R. F. Sadiqov m e n e c m e n t dərs



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15

Demokratik üslub 
Demokratiya  yunan  sözü  olub  demos–xalq,  kratos–
hakimiyyət  sözlərindəndir,  xalqın  hakimiyyəti  mənasını 

43 
 
ifadə edir.  
Demokratik  üslub  idarəetmədə  işçilərin  hüquq  bəra-
bərliyini,  onların  öz  mövqeyini  ifadə  etmək,  danışmaq, 
azad  surətdə  fikrini  bildirmək  hüquqlarını  və  imkanlarını 
nəzərdə tutur. 
Demokratik  üslubda  əsas  qərarlar  kollegial  qaydada  
qəbul  edilir.  Bu  üslubda  aşağıdakı  prinsiplər  əldə  rəhbər 
tutulur: 
1. Qərarları kollegial qaydada qəbul etmək
2. Yuxarı vəzifələrə seçmək və seçilmək hüququ; 
3. Müstəqil surətdə informasiya əldə etmək
4. Vəzifələrin  yerinə  yetirilməsi  zamanı  yuxarıda 
gələn diktələrə deyil, qanunlara riayət etmək
5. Müəssisədə insan hüquqlarını qorumaq. 
Demokratik təbiətli rəhbər hakimiyyəti kollektivlə və 
ya  onların  nümayəndələri  ilə  bölüşür,  idarəetmənin  kolle-
giallıq, demokratik mərkəziyyət, bərabər hüquqluluq prin-
siplərini  tətbiq  edir,  sosial  metodların  tətbiqinə  daha  çox 
üstünlük verir. 
Avtokrat üslub 
Avtokrat sözü latın dilində hakimiyyət, təsir demək-
dir.  Avtokratiya  yunan  dilində  avto  özü,  kratiya  hakimiy-
yət deməkdir. Avtokratizm əsasən hakimiyyətin siyasi for-
masıdır. Bu cür idarəetmə forması  müəssisə və təşkilatlar 
üçün də xarakterik olur. Avtoritar hakimiyyəti aparan sub-
yekt şəxs və ya qrup ola bilər. Yəni hakimiyyət bir nəfərin 
və  ya  qrupun  əlində  cəmləşir.  Avtokrat  rejimdə  qərarları 
təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı 
sferaları  yalnız  icraçı  kimi  çıxış  edirlər.  Avtokrat  rejim 
özü də totalitar və avtoritar rejimlərdən ibarətdir.  

44 
 
Avtokrat üslubda rəhbərlər bütün hakimiyyəti əlində 
cəmləşdirməklə  idarəetmənin  vahid  rəhbərlik  (və  ya  tək 
başına) prinsipinin tətbiqinə üstünlük verirlər. Bu cür rəh-
bərlər  işçinin  motivə  olunmasında  inzibati  üsullara  daha 
çox  üstünlük  verir,  onları  məcbur  etməklə,  hədələməklə, 
cəza  tədbirləri  tətbiq  etməklə  işləməyə  məcbur  edirlər. 
Avtokrat  üslubda  qeyd  etdiyimiz  kimi,  bəzən  rəhbər 
hakimiyyətin  idarə  edilməsinə  hər  hansı  bir  şəxsi  və  ya 
qrupu cəlb edir. Lakin yenə də həmin rəhbər özünü hakim 
şəxs kimi təqdim edir.  
 
2.5. Menecmentin prinsipləri 
 
Prinsip latın sözü olub, “əsas” deməkdir. Prinsip an-
layışı öz mahiyyət və məzmununa görə fəaliyyətin həyata 
keçirilməsi qaydalarını özündə əks etdirir. Prinsip idarəet-
mənin  metodları  və  funksiyaları  sistemində  aparıcı  möv-
qeyə malikdir. Çünki idarəetmənin prinsipi idarəetmə fun-
ksiyalarının  həyata  keçirilməsində  müdirlərin  əldə  rəhbər 
tutduqları ideyaları, qanun və qaydaları özündə əks etdirir. 
Təşkilatın idarəetmə prinsipləri idarəetmə sisteminin 
strukturuna və təşkilinə olan tələbləri müəyyən edir. Yəni  
təşkilatın  idarə  edilməsi  bütün  səviyyələrdən  olan  mene-
cerlərin əldə əsas tutduqları idarəetmə prinsipləri vasitəsilə 
həyata  keçirilir.  Bu  qaydalar  menecerin  davranış  xəttini 
müəyyən edir. 
1912-ci  ildə  Amerika  meneceri  T.Emerson  tə-
rəfindən  idarəetmənin  səmərəli  prinsiplərindən  “Məhsul-
darlığın  on  iki  prinsipi”  kitabında  bəhs  edilmişdir.  Lakin 
əməyin  elmi  təşkilinin  əsasını  qoyanlardan  biri,  “inzibat-

45 
 
çılıq  nəzəriyyəsi”nin  yaradıcısı  A.Fayol  idarəetmə  prin-
siplərinin  sayının  qeyri-məhdud  olması  barədə  fikirlərini 
irəli sürmüşdür. Çünki idarəetmədə tətbiq edilən hər hansı 
qayda idarəetmənin prinsipləri arasında öz yerini tutur.  
İdarəetmə prinsiplərinə aşağıdakıları  aid etmək olar: 
 Sistemlilik prinsipi. Sistemlilik prinsipi idarəetməyə 
sistem  kimi  baxmağı  və  idarəetməyə  sistem  halında  ya-
naşmanı nəzərdə tutur. Bu prinsip idarəetmə prinsiplərinin 
idarəetmə  sisteminin  bütün  tərəflərinə,  elementlərinə, 
funksiyalarına tətbiqini tələb edir.  
Elmilik prinsipi.  Bu prinsipin əsas məzmunu elə bir 
tələbdən  ibarətdir  ki,  təşkilatda  atılan  bütün  məqsədli  ad-
dımlar,  yerinə  yetirilən  fəaliyyət    elmi  cəhətdən  əsaslan-
dırılmalıdır.  Çünki  idareətmə  elmi  daim  tədqiq  olunur  və 
inkişaf  edir.  Rəhbərlər,  menecerlər  idarəetmə  elminə  dair 
nəzəri biliklərə daha çox malik olarlarsa, təcrübədə onların 
fəaliyyəti elmi əsaslara söykənərsə nəticə uğurlu olar. 
İnteqrasiya  prinsipi.  İnteqrasiya  prinsipi  idarəetmə 
fəaliyyətinin  həyata  keçirilməsində  inkişaf  etmiş  müəssi-
sələrin təcrübələrindən istifadə edilməsini, beynəlxalq ida-
rəetmə sistemlərinə inteqrasiya olunmasını nəzərdə tutur. 
Hüquq  və  məsuliyyət  prinsipi.  Bu  prinsip  tələb  edir 
ki,  hər  bir  şəxs  öz  hüquqlarından  istifadə  etməli,  üzərinə 
düşən  vəzifələri  yerinə  yetirməli  və  nəticəyə  görə  cavab-
dehlik daşımalıdır. 
Tabeçilik  prinsipi.  Tabeçilik  prinsipi  idarəetmənin 
əsas  və  başlıca  prinsiplərindən  biridir.  Tabeçilik  prinsipi 
idarəetmənin yuxarı və aşağı pillələrinin bir-birindən asılı-
lığını təmin  edir.  Bu  prinsip  yuxarı səviyyədən gələn qə-
rarların, tapşırıqların, göstərişlərin, sərəncamların aşağı sə-

46 
 
viyyələrdə  lazımi  qaydada  icra  olunmasını,  yerinə  yetiril-
məsini nəzərdə tutur. Aşağı struktur vahidinin hansı yuxa-
rı struktur vahidindən asılılığı müəssisənin təşkilati struk-
turu, daxili qaydaları, təlimatları əsasında müəyyən olunur 
və tabeçilik münasibətləri qeyd–şərtsiz yerinə yetirilir. 
Bərabərlik  (bərabər  hüquqluq)  prinsipi.  Bərabərlik 
prinsipi eyni idarəetmə səviyyəsində fəaliyyət göstərən st-
ruktur  vahidləri  və  ya  funksional  icraçıların  bərabər  hü-
quqlara  malik  olması  ilə  xarakterizə  olunur.  Çünki  bəra-
bərlik  prinsipi  əsasında  səlahiyyət  və  əmək  bölgüsünün 
həyata keçirilməsi,  onlar arasında  qarşılıqlı  əlaqənin, sağ-
lam ünsiyyətin formalaşmasına nail olmaq mümkündür.  
Obyektivlik  prinsipi.  Obyektivlik  (ədalətlilik)  prinsi-
pi  rəhbərlər  tərəfindən  həyata  keçirilməsi  tələb  olunan 
əsas prinsiplərdən biridir. Obyektivlik prinsipi, əsasən qə-
rarların  qəbul  olunmasıda,  əmək  bölgüsünün,  vəzifə  böl-
güsünün həyata keçirilməsində, kadrların işə qəbulu, hərə-
kəti  və  işdən  azad  olunmasında,  onlar  haqqında  inzibati 
tədbirlərin  görülməsində  istifadə  olunur.  Ədalətli  qərarlar 
təşkilatda hüquq bərabərliyini təmin edir, müəssisədə sağ-
lam  sosial-psixoloji  mühitin  formalaşmasına  səbəb  olur, 
motivləşmənin, stimullaşdırmanın əsasını təşkil edir.  
Müstəqillik  prinsipi.  Müstəqillik  prinsipi  hər  bir 
işçiyə  əmək  fəaliyyətində  azadlıq  və  sərbəstlik  verilməsi 
ilə  əlaqədardır.  Bu  prinsip  işçinin  öz  bacarığından,  peşə 
vərdişlərindən,  fəaliyyət  imkanlarından  müstəqil  surətdə 
istifadə etməsinə şərait yaradır, onun təşəbbüskarlıq, nova-
torluq qabiliyyətinin inkişafına səbəb olur. 
Vahid rəhbərlik prinsipi. Vahid rəhbərliyin mahiyyə-
ti  ondan  ibarətdir  ki,  müəssisə  rəhbəri  onun  səlahiy-

47 
 
yətlərinə  daxil  olan  məsələləri  təkbaşına  həll  etmək 
hüququna  malikdir.  Əslində  bu  təşkilatın  rəhbərinə  və  ya 
menecerlərinə idarəetmə funksiyalarının yerinə yetirilməsi 
üçün  geniş  səlahiyyətlərin  verilməsidir.  Lakin  bu  prinsip 
əsasən  kiçik  müəssisələr  üçün  səciyyəvidir.  Bəzən  böyük 
müəssisələrdə də bu prinsip tətbiq olunur ki, həmin müəs-
sisələrdə idarəetmə fəaliyyətində, qərarların qəbul edilmə-
sində  kollektivin  deyil,  rəhbərlərin  iradəsinə  daha  çox 
üstünlük  verilir.  Bu  prinsipdən  idarəetmənin  avtokrat 
üslubunda daha geniş istifadə edilir. 
Kollegialılıq  prinsipi.  Bu  prinsip  müxtəlif  səviyyəli 
rəhbərlərin,  icraçıların,  habelə  kollektivin  rəyi  əsasında 
qərarların  işlənib  hazırlanmasını  nəzərdə  tutur.  Kolle-
gialılıq prinsipində qərarlar kollektivin müzakirəsinə veril-
dikdən  və  müzakirə  süzgəcindən  keçdikdən  sonra  qəbul 
olunur.  Əsasən  strateji  qərarların  qəbul  edilməsində  bu 
prinsipdən  istifadə  olunur.  Kollegialılıq  prinsipi  idarə-
etmənin  demokratik  üslubunda  daha  geniş  formada  tətbiq 
edilir.   
Demokratik mərkəziyyət prinsipi. Bu prinsip  təşkila-
ti-struktur  vahidlərinin  vahid  rəhbərə  tabe  olmasını  və  bu 
tabeçiliyin demokratik prinsiplər əsasında həyata keçirmə-
sini  tələb  edir.  Hakimiyyət  müəssisədə  rəhbərə  məxsus 
olur, lakin demokratiyanın səviyyəsindən asılı olaraq aşağı 
rəhbərlər  arasında  səlahiyyətlər  formasında  bölünür.  Təş-
kilatda  ümumi  və  strateji  məqsələrin  müəyyən  olunması, 
ümumi  nəzarətin  həyata  keçirilməsi,  struktur  vahidlərinin 
koordinasiyası vahid mərkəzdən gəlir. Deməli, demokratik 
mərkəziyyət  prinsipi  demokratik  qaydalar  əsasında  haki-
miyyətin  təşkilatın  yuxarı  pillələrində  cəmləşməsinə 

48 
 
əsaslanır. İdarəetmənin aşağı səviyyələri isə, tabeçilik mü-
nasibətləri  əsasında  rəhbərin  ətrafında  birləşməli,  yuxarı-
dan gələn qərarları icra etməlidirlər.  
Sahə  və  regional  idarəetmənin  əlaqələndirilməsi 
prinsipi.  Bu prinsip sahə strukturları ilə regional struktur-
ların  fəaliyyətinin  əlaqələndirilməsini  tələb  edir.  Çünki, 
bir  sıra  müəssisələr  özünün  regional  strukturuna  malik 
olurlar.  Regional  strukturların  tərkibində  sahə  strukturları 
fəaliyyət  göstərir.  Bu  prinsip  müəssisənin  regionlarda 
fəaliyyət  göstərən  sahə  strukturlarının  mərkəzi  idarəetmə 
aparatından  idarə  olunmasını  və  onların  koordinasiya 
olunmasını nəzərdə tutur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

49 
 
FƏSİL III. MENECMENTİN FUNKSİYALARI 
 
3.1. Planlaşdırma funksiyası. Biznes – plan 
 
Planlaşdırma  menecmentin  ilkin  funksiyasıdır  və  o, 
təşkilatın  qarşıya  qoyduğu  məqsədə  çatmaq  yollarını  və 
mərhələlərini  özündə  birləşdirir.  Plan–qarşıya  qoyulan 
məqsədləri,  onların  məzmununu,  ardıcıllığını,  müəyyən 
müddət ərzində onlara nail olunması yollarına dair fikirləri 
və ideyaları özündə əks etdirir.  
Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əla-
qədar  bir  prosesdir.  Planlaşdırma  prosesi  qərarların  qəbul 
edilməsi  və  reallaşdırılması  ilə  əlaqədar  təsəvvürlərin  sis-
temləşdirilməsi  mexanizmdir.  Planlaşdırmanın  idarəçilik 
fəaliyyəti baxımından aşağıdakı funksiyaları vardır: 
1. Məqsədin müəyyən edilməsi.         
2. Proqnozlaşdırma. 
3. Layihələşdirmə. 
4. Daxili koordinasiya. 
5. Ehtiyatların bölüşdürülməsi. 
 
Müddətinə görə  planlar 3 növə bölünür: 
1.  Qısa  müddətli  planlar  (Qısa  müddətli  planlar  bir 
ilədək olan müddəti əhatə edir). 
2. Orta müddətli planlar (Orta müddətli planlar iki il-
dən dörd ilədək olan müddəti  əhatə edir).        
3. Uzun müddətli planlar (Uzun müddətli planlar isə 
beş ildən yuxarı müddəti əhatə edir). 
Planlar  təsərrüfat  fəaliyyətinin  iqtisadi  mahiyyəti  və 
məzmununa görə aşağıdakı  kimi təsnifləşdirilir:  
1. Strateji planlar. 
2. Taktiki planlar.   

50 
 
3. Cari planlar.  
4. Operativ planlar. 
Strateji  planlar  beş  ildən  yuxarı  olan  dövrü  əhatə 
edir.  Strateji  planlar  müəssisənin  strategiyasının,  onun 
fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyən-
ləşdirilməsindən  ibarətdir.  Strateji  planlar  yeni  və  mütə-
rəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliy-
yətinin möhkəmləndirilməsini nəzərdə tutur.  
Strateji məqsədlərə aşağıdakılar aiddir: 
1. Fəaliyyət istiqamətlərinin seçilməsi. 
2. İstehsal olunacaq məhsul növünün seçilməsi. 
3. Kapital qoyuluşunun həyata keçirilməsi. 
4. Mövcud istehsalın təkmilləşdirilməsi. 
5. Perspektivlərin müəyyən olunması. 
6. Təşkilatın  rəqabət  qabiliyyətinin  möhkəmləndiril-
məsi və s. 
Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara 
cavab  verir.  Strategiya  təşkilatın  zəif  və  güclü  tərəflərini 
araşdırır, imkanları və gözlənilən təhlükələri müəyyənləş-
dirir.  Strategiya xarici mühitdə dəyişkənliyə  reaksiya ve-
rilməsinin vasitəsidir.  
Strategiya uzun müddətli layihələr əsasında işlənilir. 
Həmin  layihələrin  işlənməsi  zamanı  düzgün  ətraflı  məlu-
matlar toplusundan istifadə etmək lazım gəlir.         
Strateji  planlar  şirkətin  hansı  biznes  fəaliyyəti  ilə 
məşğul olacağını və bu istiqamətdə həyata keçiriləcək və-
zifələri özündə əks etdirir. Bundan sonra biznes vahidinin 
daxilində daha dəqiq planlaşdırma baş verir. Strateji məq-
sədlər  marketinq,  maliyyə,  informasiya,  istehsal,  nəzarət  
sahələr üzrə birgə işlənir.  
Taktiki  planlar strategiyaya nail olmaq üçün müəs-

51 
 
sisəni  müxtəlif  vaxtlarda  müəyyən  fəaliyyət  mövqelərinə 
çıxarır. Taktiki planlar strateji plana nail olmaq üçün takti-
ki gedişləri, mərhələləri, dövrləri özündə əks etdirirlər.  
Cari planlar isə bir illik cari dövrü əhatə edir. Həm 
taktiki,  həm  də  cari  plan  strateji  planlara  nail  olunmasına 
xidmət  edir.  Cari  plan  uzun  müddətli  maliyyə-təsərrüfat 
fəaliyyətini  illər  üzrə  özündə  əks  etdirən  aralıq  plandır. 
Cari planlara bir illik istehsal, maliyyə, maddi-texniki təc-
hizat, satış və s. planlar aiddir.            
Operativ  planlar  fəaliyyət  dövründə  baş  vermiş 
mənfi  dəyişikliklərin  və  onun  yaratdığı  problemlərin  dər-
hal  aradan  qaldırılmasına  xidmət  edir.  Operativ  tədbirlər  
planı aşağıdakı məsələlərin həllini özündə cəmləşdirir. 
1. Dəyişikliklərin  və  onların  yaranma  səbəblərinin 
öyrənilməsi. 
2. Dəyişikliklərin  və  onların  yaranmasına  təsir  edən 
amillərin  təhlil  edilməsi  və  təsir  dərəcələrinin  minimuma 
endirilməsi. 
3. Dəyişikliklərin  və  onların  yaratdığı  problemlərin 
nəticələrinin dərhal aradan qaldırılması. 
4. Müəssisədə  həmin  dəyişiklik  və  problemlərin  ya-
ranmaması üçün profilaktik tədbirlərin görülməsi. 
Planlaşdırmanın aşağıdakı prinsipləri mövcuddur:  
1. Planların  ardıcıllığı  prinsipi.  Qarşıya  qoyulan 
məqsədə nail olmaq yollarının və müddətlərinin ardıcıllığı 
düzgün müəyyənləşdirilməlidir.       
2. Planların  reallığı  prinsipi.  Planda  nail  olunması 
nəzərdə tutulan göstəricilər və nəticələr reallığa uyğun ol-
malıdır.   
3. Planların  aydınlığı  prinsipi.  Planlar  aydın,  başa 
düşülən  tərzdə  tərtib  edilməlidir.  Çünki  ayrı-ayrı  şöbələr 

52 
 
və bölmələr onun müddəalarını başa düşməli və fəaliyyət-
lərində tətbiq etməlidirlər. 
4. Planların  çevikliyi  prinsipi.  Planlar  situasiyanın, 
yaranmış  vəziyyətin  tələblərinə  uyğun  olaraq  çevik  for-
mada dəyişdirilmək imkanına malik olmalıdır. 
Biznes-plan.  Planlaşdırmanın  həyata  keçirilməsində 
biznes–planların əhəmiyyəti və mahiyyəti olduqca  böyük-
dür.  Biznes–planlar  əsasən  biznes  sahələri  üçün  nəzərdə 
tutulan  plan  sənədidir.  Biznes–planlar  biznes  sahələrinin 
inkişaf perspektivlərinin, iqtisadi səmərəliliyin göstəricisi-
dir.  Biznes-planlar müəssisənin sanki güzgüsüdür.  
Biznes-planlar  müəssisənin  istehsal  və  maliyyə-tə-
sərrüfat  fəaliyyətinin  geniş  proqramıdır.  Biznes-plan  yeni 
ideyaların  həyata  keçirilməsini,  mövcud  istehsalın  geniş-
ləndirilməsini əhatə edir. Həmçinin biznes-plan müəssisə-
sinin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış 
şərhidir.  
Biznes-plan  həm  müəssisədaxili,  həm  də  müəssisə-
xarici  sənəddir.  Biznes-plan  ona  görə  müəssisənin  xarici 
sənədidir  ki,  digər  müəssisələr,  rəqiblər,  tərəfdaşlar,  alı-
cılar,  sifarişçilər  müəssisə  haqqında  informasiya  almaq 
istədikdə,  onlar  biznes-planın  məlumatlarına  istinad  edə 
bilərlər. Biznes–plan ona görə müəssisədaxili sənəddir ki, 
müəssisənin  daxili  strukturları  biznes-planın  onlara  aid 
olan  bölmələrini  əldə  rəhbər  tutaraq  fəaliyyət  göstərirlər. 
Biznes-plan  bir  neçə  bölmələrdən  ibarət  olur.  Biznes-
planın ən çox istifadə olunan bölmələri  aşağıdakılardır: 
1. Biznes-plan haqqında qısa xülasə; 
2. Müəssisə haqqında məlumat; 
3. Təşkilati plan;(Təşkilati struktur) 
4. Marketinq planı; 

53 
 
5. İstehsal planı;  
6. Maddi-texniki təchizat planı;  
7. Satış planı;  
8. Maliyyə planı; 
9. Mənfəət planı; 
10.  Layihənin iqtisadi səmərəliliyi. 
Birinci  bölmədə  biznes-plan  haqqında  ümumi  məlu-
mat  verilir.  Yəni  biznes-plan  hansı  məqsəd  üçün  tərtib 
olunub, fəaliyyətin hansı tərəflərini və hansı istiqamətləri-
ni əhatə edir, hansı  müddət üçün  nəzərdə tutulur. Bu böl-
mə  yeni layihə üçün lazım olan kapital qoyuluşunun həc-
mini də müəyyən edir. 
İkinci  bölmədə  müəssisənin  özü  haqqında  məlumat 
verilir. Burada müəssisənin fəaliyyət sferaları, onun möv-
cud  vəziyyəti  və  iqtisadi  durumu,  əsas  vəsaitləri,  ehtiyac 
duyulan  təmir  və  bərpa  işləri  haqqında  informasiyalar  və 
s. nəzərdə tutulur. Bu mərhələdə müəssisənin maliyyə im-
kanları, onun aktivləri və passivləri əks etdirilir. 
Üçüncü bölmə təşkilati strukturun müəyyən olunma-
sını  və  biznes-planın  həyata  keçirilməsi  üçün  vəzifə  böl-
güsünü özündə əks etdirir. Bu bölmədə biznes-planın han-
sı  tərəflərinin  və  müddəalarının  təşkilati  strukturun  hansı 
bölmələri tərəfindən yerinə yetiriləcəyi qeyd edilir. 
Dördüncü  bölmə  bazarın  öyrənilməsini,  bazarda 
məhsula olan tələbatın müəyyən edilməsini əks etdirir. Bu 
plan  “hansı  məhsuldan  nə  qədər  və  hansı  keyfiyyətdə  is-
tehsal  olunarsa  və  bazara  hansı  qiymətlə  çıxarılarsa  onu 
satmaq  olar”  sualına  cavab  verir.  Həmçinin  marketinq 
plan  müəssisənin  rəqabət  qabiliyyətinin  artırılması  üçün 
böyük əhəmiyyət kəsb edir. 
Beşinci bölmə istehsalla bağlı olub, marketinq plana 

54 
 
istinad  edərək  məhsulun  kəmiyyətini,  növünü,  çeşidini, 
keyfiyyətini,  dəyərini  planlaşdırır.  Yəni  bu  bölmədə  mar-
ketinq planında irəli sürülmüş müddəalara əsasən, məhsu-
lun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə istehsal plan-
laşdırılır. 
Altıncı  bölmə  istehsalın  əsas  vəsaitlərlə,  xammal  və 
materiallarla,  yanacaq  və  enerji  ilə  təchiz  edilməsini 
müəyyənləşdirir.   
Satış planı satılacaq məhsulun həcmini, çeşidini, qiy-
mətini  müəyyən  edir.  Bu  plan  satışdan  əldə  olunacaq  gə-
lirin  müəyyən  olunmasında  əhəmiyyətli  rol  oynayır.  Satış 
planları,  həmçinin  məhsulun  satış  bazarlarının  müəyyən 
olunmasını,  satışın  həvəsləndirilməsi  tədbirlərini  özündə 
əks  etdirir.  Bəzən  satış  və  marketinq  planları  bir  plan 
bölməsində birləşdirilir. 
Maliyyə  planı  yuxarıda  sadalanan  bütün  proseslərin 
maliyyələşməsini  və  əldə  ediləcək  gəlirin  həcmini  özündə 
əks etdirir. Maliyyə  planı iki hissədən ibarətdir. Gəlirlər və 
xərclər. Onların müqayisəsi nəticəsində mənfəət aşkar edilir. 
Yeddinci bölmə isə mənfəətə həsr olunur. Bu bölmə 
maliyyə planı ilə birgə verilə bilər. Bu bölmədə mənfəətin 
bölüşdürülməsi  və  ondan  hansı  məqsədlər  üçün  istifadə 
olunması  nəzərdə  tutulur.  Mənfəətin  bölüşdürülməsi  və 
istifadəsi müəssisənin gələcək strategiyasının formalaşma-
sının əsasını təşkil edə bilər.  
Nəhayət, biznes-plana sərf olunmuş kapitalın nə vaxt 
geri qaytarılacağı və onun iqtisadi səmərəlilik göstəriciləri 
müəyyən  olunur.  Bu  bölmədə  təhlillər  və  müqayisələr 
aparılır, müəssisənin fəaliyyətinə iqtisadi qiymət verilir.  
Proqnozlaşdırma (qabaqcadan demə). Proqnozlaş-
dırma planlaşdırmanın əsas funksiyalarından biridir. Proq-

55 
 
nozlaşdırma    yunanca  “proqhasis”  sözündən  götürülüb  
“gələcəyin  biliyi”  deməkdir.  Hələ  2000  il  bundan  əvvəl 
qədim yunan alimi Hippokrat “proqnozlaşdırma” adlı əsə-
rini  yazmış  və  proqnozlasdırmaya  dair  elmi  təsəvvürlərin 
əsasını qoymuşdur.  
Proqnozlaşdırma  anlayışı  “öncə  görmə”  mənasında 
başa düşülür, hər hansı hadisə və obyektin gələcəkdəki və-
ziyyəti  barədə  elmi  cəhətdən  əsaslandırılmış  mülahizələr 
irəli  sürməyə  imkan  verir.  Proqnozlaşdırmanın  aşağıdakı 
üsulları mövcuddur: 
Ekstrapolyasiya  üsulu.  Ekstrapolyasiya  üsulu  ən 
sadə üsul olmaqla, başa çatmış dövrün məlumatları əsasın-
da  gələcəyin  dinamika  sırasında  proqnozlaşdırılmasıdır. 
Məsələn  keçən  il  müəssisənin  mənfəəti  100  min  manat 
olmuşdur.  Növbəti  il  üçün  hər  rüb  üzrə  25  min  manat 
olmaqla, mənfəətin illik məbləği 100 min manat proqnoz-
laşdırılır.  Bu  proqnozlaşmanın  ən  sadə  üsuludur.  Burada 
rüblər, aylar, illər üzrə dinamik sıralama aparıla bilər.  
Analogiya  üsulu.  Analogiya  oxşar  hadisələrlə  bağlı 
proqnozların  verilməsi  üsuludur.  Məsələn  bazar  qanun-
larından bəlli olduğu kimi hər hansı bir məhsul növü üzrə 
bazarda  tələb  artdıqda,  təklif  azaldıqda  həmin  məhsulun 
qiyməti artır. Bu hadisə bütün sahələrdə qiymətin artması 
barədə proqnoz verməyə əsas verir. Deməli, analoji olaraq 
tələb  artdıqda  və  təklif  azaldıqda  qiymətlərin  qalxmasına 
dair proqnoz vermək olar. 
Normativ  üsul.  Normativ  üsul  proqnozlaşdırmada 
tənzimləyici  üsuldur.  Çünki  bəzi  parametrlərin,  amillərin 
müəyyən  olunmasında  norma  və  normativ  göstəricilərin 
rolu  vardır.  Məsələn    qiymət  qoymada  material  normala-
rının, amortizasiya ayırmalarının, vergi dərəcələrinin təsiri 

56 
 
böyükdür.  Deməli,  qiymətin  proqnozlaşdırılması  zamanı 
həmin normaların nəzərə alınması normativ üsulun tətbiqi 
ilə əlaqədardır.  
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin