Cı ildə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix06.09.2017
ölçüsü0,68 Mb.
#29075
  1   2   3   4   5   6   7

2016-

cı ildə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları 

 

Dövl


ət Katibinin ön sözü 

İnsan hüquqlarının təşviqi və demokratik idarəçilik ABŞ-ın xarici siyasətinin təməl elementlərindən 

birini t

əşkil edir. Bu dəyərlər sabit, təhlükəsiz və işlək cəmiyyətlər üçün önəmli fundament rolunda 

çıxış edir. İnsan hüquqları və demokratiyanın müdafiəsinə qalxmaq ABŞ üçün yalnız mənəvi bir 

öhd


əlik deyil, həm də onun dünyanın daha sabit və təhlükəsiz bir yerə çevrilməsi marağına xidmət 

edir. 2016-

cı il üzrə "

İnsan Hüquqlarının Və

ziyy

ə

tin

ə

 dair Ölk

ə

 

Hesabatları

" (İnsan Hüquqları 

Hesabatları) ABŞ-ın azadlıq, insan ləyaqəti və qlobal tərəqqinin gücləndirilməsinə olan sarsılmaz 

sadiqliyini nümayiş etdirir. 

Bu il Dövl

ət Departamenti tərəfindən illik İnsan Hüquqları Hesabatlarının dərc olunduğu 41-ci ildir. 

Amerika Birl

əşmiş Ştatlarının Konqresi bu hesabatları dünyanın 200-ə yaxın ölkəsində, o cümlədən 

BMT-nin bütün üzv ölk

ələrində və ABŞ-dan xarici yardım alan istənilən ölkədə siyasətləri tərtib 

ed

ənləri insan hüquqlarının vəziyyətinə dair tam və dəqiq hesabatla təmin etmək üçün tələb etmişdir. 



Bu hesabatlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq alətlərdə nəzərdə 

tutulan, beyn

əlxalq səviyyədə tanınmış mülki, siyasi və əmək hüquqlarını əhatə edir. 

İnsan Hüquqları Hesabatları  səfirliklərimizin və konsulluqlarımızın mümkün dərəcədə ən dəqiq 

m

əlumatların toplanması üçün göstərdikləri birgə səyləri əks etdirir. Bu hesabatlar ABŞ-ın dünyanın 



müxt

əlif yerlərində olan missiyalarında insan hüquqları üzrə fəaliyyət göstərən əməkdaşları 

t

ərəfindən hazırlanır. Onlar müxtəlif vətəndaş cəmiyyəti, hökumət və digər mənbələrdən olan 



m

əlumatları gözdən keçirirlər. Bu hesabatlar hər ölkə üzrə heyətin məlumatları toplayıb təhlil etdiyi 

minl

ərlə iş saatını əks etdirir. Dövlət Departamenti hesabatların obyektiv, eləcə də əhatə dairəsi və 



keyfiyy

ətinə görə vahid formada olmasına çalışır.  

İnsan Hüquqları Hesabatları ABŞ-ın qanunverici, icra və məhkəmə hakimiyyətləri tərəfindən 

siyas


ətlərin formalaşdırılması və qərarların əsaslandırılması, diplomatik fəaliyyətlərin məlumatla 

t

əmin edilməsi və xarici yardımın və təhlükəsizlik sektoruna dəstəyin təmin edilməsi barədə qərar 



verm

ək üçün resurs kimi istifadə edilir. İnsan Hüquqları Hesabatları dünyanın müxtəlif yerlərində 

insan hüquqları müdafiəçiləri, qanunverici orqanların üzvləri, akademiklər, şirkətlər, çoxtərəfli 

qurumlar v

ə QHT-lərin fəaliyyəti üçün məlumat təmin etmək məqsədilə istifadə olunur. 

Dövl


ət Departamenti bu hesabatların hökumətlərə, vətəndaş cəmiyyəti liderlərinə, fəallara və 

f

ərdlərə öz ölkələrində insan hüquqları ilə bağlı vəziyyəti götür-qoy etməyə və qanun pozuntuları və 



sui-istifad

ə hallarına görə məsuliyyətliliyin təşviq edilməsi istiqamətində fəaliyyət göstərmələrinə 

köm

ək edəcəyinə ümid edir. 



Söhb

ət insan hüquqlarından getdikdə dəyərlərimiz maraqlarımızı ifadə edir. Bu hesabatların 

hazırlanması bizim dünyanın hər yerində azadlıq, demokratiya və bütün insanlar üçün təmin edilən 

insan hüquqlarına sadiqliyimizi vurğulayır. 

Bununla m

ən Dövlət Departamentinin "2016-



cı ildə

 

İnsan Hüquqlarının Və

ziyy

ə

tin

ə

 dair Ölk

ə

 

Hesabatları

"nı ABŞ Konqresinə təqdim edirəm. 



Reks U. Tillerson 

Dövl

ə

t katibi 

 

 



 

 

 



2016-

cı ildə Azərbaycanda İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatı

 

 

PDF



 

 

 



 

 

 



 

 

 



 

Permalink: 

http://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm?year=2016&dlid=265396

 

QISA İCMAL 



Konstitusiyaya 

əsasən Azərbaycan dövləti idarəetmə formasına görə prezidentli respublikadır.  

Qanunvericilik hakimiyy

ətini Milli Məclis həyata keçirir.  Prezident hakimiyyətin icra, qanunvericilik və 

m

əhkəmə qolları üzərində üstünlük təşkil etmişdir. Sentyabrın 26-da Konstitusiyaya edilən 



d

əyişikliklər təsdiq olunmuş və bununla, inter alia, prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə 

artırılmış, səlahiyyətləri genişləndirilmişdir. Başqa bir dəyişiklik sərbəst toplaşmaq azadlığının daha 

da m


əhdudlaşdırılmasına imkan verən müddəa ilə bağlı olmuşdur. Konstitusiyaya dəyişikliklərin 

edilm


əsi ilə bağlı referendum etibarlı mənbələrdən qanun pozuntularına dair çoxsaylı şikayətlərin 

edilm


əsi ilə müşayiət olunmuşdur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki 

müşahidə missiyası olmadığından, 2015-ci ilin noyabr ayında qanunverici orqana keçirilmiş seçkiləri 

tam şəkildə qiymətləndirmək mümkün olmamışdır. Müstəqil beynəlxalq müşahidəçilər ölkənin 

müxt


əlif yerlərində qanun pozuntularının baş verdiyini iddia etmişlər. 2013-cü ildə keçirilmiş 

prezident seçkil

əri ATƏT-in demokratik seçkilərlə bağlı müəyyən etdiyi bir sıra standartların 

t

ələblərinə cavab verməmişdir. 



T

əhlükəsizlik qüvvələri üzərində effektiv mülki nəzarət qorunub saxlanmışdır. 

Erm

ənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağın əksər hissəsinə və Azərbaycanın daha yeddi 



rayonuna n

əzarət etməkdə davam etmişdir.  Dağlıq Qarabağın yekun statusu Rusiya, Amerika 

Birl

əşmiş Ştatları və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu tərəfindən aparılan 



beyn

əlxalq vasitəçiliyin mövzusu olaraq qalmışdır.  1-5 aprel tarixlərində təmas xətti və Ermənistan-

Az

ərbaycan sərhədi boyunca zorakılıq halları artmışdır.  Ağır toqquşmalar 1994-cü il atəşkəs 



sazişinin imzalanmasından bəri ən yüksək insan tələfatı ilə nəticələnmişdir. 1-5 aprel tarixlərində baş 

vermiş toqquşmalar zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin vəhşiliklər törətməsi ilə bağlı 

iddialar olmuşdur. Münaqişə tərəfləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərdikləri 

şikayətlərdə bir-birini bu müddət ərzində vəhşiliklər törətməkdə ittiham etmişdir. 

İl ərzində insan hüquqları ilə bağlı ən əsas problemlər aşağıdakılardan ibarət olmuşdur: 

Hökum


ət tərəfindən fundamental azadlıqlara qoyulan məhdudiyyətlərin artması: Hakimiyyət hədə-

qorxu, şübhəli ittihamlarla həbs, seçilmiş fəallara və dünyəvi və dini müxalifət nümayəndələrinə qarşı 

güc t

ətbiq etmə yolu ilə ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını məhdudlaşdırmışdır. 



F

əalların və qeyri-hökumət təşkilatlarının (QHT-lər) fəaliyyət imkanları kəskin şəkildə 

m

əhdudlaşdırılmışdır. Vətəndaş cəmiyyətinə qarşı sərt tədbirlərin davam etdirilməsi, o cümlədən 



h

ədə-qorxu, həbs və siyasi motivlərə söykənən ittihamlar əsasında məhkum etmə, QHT-lərin 

f

əaliyyətinə dair cinayət istintaqının aparılması, məhdudlaşdırıcı qanunların qəbulu və bank 



hesablarının dondurulması bir çox qrupların fəaliyyət göstərməsinə mane olmuşdur. Hakimiyyət 

2006-


cı ilin sonlarına qədər ölkənin yeganə müstəqil yayımçısı olan və daha sonra müstəqilliyini 

itirm


əyə başlayan yarımmüstəqil bir telekanalı bağlamaqla və aparıcı müxalifət qəzetlərindən birinin 

çap n

əşrinin dayandırılmasına gətirib çıxaran tədbirlər görməklə ifadə azadlığını da 

m

əhdudlaşdırmışdır. 



Hökum

ətin fərqli fikirdə olanları cəzalandırmaq üçün məhkəmə sistemindən istifadə etməsi: 

Hakimiyy

ət orqanları fəalları əsassız həbsə alma və saxlama, siyasi motivlərə söykənən azadlıqdan 

m

əhrumetmə, lazımi hüquqi prosedurlara əməl olunmadan məhkəmə baxışlarının keçirilməsi və 



f

ərdlər barəsində uzunmüddətli həbs qətimkan tədbirinin seçilməsi hallarına yol vermiş və heç kəs 

c

əzalandırılmamışdır. Hakimiyyət dinc fəalların hüquqlarını müdafiə etməyə həvəs göstərən və bunu 



bacaran müdafi

ə vəkillərinin sayını azaltmaq üçün müxtəlif bəhanələrdən istifadə etmişdir. Bir çoxları 

t

ərəfindən əsas azadlıqlardan istifadə etdiklərinə görə məhrum edildiyi hesab edilən 17 nəfər 



hakimiyy

ət tərəfindən azad edilmiş, lakin daha çox sayda şəxs həbsdə qalmışdır. 

Hökum

ət vətəndaşların hökuməti azad və ədalətli seçkilər yolu ilə dəyişmək imkanlarını 



m

əhdudlaşdırmağa davam etmişdir. 

M

əlumat verilmiş digər problemlərə  ordudakı fiziki zorakılıq, saxlanılan şəxslərə qarşı bəzi hallarda 



ölüml

ə nəticələnən işgəncə və yaxud digər zorakılıq halları iddiaları, dinc vətəndaşlara qarşı polis 

zorakılığı, həbsxanadakı məhbuslara qaşı zorakılıq, ağır və bəzən həyat üçün təhlükəli olan 

h

əbsxana şəraiti, həbs orderi olmadan həbsdə saxlama və yaxud saxlama barədə ictimaiyyətə 



m

əlumat verilməməsi daxil olmuşdur. Hakimiyyət tərəfindən çox vaxt mülkiyyət hüquqlarına 

münasib

ətdə lazımi hüquqi prosedurlara əməl olunmamışdır. Hökumət tərəfindən din xadimlərinin 



şəxsi həyatına əsassız müdaxilə, onların həbs edilməsi və qeydiyyatdan keçməmiş bəzi qrupların 

dini etiqad azadlıqlarının məhdudlaşdırılması barədə məlumatlar yayılmışdır. Hakimiyyət tərəfindən 

s

ərbəst hərəkət etmə azadlığı məhdudlaşdırılan jurnalist və fəalların sayı artmışdır. Siyasi iştirakla 



bağlı məhdudiyyətlər davam etmişdir. Hökumət aşağı səviyyəli dövlət xidmətlərində korrupsiya 

hallarının azaldılması istiqamətində davamlı addımlar atsa da, hökumətin bütün səviyyələrində 

sistemli korrupsiya bar

ədə iddialar davam etmişdir. Qadınlara qarşı zorakılıq, cinsiyyətin gender 

əsasında müəyyən olunması və insan alveri barədə məlumatlar verilmişdir. Cinsi oriyentasiya və 

gender m


ənsubiyyəti ilə bağlı cəmiyyətdə dözümsüzlük, zorakılıq və ayrı-seçkilik, eləcə də İİV/QİÇŞ 

il

ə yaşayan insanlara qarşı ictimai qınaq problem olaraq qalmışdır. Hakimiyyət əmək və məşğulluq 



sah

əsində ayrı-seçkiliyi qadağan edən qanunların icrasını effektiv şəkildə təmin etməmişdir. 

Hökum

ət insan hüquqlarının pozulması hallarına yol vermiş əksər vəzifəli şəxsləri məsuliyyətə cəlb 



etm

əmiş və ya cəzalandırmamışdır. Cəzasızlıq problem olaraq qalmışdır. 

BÖLMƏ 1. ŞƏXSIYYƏTIN 

TOXUNULMAZLIĞINA HÖRMƏT, O 

CÜMLƏDƏN AŞAĞIDAKILARDAN AZAD 

OLMA: 


a. H

əyatdan əsassız məhrumetmə və digər qeyri-qanuni 

v

ə ya siyasi motivli qətllər 



Erm

ənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağın əksər hissəsinə və Azərbaycanın daha yeddi 

rayonuna n

əzarət etməkdə davam etmişdir. Dağlıq Qarabağın yekun statusu Rusiya, Amerika 



Birl

əşmiş Ştatları və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu tərəfindən aparılan 

beyn

əlxalq vasitəçiliyin mövzusu olaraq qalmışdır. 1-5 aprel tarixlərində təmas xətti və beynəlxalq 



Erm

ənistan-Azərbaycan sərhədi boyu zorakılıq halları artmışdır.  Ağır toqquşmalar 1994-cü il 

at

əşkəs sazişinin imzalanmasından bəri ən yüksək insan tələfatı ilə nəticələnmişdir. 1-5 aprel 



tarixl

ərində baş vermiş toqquşmalar zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin vəhşiliklər 

tör

ətməsi ilə bağlı iddialar olmuşdur. Münaqişə tərəfləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə 



gönd

ərdikləri şikayətlərdə bir-birini bu müddət ərzində vəhşiliklər törətməkdə ittiham etmişdir. 

H

əm hökumət, həm də insan haqlarının monitorinqi ilə məşğul olan qruplar orduda zərərli qeyri-



nizamnam

ə davranışlarının azaldığını bildiriblər. Yerli insan hüquqları təşkilatlarının 20 noyabr 

tarixin

ə olan məlumatına görə, təhlükəsizlik qüvvələrində qeyri-döyüş şəraitində 36 ölüm halı 



olmuşdur. Buraya intihar halları və əsgər yoldaşları tərəfindən öldürülmüş əsgərlər daxildir. Məsələn, 

fevralın 20-də Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən Sənan Mehdizadə başqa bir çağırışçı 

t

ərəfindən güllələnərək öldürülmüşdür. DSX bu ölüm barədə mətbuat orqanlarına münasibət 



bildirm

əkdən imtina etmişdir. Başqa məlumat verilməmişdir. 

b. İtkin düşmə 

Siyasi motivl

ərə söykənən itkin düşmə halları barədə məlumatlar yayılmamışdır.  

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 5 iyul tarixinə 

verdiyi m

əlumata əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 866 nəfər vətəndaş itkin 

düşmüş şəxslər siyahısına daxil edilmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq 

Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işlərinin araşdırılmasını davam etdirmişdir 

v

ə hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid siyahısının hazırlanması üzərində çalışmışdır.  



BQXK t

ərəfindən verilən məlumata görə, münaqişə nəticəsində 4 496 nəfərdən çox şəxsin taleyi 

nam

əlum olaraq qalmışdır. 



BQXK h

ərbi və mülki əsirlərə kömək göstərmiş və əsirlərin beynəlxalq humanitar hüquq əsasında 

müdafi

ə olunmalarını təmin etmək məqsədilə il ərzində müntəzəm şəkildə onlara baş çəkmişdir.  



BQXK 

əsirlər və onların ailələri arasında müntəzəm məlumat mübadiləsinə şərait yaradaraq onlara 

əlaqəni bərpa etməyə və bir-birlərindən xəbər tutmağa yardım göstərmişdir. 

c. İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti 

alçaldan davranış yaxud cəza 

Konstitusiya v

ə Cinayət Məcəlləsinin bu cür əməlləri qadağan etməsinə və 10 ilədək azadlıqdan 

m

əhrumetmə cəzasının nəzərdə tutulmasına baxmayaraq, işgəncə və digər zorakılıq hallarının baş 



verm

əsi barədə etibarlı məlumatlar yayılmışdır. İnsan hüquqlarının monitorinqini aparan yerli 

qrupların məlumatına görə, mövcud məlumatların əhatə etdiyi ən sonuncu il - 2014-ci ildə 

t

əhlükəsizlik qüvvələri tərəfindən yol verilən bu cür zorakılıq halları ilə bağlı onlara 324 şikayət 



verilmişdir. 

BMT-


nin Əsassız Həbslər üzrə İşçi Qrupunun verdiyi məlumata görə, İşçi Qrup 16-25 may 

tarixl


ərində ölkəyə etdiyi səfər zamanı müsahibə götürdüyü hazırkı və  keçmiş yetkinlik yaşına 

çatmam


ış, qadın və kişi məhbuslardan özlərinin işgəncə və pis rəftara məruz qaldıqları ilə bağlı 

çoxsaylı məlumatlar almışdır. İşçi Qrupun verdiyi məlumata görə, müsahibə götürülən şəxslər 

"başlarına silah tutulduğunu, bəzən saatlarla şiddətli şəkildə döyüldüklərini, şifahi təhqirlər və 

t

əzyiqlərə məruz qaldıqlarını, saatlarla dizi üstə çökmüş vəziyyətdə qalmaq kimi halları, fiziki və cinsi 



zorakılıqla bağlı hədələri, eləcə də ailə üzvlərinin həbs edilməsi ilə bağlı hədələri təsvir etmişlər." 

Hüquq müdafi

əçiləri və mətbuat orqanları il ərzində ölümlə nəticələnən ən azı dörd işgəncə və ya 

dig

ər formada fiziki zorakılıq halı barədə məlumat vermişlər. Bu halların dəqiq sayını təsdiq edən 



vahid m

ənbə olmamışdır. Məsələn, aprelin 27-də Sumqayıt şəhər polisi 37 yaşlı Rəşad Mehdiyevi 

saxladıqdan iki gün sonra o, vəfat edib. Məlumatlara görə, o, polis bölməsində ona qarşı törədilən 

zorakılıq nəticəsində həyatını itirib. Polis Mehdiyevin təsadüfən yıxılaraq başına aldığı zərbə 

n

əticəsində həyatını itirdiyini iddia etmişdir. Mehdiyevin ailəsi iddianı təkzib edərək, onun bədənində 



olan çoxsaylı qançırları əks etdirən fotoları yaymış və bunun işgəncə faktını göstərdiyini iddia 

etmişdir. Bununla bağlı aparılan hər hansı istintaq nəticələri barədə məlumat verilməyib. 

BMT-

nin Əsassız Həbslər üzrə İşçi Qrupu və insan hüquqları fəallarının məlumatlarında 



göst

ərilmişdir ki, əksər pis rəftar halları saxlanılanlar polis nəzarətində olduğu zaman baş vermiş, bu 

zaman polis 

əməkdaşları məcburi etiraflar almaq üçün zorakılıq üsullarından istifadə etmişdir. Diqqət 

ç

əkən nümunələrdən biri kimi, N!DA hərəkatının üzvü olan gənc fəal Elgiz Qəhrəmanı göstərmək 



olar. O, prezidentliy

ə namizədlər üçün yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı 

Konstitusiyaya t

əklif edilən dəyişikliyi tənqid etdikdən sonra,  narkotik maddə saxlamaq ittihamı ilə 

avqustun 12-d

ə həbs edilmişdir. O, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə 

İdarəsində 6 gün boyunca ictimaiyyətə məlumat verilmədən saxlanılmışdır. Qəhrəman sonradan 

bildirib ki, sax

landığı müddətdə işgəncəyə məruz qalaraq etirafedici ifadə imzalamağa məcbur 

edilmişdir. 

2015-

ci ilin noyabrında hüquq-mühafizə orqanları Nardaranda dindarlardan ibarət böyük bir qrupu, o 



cüml

ədən Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadəni həbs etdilər. Onlar hökuməti 

devir

ərək İslam dövləti qurmaq cəhdlərində iştirak etməkdə ittiham olunmuşlar. İşdə ittiham edilən 17 



n

əfərin məhkəməsi zamanı, Bağırzadə və digər 16 nəfər Nardaran sakini məhkəməyə bildirib ki, 

onlar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis tərəfindən 

dindiril


ən zaman işgəncəyə məruz qalıblar. Müttəhimlər konkret olaraq iddia ediblər ki, polis zabiti 

Şahlar Cəfərov saxlanılan Fərahim Bünyadovu döyərək öldürmüş və onları fiziki zorakılığa məruz 

qoymuşdur. Hakimiyyət bu iddiaları araşdırmayıb. 

M

əlumatlara görə, hakimiyyət pis rəftara məruz qaldığını iddia edən saxlanılan şəxslər barəsində 



müst

əqil məhkəmə-tibbi ekspertizanın aparılmasına de-fakto qadağa qoymuş, onların vəkilə çıxışını 

gecikdirmişdir. Nəticədə bu praktika polis əməkdaşlarının saxlanılanlarla cəzasızlıq şəraitində pis 

r

əftar etməsini asanlaşdırmışdır. Məsələn, Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh 



Bağırzadə və onun vəkilləri bəyan edib ki, polis onu öz inanclarından imtina etməyə və dünyəvi 

müxalif


ət liderləri Dr. Cəmil Həsənli və Əli Kərimliyə qarşı saxta ittihamlar irəli sürməyə məcbur 

etm


ək üçün ona günlərlə işgəncə veriblər. Məlumatlara görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil 

Cinay


ətkarlıqla Mübarizə İdarəsi bir aydan artıq müddətdə onun öz vəkili ilə görüşməsinə icazə 

verm


əmişdir. 

Başqa bir diqqət çəkən işdə isə, N!DA gənclər hərəkatının üzvü olan fəallar Bayram Məmmədov və 

Qiyas İbrahimov öz məhkəmələri zamanı bəyan etdilər ki, saxlanılan zaman polis onları işgəncəyə 

m

əruz qoymuşdur. Hər iki gənc iddia edib ki, müşahidə kameralarında onların keçmiş prezident 



Heyd

ər Əliyevin heykəli üzərində qraffiti çəkdiyi göründükdən sonra, polis onları soyunmağa məcbur 

edib v

ə narkotik maddə saxlamaq ittihamını qəbul etmədikləri halda dəyənək və butılkalarla onları 



zorlamaqla h

ədələyib. Onların vəkilinin bildirdiyinə görə, o, yalnız onlar narkotik maddə saxlamaqla 

bağlı etirafedici ifadələri imzaladıqdan sonra onlarla görüşə bilib. Məmmədov və İbrahimov 

m

əhkəmə zamanı və Baş Prokurorluğa və Ombudsman Aparatına göndərdikləri müraciətlərində 



fiziki zorakılıq əlamətlərini sübut şəklində göstərsələr də, hakimiyyət onların iddialarını araşdırmayıb. 

Siyasi f


əaliyyətlə məşğul olmayan vətəndaşlara qarşı polis zorakılığı ilə bağlı mətbuatda məlumatlar 

d

ərc edilmişdir. Məsələn, Bəxtiyar İsmayılov bildirib ki, Bərdə Polis İdarəsinin əməkdaşları onu 16 



sentyabr gec

əsi  saxladıqdan sonra qeyri-insani rəftara məruz qoyublar. Səbəb isə onun səhvən 



taksi yerin

ə polis avtomobilini saxlaması olmuşdur. O, polis idarəsində döyüldükdən sonra bədəninə 

aldığını iddia etdiyi çoxsaylı zədələri göstərmiş və polis əməkdaşlarının ona bu hadisə ilə bağlı 

m

əlumat verməmək barədə xəbərdarlıq etdiyini iddia etmişdir. Onun ictimai çıxışlarından sonra, 



m

ətbuat orqanları həmin polis idarəsində zorakılıq hallarına məruz qalmış və daha əvvəl bu barədə 

danışmağa qorxmuş vətəndaşlardan  daxil olmuş zorakılıqla bağlı əlavə iddiaları dərc etmişdir. 

R

əsmi məlumatlara görə, Penitensiar Xidmət 2009-2013-cü illər ərzində işgəncə və ya pis rəftar 



hallarına görə penitensiar sistemin vəzifəli şəxslərinə qarşı verilən 334 şikayəti araşdırmışdır. Daxili 

İşlər Nazirliyinə 2010-2013-cü illərdə bu qəbildən olan 984 şikayət, Baş Prokurorluğa isə eyni dövrdə 

678 analoji şikayət daxil olmuşdur. BMT-nin İşgəncələr əleyhinə Komitəsinin fikrincə, bu, işgəncə ilə 

bağlı araşdırmaların dərhal, effektiv və qərəzsiz şəkildə həyata keçirilmədiyini göstərir. 

İl ərzində orduda zorakı qeyri-nizamnamə davranışlarında azalma olduğu bildirilsə də, yerli 

müşahidəçilər il ərzində hərbi hissələrdə "dedovşina" hallarının baş verdiyi barədə məlumat 

vermişlər. Hərbi hissə komandirlərinin üzərinə məsuliyyət qoymaq məqsədilə, Müdafiə Nazirliyi 

t

ərəfindən əsgərlərə onlarla pis rəftar olunduğu barədə məlumat vermək imkanı yaratmaq üçün 



qaynar x

ətt yaradılmışdır və bunun silahlı qüvvələrdə vəziyyəti yaxşılaşdırdığı bildirilmişdir. 

C

əzaçəkmə müəssisələrinin və müvəqqəti saxlama 



yerl

ərinin şəraiti 

C

əzaçəkmə müəssisələrinin monitorinqini aparan nüfuzlu təşkilatlardan birinin verdiyi məlumata 



gör

ə, çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya 

sisteminin olmaması və zəif tibbi xidmət səbəbindən həbsxanalardakı şərait bəzən ağır və həyat 

üçün potensial t

əhlükəli olmuşdur.  Hökumət tərəfindən yeni müəssisələrin inşası davam etdirilsə də, 

Sovet dövründ

ən qalmış və hələ də istifadə olunan bəzi müəssisələr beynəlxalq standartlara cavab 

verm


əmişlər. Məlumata görə, ən pis şərait Qobustan həbsxanası, 3 və 14 saylı cəzaçəkmə 

əssisələri və penitensiar xidmətin vərəmdən müalicə müəssisəsində mövcud olub. Keçmiş 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin