
olan vəzifələri və üzərinə düşən öhdəlikləri yerinə yetirdi-
yinə görə əmək haqqı alır. Qoğal üsulu işçiyə əmək fəaliy-
yətində  həvəsləndirici  təsir  göstərir.  Bu  üsul  rəhbərlik  tə-
rəfindən  işçiyə  göstərilən  sosial-iqtisadi  təsiri  xarakterizə 

67 
 
edir.  Deməli,  qoğal  üsulu  sosial  və  iqtisadi  üsullar  va-
sitəsilə insanların əmək fəaliyyətində fəallığının artırılma-
sına yönəldilən üsullar sistemidir. 
Qamçı üsulu isə inzibati üsuldur. Əgər işçi ona tapşı-
rılan işi layiqincə yerinə yetirmirsə, işə “dırnaqarası” mü-
nasibət  bəsləyirsə,  onda  qamçı  üsulu  tətbiq  edilir.  Qamçı 
üsulu  işçini  qorxutmaq,  onu  iqtisadi  sanksiyalarla,  digər 
inzibati tədbirlərlə hədələmək, hətta həmin sanksiyalara və 
təsirlərə  məruz qoymaqla onun əmək fəaliyyətində fəallı-
ğını  məcburi  qaydada  artırmağa  yönəldilmiş  üsullardan 
ibarətdir.  Qamçı  üsuluna,  həmçinin  işçiyə  şifahi  və  rəsmi 
xəbərdarlıq,  töhmət  elan  edilməsi,  əmək  haqqının  aşağı 
salınması,  vəzifəsinin aşağı salınması, iqtisadi sanksiyalar 
tətbiq olunması, şifahi tənbehləri aid etmək olar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təltiflər 
Tərifləmək 
Mənəvi 
Əlavə ə/h. 
Mükafat  
Psixoloji
 
keyfiyyət 
Motivlər 
 
Xarici motivlər 
Daxili 
motivlər 
Təhsil 
Maddi motivlər  
Ə/h 
Yardım  
Dünya görüşü 
Davranış 
motivləri 
Mənəvi motivlər 
 
Orden və medallar 
Fəxri adlar 
Diplomlar 
Fəxri fərman və 
tərifnamələr 

68 
 
3.4.Marketinq funksiyası 
 
Marketinq  menecmentin  funksiyası  olmaqla,  tələb-
təklif  münasibətlərini  araşdırmaq  və  bu  münasibətdən 
doğan  zəruri  istehsalı  müəyyən  etmək,  istehsalın  həyata 
keçirilməsini  təmin  etmək,  hazır  məhsulun  satışını  həyata 
keçirmək fəaliyyətidir. 
Marketinq “market” sözündəndir, hərfi tərcüməsi ba-
zar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək olar: 
- marketinq əmtəələrin istehsalçılardan istehlakçılara 
çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;  
- marketinq  bazarın  tələbatının  öyrənilməsinə  və 
onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt siste-
midir; 
- marketinq ehtiyacların və tələbatın tədavül vasitəsi-
lə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür
- marketinq  bazarın  idarə  edilməsinin  konsepsiyası-
dır. 
Göründüyü kimi, verilən təriflər marketinqin müxtə-
lif  cəhətlərini  ifadə  edir.  Marketinq  fəaliyyəti,  həmçinin 
əmtəələrin işlənib hazırlanmasından, bazar tədqiqatlarının 
aparılmasından, əlaqələrin yaradılmasından, bölgünün təş-
kilindən,  reklam və servis xidmətlərinin inkişaf etdirilmə-
sindən ibarətdir. 
Bəziləri marketinqin yalnız satış və reklamdan ibarət 
olduqlarını  düşünürlər.  Marketinq  prosesi  istehlakçılarla 
başlayır,  istehlakçılarla  davam  edir  və  istehlakçılarla  da 
bitir. Deməli, təşkilatlar istehsala başlamamışdan əvvəl is-
tehlakçı tələbatını öyrənməli, istehsalı bu tələbatın ödənil-
məsinə  uyğun  qurmalı,  sonra  istehsal  olunmuş  məhsulu 
reallaşdırmaq haqqında düşünməlidirlər. Marketinq bazar-

69 
 
da  tələbatı  öyrənən,  bu  məqsədlə  istehsalı  müəyyənləşdi-
rən, istehsal olunmuş  məhsulun satışını  təşkil edən, nəha-
yət  tələbatı  ödəməklə  gəlir  əldə  etməyi  təmin  edən  fəa-
liyyətdir.             
  Marketinq  insan  ehtiyaclarının  və  tələbatının  ödə-
nilməsi  məqsədi  ilə  mübadilənin  baş  verməsi  üçün  ba-
zarda  aparılan  işdir.  Mübadilə  prosesi  zəhmət  tələb  edir. 
Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehti-
yaclarını  aşkar  etməli,  müvafiq  malları  layihələşdirməli, 
anbarlaşdırmalı, alıcılara təqdim etməli, qiymətləri razılaş-
dırmalıdırlar. Marketinq konsepsiyası müəssisənin bazarla 
əlaqədar  fəaliyyətinin  bütün  mərhələlərinin  nəzəri  əsasını 
təşkil  edir.  Marketinq  konsepsiyası  müəssisələrin  satış 
fəaliyyətinin  təşkilinə  olan  baxışı  əks  etdirir.  Marketinq 
konsepsiyası  aşağıdakı  alt  konsepsiyaların  məcmusundan 
ibarətdir: 
1) İstehsalın təkmilləşdirilməsi konsepsiyası. 
 
2) Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası. 
3) Kommersiya  səylərinin  gücləndirilməsi  konsepsi-
yası. 
4) Sosial-etik konsepsiya.  
5) Bazar konsepsiyası.  
Rəqabətin, elmi texniki tərəqqinin (ETT) geniş vüsət 
aldığı hazırkı dövrdə istehsal daim təkmilləşir, bazara yeni 
məhsullar  daxil  olur.  Buna  görə  də,  müəssisə  rəqabətə 
davam  gətirmək  üçün  öz  istehsalını  təkmilləşdirməyə 
məcburdur. İstehsal konsepsiyası ETT-nin istehsala tətbi-
qini, yeni texnika və texnologiyalardan istifadə olunmasını 
tələb  edir.  İstehsal  konsepsiyasına  aşağıdakı  hallarda 
ehtiyac duyulur: 
1. Tələb təklifi üstələdikdə. (Bu zaman istehsalın həc-

70 
 
mini artırmaq lazım gəlir).  
2. Əmək məhsuldarlığını artırmaq lazım gəldikdə. 
3. İnnovasiyalara ehtiyac duyulduqda. 
İstehsalın təkmilləşdirilməsi ilə müəssisə və təşkilat-
lar aşağıdakılara nail olurlar: 
1.  Müəssisəyə  yeni  texnika  və  texnologiyalar  cəlb 
olunmaqla, əsas vəsaitlər yenilənir. 
2.  Əl  əməyinin  daha  da  yüngülləşdirilməsinə  nail 
olunur. 
3.  Əmtəənin  maya  dəyərinin  aşağı  salınmasına  nail 
olunur. 
4.  Məhsulun  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə 
təsir olunur. 
 Bu halda müəssisənin rəqabət qabiliyyəti yüksəlir və 
onlar bazara rəqabətə davamlı məhsullar çıxarmaq imkanı-
na malik olurlar.  
Lakin müəssisə malların rəqabətə davamlılığını artır-
maq  üçün  ikinci  konsepsiyanı  həyata  keçirməlidir.  İkinci 
konsepsiya  məhsul  (əmtəənin  mükəmməlləşdirilməsi 
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin