R. F. Sadiqov m e n e c m e n t dərs



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix24.05.2020
ölçüsü1,59 Mb.
#31492
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15

9.4. İdarəetmə psixologiyası 
 
Psixologiya  yunan  sözü  olub  “psyüxe”  və  “loqos” 
sözlərindəndir, mənası insan ruhu haqqında elm deməkdir. 
Psixologiya  psixi  hadisələri  öyrənir.  Bu  hadisələr  duyğu, 
qavrayış, hafizə, təfəkkür, təxəyyül, iradə, hisslərlə əlaqə-
dardır.  Psixologiya  davranışı,  insan  fəaliyyətinin  idarə 

168 
 
olunmasını  öyrənən  elmdir.  Psixologiya  xarici  təsirləri 
araşdırır,  psixikanın  mexanizmlərini  tədqiq  edir  və  cavab 
fəaliyyətini proqramlaşdırır və tənzimləyir. Psixika beynin 
xassəsidir. Xarici təsirləri qavrayır, davranış planlarını qu-
rur,  davranış planına uyğun olaraq əzələləri fəaliyyətə gə-
tirir. Psixika, yəni psixi hadisələr idrak prosesindən və psi-
xi  halətlərdən  ibarətdir.  İdrak  prosesinə  duyğu,  qavrayış, 
hafizə, təxəyyül və təfəkkür proseslərini aid etmək olar. 
                 
 
Psixika (psixi hadisələr) 
 
 
 
       Şüur qərar qəbul etmənin aparatıdır. Şüurun forma-
ları vardır: 
1. Fərdi şüur. 
2. Kollektiv şüur. 
3. Ictimai şüur. 
Fərdi  şüur  özünü  dərk  etmək,  özünü  qiymətləndir-
mək,  özünü  tərbiyə,  özünə  nəzarəti  əhatə  edir.  Mənlik 
şüuru özünüidarəetmənin aparatıdır. 
Kollektiv şüur kollektivin özünü dərk etməsidir. Kol-
lektiv  şüur  kollektivin  özünü  vahid  bir  tam  kimi,  sosial 
qrup  kimi  dəyərləndirilməsini  tələb  edir.  Kollektiv  şüur 
kollektiv münasibətləri tənzimləyir.  
İctimai  şüur  isə  cəmiyyətin  özünü  dərk  etməsi,  icti-
mai  münasibətlərin  formalaşmasının  və  tənzimlənməsinin 
əsasıdır. 
Qabiliyyət  biliyin  bacarığa  çevrilməsində  rol  oyna-
İdrak prosesi (duyğu. qav-
rayış, hafizə, təfəkkür, 
təxəyyül) 
 
Psixi halətlər (inam,  
əhval-ruhiyyə, aktivlik) 
         

169 
 
yan  vasitəsidir.  İnsan  qabiliyyətlərin  köməyi  ilə  bilik  və 
bacarıqlara  yiyələnir.  Bu  zaman  onların  qabiliyyətləri  in-
kişaf  edir  və  nəticədə  fəaliyyət  qabiliyyəti  formalaşır. 
Yəni təbii qabiliyyət fəaliyyət qabiliyyətinə keçir. 
Qabiliyyətlərə yerimək, qaçmaq, oturmaq, danışmaq, 
eşitmək,  görmək,  düşünmək,  hiss  etmək  və  s.  aid  etmək 
olar. Bunlar ümumi qabiliyyətlər olub hamıya məxsusdur. 
Xüsusi  qabiliyyətlər  isə  müəyyən  fəaliyyət  növünün 
müvəffəqiyyətli  icrası  üçün  səciyyəvidir.  Xüsusi  qabiliy-
yətlərə  ifaçılıq,  rəsm  çəkmək,  bəstələmək,  uzaqgörənlik, 
təşkilatçılıq  və  başqalarını  misal  göstərmək  olar.  Bacarıq 
isə insanın əldə etdiyi biliklər əsasında formalaşır.  
İstedad insana hər hansı mürəkkəb əmək fəaliyyətini 
müstəqil  olaraq  müvəffəqiyyətlə  və  sürətlə  icra  etməyə 
imkan  verən  qabiliyyətin  formasıdır.  Buna  görə  də,  mü-
rəkkəb,  gərgin  və  yüksək  ustalıq  tələb  edən  işlərə  yüksək 
istedadı  olan  insanlar  cəlb  olunurlar.  Əgər  qabiliyyət  in-
sanı sadəcə mütəxəssisə çevirirsə, istedad onu mahir mütə-
xəssisə çevirir. (Mahir sözünün mənası usta deməkdir.) Bu 
cür  mütəxəssislər  öz  üzərinə  düşən  çətin  və  mürəkkəb 
vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadir olurlar.  
İdarəetmə sahəsində bacarıq dedikdə, qərar qəbul et-
mək bacarığı, fəaliyyəti planlaşdırmaq, təşkil etmək baca-
rığı, tədqiqatçılıq bacarığı, qarşıya qoyulmuş məqsədə nail 
olmaq bacarığı, müəssisənin daxili imkanlarından səmərəli 
istifadə  etmək  bacarığı,  təşkilatda  sosial-psixoloji  mühiti 
formalaşdırmaq bacarığı, təsərrüfatçılıq bacarığı və s. başa 
düşülür. 
Vicdan etik kateqoriya olub, insanın ayrı-ayrı adam-
lar, cəmiyyət, xalq qarşısında məsuliyyətini dərk etməsi və 

170 
 
öz  hərəkətlərini  əxlaqi  baxımdan  qiymətləndirilməsidir. 
Vicdan insanda anadangəlmə deyil, ətraf mühitin təsiri ilə 
formalaşır. Vicdanın təzahür formaları aşağıdakılardır: 
1.  Abır, həya, ədəb-ərkan. 
2.  Xəcalət, peşmançılıq. 
3.  İnsaf, mürvət. 
4.  Namus, qeyrət, ismət. 
5.  Şərəf, ləyaqət, fəxr. 
6.  Halallıq, düzgünlük, ədalətlilik. 
7.  Humanistlik, əl tutmaq. 
Vicdanın  formalaşmasında  tərbiyənin  bütün  forma-
ları rol oynayır. Tərbiyə insanlar arasında ünsiyyətin, nor-
mal münasibətlərin, əmək vərdişlərinin, ailə-məişət məsə-
lələrinin  tənzimlənməsində  əsas  rol  oynayır.  İnsan  doğul-
duğu  gündən  ömrünün  bütün  dövrlərində  tərbiyələnir.  Bu 
məqsədlə tərbiyənin 3 növünü fərqləndirirlər: 
- ilkin tərbiyə;  
- özünü tərbiyə;  
- yenidən tərbiyə. 
İlkin tərbiyə ailə və cəmiyyət üçün faydalı olub, milli 
və ümumbəşəri keyfiyyətlərin məqsədyönlü formalaşdırıl-
masını  özündə  əks  etdirir.  İlkin  tərbiyə  insan  doğulduğu 
andan başlayaraq ona təlqin edilir. İlkin tərbiyə ilə insana 
əxlaqi  keyfiyyətlər  aşılanır.  İlkin  tərbiyədə  tərbiyəçi  qis-
mində ata, ana, bacı, qardaş, qohumlar, müəllimlər iştirak 
edirlər. İlkin tərbiyə insanda istehsalata və idarəetmə pro-
sesinə  gələnədək  formalaşmalı  və  onun  daxili  motivlərin-
dən biri kimi çıxış etməlidir. 
Özünütərbiyə heç bir tərbiyəçinin iştirakı olmadan, in-
sanın  özü  tərəfindən  əxlaqi  keyfiyyətlərin  müstəqil  olaraq 

171 
 
məqsədyönlü  mənimsənilməsidir.  Özünütərbiyə  özünüida-
rəetmənin  funksiyasıdır.  Özünütərbiyədə  mühitin  rolu  bö-
yükdür.  Çünki  tərbiyələnən  şəxs  mühitdən  xeyli  əxlaqi  nü-
munələri və mənəvi normaları müşahidə edir və mənimsəyir.   
Yenidəntərbiyə  əxlaqi  keyfiyyətlərin,  mənəvi  norma-
ların, milli dəyərlərin lazımi səviyyədə mənimsənilmədiyi 
və  ya  təkrar  mənimsənilməsinə  ehtiyac  olduğu  halda  in-
sana aşılanır. Bu zaman həmin fərdin təkrar tərbiyə olun-
masına ehtiyac duyulur. 
Tərbiyənin  tərkib  hissələri  aşağıdakılardan  ibarətdir: 
əxlaq tərbiyəsi, ideya-siyasi tərbiyə, iqtisadi tərbiyə, əmək 
tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə və s.  
Əxlaq tərbiyəsi insanın əxlaqi keyfiyyətlərinin, əxlaq 
normalarının təcəssümüdür. Əxlaqın müsbət təzahürlərinə 
aşağıdakılar aiddir: 
1. Həyalılıq–ədəb-ərkan qaydalarına riayət etmək. 
2. Səmimilik–xoş münasibət bəsləmək, mehriban dav-
ranmaq. 
3. Təvazökarlıq–özünü öyməmək. 
4. Təmkinlik–sakit  tərzdə  danışmaq,  boşboğazlıq  et-
məmək. 
5. Dinc  oturmaq–artıq  hərəkətlərə  yol  verməmək,  sa-
kitliyə riayət etmək. 
6. Səbirlilik–hər bir işin, hərəkətin məqamını gözləmək.  
7. Səliqəlilik–geyimdə,  sənədləşmə  işində,  iş  otağında 
səliqə-sahmana, təmizliyə, nizam-intizama riayət etmək. 
8. Ədalətlilik – obyektivlik, düzgünlük. 
9. Xeyirxahlıq–yardım etmək, xeyir vermək, kömək et-
mək. 
Əxlaq tərbiyəsi ilkin tərbiyənin təzahürü olduğu üçün 

172 
 
bu tərbiyə növü ailənin, məktəblərin və digər bu kimi mü-
hitin təsirindən formalaşır. Müəssisə rəhbəri işçini işə gö-
türərkən  əxlaq  tərbiyəsinin  bəzi  elementlərini  müşahidə 
edə  bilər.  Məsələn  işə  qəbul  məqsədi  ilə  müsabiqələrin 
təşkili,  işçiyə  sınaq  müddətinin  verilməsi  qısa  müddət 
ərzində onun ədəb–ərkan qaydalarına əməl etməsinə, səli-
qəsinə, qabiliyyətinə və insani keyfiyyətlərinə qiymət ver-
mək imkanı əldə edə bilir. Rəhbərlər bu cür keyfiyyətlərə 
malik olmayan insanlarla işləməyə üstünlük vermirlər. 
İqtisadi  tərbiyə  qənaətçilik  tərbiyəsi,  sahibkarlıq 
tərbiyəsi,  vergi  ödəmək  tərbiyəsi,  halallıq  tərbiyəsi  və 
sairdən ibarətdir. İqtisadi tərbiyə insanlarda vətənə, xalqa, 
vətəndaşlara  məhəbbət  hissinin  olmasını  aşılayır.  Çünki 
bu  hisslər  rəhbərlərdə,  işçidə,  kollektivdə,  istehsalçılarda 
müştərilərə,  alıcılara  qarşı  etik-iqtisadi  münasibətləri  for-
malaşdırır,  istehlakçıların  və  alıcıların  mənafeyinə  ləya-
qətlə və vicdanla xidmət etməyə, onların tələbatına uyğun 
məhsul  istehsalına  sövq  edir.  İqtisadi  tərbiyə  insanları 
maddi,  əmək  və  maliyyə  resurslarından  səmərəli  istifadə 
etmək ruhunda tərbiyə edir. 
İqtisadi  tərbiyə  insanları  iqtisadi  qanunlara  əməl  et-
məyə, dövlətin direktiv sənədlərinə, qanunvericilik aktları-
na  hörmətlə  yanaşmağa  dəvət  edir,  rəhbərdə,  sahibkarda, 
biznesmenlərdə vergi mədəniyyətinin formalaşdırılmasına, 
cəmiyyətin  iqtisadi  və  sosial  maraqlarına  uyğun  fəaliyyət 
göstərmələrinə səbəb olur. 
Əmək tərbiyəsi müəssisədə istehsalın təkmilləşdiril-
məsini,  əl  əməyinin  yüngülləşdirilməsini,  əmək  şəraitinin 
yaxşılaşdırılmasını  nəzərdə  tutur.  Bunun  üçün  əmək  fəa-
liyyətinin  aktivləşdirilməsi,  kollektivdə  əməyə  məhəbbət 

173 
 
hissinin  aşılanması,  əməyə  vicdanlı  münasibətin  forma-
laşdırılması müəssisə rəhbərliyinin daim diqqət mərkəzin-
də olmalıdır. 
Nizami Gəncəvi demişdir: 
 
Nə xəzinə yığanam, nə də tirmə geyənəm, 
Öz halal zəhmətimin çörəyini yeyənəm. 
 
Kərpickəsən kişinin dastanında Nizami əməyə müna-
sibətini belə tərənnüm etmişdir. 
 
Onunçün öyrətdim ki, əlimi bu sənətə, 
Bir gün sənə əl açıb düşməyim xəcalətə. 
 
Fiziki  tərbiyə  insanların  sağlamlığı  üçün  olduqca 
vacibdir. Bundan ötrü müəssisə və təşkilatların maddi-tex-
niki bazasının tərkibində sağlamlıq mərkəzləri, stadionlar, 
idman zalları, tibb məntəqələri fəaliyyət göstərir. Hətta bə-
zi  təşkilatlar  bu  sahəyə  daha  da  böyük  diqqət  yetirməklə, 
özlərinin  idman cəmiyyətlərini  yaratmaqla bu sahədə da-
ha səylə çalışır və fəaliyyət göstərirlər. Məsələn Azərbay-
can  Dövlət  Neft  Şirkətinin  bazasında  “Neftçi”  İdman  Cə-
miyyətini,  Dəmir  Yol  İdarəsinin  bazasında  “Lokomotiv” 
İdman Cəmiyyətini, Rabitə Nazirliyinin bazasında “Rabi-
təçi” İdman Cəmiyyətini misal göstərə bilərik.  
Estetik tərbiyə insanların dincəlməyi, mədəni istira-
həti  üçün  vacib  amillərdən  biridir.  Estetik  tərbiyə  insanın 
fiziki və əqli enerjisinin bərpa olunması üçün olduqca əhə-
miyyətlidir.  Kollektivin  estetik  tərbiyəsinə  onların  asudə 
vaxtlarının  səmərəli  təşkili  məqsədilə  mədəni  -  kütləvi 
tədbirlərin,  konsertlərin,  teatr  proqramlarının  təşkili,  kol-
lektivin  tərkibində  özfəaliyyət  dərnəklərinin  (mahnı  və 

174 
 
rəqs  dərnəklərinin)  yaradılması  və  onların  potensialından 
istifadə  olunması  aiddir.  Bunun  üçün  bəzi  müəssisə  və 
təşkilatlarda  kollektivin  tərkibində  bədii-özfəaliyyət  dər-
nəkləri  fəaliyyət  göstərir,  həmin  dərnəklərdə  kollektivin 
üzvlərinin  çıxışları  təşkil  olunur,  işçilərin  mədəni-kütləvi 
tədbirlərdə (kinoteatr, konsertlərə) iştirakı təmin olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

175 
 
FƏSİL X. İSTEHSAL VƏ İNNOVASİYA 
MENECMENTİ 
 
10.1.İstehsal menecmenti 
 
İstehsal  xammaldan  hazır  məhsul  alınması  prosesi-
dir. İstehsal prosesində işçi qüvvəsi əmək alətləri vasitəsi-
lə  xammal  və  avadanlıqlara  təsir  etməklə  maddi  nemətlər 
yaradırlar.  Başqa  sözlə  desək,  istehsal  prosesi  işçilərin 
köməyi ilə texnoloji əməliyyatların icra ardıcıllığıdır. 
Məhsul istehsalı və satışının artım templəri gəlirlərin 
artması,  maliyyə  imkanlarının  genişləndirilməsi,  fəaliy-
yətin  səmərəliliyinin  yüksəldilməsi  üçün  zəmin  yaradır. 
Bazar  münasibətləri  şəraitində  istehsal  müəssisələrinin 
başlıca  məqsədi  bazarın  tələblərinə  uyğun  əmtəəlik  məh-
sul  istehsal  etməkdir.  Təsərrüfat  sistemlərinin  idarə  edil-
məsi,  hər  şeydən  əvvəl,  məhsul  istehsalı  və  satışına  dair 
bir  çox  variantlarda  idarəetmə  qərarlarının  işlənib  hazır-
lanmasını  tələb edir. Məhsul istehsalı ilə bağlı həyata ke-
çiriləcək fəaliyyət istehsal planlarında öz əksini tapır. 
  İstehsalın  təşkili  zamanı  bir  sıra  prinsipləri  nəzərə 
almaq lazımdır: 
1. İstehsalın səmərəliyi. 
2. İstehsalın fasiləsizliyi. 
3. İstehsal texnologiyalarının ardıcıllığı. 
4. İstehsalın ahəngdarlığı(müntəzəmliliyi). 
5. İstehsalın resurs təminatı. 
6. Əmək bölgüsü. 
7. Əməyin təhlükəsizliyi. 
8. İş vaxtından səmərəli istifadə olunması. 
İstehsalın səmərəliyinin artırılması aşağıdakı vəzifə-

176 
 
lərin yerinə yetirilməsini tələb edir: 
1. Rəqabətə dayanaqlığı təmin etmək üçün istehsalın 
təkmilləşdirilməsi. 
2. Yeni texnologiyaların tətbiqi. 
3. İstehsalın  mexanikləşdirilməsi  və  avtomatlaşdırıl-
ması. 
4. Yeni növ məhsulların istehsalını həyata keçirmək. 
5. Məhsulun keyfiyyətini yüksəltmək. 
6. Əmək məhsuldarlığını artırmaq. 
7. Materiallardan  yanacaq  və  elektrik  enerjisindən 
istifadənin yaxşılaşdırılması. 
Əmək məhsuldarlığı 3 parametr üzrə hesablanır. 
1. Əmtəəlik məhsulun 1 manatına çəkilən əmək sərfi. 
2. Vaxt vahidi ərzində məhsul buraxılışı. 
3. Vaxt vahidi ərzində yerinə yetirilən iş. 
İstehsal  prosesini  və  əməliyyat  sistemlərini  həyata 
keçirmək üçün menecerin qarşısında aşağıdakı vəzifələrin 
həyata keçirilməsi vacibdir: 
1. İstehsal prosesinin layihələndirilməsi. 
2. Əmtəələrin layihələndirilməsi. 
3. İstehsal prosesinin təşkili. 
4. İstehsal prosesinin həyata keçirilməsi. 
5. İstehsala nəzarətin həyata keçirilməsi.        
İstehsal  prosesinin  layihələndirilməsi  geniş  təkrar 
istehsal prosesinin həyata keçirilməsi üçün ən vacib məsə-
lələrdən və şərtlərdən biridir. İstehsal prosesinin layihələn-
dirilməsi  istehsal  texnologiyasının  müəyyən  olunması, 
elmi-texniki tərəqqinin nailiyyətlərinin, müasir texnikanın 
istehsala tətbiq edilməsi, istehsalın səmərəli şəkildə qurul-
ması və s. ilə əlaqədar fəaliyyətin qabaqcadan planlaşdırıl-
masıdır. 

177 
 
Əmtəələrin  layihələndirilməsi  əmtəələrlə  bağlı  olub, 
istehsalın  layihələndirilməsi  ilə  üzvi  surətdə  əlaqədardır. 
Əmtəələrin  layihələndirilməsinin  aşağıdakı  xüsusiyyətləri 
nəzərə alınır: 
1. Əmtəələrin dəyəri. 
2. Əmtəələrin keyfiyyəti. 
3. Müasir və mütərəqqi əmtəələrin istehsalı. 
4. Əmtəələrlə  bağlı   servislərin və  xidmətlərin geniş-
ləndirilməsi və s. 
Bundan sonra isə istehsal prosesinin ünsürlərinin (ma-
şın və avadanlıqlar, xammal və materiallar, işçi qüvvəsi və 
əmək  ehtiyatları)  cəld  edilməsi  və  onların  yerləşdirilməsi 
ilə  əlaqədar  istehsala  hazırlıq  dövrü  sayılan    təşkiletmə 
mərhələsi başlayır. Bu mərhələ haqqında biz menecmentin 
təşkiletmə funksiyasında söhbət açmışıq.  
İstehsal  prosesində  işçi  qüvvəsi  əmək  alətləri  vasitə-
silə xammal və  materiallara təsir  etməklə  maddi nemətlər 
yaradırlar. 
Məhsul  istehsalının  təşkili  məqsədilə  rəhbərlər  aşağı-
dakı funksiyaları yerinə yetirməlidirlər: 
1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi. 
2.  Müəssisənin  istehsal  gücünün  artırılması  ilə 
əlaqədar texniki-təşkilati işlərin yerinə yetirilməsi. 
2.Təşkiletmə  mərhələsində  istehsalın  çevikliyinin  nə-
zərə alınması . 
3.Dövriyyə vəsaitlərinin cəlb edilməsi.  
4.  Maliyyə  kapitalının  cəlb  edilməsi  və  maliyyə  im-
kanlarının genişləndirilməsi. 
5.İşçi  qüvvəsinin  cəlb  edilməsi  və  onların  yerləşdiril-
məsi. 
6.Təhlükəsizlik və ekoloji tələblərin təmin olunması və s. 

178 
 
İstehsal prosesi başa çatdıqdan sonra məhsulun satı-
şının həyata keçirilməsi tələb olunur. Çünki satışdan əldə 
olunan vəsaitləri yenidən istehsala qoymaq lazım gəlir. Bu 
da təkrar istehsalın təmin olunması üçün əsas şərtdir. 
Bu  şərtlərin  lazımı  səviyyədə  olması  istehsal  prose-
sinin yüksək formada təşkil edilib həyata keçirilməsi üçün 
imkan yaradır.  
İstehsal fəaliyyəti  həcminə, dövrünə  və ardıcıllığına 
görə 3 qrupa bölünür. 
1) Fərdi istehsal. 
2) Kütləvi istehsal. 
3) Seriyalı istehsal. 
Fərdi istehsal əsasən sifarişlər əsasında həyata keçiri-
lir.  Bu  zaman  sifarişçinin  tələbləri  nəzərə  alınır.  Məhsul 
sifariş  olunarkən  onun  görünüşü,  rəngi,  ölçüləri,  material 
tərkibi ilə əlaqədar müştərinin istəkləri qabaqcadan nəzərə 
alınır.  
Kütləvi istehsal məhsulun bazar üçün kütləvi surətdə 
istehsalı  ilə  əlaqədardır.  Kütləvi  məhsul  istehsalı  marke-
tinq  araşdırmaları  əsasında  müəyyən  olunmuş  bazar  tələ-
batına uyğun həyata keçirilir.  
Seriyalı istehsal müxtəlif zaman kəsiyində məhsulun 
ayrı-ayrı  çeşidlərinin  fasiləli  və  ya  dövrü  istehsalı  kimi 
başa düşülür. Seriyalı istehsal bazarda alıcıların həmin çe-
şidlərə olan tələbatının dövrlər üzrə dəyişməsi ilə əlaqədar 
həyata  keçirilir.  Məsələn  ayaqqabı  istehsalçıları  bazara  
hər fəslə uyğun ayaqqabı kolleksiyaları təqdim edirlər. Bu 
zaman istehsal mövsümü xarakter daşıyır. 
İstehsal zaman və məkan baxımından həyata keçirilir.  
Zaman  baxımından  istehsalın  həyata  keçirilməsi 
dedikdə, müəyyən vaxt vahidi ərzində məhsul istehsalının 
həcmi, məhsulun istehsal tsikli, istehsal planlarının yerinə 

179 
 
yetirilməsinin ardıcıllığı və müddətləri başa düşülür.  
İstehsalın  məkan baxımından  həyata keçirilməsi de-
dikdə isə, istehsal obyektlərinin hansı ərazidə  yerləşdiril-
məsi  başa  düşülür.  İstehsal  obyektlərinin  yerləşdirilməsi 
aşağıdakı amillərin nəzərə alınmasını tələb edir: 
1) İstehsal obyektlərinin xammal mənbələrinə yaxın-
lığı.  Istehsal  obyektlərini  təşkil  edərkən  onun  xammal 
mənbələrinə yaxınlığı nəzərə alınmalıdır. Çünki xammalın 
daşınması və təchiz olunması nə qədər ucuz başa gələrsə, 
bu  istehsal  olunacaq  məhsulun  maya  dəyərinin  aşağı 
düşməsinə səbəb olar.  
2)  Istehsal  obyektlərinin  satış  bazarlarına  yaxınlığı. 
Obyektin  yerləşdirilməsi  zamanı  məhsul  satışı  sahəsində 
səmərəliliyin  və  perspektivlərin  nəzərə  alınması  vacib 
məsələlərdən  biridir.  Bu  nöqteyi-nəzərdən  obyektlərin  sa-
tış  bazarlarının,  əhalinin  çox  olduğu  yerlərdə  yerləşdiril-
məsi məqsədəuyğun hesab edilir. 
3)  İstehsal  obyektlərinin  nəqliyyat  yollarına  yaxınlı-
ğı. Bu istehsal olunmuş malların satış obyektlərinə az bir 
müddətdə və çevik formada daşınması  üçün əlverişlidir. 
4)  İstehsal  obyektlərinin  kommunikasiya  xətlərinin 
yaxınlığında  yerləşdirilməsi.  Bu  amilin  nəzərə  alınması 
müəssisə rəhbərini kommunikasiya xətlərinin (elektrik, qaz, 
telefon, su, kanalizasiya, istilik xətlərinin və s.) obyektə gə-
tirilməsi ilə əlaqədar xərclərdən azad edir, mövcud kommu-
nikasiya  xidmətlərindən  istifadəni  tezləşdirir  və  yaxşılaş-
dırır . 
5) Bir çox obyektlər isə əhalinin rahatlığı və təhlükə-
sizliyi,  sanitariya  və  ekoloji  təhlükəsizlik  nöqteyi-nəzər-
dən  şəhərdən  və  yaşayış  məntəqələrindən  kənarda  yer-
ləşdirilir. 
İstehsal fəaliyyəti  müəssisənin  istehsal  planlarında 

180 
 
öz əksini tapır. İstehsal planlarının tərtib edilməsi və onun 
həyata  keçirilməsi  istehsal  menecmentinin  alt  sistem-
lərindən  biridir.  İstehsal  planları  müəssisənin  firmadaxili 
planlarının  tərkib  hissəsidir.  İstehsal  planları  istehsalın 
təşkilindən  tutmuş  istehsal  prosesi  başa  çatanadək  bütün 
mərhələləri  özündə  əks  etdirir.  İstehsal  planları  istehsal 
olunacaq  məhsulun  həcmini,  çeşidini,  keyfiyyətini,  tərki-
bini, maya dəyərini müəyyən edir.  
İstehsal  planları  müəssisənin  marketinq  planları  ilə 
üzvi  surətdə  bağlıdır.  Çünki  bazar  üçün  istehsal  edilən 
məhsulun  həcmi  marketinq  tədqiqatları  və  araşdırmaları 
əsasında  müəyyən  edilir.  Marketoloqların  sözləri  ilə  de-
sək,  biz  istehsal  edə  biləcəyimizi  deyil,  sata  biləcəyimizi 
istehsal  etməliyik.  Marketinq  tədqiqatları  bazarı  öyrənir, 
məhsula,  onun  kəmiyyətinə,  keyfiyyətinə  olan  tələbatı 
müəyyən  edir.  Bu  məqsədlə  istehsal  planları  marketinq 
planlardan bəhrələnir. 
İstehsal  planları  bir  sıra  planların  tərtib  edilməsi 
üçün mənbə rolu oynayır. Məsələn maddi-texniki təchizat 
planları  müəyyən  dövrlər  üzrə  istehsalın  əsas  vəsaitlər 
(dəzgahlar, avadanlıqlar,  maşınlar və digər texniki vasitə-
lərlə)  və  dövriyyə  vəsaitləri  ilə  təchiz  olunmasını  özündə 
əks  etdirir.  İstehsal  planlarında  nəzərdə  tutulan  istehsal 
prosesinin layihəsi və əmtəə layihələri maddi-texniki plan-
lar üçün mənbə hesab olunur.  
İstehsal  planlarını  tərtib  etmədən  müəssisə  özünün 
nə satışdan əldə edəcəyi gəliri, nə də mənfəətini planlaşdı-
ra bilməz. Çünki satışın həcmi istehsalın həcmindən asılı-
dır. Mənfəət isə  məhsul satışından  əldə  olunan  gəlirin və 
istehsal məsrəflərinin fərqindən ibarətdir. Deməli, istehsal 

181 
 
planları satış və mənfəət planları ilə birbaşa əlaqədar olub, 
həmin planların tərtib edilməsində istifadə olunur.  
 
10.2. Keyfiyyətin idarə edilməsi 
 
Müasir  dövrdə  rəqabət  ölkə  hüdudlarından    çıxaraq 
beynəlxalq səviyyədə hökm sürür. Ölkələr arasında müəs-
sisə və təşkilatların bir-biri ilə rəqabət aparması ölkəmizdə 
fəaliyyət göstərən  müəssisələr üçün də səciyyəvi xarakter 
daşıyır. Rəqabət birinci növbədə müəssisə və təşkilatlarda 
istehsalın  və  texnologiyanın  təkmilləşdirilməsini,  yeni  və 
mütərəqqi  məhsulların  istehsalını,  keyfiyyətin  yüksəldil-
məsini  və  s.  tələb  edir.  Keyfiyyət    bu  amillər  içərisində 
aparıcı rola malik amillərdən biri hesab olunur. Çünki sa-
daladığımız digər amillər də keyfiyyətə təsir göstərir. 
Keyfiyyət məhsulun xassələrinin və xarakteristikala-
rının məcmusu olub, tələbatı ödəmək qabiliyyətini əks et-
dirir.  Keyfiyyət  məhsulun  yararlılıq  dərəcəsi  ilə  xarak-
terizə olunur. 
Keyfiyyət amili müəssisədə bir neçə həlqələrdə özü-
nü göstərir. Müəssisələrdə mövcud olan keyfiyyət göstəri-
ciləri aşağıdakılardan ibarətdir: 
1.  Texnologiyanın keyfiyyəti. 
2. İşçilərin şəxsi və peşə keyfiyyəti. 
3. İdarəetmənin keyfiyyəti. 
4. Xammalın keyfiyyəti. 
5. İstehsal prosesinin keyfiyyəti. 
6. Hazır məhsulun keyfiyyəti. 
7. Servis keyfiyyəti. 
Bütün bu keyfiyyətlərin məcmusu təşkilat üçün ümu-

182 
 
mi  keyfiyyət  amili  formasında  təzahür  edir.  Ümumi  key-
fiyyət  amilinin  dəyərləndirilməsi  müəssisənin  fəaliyyə-
tinin  son  nəticələri  ilə  müəyyən  olunur.  Son  nəticə  isə 
hazır məhsul və onun satışından gəlir əldə olunmasıdır. 
Məhsulun  keyfiyyətli  olması,  həmçinin  müəssisə  və 
təşkilatların  iqtisadi  maraqları  ilə  əlaqədardır.  Çünki  key-
fiyyətsiz  məhsul  bazarda  çətin  realizə  olunur  ki,  bu  da 
satışın  aşağı  düşməsinə  səbəb  olur.  Keyfiyyətli  məhsul 
istehsal etməyin  tələbləri aşağıdakılardan ibarətdir: 
1.  İlk  növbədə  yuxarıda  sadalanan  bütün  keyfiyyət 
göstəricilərinin nəzərə alınması tələb edilir. 
2.  Qənaət  prinsipinə    normalar  çərçivədə  əməl  edil-
məlidir.  
3. ETT-nin nailiyyətlərindən,  yeni texnika və  texno-
logiyalardan istifadə olunmasına üstünlük verilməlidir. 
4.Həvəsləndirmə  sistemlərinin  tətbiq  olunması  zəru-
ridir. 
Müəssisə  və  təşkilatlar  artan  rəqabətə  davam  gətir-
mək  üçün  bazara  müxtəlif  çeşidlərdə  keyfiyyətli  və  ucuz 
mal  çıxarmaq  haqqında  fikirləşirlər.  Çünki  bazarda  ucuz 
və  keyfiyyətli  məhsulu  reallaşdırmaq  asandır.  Ucuz    və 
keyfiyyət  anlayışları  isə  bir-birinə  tərs  mütənasib  olan 
məfhumlardır.  
Məhsulun ucuz başa gəlməsi üçün  qənaət prinsipinə 
əməl  etmək  lazımdır.  Qənaəti  isə  kortəbii  surətdə  həyata 
keçirmək  olmaz.  Çünki  kortəbii  qənaət  məhsulun  qiymə-
tini  ucuzlaşdırır,  lakin  keyfiyyətinə  mənfi  təsir  göstərir. 
Bu  da  müəssisə  üçün  ağır  nəticələrə  gətirib  çıxara  bilir. 
Buna  görə  də,  istehsal  prosesində  məhsulun  keyfiyyətinə 
mənfi  təsir etməməklə qənaətin həyata keçirilməsi məqsə-
dəuyğun  hesab  olunur.  Bunun  üçün    müəssisə  rəhbərləri 

183 
 
mütəxəssislərin,  texnoloqların,  mühəndislərin,  tədqiqatçı-
ların,  marketoloqların,  iqtisadçıların  təklif  və  tövsiyə-
lərindən istifadə etməli,  yeni səmərəli ideyaların tətbiqinə 
üstünlük verməlidirlər. 
Keyfiyyətli  məhsul istehsal etmək üçün  müəssisə və 
təşkilatlarda  plan və proqramların rolu böyükdür. Keyfiy-
yət  göstəriciləri  müəssisənin  maddi-texniki  təchizat,    təş-
kilati, istehsal, marketinq, satış planlarında öz əksini tapır.  
Keyfiyyətin  yaxşılaşdırılması  müəssisənin  ümumi 
strategiyasına daxildir. Çünki müəssisədə hansı adda, han-
sı  keyfiyyətdə  məhsul  istehsal  olunacağı  onun  strateji 
məqsədlərində  nəzərdə  tutulur,  layihələşdirmə  və  plan-
laşdırma  işləri  bu  istiqamətdə  aparılır.  Bu  zaman  biznes-
planların da rolunu qeyd etmək lazımdır. Çünki keyfiyyə-
tin  artırılması  əlavə  xərc  və  məsrəflər  tələb  edir.  Bunun 
üçün keyfiyyətə nail olunması ilə əlaqədar əlavə çəkilmiş 
məsrəflərin  nə  qədər  gəlir  gətirəcəyi,  layihənin  reallaşdı-
rılmasından əldə olunacaq mənfəətin həcmi, iqtisadi səmə-
rəlilik göstəticiləri planlaşdırılır. 
Keyfiyyətin  idarə  edilməsinin  zəruri  elementlərindən 
biri  də  sertifikatlaşdırmadır.  Sertifikatlaşdırma  məhsul  is-
tehsalında  böyük  əhəmiyyət  kəsb  edir.  Sertifikatlaşdırma 
keyfiyyətin və elmi-texniki tərəqqinin daşıyıcısıdır. Sertifi-
kat  müəssisədə  istehsal  olunan  məhsulun  bütün  tələblərə 
cavab  verdiyini  təsdiq  edən  sənəddir.  Bu  o  deməkdir  ki, 
sertifikata malik olan müəssisə məhsulun istehsalı üçün bü-
tün  prosesləri  qaydalara  uyğun  həyata  keçirir.  Həmçinin 
məhsulun  keyfiyyətli  istehsal  olunması  üçün  standartlara 
uyğun yüksək və əlverişli şəraitin olmasını təsdiq edir.  Bu-
na  görə  də  alıcılar  sertifikatı  olan  istehsalçıların  mallarına 
daha  çox  üstünlük  verirlər.  Çünki  sertifikat  malın  key-

184 
 
fiyyətli, tələbata uyğun olmasına zəmanət verən sənəddir.  
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin