R. F. Sadiqov m e n e c m e n t dərs


Təşkilatın mikro və makro mühiti



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15

6.2.Təşkilatın mikro və makro mühiti 
 
Təşkilatın  mühiti dedikdə, həmin təşkilatın fəaliyyət 
dairəsində  potensial  təhlükələrin  qarşıya  çıxan  qorxusunu 

127 
 
izləyən sahələrin və  yarım sahələrin  məcmusu başa düşü-
lür. 
Mühit firma və onun fəaliyyəti üçün olduqca önəmli 
sahədir. Firmanın mühiti xarici və daxili mühitdən ibarət-
dir.  Xarici  mühit  amilləri  nəzarət  oluna  bilən  və  nəzarət 
oluna  bilməyən  amillərdən  ibarətdir.  Nəzarət  oluna  bilən 
amillər  menecerlərin  və  marketinq  xidməti  işçilərinin  öz-
ləri  tərəfindən  müəyyən  olunur.  Nəzarət  oluna  bilməyən 
amillər isə ətraf mühit amilləri ilə əlaqədardır. Xarici mü-
hit amilləri makro və mikro mühitdən ibarətdir.  
Makromühitə demoqrafik, iqtisadi, təbii, elmi–texni-
ki,  siyasi,  mədəni  və  s.  mühit  amillərini  misal  göstərmək 
olar.  Mikromühitə  istehsalçılar,  malgöndərənlər,  alıcılar, 
rəqiblər, ünsiyyət auditoriyaları və s. aiddir. 
- firmanın  demoqrafik  mühiti–əhalinin  sayının,  yaşı-
nın, cinsinin, yaşayış sıxlığının, məşğulluq növünün müəs-
sisənin fəaliyyətinə təsiri ilə əlaqədardır. 
- iqtisadi  mühit  isə  ölkə  iqtisadiyyatı  və  onunla  əla-
qədar bir sıra göstəricilərdən ibarətdir. Məsələn bura ölkə-
nin iqtisadi potensialı, milli gəlirin, ümumdaxili məhsulun 
həcmi,  ölkənin  tədiyyə  balansı,  inflyasiyanın  səviyyəsi, 
milli valyutanın kursu və s. aid edilir. 
- təbii mühit dedikdə, təbii resursların məcmusu başa 
düşülür. Bura hava, su, meşə və ərzaq məhsulları, neft və 
qaz, kömür və s. kimi enerji resursları aiddir. Ətraf mühi-
tin çirklənməsi, yağıntılar, çovğun, tufan, daşqınlar, zəlzə-
lə təbii mühitin mənfi təsirləridir. 
- elmi–texniki  mühit  genişlənən rəqabət  meydanında 
müəssisə və təşkilatların fəaliyyətinə təsir edən əsas amil-
lərdəndir. Elm və texnologiyanın inkişafı, bu sahədə yeni-
liklərin  durmadan  artması,  müəssisə  və  təşkilatları  elmi-

128 
 
texniki  tərəqqinin  nailiyyətlərindən  istifadəyə  sövq  edir. 
Çünki elmi-texniki mühit yeni texnikadan və texnologiya-
dan  istifadə  olunması,  yeni  və  mükəmməl  əmtəələrin  is-
tehsalı üçün mənbə hesab edilir. 
- siyasi mühit dedikdə, ölkədəki siyasi sərbəstlik, ob-
yektiv  və  humanist  qanunların  mövcudluğu,  dövlət  struk-
turları ilə müəssisə və təşkilatlar arasında obyektiv və şəf-
faf idarəetmə münasibətlərinin mövcudluğu başa düşülür.  
- mədəni mühit dedikdə, cəmiyyətin maddi və mənə-
vi dəyərləri, rəftar və davranış normaları, sosial institutlar, 
insanın insana münasibətləri və s. başa düşülür. İnsanların 
mənəviyyatı,  onların  cəmiyyətə,  təbiətə,  kainata  baxışları 
da mədəni mühit amilləridir. 
Daxili mühit amilləri əsasən sahibkar və səhmdarlar-
dan, müəssisədə çalışan işçi qüvvəsindən, idarəedicilərdən, 
təchizatçılardan, marketoloqlardan ibarətdir. 
Sahibkar və səhmdarlar dividend əldə etmək məq-
sədi  ilə  müəssisəyə  sərmayə  qoyan  şəxslərdir.  Buna  görə 
də onlar müəssisənin mənfəətlə işləməsinə çalışırlar. 
Əgər fəaliyyət qazanclı olmursa, onlar  ya müəssisə-
nin  fəaliyyət  problemini  dəyişir,  ya  fəaliyyəti  dayandırır, 
ya paylarını götürür, ya da müəssisəni satırlar. 
Müəssisədə çalışan işçi qüvvəsi sərf etdikləri əməyin 
əvəzində əmək haqqı tələb edirlər. Bununla bərabər sosial 
müdafiə, hüquqların qorunması, işin daimi olması, yüksək 
əmək haqqı onların diqqət mərkəzində dayanır. 
İdarəedicilər müəssisənin inkişafında, onun fəaliyyət 
əldə etməsində rol oynayan  əsas subyektlər hesab edilirlər. 
Fəaliyyət  istiqamətlərinin  seçilməsində,  mənfəətin  əldə 
edilməsində, müəssisənin rəqabət qabiliyyətinin möhkəm-
ləndirilməsində,  müəssisənin davamlı inkişafında, bazarın 

129 
 
ələ  alınmasında,  alıcıların  və  istehlakçıların  rəğbətinin 
qazanılmasında onların rolu və xidmətləri böyükdür. 
Müəssisə və təşkilatların daxili mühit amillərinə əsas 
və  dövriyyə  vəsaitlərini,  onun  maliyyə  imkanlarını  aid 
etmək  olar.  Əsas  vəsaitlərə  istehsal  binalarını,  inzibati  və 
yardımçı sahə tikililərini, maşınları, dəzgah və avadanlıq-
ları aid etmək olar. Dövriyyə vəsaitlərinə xammal və  ma-
terialları,  yarımfabrikatları,  yanacaq  və  enerji  resurslarını 
misal  göstərmək  olar.    Müəssisənin  maliyyə  imkanlarına 
hesablaşma  hesabında,  xəzinədə  olan  pul  vəsaitlərini,  de-
bitor və kreditor borcların, cəlb edilmiş bank kreditlərinin 
həcmi, nizamnamə kapitalının səviyyəsini və s. aid etmək 
olar. 
 
6.3. SWOT və QETS modeli 
    
Strateji idarəetmə ətraf mühitin öyrənilməsini və da-
xili amillərin dəyərləndirilməsini, ətraf mühitin daxili mü-
hitlə əlaqələndirilməsini vacib sayır. Bu zaman xarici mü-
hit  amilləri  öyrənilməli,  araşdırılmalı,  onların  təsir  dərə-
cəsi müəyyən olunmalıdır.  
Düzgün  strategiyanın  müəyyənləşdirilməsi  rəhbərlə-
rin  müdrik  siyasətinin  nəticəsidir.  Rəhbərlərin  müdrikliyi 
gələcəkdə  baş  verə  biləcək  problemlərin  qabaqcadan 
müəyyən olunması, onların aradan qaldırılması və ya mən-
fi təsirlərinin azaldılması ilə qiymətləndirilir. 
Strategiyanın  müəyyən  olunması  strateji  təhlillərin 
aparılmasını  tələb  edir.  Təhlillər  bütün  amilləri  və  gedən 
dəyişiklikləri əhatə edir. Bu cür təhlillər marketinq fəaliy-
yəti sferasına aid olub, strateji  məqsədlər naminə aparılır. 
Marketinq strategiyası uzun müddətli satış fəaliyyətini hə-

130 
 
yata keçirmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq, 
bazarda mövqeləri gücləndirmək və əldə saxlamaq məqsə-
di daşıyır. Bu cür məqsədlərə nail olmaq naminə atılacaq 
addımları  müəyyən  etmək  üçün  təhlillərin  aparılması  va-
cibdir. Həmin təhlillər aşağıdakı parametrlər üzrə aparılır: 
1. Məhsul bazarın tələbinə cavab verirmi? 
2. Məhsulun  qiyməti  rəqiblərin  qiymətinə  nisbətdə 
hansı səviyyədədir? 
3. Müəssisədə innovasiya, yeni texnika və texnologi-
yadan istifadə olunurmu? 
4. Mövcud  avadanlıqların  durumu  hansı  səviyyədə-
dir? 
5. Müəssisədə  səmərəli  planlaşdırma    mövcuddur-
mu? 
6. Ölkədə material ehtiyatı kifayət qədərdirmi? 
7. Əmək kollektivi, onun əmək qabiliyyəti, bacarığı, 
təcrübəsi, səriştəsi, sosial vəziyyəti hansı səviyyədədir? 
8. Rəqiblərin bazara və müəssisələrə yeniliklər reak-
siyası nə səviyyədədir və s. 
  Strateji təhlillərin SWOT və GETS formaları geniş 
yayılmışdır. 
SWOT  və  GETS  təhlilləri  strateji  araşdırma  prose-
sində, strateji planların tərtib edilməsi zamanı aparılan təh-
lil  üsüllarıdır.  Bu  cür  təhlil  üsulları  müəssisənin  strateji 
fəaliyyətində  ona  təsir  edən  amillərin  müəyyən  olunması 
və ətraf mühitə uyğunlaşması  ilə əlaqədardır. 
SWOT  təhlil  üsulu  həm  daxili,  həm  də  xarici  mühit 
amillərini  öyrənir,  onların  müsbət  və  mənfi  təsirlərini 
müəyyən edir. SWOT təhlilinin adı 4 sözün baş hərflərin-
dən ibarətdir. Strenght (güclü), weakness (zəif), oppotuni-
ties (imkanlar), threats (təhlükələr). Bu təhlil metodu adın-

131 
 
dan göründüyü kimi aşağıdakı suallara cavab verir: 
1. Biz öz güclərimizdən necə istifadə etməliyik?   
2. Bizim  zəif  tərəflərimiz  hansılardır  və  onları  necə 
inkişaf etdirməliyik? 
3. Ətraf  mühitdəki  imkanlardan  necə  bəhrələnmək 
lazımdır? 
4. Baş verə biləcək təhlükələri necə dəf etməliyik? 
Bu  suallara  cavab  verməklə  təşkilat  özünün  daxili 
imkanlarını  araşdırır,  müəyyən  edir,  onları  fəaliyyət  pro-
sesində    səmərəli  istifadəyə  yönəldir.  Bu  üsulla  müəssisə 
zəif  həlqələri  aşkar  edir.  Onları  rəqiblərin  həmlələrindən  
qoruyur, inkişaf etdirmək üçün yollar axtarır. Bundan baş-
qa  ətrafda  olan  imkanları  dəyərləndirir,  onların  cəlb  edil-
məsi və istifadə edilməsi yollarını axtarır. Daha sonra risk-
ləri  müəyyən  edir,  hesablayır,  onlardan  azad  olmaq  haq-
qında düşünür. 
GETS  təhlili  də  adından  göründüyü  kimi  4  sözün 
baş  həriflərinin  birləşməsindən  ibarətdir.  Government 
(dövlət),  economy  (iqtisadiyyat),  technology  (texnologi-
ya),  society  (cəmiyyət).  Bu  təhlil  metodunda  araşdırılan 
amillər xarici amillərin məcmusundan ibarətdir.  
Burada dövlət dedikdə, dövlət inhisarçılığının səviy-
yəsi,  ölkədə  qanunların  sosial-iqtisadi  məzmunun  səviy-
yəsi  və  dövlət  təşkilatlarının  ölkənin  iqtisadi  həyatında 
rolu başa düşülür. 
İqtisadiyyat  dedikdə,  iqtisadi  amillərin  təsiri  başa 
düşülür.  Məsələn  ölkədə  iqtisadi  inkişafın,  inflyasiyanın, 
bazarda qiymətlərin səviyyəsi, milli valyutanın məzənnəsi 
və s. 
Texnologiya dedikdə, elm və texnikanın inkişafı, el-
mi–texniki  tərəqqinin  nailiyyətlərinin  istehsalata  tətbiqi, 

132 
 
yeni  texnologiyalardan  istifadə  olunması,  innovasiyaların 
tətbiqi  və  s.  başa  düşülür.  Çünki  sadalanan  bu  amillərin 
tətbiqi  müəssisəyə  uğur  gətirər.  Lakin  bu  sahədə  rəqiblər 
bizi qabaqlayarsa, o zaman nəticə ürəkaçan olmaz. 
Cəmiyyət  dedikdə,  insan  resursları,  cəmiyyətin  tələ-
batı, maraqları, onların sosial səviyyəsi, sosial tərkibi, alı-
cılıq qabiliyyəti və s. başa düşülür. 
 
6.4. Risklər və onların idarə edilməsi 
 
Risk  dedikdə,    fəaliyyətin  itki  və  ya  zərərlə  nəticə-
lənməsi  qorxusu  (təhlükəsi)  başa  düşülür.  Risk  iqtisadi 
təhlilin  və  proqnozlaşdırmanın  obyektidir.  İdarəetmə  təc-
rübəsi göstərir ki, riski idarə etmək və tənzimləmək müm-
kündür. Buna görə də, öncə risklərin öyrənilməsi və təhlil 
olunması vacibdir. 
 Riskləri  öyrənmək  üçün  onu  qruplaşdırmaq  və  təs-
nifləşdirmək lazımdır. Riskləri aşağıdakı kimi təsnifləşdir-
mək olar. 
1. Təbii risklər. Bunlara zəlzələ, tufan, daşqın, suna-
mi, meşə yanğınları, epidemiya və s. aiddir. 
2. Siyasi risklər. Bunlara hərbi münaqişələr, mühari-
bələr,  inqilablar, müsadirələr, milliləşmə və s. aiddir. 
3. Nəqliyyat  riski.  Bura  reyslərin  təxirə  salınması, 
nəqliyyatda qəzaların  baş verməsi, gediş haqlarının qaldı-
rılması və s. aiddir. 
4. İqtisadi  risklər.  Bura  əmlak,  istehsal,  ticarət  və 
maliyyə riskləri aiddir.  
Əmlak riskinə  əmlak hüququnun itirilməsi, əmlakla 
bağlı təxribatçılıq və qəza hallarının baş verməsi aiddir. 
İstehsal  riskinə  texniki  avadanlıqların  xarab  olması 

133 
 
və  sıradan çıxması, texnikanın mənəvi və fiziki aşınmaya 
məruz qalması və s. aiddir. 
Ticarət riskləri göndərilmiş  malların  gəlib çatmama-
sı,  yola  salınmış  malın  dəyərinin  alıcı  tərəfindən  ödənil-
məsindən  imtina  olunması,  malların  xarab  olması,  malla-
rın saxlama müddətinin ötməsi, malların qiymətinin dəyiş-
məsi,  istehlakçıların  alıcılıq  qabiliyyətinin  aşağı  düşməsi, 
əmtəəyə olan tələbatın aşağı düşməsi və s. aiddir. 
Maliyyə riski dedikdə isə, pul vəsaitlərinin itkiləri ilə 
əlaqədar  risklərdir.  Maliyyə  riskləri  ölkə  səviyyəsində  və 
müəssisə  səviyyəsində  (mikro  və  makro  səviyyədə)  baş 
verir.  Ölkə  səviyyəsində  (makro  səviyyədə)  maliyyə  risk-
ləri pulun inflyasiyası, deflyasiyası, valyuta məzənnəsinin 
dəyişməsi ilə əlaqədar risklərdir. 
Mikrosəviyyədə  maliyyə  risklərinə  müəssisələr  ara-
sında maliyyə hesabatlarının başa çatmaması, debitorun if-
lasa uğraması, büdcə və qeyri-büdcə təşkilatlarına ödənil-
məli  olan  vəsaitlərə  gecikmə  faizlərinin  hesablanması, 
kreditlərin geri qaytarılması halları ilə əlaqədar risklərdir. 
Riskin  baş  verib-verməməsi  sahibkarın  iradəsindən 
asılı ola və olmaya bilər. Risklər baş vermə ehtimalına gö-
rə qarşısı alınan və qarşısı alınmaz risklərə bölünür. 
Qarşısı alınan risklərin baş verməməsi müəssisə rəh-
bərlərinin  iradəsindən  asılı  ola  bilər.  Məsələn  əmlak  risk-
lərində  qəza,  təxribatçılıq  risklərinin,  istehsal  risklərində 
istismar şərtlərinə əməl etməməyə görə texnikanın sıradan 
çıxması riskinin, ticarət risklərində malların xarab olması, 
saxlanma  müddətinin  ötməsi  ilə  əlaqədar  risklərin  baş 
verməsinin qarşısının alınması müəssisə rəhbəri tərəfindən 
mümkündür.  Lakin  təbii,  ekoloji,  siyasi,  nəqliyyat 
risklərinin və bir sıra iqtisadi risklərin müəssisə tərəfindən 

134 
 
qarşısının  alınması  təşkilatın  rəhbərliyi  tərəfindən  müm-
kün  deyildir.  Qarşısı  alınması  mümkün  olmayan  iqtisadi 
risklərə isə alıcıların istehlak və alıcılıq qabiliyyətinin aşa-
ğı  düşməsi,  bazarda  qiymətlərin  dəyişməsi,  inflyasiya  və 
valyuta  məzənnələrinin  dəyişməsi  ilə  əlaqədar  risklər 
aiddir.   
Qarşısı alınması mümkün olmayan riskli halların qa-
baqcadan proqnozlaşdırılması və onların müəssisənin fəa-
liyyətinə  təsirinin  azaldılması  və  ya  “sıfra”  endirilməsi 
idarəetmənin  əsas  vəzifələrindən  biridir.  Riskli  hal  baş 
verdiyi təqdirdə müəssisə rəhbəri problemin aradan qaldı-
rılması  üçün  operativ  tədbirlərin  həyata  keçirilməsini  tə-
min etməlidir. Bu cür tədbirlər operativ planlarda öz əksi-
ni tapmalıdır. Risklərin idarə olunması strateji, taktiki, cari 
və operativ planlaşdırma ilə həyata keçirilir.   
Fəaliyyət  istiqamətlərinin  və  strateji  məqsədlərin 
düzgün seçilməsi, təsərrüfat əlaqələri üçün təsərrüfat sub-
yektlərinin düzgün müəyyənləşdirilməsi, strateji dövrlərdə 
baş verə biləcək riskli halların düzgün proqnozlaşdırılma-
sı, bu cür  halların aradan qaldırılması  və qarşısının alın-
ması üçün tədbirlərin müəyyənləşdirilməsi strateji planlaş-
dırma ilə bağlıdır. Operativ planlar fəaliyyət dövründə baş 
vermiş risklərin və onun yaratdığı problemlərin dərhal ara-
dan qaldırılmasına xidmət edir. 
Risklərin idarə edilməsinin funksiyalarına aşağıda-
kıları  aid  etmək  olar:  1)  risklərin  proqnozlaşdırılması;       
2)  risklərin  azaldılması  və  qarşısının  alınması;  3)  baş 
vermiş riskin nəticələrinin aradan qaldırılması. 
Riskin proqnozlaşdırılması riskli vəziyyətin qabaq-
cadan  müəyyən  olunması,  riskin  baş  verməsinə  təsir  edə-

135 
 
cək  bütün  amillərin  öyrənilməsi,  risklə  bağlı  qabaqcadan 
alternativ  təkliflərin  irəli  sürülməsini  nəzərdə  tutur.  Risk-
lərin  proqnozlaşdırılması  zamanı  bu  işdə  səriştəsi  olan 
partnyorların  cəlb  edilməsi  məqsədəuyğundur.  Yəni  risk-
lərin  proqnozlaşdırılması,  həmçinin  cəlb  edilmiş  mütəxə-
sislər tərəfindən aparıla bilər.   
Riskin  azaldılması.  Elə  risklər  vardır  ki,  onlar 
müəssisə  üçün  qaçılmazdır.  Bu  zaman  müəssisə  həmin 
risklərin baş verəcəyi ilə qabaqcadan barışır. Lakin həmin 
risklərin  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinə  nə 
dərəcədə təsir göstərəcəyi idarəetmənin səviyyəsindən ası-
lıdır. Mütəxəssislər bu zaman idarəetmənin məhsuldarlığı-
nı riskin təsirinin minimuma endirilməsi ilə əlaqələndirir-
lər.  Müəssisə  rəhbərləri  gələcəkdə  risklərin  təsirini  mini-
muma  endirmək  üçün  əlavə  maliyyə  ehtiyatlarına,  mate-
rial  ehtiyatlarına,  alternativ  tədbirlər  planlarına  malik  ol-
mağa  üstünlük  verirlər.  Məsələn  pərakəndə  ərzaq  ticarəti 
obyektinin  yaxınlığında  yeni  topdansatış  ərzaq  ticarəti 
obyektinin  fəaliyyəti  nəzərdə  tutulur.  Bu  hal  pərakəndə 
ticarət obyektinin rəhbərlərini narahat edir. Çünki topdan-
satış  obyekti  alıcıya  malı  ucuz  qiymətə  təklif  edəcək  və 
alıcını özünə cəlb edəcəkdir. Bu isə pərakəndə ticarət ob-
yektinin fəaliyyəti üçün təhlükə yaradacaqdır. Bu məqsəd-
lə  pərakəndə  ticarət  obyektinin  rəhbəri  onun  fəaliyyəti 
üçün  yaranmış  riskin  təsirini  minimuma  endirmək  üçün 
yollar  axtarır.  Bu  cür  vəziyyətdən  çıxışın  yolları  müxtəlif 
ola bilər.  
Pərakəndə  ticarət  obyektinin  (malın  kəmiyyəti,  key-
fiyyəti, çeşidi, qiyməti, kommersiya xidmətləri sahəsində) 
yeni atacağı taktiki addımları onu bu təhlükədən xilas edə 

136 
 
bilər.  Bu  zaman  pərakəndə  ticarət  müəssisəsi  topdansatış 
obyektinin  satacağı  məhsulu  topdansatış  qiymətinə  sat-
maqla  öz  müştərilərini  itirməz.  Bu  onun  üçün  satış  qiy-
mətlərində  bir  o  qədər  də,  ciddi  güzəşt  addımı  kimi  qiy-
mətləndirilmir.  Çünki  topdansatış  obyektinin  mal  çeşidi 
pərakəndə  satış  obyektindən  xeyli  az  olur.  Əgər  ərzaq 
topdansatış  obyekti  50-100  adda  mal  satırsa,  pərakəndə 
ticarət  obyekti  (PTO)  1000-lərlə  çeşiddə  mal  satır.  Fikri-
mizi bir misal ilə izah edək. 
Yaşayış  məntəqəsində  “a”  və  “b”  məhsul çeşidləri-
nin  pərakəndə satışı ilə məşğul olan 2 ticarət obyekti fəa-
liyyət  göstərir.  Həmin  obyektlərin  öz  müştəriləri  vardır. 
Həmin  müştərilər  PTO-lərində  satılan “a” və “b”  məhsul 
çeşidlərinin alıcılarıdırlar. 
 
                 1 
   2 
 
 
 
        
         a  məh.         b məh.            a məh.        b məh. 
 
 
 
                                 
      
 
Birdən  həmin  məntəqədə  “a”  məhsul  çeşidinin  top-
dansatışı  ilə  məşğul  olan  obyekt  fəaliyyətə  başlayır.  Bu 
halda  aşağıdakı  şəkildə  göründüyü  kimi  müştərilər  a 
məhsulunu topdansatış ticarət obyektindən (T.T.O.) almağa 
üstünlük verirlər. 
P.T.O-2 
P.T.O-1 
Müştəri 
Müştəri 
 

137 
 
 
 
 
 
                        a              a 
 
                        
                                             
  b                                                                        b 
                                                                                                                               
                                                         
 
                                                                                                    
 
 
Göründüyü  kimi  hər  iki  pərakəndə  ticarət  obyekti 
“a” məhsul çeşidi üzrə satış həcmindən məhrum oldular. 
Vəziyyətdən  çıxış  yolu  axtaran  I  pərakəndə  ticarət 
obyekti  “a”  məhsulunun  qiymətini  topdansatış  qiymətinə 
endirir.  Bu  zaman  hər  iki  müştəri  qiymət  fərqi  olmadığı 
təqdirdə hər iki  mal çeşidini bir  obyektdən almağa üstün-
lük verir və sxem aşağıdakı şəkli alır.  
 
 
 
 
 
 
 
 
    a      b          a     b 
  
     
                      
 
 
P.T.O 
T.T.O 
P.T.O 
M-1 
M2 
M- 1 
M-2 
P.T.O 
P.T.O 
T.T.O 

138 
 
     Nəticədə nə baş verir. 
1) 2-ci pərakəndə ticarət obyekti  öz alıcısını itirir.  
2) Topdansatış ticarət obyekti fəaliyyətini davam et-
dirir. 
3)  1-ci  pərakəndə  ticarət  obyekti  “a”  məhsulunun 
qiymətini topdansatış qiymətlərinə endirməklə, yalnız “b” 
məhsulundan mənfəət əldə etməklə hər iki müştərini özü-
nə cəlb edir və riskin təsirini azaldır. Misaldan göründüyü 
kimi 1-ci pərakəndə ticarət obyekti riskli vəziyyətdən çıxış 
yolunu qiymət siyasətində görür.  
Baş  vermiş  risklərin  aradan  qaldırılması  ilk  öncə 
operativ  tədbirlərin  həyata  keçirilməsini,  sonra  isə  strateji 
taktiki  və  cari  planlarda  düzəlişlərin  aparılmasını  tələb  e-
dir. 
Riskin təsirinin azaldılması və ya qarşısının  alınması 
qiymət,  keyfiyyət,  yeni  məhsullar,  istehsalın  təkmilləşdi-
rilməsi,  yeni  texnologiya,  maliyyə  amillərinə  kompleks 
yanaşılmasını tələb edir. 
Vençur  biznesi  riskli  biznes  kimi  şərh  olunur.  Ven-
çur  biznesi  həddindən  artıq  riskli  sahələrdə  biznes  fəaliy-
yəti  ilə  məşğul  olunması  ilə  əlaqədar  fəaliyyətdir.  Bu  cür 
biznes  fəaliyyəti  ilə  məşğul  olan  müəssisələr  isə  vençur 
firmaları  adlanır.  Vençur  firmaları innovasiyaların həyata 
keçirilməsinə çox meylli olurlar. Vençur firmaları, həmçi-
nin təşəbbüskar firmalar timsalında çıxış edirlər.  
 
 
 
 
 
 

139 
 
FƏSİL VII. ƏMƏK RESURSLARI 
 
7.1. İşçi qüvvəsi 
 
İşçi  qüvvəsi  əmək  fəaliyyətində  insanın  işinin  fiziki 
və mənəvi qabiliyyətinin məcmusu kimi başa düşülür. İşçi 
qüvvəsi  bəzən  ədəbiyyatlarda  işçi  heyəti,  personal,  əmək 
ehtiyatları, insan resursları ifadəsi ilə şərh olunur. İşçi he-
yəti  həm  əsas,  həm  də  köməkçi  fəaliyyətlə  məşğul  olan, 
istehsal  fəaliyyətini  birbaşa  və  dolayısı  ilə  yerinə  yetirən 
işçilərdir.  
Müəssisə və təşkilatlarda çalışan işçi qüvvəsi muzdlu 
işçilər hesab edilirlər. Muzdlu işçilər fəaliyyətin şərtlərinə 
dair  iş  verənlə  bağlanmış  əmək  müqaviləsi  əsasında  işlə-
yən  və  bunun  müqabilində  əmək  haqqı  alan  şəxslərdir. 
Muzdlu işçilər aşağıdakı kateqoriyalara bölünürlər: 
1. Qulluqçular 
2. Fəhlələr 
Qulluqçular qrupuna rəhbərlər, mühəndislər və digər 
mütəxəssislər  aiddirlər.  Rəhbərlər  müəssisənin  və  onun 
struktur  bölmələrinin  rəhbərləri  vəzifələrini  tutanlardır. 
Mühəndis  heyətinə  müəssisənin  əsas  fəaliyyət  sferasına 
aid  olan  işin  texnologiyasını  bilən  qulluqçular  daxildir. 
Digər mütəxəssislərə iqtisadi, hüquqi, texniki və s. sahədə 
çalışan  aqronomlar,  mühasiblər,  iqtisadçılar,  hüquqşünas-
lar,  energetiklər,  həmçinin  təsərrüfat  müdirləri,  komen-
dantlar, arxiv müdirləri, kassirlər, statistiklər, çertyojçular, 
katibələr və s. daxildir. 
Fəhlələr fiziki əməklə məşğul olan və birbaşa maddi 
sərvətlərin  yaradılması    prosesində  maşın,  mexanizm  və 
istehsalat  tikililərini  iş  vəziyyətinə  gətirən  şəxslərdirlər. 

140 
 
İşçilərin saxlanmasına çəkilən xərclərə aşağıdakılar aiddir: 
1) Muzdlu işlərin  yerinə  yetirilməsi ilə bağlı birbaşa 
əmək haqqı. 
2) Mükafat və xeyriyyə ödənişləri. 
3) Qeyri-iş günlərinə görə ödəmələr. 
4) İşdən çıxmağa görə ödəmələr. 
5) Məzuniyyət haqları və s. 
Həmçinin muzdlu işçilərlə bağlı xərclərə sosial müa-
vinətləri,  səhiyyə-tibbi  xərcləri,  nəqliyyat  xərclərini,  işçi-
lərin təhsilinə çəkilən xərcləri də aid etmək olar. 
İşçilərin  hərəkəti  onların  işə  qəbulu  və  işdən  azad 
edilməsi  nəticəsində  siyahı  sayının  dəyişməsidir.  Hesabat 
dövründə  işçilərin  hərəkəti  balans  şəklində  tərtib  edilir. 
Belə ki, faktiki dövrün əvvəlinə işçilərin siyahı sayına fak-
tiki dövrdə işə qəbul edilənlərin sayı əlavə edilir və işdən 
azad  edilənlərin  sayı  çıxılır.  İşçilərin  siyahı  sayına  əmək 
müqaviləsinə  əsasən  daimi,  müvəqqəti  və  mövsümi  işə 
götürülmüş  işçilərin  sayı  daxildir.  İşçilərin  siyahı  sayı, 
həmçinin məzuniyyətdə olan, xəstəliyə görə işə çıxmayan, 
hamiləliyə və analığa görə məzuniyyətə çıxanları, xidməti 
ezamiyyətdə olan işçilərin sayı da daxil edilir. Bu siyahıya 
əvəzedicilər,  mülki  müqavilə  bağlamaqla  və  ya  müqavilə 
bağlamadan əmək haqqı alan şəxslər daxil edilmirlər. 
 
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin