Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında



Yüklə 151,08 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü151,08 Kb.
#4950

 

 

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi 

haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə 

tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini 



rəhbər  tutaraq,  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 

istifadəsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  icrasını  təmin  etmək 

məqsədi ilə qərara alıram: 

 

1. Müəyyən edilsin ki: 



1.1.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsi 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  6.2-ci  maddəsində,  9.3-cü 

maddəsinin  birinci  və  üçüncü  cümlələrində,  9.4-cü,  9.5-ci,  10.2-ci  maddələrində, 

10.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 21.2-ci maddəsində ikinci halda 

və  21.4-cü  maddəsində  nəzərdə  tutulmuş  “müvafiq  icra  hakimiyyəti  orqanı”nın 

səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 

1.2.  həmin  Qanunun  15.1-ci,  16.1-ci  (mədəni  bitkilərin  genetik  ehtiyatları 

kolleksiyalarının  sahibi  olan  fiziki  və  hüquqi  şəxslərin  dövlət  uçotu  sahəsində), 

16.2-ci,  17.1-ci  və  18.3-cü  maddələrində  nəzərdə  tutulmuş  “müvafiq  icra 

hakimiyyəti  orqanı”nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı  Nazirliyi  Azərbaycan  Milli  Elmlər  Akademiyası  ilə  birgə  həyata 

keçirir; 

1.3.  həmin  Qanunun  18.1-ci  və  18.2-ci  maddələrində  nəzərdə  tutulmuş  “müvafiq 

icra  hakimiyyəti  orqanı”nın  səlahiyyətlərini  fəaliyyətin  müəyyən  olunması 

hissəsində  yerli  icra  hakimiyyəti  orqanları,  həmin  fəaliyyətə  məhdudiyyətlər 

qoyulması  hissəsində  yabanı  bitkilərə  münasibətdə  Azərbaycan  Respublikasının 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi, mədəni bitkilərə  münasibətdə  Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 

ilə birgə həyata keçirirlər. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

2.1. üç ay müddətində: 

2.1.1.  Azərbaycan  Respublikası  Prezidentinin  aktlarının  bu  Fərmana 

uyğunlaşdırılması  ilə  bağlı  təkliflərini  hazırlasın  və  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim etsin

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu 

Fərmana  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin


2.1.3.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsi 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  6.2-ci  maddəsinə  uyğun  olaraq, 

mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat 

nümunələrinin  Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  çıxarılması 

qaydasını  və  şərtlərini  müəyyən  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat versin; 

2.1.4.  həmin  Qanunun  9.3-cü  maddəsinə  uyğun  olaraq,  mədəni  bitkilərin  genetik 

ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan 

Elmi-Texniki  Şuranın  Əsasnaməsini  təsdiq  etsin  və  bu  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

2.1.5.  həmin  Qanunun  9.5-ci  maddəsinə  uyğun  olaraq,  mədəni  bitkilərin  genetik 

ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan 

ixtisaslaşdırılmış  ekspert  şuralarının  və  prioritet  fəaliyyət  istiqamətləri  üzrə  işçi 

qruplarının  əsasnamələrini təsdiq  etsin və  bu barədə  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat versin; 

2.1.6. həmin Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik 

ehtiyatları  banklarının  hüquq  və  vəzifələrini  müəyyən  etsin  və  bu  barədə 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

2.1.7.  həmin  Qanunun  10.4-cü  maddəsinə  uyğun  olaraq,  Azərbaycan 

Respublikasının  Milli  Genbankının  Əsasnaməsini  təsdiq  etsin  və  bu  barədə 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

2.1.8. həmin Qanunun 21.2-ci maddəsinə uyğun olaraq, ölkə daxilində aşkarlanan 

genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi 

qaydasını  müəyyən  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə 

məlumat versin; 

2.1.9.  həmin  Qanunun  21.4-cü  maddəsinə  uyğun  olaraq,  genetik  modifikasiya 

olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə 

yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə 

nümayiş  məqsədi  ilə  Azərbaycan  Respublikasına  idxalı  qaydasını  müəyyən  etsin 

və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana 

uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

3.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana 

uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər 

Kabinetinə məlumat versin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 



Bakı şəhəri, 17 iyul 2012-ci il. 

 

Yüklə 151,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin