R. F. Sadiqov m e n e c m e n t dərs



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   15


 
İ.M.ABBASOV, R.F.SADIQOV 
 
 
 
 
 
 
 
 
 
M E N E C M E N T 
 
(Dərs vəsaiti) 
 
 
 
 
 
Dərs  vəsaiti  Azərbaycan  Respublikası 
Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 
54 saylı əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
Bakı-2013 


 
Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik  
yubileyinə bir töhfədir. 
 
 
 
Elmi redaktor: İqtisad elmləri namizədi, dos. Z.M.Məmmədova 
 Redaktor:         İqtisad elmləri namizədi, M. K. Məcidov 
 
 
 Rəyçilər:          1. i.e.n., dos. V.Ə.Kazımov 
                          2. f.e.n., dos. K.Ş.Eyyubov 
                          3. i.e.n., dos. Ə.İ.Əliyev 
                         4. i.e.n., dos. O.A.Yusupova 
 
 
 
“Menecment”  (dərs  vəsaiti)  –  Bakı  Biznes  Universitetinin  nəşri, 
2013. səh. 205. 
 
Məzmunu açıqlamaq  məqsədilə on bir  fəslə və onun hər biri  müəy-
yən paraqraflara bölünmüşdür.  
Dərs  vəsaitində  menecmentin  mahiyyəti  açıqlanmış,  idarəetmənin 
tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyala-
rından  bəhs  edilmişdir.  Kitabda  idarəetməyə  elmi  cəhətdən  yanaşılmış, 
müəssisələrin təşkilati quruluşu,  idarəetmə üsulu və üslubu,  menecmentin 
prinsipləri,  təsərrüfat  subyektlərinin  təşkilati  –  hüquqi  formaları  və  onların 
idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma ida-
rəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsip-
lərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür. 
 
 
 
                                                       
 
 
                                                                                        
                                                    
© İ.M.Abbasov, R.F.Sadıqov 
 
                                                                                 © Bakı Biznes Universiteti 2013 


 
 
GİRİŞ  
 
Bazar  münasibətləri  şəraitində  mikroiqtisadi  sferada 
qarşıda duran ən mühüm vəzifələrdən biri də müəssisələr 
(təşkilatlar, birliklər) səviyyəsində menecmentin nəzəri və 
metodoloji problemlərini araşdırmaq və həll etməkdir. Ha-
zırkı  dövrdə  kiçik  və  orta  sahibkarlığın  inkişafına  dövlət 
dəstəyi sayəsində respublikamızda yeni-yeni təsərrüfat sa-
hələri  yaranmaqdadır.  Lakin  sahibkarlıq  sahəsində  nəzəri  
biliklərə malik olmayan sahibkarlar və biznesmenlər təsər-
rüfatlarını  idarə  etmək    bacarıqlarına  malik  olmurlar.  Ali 
təhsil  müəssisələrində  menecment,  biznesin  idarə  edilmə-
si,  marketinq,  sənayenin  təşkili  və  idarə  olunması  ixtisas-
ları üzrə kadr hazırlığı bu sahədə kadr problemlərinin ara-
dan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Bu nöqte-
yi nəzərdən, menecment dərs vəsaiti  yeni  yaranan və fəa-
liyyətdə  olan  mövcud  sahibkarlıq  sahələrinin  təşkili  və 
idarə edilməsinə dair nəzəri biliklər toplusunu özündə əks 
etdirir. 
“Menecment”  fənni  üzrə  dərs  vəsaiti  Azərbaycan 
Respublikası  Təhsil  Nazirliyinin  mövcud  dövlət  standart-
larına,  bakalavr  hazırlığının  məzmununa  və  səviyyəsinə 
qoyulan tələblərə uyğun tərtib edilmişdir. Menecment fən-
lərarası  elmi  biliklər  sahəsi  kimi  başa  düşülür.  Çünki  elə 
bir  sahə  yoxdur  ki,  orada  idarəetməyə  ehtiyac  olmasın. 
Məsələn maliyyə iqtisadiyyatın bir sahəsidir və onun me-
necmenti  də  vardır.  Həmçinin  istehsal,  marketinq,  inno-
vasiya, kommersiya, informasiya və s.  
Menecment  xalq  təsərrüfatının,  onun  ayrı-ayrı  sahə-
lərinin  idarə  edilməsinin  əsasını  təşkil  edir.  Menecment 


 
çox məsuliyyətli bir fəaliyyətdir. Bu məqsədlə, idarəetmə-
nin təsirli və məqsədyönlü  olması üçün idarə edən şəxslə-
rin  bilik və bacarıqlara malik olması vacibdir.  
Dərs  vəsaitində  menecmentin  mahiyyəti açıqlanmış, 
idarəetmənin tarixi və məktəbləri haqqında məlumatlar ve-
rilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Ki-
tabda  idarəetməyə  elmi  cəhətdən  yanaşılmış,  müəssisələ-
rin təşkilati-quruluşu,  idarəetmə üsulu və üslubu,  menec-
mentin  prinsipləri,  təsərrüfat  subyektlərinin  təşkilati–hü-
quqi  formaları  və  onların  idarə  olunması  haqqında  məlu-
matlar  verilir.  Menecmentə  elmi  yanaşma  idarəetmə  fəa-
liyyətinə,  idarəetmə  prosesinə,  onun  funksiya,  metod  və 
prinsiplərinə  elmi-nəzəri  baxışların  məcmusu  kimi  başa 
düşülür. 
Dərs  vəsaitində  menecmentin  alt  sistemləri  elmi  cə-
hətdən şərh olunmuş, idarəetmə prosesinin həyata keçiril-
məsi  texnologiyası  izah  edilmiş,  bu  zaman  tələb  olunan 
idarəetmə vasitələri və alətlərinin təsviri verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
FƏSİL I. MENECMENTİN MAHİYYƏTİ VƏ 
METODOLOJİ ƏSASLARI 
 
1.1. Menecmentin mahiyyəti 
 
“Menecment” sözü ingilis dilindən götürülüb, məna-
sı idarəetmə, təşkiletmə deməkdir.  Bazar münasibətlərinə 
keçid  şəraitinin  qarşısında  duran  ən  mühüm  vəzifələrdən 
biri də müəssisələr (təşkilatlar, birliklər) səviyyəsində me-
necmentin  nəzəri  və  metodoloji  problemlərini  araşdırmaq 
və həll etməkdir.  
Menecment  sözünü  ilk  dəfə  amerikan  biznesmeni 
Q.Taun  1886-cı  ildə  mühəndis-mexaniklərin  iclaslarından 
birində  işlətmiş,  bundan  sonra  bu  söz  bir  məfhum  kimi 
leksikonda istifadə olunmuşdur. 
Menecmentin  predmetini  idarəetmə  münasibətləri 
təşkil edir. Menecmentin obyekti bazar münasibətləri şəra-
itində  istehsal,  ticarət,  xidmət,  nəqliyyat,  tikinti  və  s.  fə-
aliyyət sahələri ilə məşğul olan müəssisə və təşkilatlardır. 
Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə 
olunan sistemlər başa düşülür.  
Menecment  fənlərarası  elmi  biliklər  sahəsi  kimi  də 
başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada idarəet-
məyə ehtiyac olmasın. Məsələn maliyyə iqtisadiyyatın bir 
sahəsidir  və  onun  menecmenti  də  vardır.  Həmçinin  isteh-
sal, marketinq, innovasiya, kommersiya, informasiya və s.  
Menecment bazar münasibətləri şəraitində idarəetmə 
nəzəriyyəsi hesab edilir. Menecment və idarəetmə anlayış-
ları  bir-birinə  tam  eyni  olmayan  sinonim  kimi  çıxış  edir. 
İdarəetmə  insanların  fəaliyyətini  istiqamətləndirməklə  və 
onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail 


 
olmaq  bacarığıdır.  İdarəetmə  anlayışı  insan  fəaliyyətinin 
bütün  sahələrinə  aid  edilə  bilər.  Baxmayaraq  ki,  menec-
ment idarəetmə mənasında işlədilir, bütün idarə edən şəxs-
lər menecerlər hesab edilmirlər. Məsələn hər hansı bir na-
zir  idarə  edən  şəxsdir,  lakin  menecer  hesab  edilmir.  Ailə 
başçısı ailəni idarə edir, amma menecer sayılmır. İdarəet-
mənin formalarına nəzər salsaq, biz bunu açıq aydın görə-
rik. İdarəetmənin formaları aşağıdakılardır: 
1.Canlı aləmin idarə edilməsi. 
2.Cansız aləmin idarə edilməsi. 
Canlı  aləmin  idarə  edilməsi  sosial  idarəetmədən  və 
bioloji aləmin idarə edilməsindən ibarətdir. 
Sosial  idarəetmə  öz  növbəsində  aşağıdakı  kimi  təs-
nifləşdirilir: 
1. Cəmiyyətin idarə edilməsi. 
2. Müəssisə və təşkilatlarda çalışan kollektivin idarə-
edilməsi. 
3. Sosial qrupların idarə edilməsi. 
4. Özünü idarəetmə. 
Menecment  anlayışı  yalnız  bazar  mühiti  şəraitində 
fəaliyyət  göstərən  müəssisələrdə  sosial-iqtisadi  proses-
lərin,  maliyyə–təsərrüfat  sahələrinin  idarə  olunmasını  əks 
etdirir.  Menecment  məfhumunun  məzmununu  araşdırar-
kən  aydın  olur  ki,  o  sərbəst  peşəkar  fəaliyyət  növü  olub, 
təkcə  sənaye  firmalarının  elmi–tədqiqat,  layihə–konstruk-
tor  işləri  ilə  deyil,  həmçinin  istehsal,  texnoloji,  təşkilati, 
maliyyə, satış sahələrini, həm də bank, sığorta təşkilatları, 
turizm  agentliyi,  mehmanxana,  nəqliyyat  kompaniyaları, 
ümumiyyətlə,  bazara  sərbəst  daxil  olan  iqtisadi  subyekt 
kimi bütün təsərrüfat vahidlərini əhatə edir.  


 
Menecment  daha  az  maddi,  əmək  və  maliyyə  ehti-
yatlarından  istifadə  edərək  səmərəliliyi  yüksəltmək  və 
mənfəəti  artırmaq  məqsədi  ilə  həyata  keçirilən  idarəetmə 
fəaliyyəti  ilə  əlaqədar  peşədir.  Bu  peşə  idarəetmə  fəaliy-
yəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin, 
strategiyaların  və  formaların  məcmusudur.  Başqa  sözlə, 
menecment bazar və bazar  münasibətləri  şəraitində idarə-
etmə deməkdir ki, o; 
-  qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  işçiləri, 
onların imkanlarını səfərbər etmiş olsun; 
-  tam  təsərrüfat  sərbəstliyi  şəraitində  keyfiyyətli 
məhsul istehsalını təmin etsin; 
- firmanı tələb və təklifə uyğunlaşan bazara və məh-
sul  buraxılışına  elə  yönəltməlidir  ki,  nəticədə    yüksək 
mənfəət əldə etmiş olsun; 
Menecment  insanları  və  onların  potensialını  məqsəd-
yönlü  formada  səfərbər  etməklə  qarşıya  qoyulan  məqsədə 
nail olunmasından ibarətdir. Deməli, menecment sahibkar-
lıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərində işçi-
lərin  əməyini  istiqamətləndirməklə  və  onların  davranışlar-
ının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığıdır. 
İdarəetmə  özü  bir  sistemdir.  Bu  sistem  üç  səviyyə-
dən ibarətdir: 
1. Ali səviyyə. 
2. Orta səviyyə. 
3. Aşağı səviyyə. 
Hər  üç  səviyyədə  idarəetmə  fəaliyyəti  menecment-
dir. Lakin təcrübədə, əsasən idarəetmənin orta səviyyəsin-
də çalışan şəxslər menecerlər hesab edilirlər. Yəni müəssi-
sənin  direktorlarını,  prezidentlərini,  sədrlərini  deyil,  şöbə 


 
müdirlərini,  funksional  icraçıları,  hər  hansı  bir  təşkilati 
struktur  vahidlərində  çalışan  mütəxəssisləri  və  ya  məsul 
şəxsləri menecerlər hesab edirlər. 
İdarəetmə  çox  məsuliyyətli  bir  fəaliyyətdir.  İdarəet-
mənin  təsirli  və  məqsədəuyğun  olması  üçün  idarə  edən 
şəxslərin bilik və bacarıqlara malik olması vacibdir. 
İdarəetmənin məqsədi idarəetmə obyektinin gələcək-
də  arzu  olunan  vəziyyətə  gətirilməsidir.  İdarəetmə  məq-
sədyönlü  fəaliyyət  olduğundan  fəaliyyət  ali  (baş)  məqsə-
din qoyuluşu ilə başlayır. Ali məqsədə nail olmaq üçün isə 
alt məqsədlər müəyyən olunur. Məsələn istehsal fəaliyyəti 
ilə  məşğul  olmaqla  gəlir  əldə  etmək  üçün  (bu  ali  məqsəd 
hesab edilir) alt məqsədlərə aşağıdakıları aid etmək olar:  
-  maliyyə vəsaitlərinə malik olmaq; 
-  əsas və  yardımçı sahələrdən ibarət bina və  ya ob-
yektləri inşa etmək və ya icarəyə götürmək
-  avadanlıqları və texnologiyanı cəlb etmək; 
-  personalı cəlb etmək; 
-  fəaliyyətə başlamaq. 
Menecment idarəçilik fəaliyyəti sistemi kimi idarəet-
mə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funk-
siyaların  və  məsuliyyətin  bölüşdürülməsini,  resursların 
(material, texnika–texnologiya, kapital, informasiya, əmək 
resursları)  səmərəli  seçimini  və  istifadəsini,  çoxvariantlı 
qərarların qəbul edilməsini, iş stilinin müəyyən edilməsini 
və bütün bunlar üçün xüsusi idarəetmə strukturunun möv-
cudluğunu nəzərdə tutur. 
Menecment–idarəetmənin sosial-iqtisadi mexanizmi-
nin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, 
əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə 


 
qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçirilən 
peşəkar idarəetmə fəaliyyəti növüdür. Deməli, menecment–
bazar iqtisadiyyatı və rəqabət şəraitində idarəetmədir. 
 
1.2. Menecerlər və onların vəzifələri 
 
Menecment  idarəetmədirsə,  menecer  idarə  edən 
şəxsdir.  İdarə  edicilər  idarəetmə  səviyyələrindən  fərqli 
olaraq  idarəetmə  funksiyalarının  yerinə  yetirilməsindəki 
rolunun xüsusi çəkisinə görə fərqlənirlər. 
  
 
                 
Planlaşdırma
   
Təşkiletmə  
   
İcra 
   
Marketinq
  
Nəzarət 
 
 
Cədvəldən  göründüyü  kimi  ali  səviyyəli  rəhbərlərin 
planlaşdırmada  və  nəzarətdə  rolu  daha  yüksəkdir.  Lakin 
icraçılıqda isə yük daha çox orta və aşağı səviyyənin üzə-
rinə düşür. 
Menecerlər üçün aşağıdakı keyfiyyətlər xarakterikdir: 
1. Fiziki keyfiyyətlər. 
2. Mənəvi keyfiyyətlər. 
Fiziki keyfiyyətlər menecerin fiziki imkanları və on-
ların  tətbiqi  ilə  əlaqədardır.  Fiziki  imkanlar  dedikdə,  me-
necerin güclü, çevik və sağlam olması, onların fiziki dav-
ranışları başa düşülür.  
Mənəvi keyfiyyət aşağıdakılardan ibarətdir:    
Ali 
səviyyə 
 
Orta 
səviyyə 
 
Aşağı 
səviyyə 
 

10 
 
-  xarakterik keyfiyyət
-  intellektual keyfiyyət; 
-  bacarıq keyfiyyətləri. 
Xarakterik keyfiyyət menecerin xarakteri və tərbiyə-
si ilə əlaqədardır.  
İntellektual  keyfiyyətlərə  isə  menecerin  təhsili,  ixti-
sası, dünya görüşü, mədəniyyət səviyyəsi, ağlı, təfəkkürü, 
təxəyyülü aiddir.  
Bacarıq keyfiyyətləri isə aşağıdakılardan ibarətdir: 
istehsalı planlaşdırmaq və proqnozlar vermək; 
qərar qəbul etmək; 
istehsalı təşkil etmək; 
marketinq tədqiqatlarını aparmaq; 
ünsiyyət qurmağı bacarmaq, danışıqlar aparmaq; 
münaqişələri aradan qaldırmaq; 
riskləri, böhranlı vəziyyətləri idarə etmək
məhsulun satışını həyata keçirmək. 
İdarəetmə keyfiyyətləri əsasən bacarıq keyfiyyətləri-
nə aiddir. 
Praktikada  menecerlər  müəssisədə  çalışan  aşağıdakı 
vəzifəli şəxslər hesab edilirlər: 
1. Firmanın  və  onun  ayrı-ayrı  struktur  vahidlərinin 
və ya şöbələrin, bölmələrin rəhbərləri. 
2. Ayrı-ayrı sahələrin funksional icraçıları. (Maliyyə 
meneceri, satış meneceri, reklam meneceri, təchizat mene-
ceri və s.). 
3. Nəzarətçilər və s. 
Menecerlər hansı sahədə çalışmalarından asılı olma-
yaraq beş baza vəzifələri həyata keçirirlər: 
1. Onlar  məqsədləri  müəyyənləşdirirlər.  Məqsədlər 
nəticəyə  yönəlir  və  menecerlər  tərəfindən  onlara  nail  ol-

11 
 
maq  yolları  müəyyən  edilir.  Bunun  üçün  qərarlar  qəbul 
edilib  icraçılara çatdırılır.  
2. Menecerlər informasiyalar əldə edir və idarəetmə-
də onlardan istifadə edirlər. 
3. Menecerlər qərarlar qəbul edirlər. 
4. Menecerlər  təşkilatçıdırlar.  Təşkiletməni  idarəet-
mə fəaliyyətindən ayrılıqda təsəvvür etmək olmaz. Təşkil-
etmə  özü  də  idarəçilik  funksiyasıdır.  Çünki  təşkilatçılıq 
fəaliyyəti  dedikdə,  bütün  əmək  və  maddi-texniki  resurs-
ların  səfərbər  edilməsi,  onların  istifadə  olunması  vəziy-
yətinə  gətirilməsi    başa  düşülür.  Bu  isə  yüksək  idarəetmə 
məharəti və nəzəri-təcrübi biliklər tələb edir. 
5. Menecer  motivasiya  və  kommunikasiyanı  təmin 
edir. O, bunları kadr məsələləri, əmək haqqı, mükafatlan-
dırma  sahəsində  qərarlar  vasitəsi  ilə  həyata  keçirir  və  bu 
zaman tabeliyində olanlar, icraçılar və həmkarları ilə daim 
əlaqə saxlayır. 
 
1.3. İdarəetmənin tarixi 
 
Hər  bir  elm  kimi  menecment  də  tarixi  inkişaf  yolu 
keçmişdir. Bu tarixi inkişaf yolunda menecment anlayışını 
ifadə edən məfhumlara diqqət yetirək: 

  Antik  dövrdə  “menecment”  sözü  işlənməsə  də, 
yunanca  “adamları  idarəetmə  məharəti”  qəribə  də  olsa, 
müasir  mənaya  zidd  olan  “demoqoq”  sözü  ilə  ifadə  olu-
nurdu.  

  Sonra isə menecment despotiya və despotizm mə-
nasında işlənmişdir. 

  Pedaqoqikada təlimləndirmə, tərbiyələndirmə, təş-
kiletmə məharəti mənasında işlənmişdir. 

12 
 

 
Alman  tarixçisi  İ.Şaydın  dediyi  kimi,  “menec-
ment”  sözü  italyanca  “atların  idarə  edilməsini  bacarmaq” 
kimi başa düşülür.  

 
İngiliscə  isə  ağıllı  hərəkət  etmə,  uğurları  tutma 
mənasında işlənmişdir. Sonralar isə bu məfhum insanların 
idarə edilməsi mənasında işlənmişdir.  
İdarəetmə  fərdi  təsərrüfat  sahələrinin  idarə  edilmə-
sindən tutmuş sənaye sahələrinin idarə edilməsinədək olan 
uzun bir dövrü keçmişdir. Başqa sözlə desək idarəetmənin 
inkişaf yolu aşağıdakı ardıcıllıqla getmişdir: 
- mülkiyyət sahibi həm  işçi olmuşdur; 
- mülkiyyət sahibi həm də menecer olmuşdur
- mülkiyyət  sahibi  təsərrüfatı  idarə  etmək  üçün 
muzdlu menecerlər dəvət etmişdir;  
-  müəssisədə  ayrı-ayrı  menecment  formaları  yaran-
mışdır (marketinq, maliyyə, istehsal, satış və s.). 
İdarəetmənin tarixini dörd dövrə bölmək olar: 
1.Qədim  və  orta  əsrlər  dövrü.  İdarəetmənin  tarixi 
qədimdir.  Ibtidai  icma  quruluşunda  tayfalar  və  qəbilələr 
rəhbərlər  tərəfindən  idarə  olunurdu.  Misir  ehramlarının, 
Babilistanın  asma  bağlarının,  Çin  səddinin  inşaası  onu 
göstərir  ki,  həmin  dövrdə  idarəetmə  mövcud  olmuşdur. 
Əks halda, həmin tikinti abidələri və nümunələri inşa olu-
na bilməzdi. Lakin onu da qeyd etmək lazımdır ki, qədim 
dövrdə idarəetmə çox primitiv qaydada həyata keçirilirdi.  
İctimai  formasiyalar  bir-birini  əvəz  etdikcə,  idarəet-
mə  də  müəyyən  qədər  təkmilləşirdi.  Məsələn  quldarlıq 
dövründə, daha sonra feodalizm dövründə təsərrüfat sahə-
lərinin  inkişafı  idarəetmənin  nisbətən  təkmilləşməsinə  sə-
bəb olurdu. Bu nöqteyi nəzərdən, orta əsrlər dövründə ida-
rəetmə nisbətən inkişaf etməyə başladı. Ticarət münasibət-

13 
 
lərinin  inkişafı,  torpaqların  ayrı-ayrı  adamların  əlində 
cəmləşməsi, yeni təsərrüfat sahələrinin yaranması və inki-
şafı idarəetmə əməyinin təkmilləşməsini tələb edirdi. 
2.  Sənayeləşmə  dövrü.  Sənayeləşmə  dövrü  sənaye  
sahələrinin yaranması, xırda müəssisələrin iri müəssisələr-
də təmərküzləşməsi, kiçik əmək kollektivlərinin böyük he-
yətlərdə  birləşməsi  ilə  əlaqədar  idi.  Bu  dövr  XVIII  əsrin 
axırlarından  XIX  əsrin  axırlarınadək  olan  dövrü  əhatə 
edirdi.  Sənayeləşmə  dövründə  idarəetmə  sahəsində  yeni 
prinsiplər  və  metodlara  ehtiyac  yaranırdı.  Bu  cür  prinsip 
və  metodlar  mürəkkəb  idarəetmə  formalarını  asanlaş-
dırmaq məqsədini güdürdü. Yaranan sənaye sahələri artıq 
köhnə idarəetmə texnologiyası ilə idarə oluna bilmirdi.  
Sənayeləşmə  dövründə  idarəetmə  fəaliyyəti  özünün 
inkişafının yeni mərhələsinə qədəm qoyurdu. İri zavod və 
fabriklərin rəhbərləri idarəetmə təcrübəsinə sahib olmaqla 
fəaliyyətə yeniliklər gətirirdilər. Belə ki, rəhbərlər idarəet-
məni asanlaşdırmaq üçün idarəetmə strukturunu genişlən-
dirir,  aşağı  rəhbərlərin  nəzarət  fəaliyyətindən  yararlanma-
ğa çalışırdılar. 
3. Sistemləşmə dövrü. Bu dövr elmi idarəetmə döv-
rünün yaranması ilə əlaqədar olmuşdur. Sistemləşmə döv-
ründə idarəetmə bir elm kim sistemləşdi və onun funksiya-
ları, metodları, prinsipləri tədqiq olunmağa başladı. İdarə-
etməyə elmi yanaşma ilk dəfə 1911-ci ildə Fredrik Teylor 
tərəfindən  həyata  keçirilmişdir.  F.Teylor  “İdarəetmənin 
prinsipləri”  kitabını  yazmış  və  həmin  vaxtdan  idarəetmə 
bir elm kimi tanınmışdır.  
4.  Müasir  dövr.  İdarəetmənin  elmi  məktəblərinin 
müasir dövründə bu haqda ətraflı məlumat verilir. 
 

14 
 
1.4. İdarəetmənin elmi məktəbləri 
 
İdarəetmənin  bir  elm  kimi  formalaşıb  inkişaf  etmə-
sində  idarəetmə  məktəblərinin  böyük  rolu  olmuşdur.  İda-
rəetmə  məktəbləri  bu  sahədə  nəzəri  biliklərin  formalaş-
masında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi 
təklif  və  tövsiyələrin  verilməsində  xüsusi  rol  oynamışdır. 
Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən tari-
xi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadi-
sə kimi qiymətləndirilir: 
1. Elmi idarəetmə məktəbi ( 1886–1920). 
2. Klassik idarəetmə məktəbi ( 1920 – 1950). 
3. İnsani münasibətlər məktəbi ( 1930 – 1950). 
4. Müasir idarəetmə məktəbi (1950 – indiyədək). 
 Elmi  idarəetmə  məktəbi idarəetmə elminin  yaradı-
cısı hesab edilir. Onun nümayəndələrindən Fredrik Uilson 
Teylor, Henri Hant, Frenk Gilbert, Lillian Gilbert və baş-
qalarını  göstərmək  olar.  Elmi  idarəetmə  məktəbi  elmin 
əsasını qoymaqla idarəetməyə dair yeni nəzəriyyələr, elmi 
fikirlər və təkliflər  irəli sürmüşlər: 
1) İdarəetmə əməyi fiziki əməkdən ayrılmalıdır. 
2) Əmək  fəaliyyətində  iş  və  vaxt  normalarını  tətbiq 
etmək. 
3) Təşkilatlarda işçiyə artıq iş üçün mükafat vermək. 
4) Əl  əməyi  yüngülləşdirilməli,  bundan  ötrü  yeni 
texnoloji proseslər tətbiq olunmalıdır. 
Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəslən-
dirmə  sisteminin  yaradılması  fikrini  də  irəli  sürmüşdür  ki, 
bu da istehsalın inkişafına və artım tempinə təsir amili kimi 
dəyərləndirilmişdir. Bu cür təkliflərin və  nəzəriyyənin  ya-
ranması idarəetmənin elmi-nəzəri əsasını təşkil edirdi. 

15 
 
Klassik  idarəetmə  məktəbinin  nümayəndələri  ilk 
dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş, onun funksi-
yalarını,  prinsip  və  metodlarını  tədqiq  etmişdirlər.  Onlar 
sübut etmişlər ki, idarəetmə fəaliyyəti idarəetmənin həyata 
keçirilməsindən  irəli  gələn  funksiyaların  məcmusundan 
ibarət  olub,  müvafiq  prinsiplərə  əsaslanaraq  müəyyən 
üsullar və mexanizmlər əsasında həyata keçirilir. Anri Fa-
yol  “İnzibati  idarəetmə  nəzəriyyəsi”nin  yaradıcısıdır.  O, 
idarəetməni  menecerin  dünyagörüşü  kimi  qiymətləndirə-
rək, idarəetmənin əsas funksilyalarını irəli sürmüşdür. Hə-
min funksiyalar aşağıdakılardır: 
- planlaşdırma; 
- təşkiletmə; 
- motivləşdirmə; 
- marketinq; 
- nəzarət; 
Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər: 
- iqtisadi üsul; 
- inzibati üsul; 
- sosial-psixoloji üsul. 
  Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik 
üslubları isə aşağıdakılardır: 
- avtokrat üslub; 
- liberal üslub; 
- demokratik üslub. 
Anri  Fayoldan  fərqli  olaraq  Max  Veber  isə  “Bürok-
ratik  idarəetmə  nəzəriyyəsinin”  yaradıcısıdır.  O,  bürokra-
tik idarəetməyə qaydalar, təşkilati struktur,  əmək bölgüsü, 
karyera  vəzifəsi  kimi  baxmışdır.  Bununla  bərabər,  bürok-
ratik  idarəetmənin  mənfi  cəhətlərini  də  qeyd  etmişdir  ki, 
bunlar - sərt qaydalar və ləng qərarvermədir.  

16 
 

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin